Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   27   28   29   30   31   32   33   34   ...   100

 
103 
tarixi  haqda  məlumatı  müxtəlif  süxurlarda  təbii  qalıq  maqnitlənmə 
vektorunun qiymət və istiqamətini təyin etməklə almaq mümkündür. 
Süxurlarda təyin olunan təbii qalıq maqnitlənmənin istiqaməti demək 
olar  ki,  süxurlar  əmələ  gəldikdə  Yerin  mövcud  olduğu  maqnit 
sahəsinin istiqaməti ilə eynidir. 
Paleomaqnit tədqiqatlar üçün kəsilişlərdən heç bir dəyişikliyə 
məruz  qalmayan  süxurlardan  istiqamətli  nümunələr  götürülür. 
Süxurun  dəyişməyə  məruz  qalmayan  hissəsində  kompasla  Şimal-
Cənub  xətti  qeyd  olunur  və  sonra  layın  horizontal  uzanması  qeyd 
edilir və sonra çəkiclə bu hissə laydan qoparılır. Sonra laboratoryada 
bundan nümunələr düzəldilir, orada koordinat oxları qeyd edilir X,Y, 
Z.  X  oxu  Ş-C  xətti  istiqamətində  yönəlir,  Y  horizontal  oxu  uzrə 
şərqə,  Z  oxu  isə  şaquli  XY  müstəvisinə    perpendikulyar  yönəlir. 
Sonra maqnitometrlərin köməyi ilə bu oxlar uzrə ölçmə işləri aparılır 
və riyazi hesablamalarla təbii qalıq maqnitlənmə vektorunun qiyməti 
və  istiqaməti  təyin  edilir,  bu  isə  süxur  əmələ  gəldiyi  dövrdə  Yerin 
maqnit meridianının istiqamətini və həmin dövrdə qədim en dairənin 
yerləşdiyi  yeri  göstərir.  Bu  təyin  edilən  qiymətlərlə  Yerin  qədim 
maqnit sahəsinin şimal qütbünun olduğu yer təyin edilir, Çoxlu xarici 
və  Azərbaycan  alimlərinin  tədqiqatları  ilə  müəyyən  olub  ki,  maqnit 
qütbü  həmişə  Yerini  dəyişmişdir.  Maqnit  qütbünün  ən  böyük 
yerdəyişməsi üst protrezoydan indiki dövrə qədər olmuşdur. Belə ki, 
750  milyon  il  bundan  əvvəl  şimal  qütbü  ekvekvatorda  olmuş,  sonra 
isə  hərəkət  edib  indiki  şimal  qütbünə  gəlib  çıxıb.  Buradan  alimlər 
belə  nəticəyə  gəliblər  ki,  həmin  dövrdə  kontinentlər  də  sabit 
qalmayıblar, onlar da bir-birinə nisbətən və zaman etibarı ilə yerlərini 
dəyişmişlər.  İlk dəfə olaraq 1924-cü ildə A.Veqener qitələrin dreyfi 
nəzəriyyəsini irəli sürdü. Paleomaqnit tədqiqatlar bir çox alimləri bu 
nəzəriyyəyə qayıtmağa məcbur etdi. 
Paleomaqnit  tədqiqatlarla  alimlər  təsdiq  etdilər  ki,  Yerin 
maqnit  sahəsi  geoloji  yaşından  asılı  olmayaraq  sıçrayışla  (bir-dən-
birə)  180°  öz  istiqamətini  dəyişir.  Bu  hadisəni  sadəcə  olaraq 
aydınlaşdırmaq  olar  ki,  Yerin  maqnit  sahəsi  bir  çox  dəfə  öz 


 
104 
istiqamətini  dəyişmişdir,  bu  da  Yerin  daxilində  gedən  fiziki 
proseslərin nəticəsi kimi qəbul edilib, yəni inversiya edib. 
Hal-hazırda  şimal  maqnit  qütbü  aşağıdakı  koordinatlara 
malikdir,  76°ş.e.d.  və  96°  c.u.d.  Maqnit  oxu  ilə  Yerin  fırlanma  oxu 
arasında olan fərq 11,5°-dir. 
Paleomaqnit  tədqiqatlar  bir  çox  geoloji  məsələlərin  həllində 
tədqiqat  aparılan  ərazidə  süxurların  yaşının  təyininə  və  ərazidə  baş 
verən tektonik hərəkətlərin xarakterinin müəyyən edilməsində böyük 
rol oynayır. Əgər tədqiqat zamanı bir laydan götürülən süxurda qalıq 
maqnitlənmənin  istiqaməti  yaxınlıqda  yerləşən  laydakı  qalıq 
maqnitlənmənin istiqamətindən fərqlənirsə, demək, biz bu süxurlarda 
hansı yer dəyişmə baş verdiyini müəyyən edə bilərik. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
105 
 
 
 
 
 
 
 
 
 
 
 
VII Fəsil 
MAQNİT KƏŞFİYYATI CİHAZLARI 
ÖLÇMƏ QAYDALARI 
Hal-hazırda maqnit kəşfiyyatı işlərində maqnit sahəsinin gərginliyini 
və  maqnit  induksiyasını  təyin  etmək  üçün  müxtəlif  tip  cihazlardan 
istifadə olunur: 1. Optik mexaniki cihazlar 
(M-27,  M-27m,  MBS  və  s.),  bu  çihazlarda  maqnit  sistemi  sabit 
maqnitlərdən  ibarətdir.  2.  Ferrozondlu  aeromaqnitometrlər  və  dəniz 
maqnitometri.  Bu  cihazlarda  maqnit  sistemi  permaloy  nüvəli  iki 
həyəcanlanma  dolağından  ibarətdir  ki,  ümumi  ölçmə  sarğısında 
yerləşdirilib.  3.  Proton  (MMP-203,  MMS-214,  SKAT-77)  maqnito-
metrləri.  4.  Kvant  maqnitometrləri  (M-33,  KAM-28,  MM-305) 
atomun optik istiqamətlənməsinə əsaslanıb. 
İndi  çox  geniş  yayılmış  və  istifadədə  olan  maqnit  axtarışı  cihazına 
baxaq. 


 
106 
 
Şəkil 34. M-27 maqnitometrin prinsipial sxemi. 
 
 
 
§29. Maqnitometr M-27 
Maqnitometr  M-27  Yerin  maqnit  sahəsinin  şaquli  hissəsinin 
dəyişməsini 

Ə-i  ölçən  bir  cihazdır.  Bu,  üç  blokdan  ibarətdir: 
maqnitometrin özü, üç ayaq və bussol. Əsas blok maqnitometrdir ki, 
burada maqnit sistemi və optika yerləşdirilib. 
M-27-nin  maqnit  sistemi  5  sabit  maqnitdən  ibarətdir  və  vikallodan 
hazırlanıb (şəkil 34).                    
1.  Maqnit  indikatoru  güzgü  ilə  birlikdə  üfüqi  metal  sapla  tarım 
bağlıdır,  öz  oxu  ətrafında  sərbəst  fırlana  bilir.  Müşahidə  məntəqə-
sində  maqnit  sahəsinin  təsirinə 

Z  -ə  mütənasib  olaraq  müəyyən 
bucaq  qədər  dönür. 

Z  -in  qiymətini  təyin  etmək  üçün  bu  dönmə 
bucağını  əvvəlki  müvazinətinə  qaytarmaq  lazımdır.  Bunu  etmək 
üçün  cihazda  iki  müvazinətləşdirici  maqnit  nəzərdə  tutulub.  Rahat 
müvazinətə  kətirmək  üçün  olan  maqnit  2,  maqnit  indikatorunun 


 
107 
yanında  üzərində  600  bölgüsü  olan  şkalaya  7  tərpənməz 
bərkidilmişdir. Bir bölgünun qiyməti E
z
 = 10± 0,05 nTl bölgü. Rahat 
müvazinətə gətirmə maqnitinin köməyi ilə 6000 nTl maqnit sahəsinə 
malik olan sahələrdə ölçülər aparmaq olar. 
      Pilləli  müvazinətə  gətirmə,  maqniti  indikator  maqnitin  əks 
tərəfində yerləşdirilmişdir. Bu maqnit dişli ötürücü vasitəsi 8 ilə mü-
əyən bucaq qədər  fırlanır, ona görə də sahə pilləli şkala ilə ölçülür. 
Bu maqnit 12 (±6) pillədən ibarətdir. Hər bir pillədə sahə 5000-dən 
6000 nTl qədər dəyişir ki, bu ölçmə diapazonunu ± 36000 nTl qədər 
genişləndirir. 
Temperaturu tənzimləyən maqnit 4, bimetalik lövhəçiyə 9, bərkidilib 
bu  cihazın  temperatur  əmsalını  nizamlamaq  üçündür.  Cihazı 
yustirovka  etmək  üçün  olan  maqnit  5,  temperatur  nizamlama  maq-
nitin  hərəkəti  zamanı  yaranan  sahəni  tarazlaşdırmaq  üçündür,  o, 
metal çubuğa 10, bərkidilib. 
Metalik  sapı  qırılmaqdan  qorumaq  üçün  mis  stol  demfir  və  tutaçaq 
düzəldirilərək  cişazın  xaricinə  çıxarılıb  və  iki  vəziyyətdə  dayana 
bilir:  1.Maqnit  sistemi  bağlıdır,  cişaz  işləmir.  2.  Maqnit  sistemi 
açıqdır, cihaz işləyir. Rahat müvazinətə gətirmək üçün olan maqniti 
12, və pilləli maqnitin 13, dəstəyi cihazın xaricinə çıxarılıb. Maqnit 
indikatorunu  saxlayan  metal  sap  qulaqcıqlara  keçirilir,  qulaqcıq 
elastiki  lövhədən  14,  ibarətdir  və  metal  çubuqlara  bərkidilib, 
çubuqlar isə metal dördyanlı metal dirəkciyə 16, bərkidilib, dirəkcik 
isə  cihazın  əsasına  17,  bərkidilib.  M-27  maqnitometrinin  bütün 
hissələri    metal  maqnitliyə  malik  olmayan  qutunun  içərisində 
yerləşdirilib  18. Cihazın optik hissəsi onun üstündə iki obyektivdən 
19, okulyardan 20, iki prizmadan 21, işıqlandırıcı küzküdən 22, işıq 
düşməsi  üçün  pənçərədən  23,  ibarətdir.  Çöl  jurnalında  cihazın 
köstərdyi qiymətdən başqa vaxt və havanın temperaturu qeyd olunur. 
Cihaz üç ayağın üstünə bərkidilir və onun üzərində öz oxu ətrafında  
fırlana  bilir.  Bir  məntəqədən  digərinə  keçəndə  cihaz  üç  ayağın 
üstündən açılmır. 
Şkalanın  bir  bölgüsünün  qiyməti  və  temperatur  əmsalı  çöl  işi 
başlayana qədər hamısı təyin olunur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə