Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   30   31   32   33   34   35   36   37   ...   100

 
116 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
117 
 
IX fəsil 
ÇÖL MAQNİT PLANALINMASINDA 
ÖLÇMƏLƏRİNƏTİCƏLƏRİNİNLABORATORİYAD
A HESABLANMASI VƏ ARAŞDIRILMASI 
Çöl  maqnit  planalınmasında  ölçmələrində  hesablanması  iki  mərhə-
lədə  aparılır:  Çöldə  və  laboratoriyada,  çöl  işi  ərəfəsində  dəstənin 
yerləşdiyi  yerdə  bilavasitə  adi  məntəqələr  və  nəzarət  məntəqələri 
üzərində  normal  sahənin 

T-nin  dəyişməsini  hesablayırlar.  Bu  qiy-
mətlər  əsasında  qrafik  qurulur  (§7  bax)  və  maqnit  planalmanın 
nəticələrinin  ilkin  təhlili  başlanır,  dağ-mədən  işləri  (kanal  şurf) 
aparmaq üçün əlverişli yerlər seçilir. 

  və 

T-nin  anomal  qiymətə  malik  olub-olmadığını  müəy-
yənləşdirmək üçün qış mövsümündə laboratoriyada son hesablamalar 
aparılır və qəti nəticəyə gəlinir. 
 
§36.  Yerüstü  və  aeromaqnit  planalmanın  çöl  məlumatlarının  
qiymətləndirilməsi 
Maqnit  sahəsinin  anomal  qiymətini  düzəliş  verməklə 
hesablayırlar, bunun üçün müxtəlif fiziki hadisələrin ölçmələrə təsiri 
mütləq  nəzərə  alınmalıdır.  Nəticələr  çöl  jurnalında  cədvəl  şəklində 
yazılır (cədədl 4). 
                                                                                 Cədədl.4 
Müşahi
dəmən-
təqələri 
Ölçməl
ərin 
qiymət 
ləri n.Tl 
  Düzəlişin   nəzərə     alınması 

  
Norm
al 
sahə 
Maqni
t  var-
yasiya
sı 
Norm
al qra-
dient 
0 nöq 
təsinin  
yer dəyiş 
məsi 
 
 
n.T








      


 
118 
Normal  maqnit  sahəsinin  qiyməti  kimi  nəzarət  məntəqəsi 
üzərində səhər ölçməsinin qiyməti götürülür və bütün məntəqələrdə 
ölçülən qiymətlərdən bu çıxılır. 
Maqnit variasiyasına duzəliş maqnit variasiya lentindəki qiymətindən 
götürülür, məntəqədə ölçmə müddəti  ərzində olan qiyməti  əks işarə 
ilə lentin üstündə yazırlar. Normal qradient üçün düzəliş o vaxt edilir 
ki,  müşahidə  sahəsinin  uzunluğu  Ş-C  istiqamətində  1  km-dən  çox 
olsun.  Əgər  planalma  yüksək  dəqiqliklə  aparılırsa,  düzəliş  demək 
olar ki, kiçik sahələr üçün də verilir (1 km-ə kimi).  
Normal  maqnit  sahəsinin  qiyməti  vektorlar  üzrə  ölçülən 
normal maqnit sahəsinin xəritəsindən götürülür (§24,25 bax). Normal 
qradientə düzəliş adi ölçmə məntəqəsindən nəzarət məntəqəsinə kimi 
Ş-C xətti üzrə məsafə kimi təyin edilir və indiki sahədə olan normal 
qradientin  qiymətinə  vurulur.  Əgər  məntəqə  nəzarət  məntəqəsindən 
şimalda  yerləşirsə  düzəliş  ölçülən  qiymətdən  çıxılır.  Əgər  cənubda 
yerləşirsə, üstünə gəlinir. Cihazın əqrəbinin sfır punktunun dəyişməsi 
bütün  düzəlişlər  edilib  qurtardıqdan  sonra  aparılır.  Bu,  səhər  və 
axşam  nəzarət  məntəqəsində  ki  ölçmələrin  fərqidir,  bu  alınan  fərqi 
bərabər  olaraq  bütün  məntəqələrdəki  ölçmələrə  əks  işarəli  qiymətlə 
paylayırlar. 
      Aeromaqnit  planalmada  materialların  qiymətləndirilməsi  və 
təhlili, yer səthində aparılan çöl işləri ilə eynilik təşkil edir, bir fərqi 
var  ki,  aeromaqnit  planalma  zamanı  işin  hamısını  lent  üzərində 
aparırlar, bir də təyyarə geri dönəndə təyarənin maqnitli hissələrinin 
düzəlişi aparılır. 
Çöl maqnit axtarışları işlərinin nəticələri 

  və 

T  izoxətlər 
xəritəsi şəklində təsvir olunur, bunlar maqnit kəşfiyyat  işində 

 və 

-nin izodinası adlanır. Xəritənin qurulması §7-də verilibdir. 
 
§37. Maqnit kəşfiyyatının nəticələrinin geoloji təhlili 
Təhlil  sözünu  izah  etmək,  yaxud  da  şərh  etmək  kimi  başa 
düşmək  lazımdır.  Maqnit  planalmanın  geoloji  təhlili  dedikdə  bütün 
aşkar edilmiş maqnit anomaliyalarına geoloji şərh vermək yaxud da 
geoloji  şərh  etmək  deməkdir.  Çünki  maqnit  anomalyaları  geoloji 


 
119 
hədəflərdən və onların maqnit xassələrindən (§15 bax), formasından, 
onun ölçülərindən və geoloji hədəfin məkanda yerləşməsindən, eyni 
zamanda  həndəsi  formasından  çox  asılıdır.  Ona  görə  də  anomaliya-
nın formasına görə geoloji hədəfin forması haqda mülahizə yürütmək 
olar. 
Təhlili iki növə bölmək olar: keyfiyyətcə və kəmiyyətcə. 
Keyfiyyətcə  təhlil  maqnit  planalmanın  nəticələrinin  bütün 
növlərindən istifadə edərək aparılır. 
Maqnit  planalmanın  nəticələrini  keyfiyyətcə  təhlil  etmək 
üçün  əvvəllər  bu  rayonda  aparılan  geoloji  və  geofiziki  tədqiqatların 
nəticələri  öyrənilir,  əlavə  olaraq  əvvəldən  məlum  olan  ayrı-ayrı 
geoloji hədəflərin  yerləşdiyi şərait, onun forması, ölçüləri, dərinliyi, 
xassələri  həmin  hədəf  uzərində 

  və 

T-nin  əyrilərinin  forması 
nəzərə alınmalıdır. 
 

və 

T  maqnit    anomaliyalarının  formasından  istifadə 
edərək  hər  bir  anomalqanın  mənşəyi,  yəni  bir  yerə  toplanmış  maq-
nitliyə  malik  olan  kütlənin  əmələ  gəldiyi  şərait,  süxurun  tərkibi, 
hədəfin  forması,  uzanma  istiqəməti,  ölçüləri,  yerləşdiyi  dərinlik  və 
yatım  bucağı  haqda  fərziyyələr  söyləmək  olar  və  geoloji  mənşəyi 
haqda  nəticələr  çıxarmaq  olar.  Bir  neçə  növ  görünüşlü  əyrilərii 
keyfiyyətcə təhlilinə baxaq. İzometrik maqnit anomaliyası haqda de-
mək  olar  ki,  anomaliyanın  hər  iki  tərəfi  eyni  ölçülərə  malikdir.  Bu 
qiymətlər  ola  bilsin  eyni  qiymətli,  yaxud  da  az  fərqli  əks  işarəli 
qiymətə  malik  olsun.  Əgər  anomaliya  izometrikdirsə,  bir  istiqamətli 
qiymətə  malikdirsə  bu  ya  silindrə,  yaxud  da  sütuna  bənzər  yatağa 
uyğun gəlir (şəkil 39a). Əgər anomaliyanın hər iki qanadı mənfi (əks) 
sahə  istiqamətinə  doğru  gedirsə,  bu  göstərir  ki,  anomaliya  yaradan 
kütlə bir qədər dərinlikdə  yerləşmişdir (şəkil 39b). Uzun anomaliya 
odur  ki,  onun  ölçüləri  dörd  dəfə  biri  o  biqindən  fərqli  olsun,  yəni 
anomaliyanın  uzunluğu  enindən  dörd  dəfə  uzun  olsun  (şəkil  39v). 
Belə anomaliyaları elə geoloji kütlələr əmələ gətirir ki, onun uzanma 
istiqamətində  ölçüsü  enindən  qat-qat  çox  olsun.  Buna  müxtəlif 
uzunluqlu  qalın  yaxud  nazik  laylar  misal  ola  bilər  (damarlar, 
daykalar və linzalar). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə