Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   37   38   39   40   41   42   43   44   ...   100

 
139 
Mərmər 
Anhidrid 
Gips 
Daş duz 
2,65-2,86 
2,90-2,96 
2,20 
2,10 
        2,66 - 2,86 
               - 
               - 
               - 
       0 - 5 
         - 
         - 
         - 
        
 
Süxurların sıxlığlnı onların yerləşdiyiyerdə təyin etmək üçün 
radioaktiv  üsuldan istifadə edirlər. Bundan başqa, sıxlığı qravitasiya 
üsulu ilə quyularda təyin edirlər. 
        
§44.Qravitasiya anomaliyasının geoloji təbiəti və qravi kəşfiyyat-
ın istifadə olunma sahəlari 
Yerin 
qravitasiya 
sahəsi  onun  daxili  quruluşundan, 
formasından  və  Yer  qabığının  bircinsli  olmayan  mürəkkəb  tərkibin-
dən  asılıdır.  Birinçi  yaxınlaşmada  hesab  edirlər  ki,  Yer  qabığı  üç 
hissədən ibarətdir:çökmə, qranit və bazalt layından ibarətdir. Bunlar 
da  müxtəlif  sıxlığa  malikdir.  Çökmə  laylar  üçün  sıxlıq  2.4  q/sm
3

qranitoid  2.7  q/sm
3
  (Konrad  layının  sərhəddi  K),  bazalt  üçün  2.9 
q/sm
3
-dir. (Maxaroviçiç layının sərhədi M).  
Bundan  altda  Yer  qabığının  altındakı  kütlə  (üst  mantiyanın 
maddələri) sıxlığı 3.3 qsm
3
 təşkil edir. Hər bir qatda maddənin sıxlığı 
sabit  qalmır,  dəyişir.  Bu  isə  Yer  qabığının  üst  qatlarında  geoloji 
hədəflərin olması ilə əlaqədardır. Bu hədəflər ya böyük, ya da kiçik 
sıxlıqlı  olurlar,  öz  növbəsində  qravitasiya  anomaliyası  yaradır.  Bu 
anomaliyaların  qiyməti  və  forması  sıxlığın  çoxluğundan,  geoloji 
hədəfin  ölçülərindən,  yerləşdiyi  dərinlikdən  və  formasından  çox 
asılıdır.  Bu  da  imkan  verir  ki,  ərazidə  geoloji  xəritəalma,  tektonik 
rayonlaşma və faydalı qazıntıların axtarışı üçün qravi kəşfiyyat işləri 
aparılsın. 
Qravimetrik planalma geoloji xəritəalmada intruziyaların, qra-
nit  kütləsinin,  çökmə  süxurlar  altında  qalan  ultraəsasi  massivlərin 
sərhədlərini  müəyənləşdirir.  Çökmə  süxurlar  ilə  üstü  basdırılmış  ağır 
süxurların çıxıntılarının izlənməsinə və aşkar edilmasinə kömək edir. 
Əsasi və ultraəsasi süxurların intruziyaların artıq sıxlığa malik olmaları 
ilə  fərqlənirlər,  Yerin  səthində  bunlar  üzərində  müsbət  qravitasiya 
anomaliyası  yaranır,  turş  intruziyalar  (qranitlər)  metamorfik  süxurlar 


 
140 
içərisində  isə  sıxlığın  azalması  qeyd  olunur  və  bu  süxurlar  üzərində 
mənfi qravitasya anomaliyası müşahidə olunur. 
Tektonik  rayonlaşmada  qravi  kəşfiyyat  üsulu  qırışıqlıq  
sahələri  platforma  sahələrindən  ayırmağa  imkan  verir,  cünki 
qravitasiya  sahəsi  bu  sahələr  üzərində  kəskin  sürətdə  dəyişir. 
Qırışıqlıq  sahə regional mənfi anomaliya  yaradır. Bu anomaliyanın 
amplitudu bir neçə yüz milli qal qiyməti ilə təsvir olunur. Bu prosəs 
Yer  qabığının  qalınlığının  artması  ilə  izah  olunur.  Qırışıqlıq 
sahələrdə  böyük  sıxlığa  malik  olan  Yer  qabığının  alt  layları  daha 
dərinlərə batmış olurlar. 
Platforma  sahələrində  sərbəstdüşmə  təcilinin  orta  qiyməti  normal 
qiymətə  yaxın  olur.  Belə  şəraitdə  lokal  (müəyyən  hüdudda)  kiçik 
amplitudlu  anomaliyalar  müşahidə  olunur,  buda  5-10  milli  qaldan 
artıq olmur. 
Platforma 
sahələrində  anomaliya  başlıca  üç  dəlillə 
əlaqədardır:  1.  Çökmə  süxurun  quruluşu,  tərkibi  və  qalınlığı;  2. 
Fundamentin üst relyefi; 3. Fundamentin tərkibi. 
Qravimetrik  planalma  Yerin  dərin  qatlarının  quruluşunu  və 
neft-qaz yataqlarının axtarışında və kəşfiyytında geniş istifadə olunan 
üsullardandır. Bu onunla izah olunur ki, neft  yataqlarına malik olan 
strukturalar  böyük  əraziyə  və  müxtəlif  sıxlıqlara  malikdir.  Duz 
günbəzləri  belə  strukturalara  misal  ola  bilər.  Bu  duz  künbəzi  intru-
ziysı yüxarıda yerləşmiş layı yarır və qismən onu yuxarı qaldırır. Duz 
künbəzinin  qanadlarında  neft  və  qaz  saxlayan  kollektorlar  olurlar. 
Daş  duz  künbəzinin  sıxlığı  (2q/sm
3
  )  daxil  olduğu  süxurun 
sıxlığından  az  olur  (2.2—2.4  q/sm
3
),  ona  görə  də  duz  künbəzləri 
kiçik  qiymətli  qravitasiya  sahəsi  ilə  təsvir  olunur.  Belə  qravitasiya 
minimumu  20-30  mQal  qədər  olan  ərazi  Xəzər  dənizi  düzənlyində 
(ovalığında) və  geoloji əyalətlərdə rast gəlinir. 
Qravimetrik kəşfiyyatda nisbətən asan aşkar olunan antiklinal 
qırışıqlı  strukturlardır.  Bu  strukturlarda  layların  baş-başa  gələrək 
qübbə  şəklində  qalxması  nəticəsində  bura  neft-qaz  yataqları  üçün 
əlverişli  struktura  çevrilir.  Mürəkkəb  antiklinal  qırışıqlı  ərazilərdə 
yataq qanadlarda da ola  bilər. Antiklinal qırışıqlı ərazidə qravitasiya 


 
141 
anomaliyasının  maksimal  qiyməti  qeyd  olunur;  Belə  strukturlar 
qalxım  kimi  özünü  göstərir,  deməli,  böyük  sıxlığa  malik  olan 
süxurlar səthə daha yaxın olurlar. Ançaq təbiətdə antiklinal qırışıqlar 
özlərini minimal qravitasiya anomaliyası kimi göstərir. Bu o vaxt ola 
bilir ki, sıxlığı çox olan layın qalınlıqı az olsun, Bundan başqa belə 
hal o vaxt müşahidə edilir ki, süxurda çatların miqdarı artır və yaxud 
fatsiyaların  sıxlığının  azalması  baş  verir.  Belə  strukturlardan  misal 
üçün  Abşeron  yarımadasını  və  Xəzər  çökəkliyinin  strukturunu 
göstərmək olar. 
Filiz  yataqlarının  və  faydalı  qazıntıların  axtarışında  son 
vaxtlar qravimetrik kəşfiyyat geniş istifadə olunmağa başlayıb. Qravi 
kəşfiyyatı  dəmir  filizinin,  xromit  kütlələrinin,  mis,  nikel,  qurğuşun, 
almaz  və  s.  yataqların  axtarışında  da  geniş  istifadə  olunmağa 
başlanıbdır. Filiz yataqlarının və filiz kütlələrinin axtarışında, əsasən, 
onun  formasını,  ölçülərini  və  yaratdığı  anomal  sıxlığı  nəzərə  almaq 
lazımdır. Belə hədəflər, bir qayda olaraq, böyük qradiyentə, nisbətən 
böyük olmayan özünəməxsus müsbət anomaliya yaradır. 
Qravimetrlə  sərbəstdüşmə  təcilinin  qiymətinin  dəqiq  təyin 
olunması qravimetrik planalmanın geoloji məsələlərin həllində geniş 
istifadə olunması imkanını artırdı. 
 
 
 
 
 
XI Fəsil 
QRAVİ KƏŞFİYYAT CİHAZLARI VƏ ÖLÇMƏ  ÜSULLARI 
Qravitasiya  sahəsini  ölçmək  üçün  qravi  kəşfiyyatda  üç  tip 
cihazdan istifadə olunur. 
1. Rəqqaslı cihazlar. Bunun əsas hissəsi onun rəqqasıdır, şaquli mü-
stəvidə  rəqsi  hərəkət  edir.  Bu  cihazlarda,  əsasən  rəqqasın  hərəkətini 
müşahidə  edirlər  və  bilavasitə  bir  rəqsə  sərf  olunan  zamanı  təyin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə