Xəbər bülleteni №21


Prezident sərəncamı pensiyaçıların 95 faizinə şamil olunacaq



Yüklə 0,58 Mb.
səhifə14/28
tarix14.02.2018
ölçüsü0,58 Mb.
#26991
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

Prezident sərəncamı pensiyaçıların 95 faizinə şamil olunacaq


26.01.2016

zakir babayevrezident İlham Əliyevin 25 yanvar 2016-cı il sərəncamına əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2015-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsini indeksləşdirəcək. AZƏRTAC-ın məlumatına görə, DSMF sədrinin müavini Zakir Babayev yanvarın 26-da keçirilən mətbuat konfransında deyib ki, 2015-ci ildə inflyasiyanın aşağı səviyyədə saxlanması təmin olunub, istehlak qiymətlərinin 4 faizlik indeksi qeydə alınıb.

Sərəncama əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq. Zakir Babayev bildirib ki, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə hər ay təqribən 3,24 milyon manat, il ərzində isə 38,9 milyon manat əlavə vəsait tələb yönəldiləcək: “Əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 95 faizinə şamil olunacaq. Əmək pensiyalarının sığorta hissəsinin və fərdi hesablarda qeydə alınan pensiya kapitallarının indeksləşdirilmə artımı avtomatlaşmış qaydada icra ediləcək. Fevral ayının pensiyalarının ödənişi onların baza və sığorta hissələrinin artımları ilə birlikdə həyata keçiriləcək”.

DSMF rəsmisi dövlət başçısının imzaladığı “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” sərəncama da toxunub. O deyib ki, sərəncama əsasən, 2016-cı il fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən edilib: “İl ərzində 3 yaşadək uşağa qulluğa görə müavinət alanların sayı təxminən 48 min nəfərdir ki, bu kateqoriyadan olanların müavinətinin artımının maliyyələşdirilməsi üçün il ərzində 3,5 milyon manat əlavə vəsait yönəldiləcək”.

İlham Əliyev sahibkarlar qarşısında çıxış edib


26.01.2016

konfrans 1Yanvarın 26-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev konfransın rəsmi açılışında iştirak edib və nitq söyləyib.

İqtisadiyyat naziri Şahin Mustafayev və sahibkarlar da konfransda çıxış ediblər.

Rəsmi açılışdan sonra konfrans işini panel iclasları ilə davam etdirib.


Jurnalistin ölüm işi: Cavid Hüseynov məhkəmədə ifadə verdi


26.01.2016

cavid huseynovBakı Ağır Cinayətlər Məhkəməsi jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin işi üzrə prosesi yanvarın 26-da davam etdirib. Prosesdə futbolçu Cavid Hüseynov şahid ifadəsi verib.

ANN.TV-də reportyor olmuş Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Jurnalist ağır xəsarətlər alıb və bir gün sonra xəstəxanada keçinib. Hadisəyə görə “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.

Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov ötən il avqustun 6-da “Qəbələ” klubunun heyətində Kiprin “Apollon” klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə onu “Facebook” səhifəsində tənqid etmiş Rasim Əliyevə zəng vuraraq təkzib verilməsini tələb edib.

Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u saat 5 radələrində orada vəfat edib.

Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilirlər. Rasim Əliyevə məxsus mobil telefonun oğurlanaraq sındırılması epizoduna görə Arif Əliyevə və Elşən İsmayılova oğurluq ittihamı da irəli sürülüb.

Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Onun işi ayrıca icraata ayrılıb.

APA-nın məlumatına görə, 26 yanvar prosesində şahid ifadəsi verən Cavid Hüseynov deyib ki, Elşən İsmayılov onun bibisi oğludur, digər təqsirləndirilən şəxsləri isə tanımır: “Rasim Əliyevin barəmdə yazdıqlarını Elşən mənə mesajla göndərdi. Mənsə ona dedim ki, fikir vermə. Gördüm ki, Elşən çox əsəbidir, mən Rasimin telefon nömrəsini alıb onunla danışdım. Sonra Elşənə dedim ki, məsələ bitib, boş ver. Lakin Elşən mənə dedi ki, Rasim söyüş söyüb, bu şəxsi məsələdir. Mənim onların arasında baş verən hadisədən xəbərim olmayıb. Sonra bildim ki, Rasimi xəstəxanaya yerləşdiriblər, yanına getdim. Bir gün sonra isə vəfat etdiyini eşitdim. Onda isə Elşənə dedim ki, get polisə və hər şeyi olduğu kimi danış. Mən Rasimin öləcəyini gözləmirdim. Ağlıma gəlsəydi ki, belə bir hadisə baş verə bilər, onda Rasimi başqa xəstəxanaya aparardım”.

Report.az-ın məlumatına görə, Cavid Hüseynov deyib ki, Rasim Əliyevə zəng vuranda “Facebook”da belə bir status yazmasının səbəbini soruşub: “Dedi ki, yunanıstanlı jurnalist həmkarıma hörmətsizlik etmisən. Mən isə o hərəkətdə heç bir hörmətsizlik etmədiyimi, həmin işarə ilə Türkiyə ilə qardaş olduğumuzu göstərdiyimi bildirdim. Rasim məni başa düşdü, üzr istədi. Dedim ki, üzr istəmək lazım deyil, o söhbət bağlandı. Elşənə də dedim ki, Rasim məndən üzr istəyib, məsələ bitsin. Sonradan Elşəngilin Rasimlə görüşməyə getməsini, aralarında nə baş verdiyini bilməmişəm. Hadisədən sonra Elşən mənə dedi ki, Rasimə bir təpik vurdum. Mən də Elşəni danladım”.

Ötən il avqustun 6-sı “Qəbələ” Bakıda Kiprin “Apollon” klubu ilə beynəlxalq oyunda qələbə qazanıb. Oyun bitəndə qələbə topunun müəllifi Cavid Hüseynov sevincini Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını başı üzərinə qaldırmaqla ifadə edib. Meydançadan ayrılan zaman kiprli jurnalistin “Nəyə görə Türkiyə bayrağını qaldırmışdınız” sualına cavabında Cavid Hüseynov yumruqlarını bir-birinə vuraraq Azərbaycan və Türkiyənin bir olduğunu anlatmağa çalışıb. Bu jest videoya düşüb. Futbolçunun əl hərəkəti ilə etdiyi jesti başqa cür qiymətləndirən Rasim Əliyev avqustun 7-də “Facebook”da onu əxlaqsız və tərbiyəsiz adlandırıb.

Avqustun 8-də Rasim Əliyev “Facebook”da yeni bir statusla çıxış edib: “Cavid Hüseynovla aramızda söhbət oldu və mənə bildirdiyinə görə, etdiyi bu əl hərəkətləri heç də təhqiramiz hərəkət yox, Azərbaycan və Türkiyənin dost ölkələr olmasını bildirən işarədir. Cavidə də onu məsləhət görürəm ki, düzgün anlaşılmayan bu video ilə bağlı KİV-də açıqlama versin”.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə