36
Federasyonu qurmaqla bütün görmək istəriz! Bu ittihadın bəşər mədəniyyəti sərgi-
sinə qiymətli bir milli kültür bəxş edəcəyinə əminiz!».
Beləliklə, Azərbaycan Cümhuriyyət dövründə M. Ə. Rəsulzadə milli-demok-
ratik cərəyanın əsasını təşkil edən türkçülük, islamçılıq, müasirləşmək və Azərbay-
can türkçülüyü ideyalarına sadiq qalmaqla yanaşı, gələcəkdə türk millətlərinin Türk
Federasiyası yarada bilməsinin mümkünlüyü irəli sürürdü. Məhz, gələcəkdə Türk
Federasiyası ideyasının gerçəkləşməsi istiqamətində Azərbaycan Cümhuriyyətinin
məktəblərində ümumi türk tarixi tədris edilmiş, türk dili məktəblərdə məcburi
şəkildə keçilmiş, dövlətin rəsmi dili elan olunmuşdur. Bizə elə gəlir ki, Rəsulzadənin
Türk Federasiyası ideyası bu günün ən aktual məsələsidir. Bu baxımdan Rəsulzadə
yalnız Azərbaycan Türk Cümhuriyyətinin deyil, bütün türk dünyasının gələcəyini
düşünən nadir şəxsiyytələrimizdəndir.
Azərbaycan türkçülüyü ideyasını, milli azərbaycançılığı türk ideoloqları
Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadədən sonra, Azərbaycan-türk
ictimai-siyasi və mədəni-fəlsəfi irsində yaşadan, bu mənada Azərbaycanın istiqlal
davası tarixində mühüm yer tutan mühacir aydınlarımızdan biri də Hüseyn Bay-
karadır (1904-1984). 1927-ci ildən Türkiyədə mühacirət həyatı yaşamağa məcbur
olan H. Baykaranın «Azəri-Türk», «Odlu Yurd» və b. qəzet-jurnallarda Azəbaycan
xalqının mədəniyyəti, ədəbiyyati və onun ziyalıları ilə bağlı elmi-publisistik məqa-
lələri dərc edilmişdir. Azərbaycanın milli azadlıq hərəkatına xüsusi yer verən H.
Baykara yazırdı ki, ona aid «Azərbaycan mədəniyyəti tarixi» ilə «Azərbaycan istiqlal
mübarizəsi tarixi» kitabları Azərbaycanın azadlıq mübarizəsinin əlifbasıdır. Sonun-
cu kitabında Azərbaycanın istiqlal savaşı tarixi ilə yanaşı, H. Baykara milli azadlıq
hərəkatının siyasi-ideoloji, siyasi-fəlsəfi mahiyyətini də göstərməyə çalışmışdır.
1
H. Baykara qeyd edirdi ki, siyasi hakimiyyət və azadlıq uğrunda mübarizədə,
20-ci əsrin əvvəllərində Azərbaycan-türk ziyalıları əsasən, üç: 1) islamçılıq və
türkçülük (Ə. Ağaoğlu, Ə. Hüseynzadə və b.); 2) liberal-demokratik (Ə. Topçubaşov
və b.); 3) və sosial-demokratik (marksizm) (M. Ə. Rəsulzadə və b.) cəbhədə təmsil
olunublar. O, ilk iki cərəyanı milli müxalifət adlandıraraq hesab edirdi ki, sonralar
(1910-cu illərdə) sosial-demokratlardan bir çoxu, o cümlədən M. Ə. Rəsulzadə də
milli-demokratik cəbhəyə keçmişdir.
Beləliklə, H. Baykara belə bir doğru qənaətə gəlir ki, ümumilikdə 20-ci əsrin
əvvəllərində milli ideologiya baxımından mübahisələr «avropalaşmaq, türkləşmək
və islamlaşmaq» ətrafında getmiş və bu mübahisələrin ətrafında Azərbaycan türklə-
rinin milli azadlıq hərəkatı dayanmışdır.
H. Baykaranın fikrincə, Qafqaz müsəlmanlarını «ümmətçilik»dən «millətçi-
liy»ə yönəldən, onları «türkçülük-millətçilik», «Azərbaycan» ideyası ətrafında bir-
ləşdirən və «Açıq söz» qəzetində bunu təbliğ edən «Müsavat»ın lideri M. Ə. Rəsul-
zadə olmuşdur. O qeyd edir ki, ilk dövrlərdə sosial-demokratlarla eyni cəbhədə çalış-
mış M. Ə. Rəsulzadə 1911-1913-cü illərdə Ş. C. Əfqaninin yazılarının təsiri altında
türkçülük hərəkatına qoşulmuş və Azərbaycanda bu ideyanın əsas ideoloqu olmuş-
1 F. Ələkbərov, “Azərbaycanda türkçülük ideyası” Huseyn Baykara, (17. 10. 2012)
37
dur: «M. Ə. Rəsulzadənin Azərbaycan istiqlalının elanında və Azərbaycan dövlə-
tinin yaradılmasında xidmətləri əvəzsizdir».
Bununla da, H. Baykara bir sıra əsərlərində sübut etməyə çalışmışdır ki, milli
azadlıq hərəkatı Azərbaycanın daxilində baş qaldırmışdır. Çünki əvvəllər də, hazırda
da xalqa bəzən yanlış bir fikir təlqin edilir ki, Azərbaycana millətçilik, türkçülük və
bu kimi milli ideyalar kənardan-xaricdən gətirilmişdir. Bu, qətiyyən doğru deyil.
Milli ideyaların beşiyi Azərbaycan xalqı, Azərbaycan türkləri özü olmuşdur. Bu
baxımdan milli ideologiyanın başlıca qaynağı Azərbaycan türklərinə məxsus milli
mənəvi dəyərlər olmuşdur. Milli mənəvi dəyərlərin ideyalar şəklində formalaşması
isə birdən-birə baş verməmişdi, o təkamül nəticəsində, tarixi şəraitə uyğun olaraq
ortaya çıxmış və formalaşmışdır.
Göründüyü kimi, H. Baykara Azərbaycan türkçülüyü ideyası və onun gerçək
təcəssümü olan müstəqil və milli Azərbaycan uğrunda ömrünün sonuna qədər
mübarizə aparmış şəhidlərimizdəndir.
SSRİ dövründə (1920-1991) milli məsələ ilə bağlı əsas problemlərdən biri də
beynəlminəlçilik adı altında milli mədəniyyətin, milil dilin, milli ədəbiyyatın, yaxud
da bütövlükdə milli-mənəvi dəyərlərimizin saxtalaşdırılması olmuşdu. Belə ki, sovet
ideoloqları kommunizm, sinfisiz cəmiyyət qurmaq şüarı ilə Azərbaycan xalqının
keçmişinə aid bütün mədəni-fəlsəfi irsini, o cümlədən mədəniyyətini, ədəbiyyatın,
tarixini və s. təftiş edərək müstəmləkəçilik maraqlarına uyğunlaşdırmağa çalışmışlar.
Şübhəsiz, bütün bunlar cavabsız qalmamış və ayrı-ayrı dönəmlərdə milli ruhlu mü-
təfəkkirlərimiz Azərbaycan milli ideyasının yaşadılması uğrunda mücadilə aparmış-
lar.
Fikrimizcə, 1950-ci illərdən başlayaraq milli mədəniyyət, milli dil, milli ədə-
biyyat yolunda çalışa, bir sözlə Azərbaycan millli ideyasını müdafiə edən mütəfək-
kirlərimizdən biri də Bəxtiyar Vahabzadə olmuşdur. Sovetlər Birliyi dövründə B.
Vahabzadənin yaradıcılığında Azərbaycan milli ideyasına münasibət isə, iki isti-
qamətdə: 1) Azərbaycanın ikiyə bölünməsi və işğalı; 2) milli dil ilə bağlı öz əksini
tapmışdır.
1
İlk olaraq Azərbaycanın bütövlüyü məsələsi adı altında milli istiqlal ideya-
sının ədəbiyyatda yaşadan Vahbazadə «Gülüstan» poeamasında Vətənin iki yerə
parçalanmasının siyasi-ideoloji səbəblərini göstərmişdir. O, bu əsərini qələmə almaqla
şimali Azərbaycanın Rusiyaya birləşməsini bayram kimi qeyd edənlərə tutarlı cavab
vermişdir. O demək istəmişdir ki, əslində o o zaman olduğu kimi, indi də hər iki Azər-
baycan işğal altındadır. Bununla da, artıq bu poemasında filosof şair Srvet Rusiyasının
əsarətinə qarşı ciddi etirazını ifadə etmişdir. Çünki o vaxt da, indi də Azərbaycanı
iki yerə bölunməsində farslar və ruslar mühüm rol oynamışlardır:
Bir xalqı yarıya böldü qılınc tək.
Öz sivri ucuyla
bu lələk qələm,
Dəldi sinəsini Azərbaycanın…
Kəsdilər səsini Azərbaycanın.
1 F. Ələkbərov, “Azərbaycanda türkçülük ideyası” Bəxtiyar Vahabazdə, (14. 11. 2012)