Xəbər və fikir jurnalı №10 (80) 12. 03. 2012 M. Saakaşvilinin Azәrbaycanı qarışdıran çıxışı


№10 (80)      12.03.2012      Fərqli düşüncə



Yüklə 247,76 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix20.10.2017
ölçüsü247,76 Kb.
#5701
1   2   3   4   5   6   7   8   9

№10 (80)      12.03.2012      Fərqli düşüncə

3

Quba hadisәlәrinә görә saxlanan-

ların sayı ilә bağlı ziddiyyәtli

mәlumatlar yayılmaqdadır. Rәsmi

qurumlar saxlananların sayı

barәdә dәqiq rәqәm açıqlamırlar.

Hәlә ki, indiyә qәdәr apardığımız

araşdırmalar nәticәsindә  3 nәfәr

barәsindә dәqiq mәlumat әldә edә

bilmişik. Onlar Quba rayon sakin-

lәri Alxas Dәnyalov, Samir Xam-

mәdov vә Fәrhad

Abdulrәhmanovdur. Bu gәnclәrin

bir neçә gün әvvәl Qubadan

Bakıya gәtirildiyi bildirilir. 

YALNIZ 3 NӘFӘRİN ADI

MӘLUMDUR 

Hәr 3 şәxs Cinayәt Mәcәllәsinin özgә

әmlakını qәsdәn mәhvetmә, zәdәlәmә

vә ictimai qaydanın pozulmasına sәbәb

olan hәrәkәtlәri tәşkiletmә vә ya bu cür

hәrәkәtlәrdә fәal iştirak etmәdә ittiham

olunurlar. Vәkillәrindәn aldığımız mәlu -

mat lara görә, onların müdafiә etdiklәri

şәxslәr Daxili İşlәr Nazirliyinin (DİN)

Mütәşәkkil Cinayәtkarlığa qarşı Mübarizә

İdarәsindә saxlanılır. Amma DİN bu

barәdә hәr hansı mәlumat vermәkdәn

imtina edir. Nazirlikdә hesab edirlәr ki, bu

hadisәlәrlә bağlı istintaq getdiyindәn hәr

hansı mәlumatın verilmәsi istintaqın işinә

mane ola bilәr. 

Qubadakı jurnalistlәrdәn vә digәr

mәnbәlәrdәn aldığımız mәlumatlarda

saxlananların 15 nәfәrә yaxın olduğu

bildirilir. Amma bu mәlumatlar hәlә ki,

rәsmi tәsdiqini tapmayıb. Qubadan

aldığımız mәlumatlara görә, saxlanan-

ların çox olmasını hәr gün rayon

prokurorluğu qarşısına yığılan adamların

sayı da tәsdiq edir. 

Qubadan seçilәn deputat Yevda

Abramov isә hәbs olunanların daha çox

olması barәdә yayılan mәlumatları şayiә

hesab edir. Deyir ki, 1 mart hadisәlәrinә

görә saxlananlar 3 nәfәrdәn artıq deyil:

«Mәn 3 nәfәrdәn artıq adam haqqında

heç bir şey eşitmәmişәm, bilmirәm». 



«TUTULANLARIN SAYININ

AÇIQLANMAMASI ADAMLARI

GӘRGİNLİK VӘ QORXUDA 

SAXLAMAQ ÜÇÜNDÜR» 

Qubaya sәfәrә hazırlaşan hüquq

müdafiәçisi, Helsinki Vәtәndaş Assamb-

leyası Azәrbaycan Milli Komitәsinin sәdri

Arzu Abdullayeva deyir ki, onlarda 1 mart

hadisәlәrinә görә saxlanan 5 nәfәrin adı

mәlumdur. Onun sözlәrinә görә, mәtbu-

atda adları gedәn 3 nәfәrdәn başqa

martın 5-dә Xәyyam Yunusov, martın 9-

da isә Murad Zakirov saxlanılır. Arzu Ab-

dullayeva bildirir ki, bundan başqa digәr

saxlanılanların kimliyini hәlә ki, dәqiqlәş -

dirә bilmәyiblәr. Hüquq müdafiәçisi deyir

ki, ola bilәr bu hadisәlәrdә hansısa

maraqlı qüvvәlәr var ki, onlar cәmiyyәti

belә qeyri-müәyyәnlikdә saxlamaq

istәyirlәr:  «Bir tәrәfdәn nigarançılıq,

digәr tәrәfdәn xof, gәrginlik ola bilsin ki,

kiminsә marağındadır. Hәmin qüvvәlәr

belә bir vәziyyәti saxlamaqda maraqlıdır-

lar».

ADAMLARA MӘTBUATA 

İNFORMASİYA VERMӘMӘYӘ

DAİR XӘBӘRDARLIQ OLUNUR? 

Arzu Abdullayeva bundan başqa 

1 mart hadisәlәrinә görә rayon sakin-

lәrinә müxtәlif formada tәzyiqlәrin

edildiyini dә deyir. O deyir ki, hәtta

Helsinki Vәtәndaş Assambleyası Azәrbay-

can Milli Komitәsi nin Quba rayonu üzrә

nümayәndәsini dә polisә aparıb ona

xәbәrdarlıq ediblәr. Ötәn bir-neçә gün

әrzindә 2 nәfәr rayon icra hakimiyyәtinә

çağırılıb. Onlara rayonda baş verәn

hadisәlәrlә bağlı mәtbuata mәlumat yay-

mamağa dair xәbәrdarlıq edilib. 

Maarif Çingizoğlu

Quba hadisәlәrinә görә

neçә nәfәr saxlanıb?

Qubada 1 mart aksiyası

AzadliqRadiosu.az

saytında maraqlı

videolar

• 

«Eurovision 2012»yә 

gedәcәksiz?

• 

Rusiya «Eurovision»a nәnәlәri 

göndәrir

• 

"GEN" MMC-dәn narazı 

sakinlәrin piketini polis dağıtdı

• 

Әhmәdlidә sürüşmә zonasında

nәlәr baş verir

• 

Son 3 il әrzindә ölkәyә 2879 cins

mal-qara gәtirilib

• 

İrana getmәk istәyәnlәr çoxaldı,

bu mәnzәrә yarandı

• 

Azәrbaycan qadınlar günü: 

8 mart, yoxsa başqa gün?

• 

Qadınlara portret hәdiyyәsi 

AzadliqRadiosu.az

saytında hәmçinin 

oxuyun

İsrail Qәzzәni bombalayıb, 

ölәnlәr var

Yeniyetmәlәrin çoxu

miqrasiya etmәk istәyir

Azәrbaycanın yeni neft 

rekordları

Arzu Abdullayeva



№10 (80)      12.03.2012      Fərqli düşüncə

4

Martın 1-dә Qubada baş verәn

kütlәvi etiraz aksiyasının

nәticәlәri vә fәsadları hәlә dә me-

dianın diqqәt mәrkәzindә qalır.

Bәs Azәrbaycan ziyalısı bu barәdә

nә düşünür? Xalq yazıçısı Әkrәm

Әylisli ilә bu barәdә söhbәti

tәqdim edirik. 

- Әkrәm müәllim, Quba hadisәlәrinә

münasibәtinizi bilmәk istәrdik.

- Mәn bir ziyalı vә vәtәndaş möv qeyim

olaraq deyirәm ki, Quba hadisәlәri çox

qәliz mәsәlәdir. Açığını deyim ki, mәn bu

«әrәb baharı», filana sevinәn deyilәm.

Çünki gözümün qarşısın 

da әrәb

dünyasını darmadağın etdilәr. Әrәb



dünyası özünә gәlәnәcәn bәlkә әlli il

vaxt keçmәlidir. 



QUBA HADİSӘLӘRİ = ӘRӘB 

BAHARI?

– Quba hadisәlәrini «әrәb baharı»na

oxşatmaq olar, deyirsiz?

– Yox. Quba hadisәlәrinin içini

bilmirәm düzü. Amma o mafioz qruplaş-

maların bir-birinә qarşı qurduğu oyun da

ola bilәr. Amma fakt budur ki, bu hadisә

hakimiyyәtә ciddi siqnal olmalıdır. Faktiki

olaraq camaat küçәlәrә tökülüşdü vә ko-

rtәbii bir vәziyyәt yarandı. O kortәbii

vәziyyәt bir az da güclәnәndә qarşısını

almaq çox çәtin olur. 

– Hadisәlәrin kökündә sosial problem-

lәr dә var, ya ancaq dediyiniz mafioz

qruplardır? 

– Bu yalnız Quba deyil. Mәn hamısını

ümumilәşdirmәk istәmirәm, amma bu

faktdır ki, Azәrbaycanın әksәr rayon-

larında icra başçıları özlәrini xan kimi

aparırlar. Camaata yuxarıdan aşağı ba -

xır lar. Xalqı mәcbur edirlәr ki, bunların

özlәrinә vә ümumiyyәtlә, hakimiyyәtә

nifrәt etsin. O yerә gәtirib çıxardırlar mil-

lәti. O icra başçılarından bәzilәrini

tanıyıram. Necә deyәrlәr, onları «iki

eşşәyin arpasını bölmәyә» dә layiq

bilmirәm. Amma gәlib oturublar dә

orada. 


KADR MӘSӘLӘSİNDӘ 

HӘSSASLIQ OLMALIDIR

– Sizcә, Qubadakı kimi etiraz ak-

siyalarını da adi siyasi mitinqlәr kimi

yatırtmaq asandır?  

– Deyim ki, indi hakimiyyәt güclüdür.

Buna söz ola bilmәz. Bu hakimiyyәtin

imkanı var ki, hәr cürә üsyanı yatırtsın.

Amma bu üsyanın bu gün birini yatır-

darsan, sabah başqası ola bilәr. 

– Onda bәs necә etmәli?  

– Mәsәlәlәri koordinal şәklidә hәll

etmәk lazımdır. Çalışmaq lazımdır ki,

sosial әdalәtsizlik nisbәtәn aradan

götürülsün. Mәsәlә ondadır ki, Azәrbay-

can kapitalizmi çox qudurmuş kapital-

izmdir. Men xeyli kapitalist ölkәsindә

olmuşam. Avropada, götürәk elә

Norveçi. Orada kapitalistlәrin böyük

sәrvәti var. Amma adi insanların da hәr

şeyi var. Vә heç kim digәrinә yuxarıdan

aşağı bax mır. Biz çalışmalıyıq ki, ölkәmiz

yavaş-yavaş o istiqamәtә getsin. Amma

qu du ran qudurmağında, әzilәn әzilmә -

yin dә, bu gedişlә, әlbәttә ki, ölkә çox pis

vәziyyәtә düşә bilәr. Ona görә dә

mәncә, dövlәtin idarәedici orqanları

kadr mәsәlәlәrinә hәssaslığı artırmalıdır.

İndi o hәssaslıq yoxdur. Özüm gör-

mәmişәm, babalı deyәnlәrin boynuna.

Pul verib gedirlәr vәzifәyә, oturub

başlayırlar pul yığmağa, bütün zülm dә

camaatın üzәrinә düşür. 



«XALQIN QӘZӘBİ VULKAN

KİMİDİR»

– Sizcә, Qubadan gәlәn siqnal Bakıda

ciddi qәbul olunacaq? 

– Mәnә elә gәlir ki, artıq ciddi qәbul

olunub. Yәni hakimiyyәtdә oturanlar gö-

zlәrini yummayıblar. Mәn bu işin içini

bilmirәm. Yәqin ki, onlar bu işin içini dә

yaxşı bilirlәr. Amma bu üsyana nә bais

olsa belә, hәr halda bu adamlar yәqin

ki, bunu görüblәr, hiss ediblәr vә onlar-

dan tәlәb edilәn budur ki, hәssas

yanaşsınlar buna. Yәni bunu qulaqar -

dına vermәsinlәr. 

– Әkrәm müәllim, qulaqardına ver-

sәlәr, nә olar sizcә? 

– Onda gәlәcәkdә bu hadisәlәr bir az

da geniş miqyas alar. İnsanda dözümün

hәddi olur. O hәdd qurtaranda ola bilsin

ki, daha gözlәnilmәz, daha qorxulu vә

acınacaqlı hadisәlәr baş verә bilәr.

Xalqın qәzәbi tәbii fәlakәt kimi olur.

Vulkan kimi. İçәridә yığıb püskürәndәn

sonra qarşısını almaq olmur, yandırır hәr

yeri.


Әkrәm Әylisli: «Әksәr icra başçıları

özlәrini xan kimi aparırlar»

Әkrәm Әylisli

AzadlıqRadiosunu Androiddә dinlәmәk olar

Әvvәllәr AzadlıqRadiosunu canlı olaraq mobil telefonlarda necә dinlәmәk barәdә mәlumat ver-

mişdik. Bildiririk ki, indi  xüsusi mobil App әlavәsini yüklәmәklә AzadlıqRadiosunu Android

әmәliyyat sistemi ilә işlәyәn mobil telefonlarda da izlәmәk olur.

Әlavәni yüklәmәklә mobil telefonunda nәlәr әldә edirsәn:

• Gündә 24 saat vә hәftәnin 7 günü Radionu canlı, ya da arxivdәn dinlәmәk vә yazıları oxumaq;

• Sәhifәyә internetdә olmadan - offline rejimdә baxmaq üçün yazıları, videoları vә ya audionu

yüklәmәk;

• Audioları birbaşa arxivdәn dinlәmәk (podcast);

• AzadlıqRadiosunun yayım cәdvәlinә baxıb, növbәti proqramlar haqda әvvәlcәdәn xәbәr tut-

maq;

• Sәslәri audio arxivdә axtarmaq;



• Tәcili xәbәrin, foto vә ya videon varsa bu әlavәmizdәn istifadә etmәklә paylaşmaq;

• Xәbәrlәrini, video vә fotolarını e-mail, Twitter vә Facebook vasitәsilә paylaşmaq. 



Әlavәni   

http://www.azadliq.org/info/mobile_new/2178.html internet ünvanın-

dan telefona yüklәmәk olar.


Yüklə 247,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə