Xəbər bülleteni №21


Məşğulluq konsepsiyası hazırlanır



Yüklə 0,58 Mb.
səhifə18/28
tarix14.02.2018
ölçüsü0,58 Mb.
#26991
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

Məşğulluq konsepsiyası hazırlanır


27.01.2016

meshgulluq 1
Yanvarın 27-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər) layihəsini hazırlamaq üçün yaradılmış işçi qrupun iclası keçirilib. Transparency.az-a verilən rəsmi məlumata görə, tədbirdə İqtisadiyyat, Mədəniyyət və Turizm, Gənclər və İdman, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Həmkarlar İttifaqları Konfederasiyasının, Dünya Bankının, BMT-nin Əhali Fondunun, Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak edib.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, prezident İlham Əliyev ölkədə mövcud demoqrafik meyllər və inkişaf perspektivləri, iqtisadi prioritetlər əsasında uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması üçün məşğulluq konsepsiyası layihəsinin hazırlanması barədə tapşırıq verib: “Tapşırığın icrası olaraq konsepsiya layihəsinin hazırlanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə aidiyyəti dövlət orqanlarının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət işçi qrup yaradılıb. İşçi qrupda ümumilikdə 21 aidiyyəti dövlət orqanı və sosial tərəfdaşlar təmsil olunur”.

Müslümov 2016-2025-ci illəri əhatə edəcək konsepsiya layihəsinin 3 ay müddətində hazırlanmasının nəzərdə tutulduğunu bildirib: “Layihədə mövcud makroiqtisadi vəziyyətin və əmək bazarının təhlili, gələcək inkişaf perspektivləri və meylləri, qarşıda duran əsas çağırışlar və problemlər, növbəti illər üçün məşğulluq siyasətinin əsas məqsəd və vəzifələri, əmək bazarında tələb və təklif arasında tarazlığın təmin edilməsi üzrə zəruri addımlar və sair əksini tapacaq”.

Nazir bildirib ki, Azərbaycanda müsbət demoqrafik amillərin təsiri nəticəsində ölkə əhalisi artmaqda davam edir: “Bu müsbət demoqrafik tendensiya gələcəkdə yeni iş yerlərinin artırılmasını əsas vəzifələrdən biri kimi müəyyən edir. Ona görə də daim artan demoqrafik yükün əmək bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi yeni konsepsiya layihəsinin hazırlanması zamanı diqqətdə saxlanacaq. Makroiqtisadi siyasət və sahibkarlığın inkişafı, yeni iqtisadi inkişaf mərhələsində məşğulluq siyasətinin formalaşdırılması, infrastruktur layihələrində, dövlət investisiya xərclərində məşğulluq amilinə önəm verilməsi, rəqabətə davamlı kadr potensialının yaradılması, əmək bazarının inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması layihədə prioritet istiqamətlər kimi əksini tapacaq. Bu istiqamətlər sırasına işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarının əmək bazarına inteqrasiyası, sosial məsuliyyət və sosial tərəfdaşlığın inkişaf etdirilməsi də daxil ediləcək”.

Müslümov həmin istiqamətlər nəzərə alınmaqla Azərbaycan Respublikasında Məşğulluq Konsepsiyası (2016-2025-ci illər) layihəsinin hazırlanması üzrə işçi qrupun müzakirəsi üçün müəyyənləşdirilən məsələləri qeyd edib: “Bu məsələlər sırasına iqtisadi şaxələndirmənin məşğulluğun strukturuna və inkişafına təsirinin qiymətləndirilməsi, əmək bazarında tarazlığı təmin edəcək və məşğulluğu stimullaşdıracaq institusional islahatların istiqamətlərinin müəyyən edilməsi, regionlar üzrə qeyri-neft sektoruna üstünlük verilməklə yeni iş yerlərinin yaradılması və məşğulluğun strukturunun diversifikasiyası, əmək bazarının inkişafı üzrə vahid informasiya məkanının formalaşdırılması və sair aiddir. Həmçinin əmək bazarında peşə və ixtisaslar üzrə kadr tələbatına dair proqnozun müəyyənləşdirilməsi metodologiyasının hazırlanması, ali, orta və peşə-ixtisas tədris müəssisələrinə tələbə qəbulunun əmək bazarının real və perspektiv tələblərinə uyğunlaşdırılması, işsizlkdən icbari sığorta sisteminin tətbiqi, ev təsərrüfatları başçısı olan qadınların əmək bazarına çıxış imkanlarının qiymətləndirilməsi və digər məsələlər nəzərdə saxlanacaq”.

Azərbaycan Korrupsiya Qavrama İndeksində (2000-2015-ci illər)


27.01.2016

dunyaAzərbaycan Korrupsiya Qavrama İndeksi (KQİ) hesabatına salındığı ilk ildə (2000-ci il) 90 ölkə arasında 1,5 balla 87-ci olub.

“Transparency İnternational” təşkilatının 1995-ci ildən dərc etdiyi Korrupsiya Qavrama İndeksi dövlət sektorunda korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq dövlətlərin sıralamasını müəyyənləşdirir.

İndeks hazırlanarkən bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı apardığı sorğulara, qiymətləndirmələrə istinad olunur.

Transparency.az bildirir ki, hesabat 2011-ci ilədək 0-dan (çox zəif) 10-a (çox yaxşı) metodu ilə hazırlanıb. 2001-ci ilin göstəriciləri 91 ölkəyə görə müəyyən edilib. Azərbaycan həmin il 2 balla 84-cü yerdə olub. Növbəti ildə ölkə eyni balla 102 ölkə arasında 95-ci yerdə qərarlaşıb. 2003-cü ildə KQİ göstəricilərində Azərbaycanın balı 1,8-ə düşüb, o, 133 ölkə arasında 124-cü olub.

Azərbaycan 2004-cü ildə 146 ölkə arasında 1,9 balla 140-cı, 2005-ci ildə 159 ölkə arasında 2,2 balla 137-ci yerdə göstərilib.

Növbəti ildə ölkənin göstəriciləri 2,4 balla qiymətləndirilib: 163 ölkə arasında 130-cu. 2007-ci ildə isə nəticələr 179 ölkə arasında qiymətləndirilib. Azərbaycan 2,1 balla 148-ci yerdə olub.

2008 və 2009-cu illərdə Korrupsiya Qavrama İndeksinə görə hesabat 180 ölkəni əhatə edib. Ölkə 2008-ci ildə 1,9 balla 159-cu, bir il sonra 2,3 balla 143-cü sırada qərar tutub.

Sonrakı iki ildə Azərbaycan 2,4 balla qiymətləndirilib: 2010-cu ildə 178 ölkə arasında 134-cü, 2011-ci ildə isə 183 ölkə arasında 143-cü yerdə gəlib.

2012-ci ildən “Transparency İnternational” təşkilatı Korrupsiya Qavrama İndeksini yeni 0-dan (çox zəif) 100-ə (çox yaxşı) metodologiyası əsasında hazırlayır. Həmin il 176 ölkə haqqında hazırlanan hesabatda Azərbaycan 27 balla 139-cu olub, sonrakı ildə 177 ölkə arasında 28 balla 127-ci yerdə gəlib.

2014-2015-ci illərdə Azərbaycan üzrə göstəricilər 29 balla qiymətləndirilib. Əvvəlki ildə ölkə 175 ölkə arasında 126-cı, sonrakı ildə 168 ölkə arasında 119-cu yerdə qərarlaşıb.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə