XəZƏr universiteti erciyes universiteti



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə14/222
tarix15.03.2018
ölçüsü4,93 Mb.
#31889
1   ...   10   11   12   13   14   15   16   17   ...   222

34 

 

Azərbaycandan  Əli  bəy  Hüseynzadə,  Əhməd  bəy  Ağaoğlunun da iştirak  etdiyi və 



Akçuranın  başçılıq  etdiyi  “Türk-tatar  heyəti”nin  fəaliyyəti  də  türklərin  milli 

istiqlallarına  qovuşması  fikrini  daim  təlqin  etmişdir.  Bunlarla  bərabər  Akçuranın 

redaktorluğu  ilə  yayımlanan  “Türk  yurdu”  dərgisi  Azərbaycanda  oxucu  kütləsi 

qazanmış, hətta M. Ə. Rəsulzadənin təbiri ilə desək, “Azərbaycanda da pək atəşli 



müaqqiblər bulmuşdur“. 

1

 

Akçuraoğlunun türklük siyasətinə baxışını təhlil edərkən nəticə göstərir ki, o 

“irq üzərinə dayanan türk milliyyəti siyasəti yürütmək” tərəfdarı idi. Türk xalqlarını 

zamanı gəldikcə bir-birinə düşmən edən dini ayrılıq Yusif bəyin gözündən qaçmırdı. 

Bundan  dolayı  milliyət  anlayışınıtəklif  edən  Akçura  türkçülük  siyasətindən  söz 

edərkən  “  Dinlər,  din  olmaq  baxımından  getdikcə  siyasi  önəmlərini,  qüvvətlərini 

itirirlər.  Sosial  olmaqdan  çox,  şəxsiləşirlər.  Dolayısı  ilə  dinlər,  ancaq  irqlərlə 

birləşərək  irqlərə  yardımçı  və  xidmətçi  olaraq  siyasi  və  sosial  önəmlərini  qoruya 

bilərlər”- deyə qeyd edir. 

Tam əminliklə deyə bilərik ki, Azərbaycanda türkçülük ideyasının əsas ideo-

loqu,  Azərbaycan  türklərinin  şərksiz  lideri  Məhəmməd  Əmin  Rəsulzadə  (1884-

1955)  olmuşdur.  M.  B.  Məmmədzadənin  də  qeyd  etdiyi  kimi,  M.  Ə.  Rəsulzadə 

Azərbaycan  türk  ziyalıları  arasında  ilk  dəfə,  «ümmətçilik»dən  «millətçiliy»ə  üz 

tutaraq milli türk ideologiyasının təməl prinsiplərini işləyib hazırlamışdır. Belə ki, 

Ş. C. Əfqanin, Ə. Hüseynzadənin və başqalarının yolunu davam etdirən M. Ə. Rə-

sulzadə «islam millətçiliyi»nin yerinə «türk millətçiliyi»ni irəli sürmüşdür. 1915-ci 

ildən  işıq  üzü  görən  «Açıq  söz»  qəzetində  ilk  dəfə  olaraq  «müsəlman»,  «tatar» 

əvəzinə  «türk»  sözünü  işlədən,  «Biz  türkük!»  deyən  M.  Ə.  Rəsulzadə  bu  surətlə 

«ümmət»  və  «ümmətçilik» dövrünü rəsmən qapamış, «millət»,  «türk  millətçiliyi» 

dövrünün başlandığını elan etmişdir. 

2

 

M.  Ə.  Rəsulzadə  1914-cü  ildə  «Milli  dirilik»  əsərində  yazırdı  ki,  əvvəllər 



«ümmət» ilə «millət» arasında fərq olmayıb, qövmiyyət və cinsiyyət camesini an-

dıran «millət» kəlməsi həmkeş və həmdinlik camesinə aid olan «ümmət» kəlməsilə 

qarışmış və «milləti-islam» təbiri məşhur olmuşdur. M. Ə. Rəsulzadə isə «ümmət»ə 

dini, «millət»ə isə dil baxımından yanaşır və dili milliyyətin (millətin) varlığının əsas 

amili kimi verirdi. Onun fikrincə, türklər (Türküstan, Osmanlı, Azərbaycan, Krım 

türkləri və b.) ayrı-ayrılıqda «milliyyət», cəm halında isə «millət»dir: türk milləti. 

Deməli, əvvəllər Rəsulzadə «milliyyət» və «millət»ə eyni mənada başa düşmüş, bu 

anlayışları bir-birindən yalnız miqaysına görə fərqləndirmiş və «millət»i daha geniş 

anlamda götürmüşdür. 

«Açıq  söz»  qəzetinin  ilk  sayında  nəşr  olunan  «Tutacağımız  yol»  (1915) 

məqaləsində Rəsulzadə ilk dəfə Azərbaycan türkçülüyü ideyasının əsas prinsiplərini 

göstərmişdir. Onun fikrincə, milli ideyanın əsas idealı milliyyətdir ki, 20-ci əsrdə 

milliyyət əsri olduğuna görə, Azərbaycan türkləri də bir milliyyət və millət olaraq 

meydana  çıxmalıdır.  Bu  baxımdan  1-ci  dünya  müharibəsi  nəticəsində  dünyanın 

xəritəsinin  dəyişməsinin  labüd  olduğunu  qeyd  edən  Rəsulzadəyə  görə,  dünya 

xəritəsinin  alacağı  yeni  şəklə  vətəndaşların  fədakarlığı,  dövlətlərin  təşkilatı  və 

                                                        

1 M. Ə. Rəsulzadə. “İstiqlal məfkurəsi və gənclik”, Azadlıq, 31 dekabr 1990 

2 M. B. Məmmədzadə. Milli Azərbaycan hərəkatı. Bakı-1992 



35 

 

orduların  əzəməti  ilə  bərabər,  aşkar  və  qətiyyətlə  peyda  olmuş  milliyyət  məfku-



rələrinin də böyük təsiri var və olacaqdır. 

Fikrimizcə, Azərbaycan tarixində ilk dəfə siyasi-ideoloji mənada «milliyyət» 

anlayışını ortaya atan və onu Azərbaycan türk milliyyəti kimi ifadə edən Rəsulzadə 

olmuşdur. Ancaq bu milli ideyanın əsas hədəfi olan «milliyyət»çilik, Rəsulzadənin 

özünün də qeyd etdiyi kimi, şovinist milətçilik, yəni onlarca özgə millətləri hakim 

millət  mənafeyinə  fəda  edən  rus  millətçiliyi  deyildir:  «Halbuki  bizim  tərvic 

elədiyimiz əsas bütün milliyyətlər üçün bir dərəcə hürriyyət və müsavat tələb edir 

ki, bununla biz rus camaatının da sağlam düşünən qismilə heç bir ixtilafda bulun-

muyoruz». 

Onun fikrinə görə, hər bir milliyyət, millət azad yaşayıb da tərəqqi edə bilmək 



üçün üç əsasa: 1) dil; 2) din; 3) zaman-müasirliyə istinad etmək məcburiyyətindədir. 

Milliyyətin  birinci  əsası  dildir  ki,  dili  türk  olan  bu  xalqın  etnik  mənsubiyyəti  də 

türkdür. Rəsulzadə yazır: «Dilcə-biz türküz, türklük milliyyətimizdir. Ona görə də 

müstəqil türk ədəbiyyatı, türk sənəti, türk tarixi və türk mədəniyyətinə malikiyyə-

timiz-məqsədimizdir. Parlaq bir türk mədəniyyəti isə ən müqəddəs qayeyi-amalımız, 

işıqlı yıldızmızdır». 

Rəsulzadənin  fikrinə  görə,  milliyyətin  ikinci  əsası  dindir:  «Dincə-müsəl-



manız. Hər bir din öz mütədəyyinləri (inananları) arasında məxsusi bir təməddün 

(yeniləşmə)  vücuda  gətirmişdir  ki,  bu  mədəniyyət  də  bir  beynəlmiləliyyət  səbəbi 

təşkil  edir.  Müsəlman  olduğumuz  üçün  biz  türklər  beynəlmiləliyyəti-islamiyyəyə 

daxiliz.  Bütün  islam  millətlərilə  şərikli  bir  əxlaqa,  dini  bir  tarixə,  müştərək  bir 

yazıya, xülasə ortaq bir mədəniyyətə malikiz… Bu şəriklik islamiyyətə daxil olan 

zərərli təsirlərdən bizi mütəzərrir etdiyi kimi, bu yolda olacaq islahat feyzlərindən 

də bizi nəsibsiz qoymaz». 

Onun  fikrincə,  milliyyətin  varlığının  üçüncü  əsası  isə  zamandır-müasirləş-

məkdir: «Zamanca da - biz texnikanın, elm və fənnin möcüzələr yaradan bir dövrün-

dəyiz. Türk və müsəlman qalaraq müstəqilən yaşamaq istərsək mütləq əsrimizdəki 

elmlər, fənlər, hikmət və fəlsəfələrlə silahlanmalı, sözün bütün mənası ilə zamanə 

adamı  olmalıyız».  O  sonda  belə  bir  nəticəyə  gəlir:  «Demək  ki,  sağlam,  mətin  və 

oyanıq  məfkurəli  bir  milliyyət  vücuduna  çalışmaq  istərsək  ki,  zaman  bunu  tələb 

ediyor - mütləqə üç əsasa sarılmalıyız: türkləşmək, islamlaşmaq və müasirləşmək. 

İştə  millətimizin  ictimai  həyatının  islahı  üçün  üzərinə  dayandığımız  üç  payeyi-

mədəniyyət!». 

Deməli,  o  dövrdə  türkçülüyün  doğurduğu  milli-türk  Azərbaycan  ideyası 



olmuş, onun nüvəsində də Azərbaycan türkləri durmuşdur. M. Ə. Rəsulzadə parla-

mentdəki çıxışında deyirdi ki, Azərbaycan mili-türk ideyasını irəli sürənlər və onu 

gerçəkləşdirənlər isə məsləkcə federalist, türkçü və demokratdırlar: «Millətin qüv-

vətli  bir  birləşdirici  ümumi  cəhətini  yalnız  dinə  deyil,  xalqın  «dili  dilimdən,  dini 

dinimdən»  deyə  özünəməxsus  sağlam  hisslə  dərk  elədiyi  düsturda  görürüz.  Bu 

mülahizə ilə biz məfkurəmizdə böyük bir türk millətini bir gün gəlib də bir Türk 

                                                        

1 M. Ə. Rəsulzadə. Əsərləri. Bakı-2001, cild 2 

2 Nəsiman Yaqublu, “Məmməd Əmin Rəsulzadə”, Bakı-1991, səhifə- 17 

3 M. Ə. Rəsulzadə. “İstiqlal məfkurəsi və gənclik”, Azadlıq, 31 dekabr 1990 




Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə