Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   29   30   31   32   33   34   35   36   ...   100

 
112 
Aeromaqnitometr 
MMS-214. 
Təyyarənin 
xaricində 
yerləşdirilmiş  kompleks  cihazların  bir  hissəsidir.  Bu  cihaz 
aeromaqnit  kəşfiyyatında  istifadə  edilir,  alınan  nəticələr  isə 
hesablama maşınlarında aparılır. Cihaz həm əllə, həm də  avtomatik 
olaraq  təyyarənin  içərisindən  işə  salınır.  Yerin  maqnit  induksiya 
vektorunu 2000—100.000 nTl hüdudunda ölçür, xətası 2,5 nTl-dır. 
Aeromaqnitometr  MM-305  yer  səthində  maqnit  kəşfiyyatları 
aparan  M-33  cihazı  kimi  işləyir.  MM-305  Yerin  maqnit  sahəsinin 
tam vektorunun gərginliyini  yaxud onun dəyişməsini 

T təyin  edir. 
Ölçmə  hüdudu  20.000-dən  80.000  nTl-ya  qədərdir.  Müşahidə 
müddəti (ölçmə müddəti) 0,143 saniyə, dəqiqliyi isə 0,1 nTl -dır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
113 
 
VIII Fəsil 
AEROMAQNİT VƏ YERÜSTÜ ÇOL MAQNİT KƏŞFİYYATI 
İŞLƏRİNİN METODİKASI 
§33. Ümumi müddəalar 
Çöl işlərinin metodikası dedikdə onu bilmək kifayətdir ki, götürülən 
iş hansı sistem üzrə icra olunacaq. Çöl işlərinin metodikası aşağıdakı 
qaydada aparılır: 1. Planalmanın məqsədi; 2. Planalmanın dəqiqliyi, 
miqyası  və  hesabat  xəritəsində  izoxətlərin  en  kəsiyi;  3.  Müşahidə 
məntəqələrinin  yerləşdirilməsi  sıxlığı,  nəzarət,  dayaq  və  çıxış 
qaydaları; 4. Çöl ölçmələrinin əsas prinsipləri; 5. Geodeziya işlərinin 
dəqiqlyi. Maqnit planalma yerüstü, havadan və dənizdə aparılır. Axır 
vaxtlar şaxtalarda yeraltı maqnit planalma işləri də aparılır. 
Keçmiş  Sovetlər  ölkəsinin  bütün  ərazisi  havadan  maqnit 
planalınması  ilə  tam  əhatə  olunub.  Planalmanın  məqsədi  geoloji 
xəritəyə  almaqdır  və  1:1000.000  və  1:200.000  miqyasında  aparılıb. 
Alınan  nəticələr  böyük  strukturların  və  intruzyaların  yatım  istiqa-
mətini  aşkar  edilməsində  və  tektonik  pozulmaların  izahında  əvəzsiz 
rol  oynayır.  Bəzi  hallarda  isə  güclü  maqnitliyə  malik  filiz  yataqları 
aşkar  edilir.  Hal-hazırda  havadan  maqnit  planalınması  geoloji 
xəritəyə  almada çox geniş  istifadə olunur və 1:50.000, 1:25.000,  az 
hallarda isə 1:10.000 miqysında aparılır. 
      Yer  səthində  kiçik  miqyaslı  maqnit  planalmalar,  əsasən,  neft  və 
qaz  saxlayan  strukturların  axtarılmasında  istifadə  edilir.  Geoloji 
xəritəyə alma məqsədi ilə maqnit kəşfiyyat işləri aşağıdakı miqyasda 
aparılır;   1:50.000;  1:25.000;  1:10.000; 1:5000. 
Maqnit planalınması ilə yataqların dəqiq axtarışı aşağıdakı miqyasda 
həyata  keçirilir:    1:10.000;  1:5000;  1:2000;  1:1000.  Belə  axtarışlar 
havadan  və  yerüstü  maqnit  planalınmasından  sonra  neft  qazlğa  və 
digər  yataqların  çox  guman  olunan  sahələrində    aparılır.  Dəqiq 
aparılan işlərin nəticəsində filiz yataqlarının ölçuləri, formas və hansı 
dərinlikdə yerləşməsi təyin edilir. 
İşə  başlamamışdan əvvəl anomaliyanın və geoloji quruluşun 
guman  edilən  ölçülərindən  asılı  odaraq  müşahidə  məntəqələrinin 


 
114 
arasındakı məsafə (miqyası) ərazidə marşrutun (profilin) seçilməsi ilə 
müəyyən edilir (§5-8 bax). 
Lazım  gələn  dəqiqlikdən  asılı  olaraq  seçilmş  ərazini  işləyib 
hazırlayırlar. 
 
§34. Yerüstü çöl işlərinin maqnit kəşfiyyatı üsulu ilə 
aparılmasının xususiyyətləri 
Bütün  maqnit  axtarışları  işi  nəzarət  məntəqəsinə  nisbətən 
aparılır.  Nəzarət  mən-təqəsi  başlanğıc  nöqtə  rolunu  oynayır,  bu 
nöqtədə  alınan  qiymətə  əsasən    nöqtələrdəki  sahənin  dəyişməsini 
müəyyən edirlər.  
Nəzarət məntəqəsində təyin olunan qiymətlə operator həm də cihazın 
texniki vəziyətini yoxlayır və vaxtdan asılı olaraq bir nöqtədə cihazın 
göstərişinin dəyişməsinə nəzarət edir. 
Nəzarət  məntəqəsi  iş  aparılan  ərazidə  dəstənin  dayandığı 
Yerin yaxınlığında maqnit sahəsinin sabit olan bir nöqtəisndə seçilir. 
Seçilmiş  nəzarət  məntəqəsinin  (NM)  yanına  0,5-0,6  metr  hündür-
lüyündə  ağac  basdırılır  və  üzərində  iş  aparılan  vaxt  və  par-  tiyanın 
qısaca  adı  və  nəzarət  məntəqəsinin  nömrəsi  yazılır.  Planalma  vaxtı 
orta  dəqiqlik  (15-5)nTl-dən  çox  olmamalıdır.  Yüksək  dəqiqlikli 
planalmada isə dəqiqlik  5nTl olur, bunun üçün ərazidə əlavə olaraq 
nəzarət  məntəqaləri  yaradılır  və  növbəti  müşahidə  məntəqələri 
arasında məsafə elə təyin edilir ki, 2-3 saata gedib gəlmək mümkün 
olsun. Təcrübi olaraq müəyyən edilib ki, maqnitometrin sfır nöqtəsi 
bir  neçə  saat  ərzində  düzxətli  olaraq  Yerini  dəyişir.  Bunun  üçün  də 
nəzarət  məntəqələri  arasındakı  məsafə  elə  dəqiq  seçilməlidir  ki, 
maqnitometrin  ölçülərində  böyük  dəyişikliklər  olmasın,  yəni  bir 
məntəqədən digərinə adi reys 2-3 saatdan çox olmamalıdır. 
Hər  hansı  bir  düz  sahədə  planalma  işi  aparılırsa  (İM),  istinad  mən-
təqəsini profilin çıxışında magistral yolun kənarında (MQ) qoyurlar. 
Qənaət  məqsədi  ilə  (İM)  profildən  bir  qoyurlar  və  onlara  nömrələr 
yazırlar.  Bütün  istinad  nöqtələri  nəzarət  məntəqələri  (NM)  ilə  iki 
qarşılıqlı  hərəkət  istiqamətində  əlaqələndirilir.  İstinad  şəbəkəsi  üzrə 
iş  vaxtı  ölçmələr  aşağıdakı  ardıcıllıqla  aparılır.  Nəzarət  məntəqəsi 


 
115 
NM səhər 2-3 saat profil üzrə adi ölçmələr  İM1  2-3 saat,  İM2, adi 
ölçmələr  2-3  saat  NM  axşam.  Proton  maqnitometri  MMQ-203  və 
kvant  maqnitometri  M-33  ilə  ölçmələr  istinad  nöqtələri  (məntəqəsi) 
olmadan aparılır, bu ölçmələrdə nəzarət məntəqələri kifayətdir. 
O ərazidə ki, anomalya aşkar edilib, orada daha dəqiq yerüstü 
işlər  aparılır.  Həm  də  mikromaqnit  planlaşdırılması  aparılır.  Belə 
ərazinin  sahəsi  (100x100m)  sıx  şəbəkə  yaratmaqla  (1x1m)  tədqiq 
olunur, süxurların çatlılığı  yuyulub  gəlmənin  istiqaməti aşkar edilir. 
Belə ölçmələrdə nəzarət məntəqəsinə üç adi ölçmədən bir qayıdırlar. 
 
§35. Aeromaqnit planalma üsulu 
Aeromaqnit  planalma  yerüstü  planalmadan  cihazların  üçan 
təyyarədə və vertolyotda profil üzərində həddən artıq sürətlə hərəkəti 
ilə fərqlənir. Bununla əlaqədar olaraq maqnit cihazları yer səthindən 
uzaqlaşdıqca  maqnit  sahəsinin  gərginliyinin  qiyməti  azalır,  bunun 
üçün  də  təyyarə  ilə  planalma  zamanı  təyyarənin  eyni  hündurlükdən 
uçuşunu bütün profil boyu saxlamaq lazımdır.  Digər tərəfdən uçuşun 
.yüksəkliyi  miqyasdan,  dəqiqlikdən  və  ərazinin  relyefindən  asılıdır 
və instruksiyaya  görə 25-150 metrə bərabər olmalıdır. 
Duzənlik    ərazilərdə    planalmanın    miqyası    1:200.000    və 
1:1000.000,  uçuşun  yüksəkliyi  isə  200-250  m-də  Yerinə  yetirilir. 
Bəzi  xususi  məsələlərin  həlli  üçün    planalma  700-1000  m 
yuksəklikdə aparılır.              
Adi marşrutları bir-birinə paralel eyni məsafədə geoloji struk-
tura perpendikulyar istiqamətdə seçirlər (26 –cı şəkilə bax). 
Aeromaqnit  planalma  nəzarət  məntəqəsinə  nisbətən  aparılır. 
AM  planalma  qısa  olur  (10-20  km).  Marşrut  aerodromun 
yaxınlığında  maqnit  sahəsi  sabit  olan  yerdə,  ən  yaxşısı  su  olan 
sahənin üzərində seçilir (çay, göl və s.). Hündürlüyə görə marşrutlar 
maqnit  anomaliyaları  təzahür  edən  rayonlarda  aparılır.  Eyni 
marşurutda müxtəlif hundürlükdə bir neçə dəfə uçuş edilir. Müxtəlif 
yüksəklikdən  təyin  olunan  AT-nin  qiymətindən  istifadə  edərək, 
geoloji  hədəfə  qədər  olan  məsafə  təyin  edilir.  İşin  keyfiyyətini 
ölçmənin orta kvadratik xətasını təyin etməklə müəyyən edirlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə