Xəbər bülleteni №21


Azərbaycan üzrə keçmiş məruzəçi AŞPA sədri seçildi



Yüklə 0,58 Mb.
səhifə12/28
tarix14.02.2018
ölçüsü0,58 Mb.
#26991
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

Azərbaycan üzrə keçmiş məruzəçi AŞPA sədri seçildi


25.01.2016

pedro 1
İspaniyalı deputat Pedro Aqramunt yanvarın 25-i Avropa Şurası Parlament Assambleyasının plenar iclasında qurumun sədri seçilib. Avropa Xalq Partiyasının nümayəndəsi olan Pedro Aqramunt bu vəzifəni rotasiya prinsipi əsasında tutub.

Transparency.az bildirir ki, Pedro Aqramunt 1951-ci il dekabrın 9-da Valensiyada anadan olub. Hüquqşünasdır. İspaniya parlamentinə ilk dəfə 1991-ci ildə seçilib. 2000-ci ildən Avropa Şurası Parlament Assambleyasında təmsil olunur. 2010-2015-ci illərdə Avropa Şurasının Azərbaycan üzrə məruzəçilərindən biri olub.


Prezident iqtisadi islahatlar üzrə köməkçi təyin etdi


25.01.2016

nemirov 1Yanvarın 25-də dövlət başçısı İlham Əliyev Natiq Ərziman oğlu Əmirovun prezidentin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilməsi haqda sərəncam imzalayıb.

Transparency.az bildirir ki, Natiq Əmirov 1967-ci ildə Şabran rayonunda anadan olub. 1990-cı ildə Sankt-Peterburq Maliyyə-İqtisad İnstitutunu (iqtisadçı), 1998-ci ildə Təfəkkür Universitetini (hüquqşünas) bitirib.

Sumqayıt Şəhər Maliyyə Şöbəsində böyük büdcə iqtisadçısı, Sumqayıt Şəhər Dövlət Vergi Müfəttişliyində böyük dövlət vergi müfəttişi, şöbə rəisi, rəis müavini, Səbail Rayon Vergilər İdarəsinin rəis müavini postlarını tutub.

Vergilər Nazirliyində departament rəisinin müavini, idarə rəisi olub. 2005-ci ildə vergilər nazirinin müavini, 2009-cu ildə birinci müavini vəzifəsinə təyin edilib.

3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir.

Ailəlidir, 3 övladı var.


Nazirlik 5823 keçmiş məhkuma müavinət verib


25.01.2016

emek nazirliyi 01Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən il penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş 5823 nəfər şəxsi birdəfəlik pul müavinəti ilə təmin edib. Rəsmi məlumata görə, onların hər birinə minimum əməkhaqqının 4 misli məbləğində (420 manat) birdəfəlik pul müavinəti ödənilib.

2015-ci ildə həbs cəzasından azad olunan şəxslərdən 152 nəfəri üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib.


Prezident sosial müdafiə sahəsinə aid sənədlər imzalayıb


26.01.2016

prezident-ferman
Prezident İlham Əliyev sosial müdafiə sahəsinə aid fərman və sərəncamlar imzalayıb. Transparency.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fonduna ötən il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2016-cı il yanvarın 1-nə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

Ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün 2016-cı ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon manat ayrılır.

Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara prezident təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq fevralın 1-dən 66 manat müəyyən edilir.

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılır.

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) prezident təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq fevralın 1-dən 110 manat olur.

Fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən edilir.

Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlər isə fevralın 1-dən 10 faiz artırılır.

Gəncənin icra hakimiyyəti yeni səlahiyyət aldı


26.01.2016

gih 01Yanvarın 25-də dövlət başçısı İlham Əliyev Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetməni təkmilləşdirməyə fərman verib. Transparency.az-ın məlumatına görə, fərmanla Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradılır. Gəncə şəhərinin inzibati ərazisində sərnişin daşınmasının inkişaf etdirilməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektlərinin normativ hüquqi aktlara riayət etməsinə nəzarət, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi Gəncə Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olacaq.

Nazirlər Kabineti Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi işçilərinin say həddi barədə təkliflərini bir ay müddətində prezidentə təqdim etməlidir. Həmin müddətdə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti işçilərinin say həddinə də yenidən baxılmalıdır.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə