Xəbər bülleteni №21


Torpaq uçotunda yeni sistemlə bağlı təqdimat keçirilib



Yüklə 0,58 Mb.
səhifə19/28
tarix14.02.2018
ölçüsü0,58 Mb.
#26991
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

Torpaq uçotunda yeni sistemlə bağlı təqdimat keçirilib


27.01.2016

teqdimat
Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların elektron kadastr uçotu sisteminin yaradılması işi davam etdirir. AZƏRTAC xəbər verir ki, yanvarın 27-də komitənin informasiya texnologiyaları və məlumat idarəetmə mərkəzində sistemin yaradılması istiqamətində görülən işlərlə bağlı ictimai təqdimat keçirilib.

Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev təqdimatda torpaqların elektron kadastr uçotu sisteminin yaradılması layihəsi, bununla bağlı yerlərdə aparılan çöl-ölçmə işləri barədə məlumat verib, slaydlar nümayiş etdirib. O, torpaqların texniki, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi, qiymətləndirilməsi, faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması və bu sistemin ölkə iqtisadiyyatına, eləcə də kənd təsərrüfatına səmərəsi barədə danışıb. Məlumat verilib ki, torpaqların elektron kadastr uçotu sisteminin yaradılması məqsədilə böyük əraziləri özündə cəmləşdirən sahələrdə torpaq tədqiqatı, örüş və biçənək sahələrinin tədqiqi işləri aparılır, rayonların rəqəmsal torpaq xəritələri tərtib edilir. Torpaq uçotu işləri yekunlaşmış Bakı, Sumqayıt, Gəncə şəhərlərinin bələdiyyə xəritələrinin tərtibi işinə başlanıb.

Qeyd olunub ki, ölkənin 53 rayon mərkəzinin ərazilərinin torpaq uçotu işinə başlanıb. Layihə çərçivəsində yaxın 2 il ərzində daha 130 min hektar ərazidəki torpaqlar və onlar üzərindəki daşınmaz əmlaklar barədə kadastr işi yekunlaşacaq.

Kənd təsərrüfatı təyinatlı torpaqlarda da torpaq uçotu işinə başlanıb. İnzibati ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi, bələdiyyə xəritələrinin hazırlanması işləri icra edilir. Prosesin artıq 1,8 milyon hektar ərazidə yekunlaşdığı bildirilib.

Məlumat verilib ki, komitənin kadastr fəaliyyəti ilə bağlı hədəfi 2019-cu ilin sonunadək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu sistemini yaratmaqdan, pay torpaqlarının kadastr göstəriciləri ilə onların yerdəki faktiki kadastr göstəriciləri arasındakı uyğunsuzluqları aradan qaldırmaqdan ibarətdir. Uçot sisteminin proqram təminatının yaradılması işinə ötən ildə başlandığı, bu ildə yekunlaşdırılacağı nəzərdə tutulub.

Bildirilir ki, torpaq fondunun dəqiq uçotu nəticəsində ərzaq təhlükəsizliyi məqsədilə kənd təsərrüfatı dövriyyəsinə cəlb etmək üçün yeni ərazilər müəyyənləşəcək. Ölkənin torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsi, onların münbitliyinin qorunması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına əlverişli şərait yaranacaq. Eyni zamanda torpaq ehtiyatlarının istifadəsinə dövlət nəzarəti güclənəcək, torpaq idarəçiliyinin iqtisadi mexanizmlərinin təkmilləşdirilməsi üçün geniş imkanlar açılacaq, dəqiq torpaq kadastrı məlumatları əsasında kənd təsərrüfatı istehsalatının regionlar üzrə ixtisaslaşdırılmasına dair daha düzgün qərarların verilməsi mümkün olacaq.


Dövlət Gömrük Komitəsi bəyannamələri ucuzlaşdırdı


27.01.2016

dgk-yeni 01Dövlət Gömrük Komitəsi yanvarın 27-dən mal və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi üçün bəyannamələrin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edib. Komitənin bu haqda yaydığı məlumatda bildirilir ki, yeni qərarla gömrük bəyannamələrinin tərtib edilməsi üçün xidmət haqqı 50 manata (ƏDV daxil deyil) endirilib.

Son 20 ildə ümumi daxili məhsulun artım tempi


27.01.2016

udm 12015-ci ildə ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki illə müqayisədə 1,1% artıb. Məlumatı Dövlət Statistika Komitəsi yayıb. Transparency.az son 20 ildə ümumi daxili məhsulun həcminin əvvəlki illə müqayisədə necə artdığına dair statistikanı təqdim edir:

1996-cı il – 1,3%

1997-ci il – 5,8%

1998-ci il – 10%

1999-cü il – 7,4%

2000-ci il – 11,1%

2001-ci il – 9,9%

2002-ci il – 10,6%

2003-cü il – 11,2%

2004-cü il – 10,2%

2005-ci il – 26,4%

2006-cı il – 34,5%

2007-ci il – 25%

2008-ci il – 10,8%

2009-cu il – 9,3%

2010-cu il – 5%

2011-ci il – 0,1%

2012-ci il – 2,2%

2013-cü il – 5,8%

2014-cü il – 2,8%

2015-ci il – 1,1%.

Amanat, ay manat


27.01.2016

samir muallif yeni
        Samir Əliyev

Mərkəzi Bank artıq sərt addımlara başlayıb. İlin ilk ayında 4 bankı yola salıb. Yaxın günlərdə və ya həftələrdə daha bir neçə bankın bağlanması gözlənir. Belə tələsik addımın səbəbi aydındır. Səbəb bağlanması planlaşdırılan bankların taleyini “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qəbuluna qədər həll etməkdir. Milli Məclisin növbəti iclası fevralda olacaq. Qanun da fevral ayı ərzində qəbul edilib qüvvəyə minəcək. Hökumət bağlanan və bağlanacaq bankların əmanətlərini tam qaytarmaq istəmir, ona görə də belə tələsik addımlar atılır – bağlanası bankları tez bağlayır. Yerdə qalan problemli bankların taleyini isə konsolidasiya yolu ilə həll edəcəklər.

Hər zaman bankların konsolidasiyasının tərəfdarı olmuşam və düşünmüşəm ki, bankların sayının azaldılmasına ehtiyac var. Ancaq Mərkəzi Bankın hazırda atdığı tələm-tələsik və selektiv seçmə şəklindəki addımlarının bir sıra neqativ nəticəsi olacaq, zərbəsi əmanət bazarına və əmanətçilərə dəyəcək. Əmanət bazarının kiçilməsi sürətlənəcək, əhalinin banklara etibarı azalacaq.

Diqqəti vacib bir məsələyə — əmanətçilərin hüquqlarına yönəltmək istəyirəm. Bağlanan banklar arasında xeyli əmanətçi kontingenti olanları var. Məsələn, NBC Bankı. Ötən ilin 1 dekabrına olan məlumata görə, bu bank 95 milyon manatlıq depozitə malikdir, bunun da 68 milyon manatı əhalinin payına düşür. Həmin əmanətlərin heç də hamısı qorunmur. Şəxsən neçə-neçə adam tanıyıram ki, onların əmanətinin təxminən 50-60%-i kompensasiya məbləğinə uyğundur. Yerdə qalanın taleyi bankın maliyyə vəziyyətinin ümidinə qalacaq.

Sonuncu devalvasiya ən çox zərbəni banklarla yanaşı dollar əmanətçilərinə vurdu. Qanunvericiliyə görə, Əmanətlərin Sığortalanması Fondu hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəyir. Milli valyutaya münasibətdə hər şey aydındır. Payı onsuz da 20% civarındadır. Ancaq dollar əmanətlərində vəziyyət daha faciəvidir. Mövcud hədd ötən ilin bu vaxtları təxminən 38 min 500 dolları tam sığortalamağa imkan verirdisə, hazırda bu rəqəm 19 min dollara qədər azalıb. Əmanətlərin sığortalanması sisteminə ümid edib, məsələn, 30 min dollarlıq (illik 12%) əmanət yerləşdirən və bank bağlanacağı təqdirdə bunun hamısını alacağına ümid edən əmanətçi nəyə görə əsas məbləğdən 11 min dollar (18 min manat) itirməlidir və ümidini bankın vəziyyətinə bağlamalıdır? Artıq mövcud yanaşmada dollar əmanətçiləri ilə manat əmanətçiləri arasında diskriminasiya yaradılır. Axı manatın ucuzlaşması hökumətin qərarı əsasında baş verib. Hökumət öz gəlirlərini artırmaq üçün və valyuta ehtiyatını qorumaq üçün bu addımı atıb və onun zərbəsi təkcə kredit sahiblərinə yox, həm də ləğv edilmiş banklardakı dollar əmanətçilərinə dəyib.

Düşünürəm ki, hökumət “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik edərək kompensasiya olunan məbləği 50 min manata (təxminən 31 min 250 dollar) qaldırmalıdır və bunu bağlanmış bankların əmanətlərinə də şamil etməlidir.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə