XəZƏr universiteti erciyes universiteti



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə13/222
tarix15.03.2018
ölçüsü4,93 Mb.
#31889
1   ...   9   10   11   12   13   14   15   16   ...   222

31 

 

Summary 



 

Azerbaijan In Cyprus Turkish Culture And Azerbaijani Turkish Image 

 

 

The  Oghuz  Turks,  Azerbaijani  and  Turkish  Cypriots  live  on  two  different 

geography  Caucasus  and  Cyprus,  have  political,  social  and  cultural  relations  in 

between  them  from  the  past  where  the  main  developments  has  began  with  the 

independence of Azerbaijan after 1990s. In this study, Azerbaijan in Cyprus Turkish 

culture  and  Azerbaijani  Turkish  image  will  be  considered  from  past  to  present  to 

determine the evolution.  

Key  Words:  Azerbaijan,  Cyprus,  Cyprus  Turkish  Culture,  Azerbaıjanı 

Turkish Image 



 

 


32 

 

AZƏRBAYCANDA MİLLİ ÖZÜNÜDƏRK PROSESİNİN TARİXİ 



VƏ TÜRKÇÜLÜK İDEYALARININ TƏSİRİ 

 

Elçin Əli oğlu İbrahimov 



 

Milli şüur, milli özünüdərk mənəvi dəyərləri özündə əks etdirən bir anlayışdır. 

Özünüdərk və şüur anlayışı nə qədər ümumidirsə, milli şüur istilahında həm ümu-

milik, həm də xüsusilik vardır. Milli şüur bir növ fərdi şüurla ümumi şüur arasında 

əlaqələndirici  keyfiyyətə  malikdir.  Çünki  milli  şüurda  bir  fərdin  təmsil  olunduğu 

konkret etnik, dini, mədəni xüsusiyyətlərlə yanaşı, ümumi mahiyyətli bəşəri dəyərlər 

də öz əksini tapa bilər. Yəni hər birimiz bir tərəfdən konkret bir millətin, dinin, mədə-

niyyətin nümayəndəsi olduğumuz halda, digər tərəfdən bəşəriliyə aid əlamətləri də 

daşıyırıq.  

Ona görə də, milli şüur, milli ideya dedikdə, onu yalnız etnik mənada başa 

düşüb,  yalnız  türkçülük  kimi  yozmaq  doğru  deyildir.  Türkçülük  milli  şüurun  biri 

hissəsidir. Daha doğrusu onun aparıcı hissəsi və nüvəsidir. Buna səbəb də odur ki, 

milli  şüurun  formalaşması  hər  şeydən  öncə  dil,  mədəniyyət  və  qan-nəsil  birliyi 

(etnos)  ilə  bağlıdır.  Hər  bir  insan  danışdığı  dilin  milli  varlığıdır.  Elə  bir  varlıq  ki, 

özünü onunla ifadə edir. Bu baxımdan türk dilində (Azərbaycan) danışan və təhsil 

alan hər bir Azərbaycan vətəndaşı (türk və türk olmayanlar) özünü həm türk (çox-

saylı  Azərbaycan türkləri),  həm  də  azərbaycanlı (türklər  və  azsaylı  etnik  qruplar) 

kimi  qəbul  edir.  Bu  bütövlük  nəticəsində  yaranan  azərbaycanlılıq  milli  şüurun 

özünüdərk nümunəsidir. Deməli, milli şüur formalaşdırılarkən dil amili birinci yeri 

tutur.  


Dərk  olunmuş  vətənpərvərlik,  təbii  ki,  daha  dayanıqlı  və  daha  faydalı  olur. 

Vətəni, xalqı, milləti sevərəkdən və bəzən hətta məhz sevdiyinə görə ona ziyan da 

vurmaq mümkündür. Vətənin, millətin nə ilə fərqləndiyini bilmədikdə, onun rasional 

simasını  görmədikdə,  onun  mənafeyini  dərk  etmədikdə,  sadəcə  sevgi  notları 

üzərindəki fəaliyyətin fayda gətirmək şansı ziyan gətirmək şansına bərabər olur.  

Ziya Göyalpın da dediyi kimi, millilik müasir vəziyyətə görə və ilk növbədə 

kültür və mədəniyyət ümumiliyi əsasında təyin edilməlidir.

1

 



Milli-mənəvi  dəyərlərin,  əxlaqın,  adət-ənənələrin  yeni  nəslə  çatdırılması, 

davam etdirilməsi üçün mədəni abidələrin, bədii ədəbiyyatın, milli fəlsəfi fikrin rolu 

böyükdür. Lakin milli ruhu qorumaq, inkişaf etdirmək və yeni nəsillərə çatdırmaq 

üçün ən yaxşı mühit milli dövlətçilik şəraitində yaranır. Milli dövlət ancaq ərazinin, 

maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. 

Və  bu  zaman  milli  ruh  həyat  tərzinə  çevrilir.  Dövlətçilik  ideologiyası  da  milli 

ideologiya da eyni bir təməl üzərindəmilli fəlsəfi fikir zəminində formalaşır.

2

 



Türkçülük  geniş  anlayış  olub  türklərin  tarixi  varlığını  özündə  əks  etdirir. 

Geniş mənada türkçülük türklərin yüksəliş və qalibiyyət fəlsəfəsidir. Düşə biləcəyi 

nə qədər ağır durum olursa olsun, türklərin milli özünəqayıdış fikri olan türkçülük 

                                                        

1 Ziya Göyalp. Türkçülüyün əsasları. B., Maarif, 1991, səh. 33 

2 Milli Fəlsəfi Fikir və Milli Özünüdərk, www. felsefedunyasi. org/files/38_idsdp09jdd. doc (15. 03. 

2013) 



33 

 

onları xilas edər.  



Türkçülük tarixin müxtəlif dönəmlərində türkün ana ideologiyası olmuşdur. 

Türkçülük türkün özünümüdafiə qılıncı olub, düşmənlərə qarşı savaşan türkün birlik 

fikridir. Türkçülüyün bugünkü anlamı ilə milli ideoloji əsaslarının yaranması XIX 

əsrin  ikinci  yarısı  və  XX  əsrin  əvvəllərinə  təsadüf  edir.  Avropada  kapitalizmin 

yaranması ilə imperiya maraqlarını milli maraqlar tutmağa başladı.  

Şərqdə və bütün Türk dünyasında milli kimlik və Türçülük ideologiyasının 

yaranma  mənbəyi  Azərbaycan  olmuşdu.  Mirzə  Fətəli  Axundov  Avropa  çağdaşlıq 

prinsiplərini Şərqə gətirdi. Beləliklə milli ideoloji inkişafın sonrakı inkişafına zəmin 

yarandı. Sonradan Ziya Göyalp özünün “Türkçülüyün əsasları” kitabında ilk türk-

çülər kimi Mirzə Fətəl Axundov və İsmayıl bəy Qaspiralının adını çəkirdi.

1

 

Həmçinin Türk dünyasında türkçülük ideyasının yaradıcısı olan Yusuf Akçura 



da  özünün  “Türkçülüyün  tarixi”  kitabında  da  qeyd  edir  ki  türkçülük  idayeasının 

tarixi M. F. Axundovla bağlıdır.

2

 

XIX əsrin sonlarında başlayaraq Türk dünyasında bir çox mütəfəkkir də bu 



ideyanı müdafiə etməyə başladı. Hər zaman Türk və Turanşılıq sevgisi ilə seçilən 

Əli Bəy Hüseynzadə də Türkçülüyün nəzəri əsaslarını təbliğ etməyə başladı.

3

 

Türkçülük tarixindən danışarkən bu ideyanı ilk olaraq irəli sürən və onu daha 



sonra yaşadan Türk Dünyasının böyük ədiblərindən olan mütəffəkirlər haqqında qısa 

da olsa danışmaq istərdim. İlk olaraq bu ideyanı yaradanlardan olan Yusuf Akçura 

haqqında danışmaq istərdim.  

Yusuf Akçura (1876-1935) adı türk millətinin milli şüurunun oyanmasında, 

türkçülük ideologiyasının genişlənməsində böyük rol oynamış dahi şəxsiyyətlərdən 

biridir.  Türk  milli  təfəkkürünün  inkişafında  müstəsna  xidmətləri  olan  Yusuf  bəy 

haqqında  təəssüf  ki,  Azərbaycanda  məlumat  azlığı  həddindən  artıq  çoxdur. 

Milliyətcə Kazan tatarı olan bu böyük ideoloq bizdən fərqli olaraq, türk dünyasında 

daha çox öyrənilmiş, əsərləri tədqiq edilmiş və hələ də öyrənilməkdədir. 

4

 



Günümüzdə Yusuf Akçura irsini türk dünyası üçün bu qədər əvəzsiz edən heç 

şübhəsiz  ki,  onun  türkçülük  nəzəriyyəsinin  təməlini  və  siyasi  türkçülüyün 

prinsiplərini formalaşdırmasıdır. Akçuranın 1904-cü ildə yazdığı “Üç tərzi-siyasət” 

məqaləsi belə onun türk milləti üçün nə qədər dəyərli bir sima olduğuna sübutdur. 

5

  

Yusuf Akçuraoğlunun türklük siyasəti proqramını araşdırarkən aydın olur ki, 



onun baxışına əsasən bütün türk xalqları milli azadlıq əldə etməli və mədəni-kültürəl 

cəhətdən qaynayıb-qarışmalıdır. Lakin o heç zaman vahid dövlət anlayışından bəhs 

etməmişdir.  1908-1912-ci  illər  ərzində  onun  tərəfindən  qurulan  “Türk  dərnəyi”, 

“Türk bilgi dərnəyi”, “Türk ocağı”, “Türk yurdu” kimi cəmiyyətlərin hər biri Yusuf 

bəyin mədəni türkçülük prinsipləri əsasında fəaliyət göstərmişdir. Bu isə türkçülük 

ideologiyasının inkişafında böyük əhəmiyyət kəsb edən çalışmalar sırasına daxildir. 

                                                        

1 Ziya Göyalp. Türkçülüyün əsasları. B, Maarif, 1991, səh. 44 

2 Yusuf Akçuraoğlu, “Türkçülüyün tarixi”, Bakı, Qanun-2012, səhifə-58 

3 Tofiq Hacıyev, “Türkçlər üçün ortaq ünsiyyət dili”, Bakı-2013, səhifə-48 

4 Sabri Arıkan, “İ. B. Gaspıralı’ya Göre Dilde-Fikirde-İşte Birlik Niçin Şarttır?”, Türk Dünyası 

Kültür Dergisi, S. 2000/07-163, s. 19.  

5 Yusuf Akçuraoğlu, “Türkçülüyün tarixi”, Bakı, Qanun-2012, səhifə-11 



Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə