XəZƏr universiteti erciyes universiteti



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə17/222
tarix15.03.2018
ölçüsü4,93 Mb.
#31889
1   ...   13   14   15   16   17   18   19   20   ...   222

40 

 

və milli şüurun, özünüdərkin bu gün daha da yüksəsk səviyyəyə çatdırılması ilə bağlı 



təklifləri nəzərdən keçirmək istərdik.  

Azərbaycanın  gəncliyi  bu  gün  milli  özünüdərk  məsələsində  çox  geridədir. 

Çünki onlara milli özünüdərki aşılayan heç bir yer yoxdur. Bu gün nə bağçalarda, nə 

orta məktəblərdə, nə də ali təhsil ocaqlarında milli özünüdərkə aid heç bir şey öyrə-

dilmir. Belə olduğu halda bizim də ittiham etdiyimiz Gənclik hardan öyrənməlidir? 

Gənclərə milli özünüdərk məsələsi ilə bağlı mərkəzləşmiş və planlı şəkildə aşılan-

malı, bu sahədə çoxlu işlər görülməlidir. Əgər bu gün dövlət öz vətəndaşına, onun 

gələcəyinin təminatçısı olan gənclərinə sahib çıxmazsa başqaları ona sahib çıxaraq 

öz  mənfəətlərinə  xidmət  başqa  ideologiyaya  tərəf  yönləndirəcək  və  onları  bunu 

etməyə məcbur edəcəkdir. Bunun da sonrakı proseslərdə hansı nəticələri ortaya çıxa-

cağını isə heç düşünmək belə istəmirəm! 

Dövlətin zəngin tarixə malik özünəməxsus ənənə və dəyərlərinin yaşadılması 

mühüm  əhəmiyyət  kəsb  edən  məsələlərdən  biridir.  Bunun  üçün də  başlıca olaraq 

gənclərə milli mənlik şüurunun aşılanmasını həyata keçirmək lazımdır. Sözügedən 

zümrəyə  arzuolunan  səviyyədə  bunu  aşılaya  bilsək,  qarşıya  qoyulan  məqsədlərə 

çatmaq çətin olmaz. Milli mənlik şüuru nədir? Bu ifadəni dərindən təhlil edəndə belə 

qənaət  hasil  olur  ki,  milli  mənlik  şüuru  özünüdərk  deməkdir.  Milli  özünüdərk 

deyəndə ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, vətəninin 

tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Hər bir gənc, vətəndaş dərk 

etməlidir  ki,  hansı  vətəni,  milləti,  milli  xüsusiyyətləri  təmsil  edir.  Eyni  zamanda, 

hansı özünəməxsus və səciyyəvi spesifik xüsusiyyətlərə sahibdir. Bütün bunlar hansı 

əsaslara söykənir. Yuxarıda sadalananlar milli mənlik şüuruna aid olan faktorlardır. 

Milli mənlik şüurunu mənimsəmək üçün nə lazımdır? 

Vətənə  şüurlu  sevgi,  milli  özünüdərk  və  fərdi  fəaliyyətlərin  bu  kontekstə 

salınması tələbi hər bir adamın üzərinə ağır yük qoyur.  

Ona görə də, milli şüur, milli ideya dedikdə, onu yalnız etnik mənada başa 

düşüb,  yalnız  türkçülük  kimi  yozmaq  doğru  deyildir.  Türkçülük  milli  şüurun  biri 

hissəsidir. Doğrudur, ancaq aparıcı hissəsi və nüvəsidir. Buna səbəb də odur ki, milli 

şüurun formalaşması hər şeydən öncə dil, mədəniyyət və qan-nəsil birliyi (etnos) ilə 

bağlıdır. Hər bir insan danışdığı dilin milli varlığıdır. Elə bir varlıq ki, özünü onunla 

ifadə  edir.  Bu  baxımdan  türk  dilində  (Azərbaycan)  danışan  və  təhsil  alan  hər  bir 

Azərbaycan vətəndaşı (türk və türk olmayanlar) özünü həm türk (çoxsaylı Azərbay-

can türkləri), həm də azərbaycanlı (türklər və azsaylı etnik qruplar) kimi qəbul edir. 

Bu bütövlük nəticəsində yaranan azərbaycanlılıq milli şüurun özünüdərk nümunə-

sidir. Deməli, milli şüur formalaşdırılarkən dil amili birinci yeri tutur.  

Bu mənada, milli şüur, milli ruh, qan birliyi əsasında formalaşa bilməz. Bu 

prizmadan  çıxış  etsək  görərik  ki,  milli  ideologiyanı  da  yalnız  qan-nəsil  birliyi  ilə 

formalaşdırmaq çətindir. Ona görə də, milli şüur milli ideologiyanın formalaşma-

sında çox mühum rol oynaya bilər. Yəni türklüyümüzlə yanaşı, islamlılığı, çağdaş-

lığı və azərbaycanlılığı ifadə edən yeni bir milli şüura ehtiyacımız var. Burada türk-

lük dil, mədəniyyət və etnosla, azərbaycanlılıq vətən və dövlətçiliklə, islam dini inac 

və etiqadla, müasirlik yeniləşmə və zəmanənin tələbləri ilə bağlıdır. Milli ideologiyaya 




41 

 

söykənməyən,  vahid  konsepsiyaya  əsaslanmayan  kortəbii  fəaliyyətlər,  hətta  sev-



gidən və millətçilik hisslərindən doğsa da son nəticədə ancaq ziyan gətirə bilər.  

Milli-mənəvi  dəyərlərin,  əxlaqın,  adət-ənənələrin  yeni  nəslə  çatdırılması, 

davam etdirilməsi üçün mədəni abidələrin, bədii ədəbiyyatın, milli fəlsəfi fikrin rolu 

böyükdür. Lakin milli ruhu qorumaq, inkişaf etdirmək və yeni nəsillərə çatdırmaq 

üçün ən yaxşı mühit milli dövlətçilik şəraitində yaranır. Milli dövlət ancaq ərazinin, 

maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. 

Və  bu  zaman  milli  ruh  həyat  tərzinə  çevrilir.  Dövlətçilik  ideologiyası  da  milli 

ideologiya da eyni bir təməl üzərində-milli fəlsəfi fikir zəminində formalaşır.  

 

Ədəbiyyat  

Akçuraoğlu Yusuf, “Türkçülüyün Tarixi”, Bakı, Qanun-2012 

Aydın Balayev, “Məhəmmədəmin Rəsulzadə və Milli Özünüdərk Problemi” (25. 03. 2013) 

Bəxtiyar Vahabzadə, “Gülüstan”, Ankara-1998 

E. İbrahimov, “Türkdilli xalqlar arasında ortak ünsiyyət dilinin yaradılmasında Söz varlığının 

rolu”, (05. 01. 2012) 

F. Ələkbərov, “Azərbaycanda türkçülük ideyası”, (14. 11. 2012) 

F. Ələkbərov, “Azərbaycanda türkçülük ideyası” Huseyn Baykara, (17. 10. 2012) 

F. Ələkbərov, “Azərbaycanda türkçülük ideyası” Əhməd Cəfəroğlu, (17. 09. 2012) 

F. Ələkbərov, “Azərbaycanda türkçülük ideyası” Bəxtiyar Vahabazdə, (14. 11. 2012) 

M. B. Məmmədzadə. Milli Azərbaycan hərəkatı. Bakı-1992 

M. Ə. Rəsulzadə, “Stalinlə ixtilal xatirələri”, Bakı-1991 

M. Ə. Rəsulzadə. Əsərləri. Bakı-2001, cild 2 

M. Ə. Rəsulzadə. “İstiqlal məfkurəsi və gənclik”, Azadlıq, 31 dekabr 1990 

Milli Fəlsəfi Fikir və Milli Özünüdərk, www. felsefedunyasi.org/files/38_ idsdp09jdd. doc 

(15. 03. 2013) 

Sabri Arıkan, “İsmail Bey Gaspıralı’ya Göre Dilde-Fikirde-İşte Birlik Niçin Şarttır?”, Türk 

Dünyası Tarih ve Kültür Dergisi, S. 2000/07-163 

Tofiq Hacıyev, “Türklər üçün ortaq ünsiyyət dili”, Bakı-2013 

Ziya Göy Alp, “Türkçülüyün əsasları”,  

 

XÜLASƏ 

 

Dövlətin zəngin tarixə malik özünəməxsus ənənə və dəyərlərinin yaşadılması 



mühüm  əhəmiyyət  kəsb  edən  məsələlərdən  biridir.  Bunun  üçün də  başlıca olaraq 

gənclərə milli mənlik şüurunun aşılanmasını həyata keçirmək lazımdır. Sözügedən 

zümrəyə  arzuolunan  səviyyədə  bunu  aşılaya  bilsək,  qarşıya  qoyulan  məqsədlərə 

çatmaq çətin olmaz. Milli mənlik şüuru nədir? Bu ifadəni dərindən təhlil edəndə belə 

qənaət hasil olur ki, milli mənlik şüuru özünüdərk deməkdir. Milli özünüdərk deyən-

də  ilk  növbədə  insan  bağlı  olduğu  tarixi  kökü,  milli  mənsubiyyətini,  vətəninin 

tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Hər bir gənc, vətəndaş dərk 

etməlidir  ki,  hansı  vətəni,  milləti,  milli  xüsusiyyətləri  təmsil  edir.  Eyni  zamanda, 

hansı özünəməxsus və səciyyəvi spesifik xüsusiyyətlərə sahibdir. Bütün bunlar hansı 

əsaslara söykənir.  

 Azərbaycanda milli özünüdərk prosesi və türkçülük ideyası böyük bir tarixi 

yol keçmişdir. Milli ideologiya, milli kimlik, özünüdərk prosesində həyatını qurban 




Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə