XəZƏr universiteti erciyes universiteti



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə3/222
tarix15.03.2018
ölçüsü4,93 Mb.
#31889
1   2   3   4   5   6   7   8   9   ...   222

 

 



 

 

 

 

 

 

 

I  BÖLMƏ  

 

DİL VƏ ƏDƏBİYYAT 

 

 




 

LERİK ŞİVƏSİNDƏ ETNİK RƏNGARƏNGLİK: DİL VƏ KÜLTUR 



MƏSƏLƏLƏRİ 

 

Qurbanova İlahə Məhəmməd qızı 

 

Açar sözlər: şivə, dialekt, kültur, xalq, dil 

Ключевые слова: говор, диалект, культура, народ, язык 

Keywords: accent, dialect, culture, people, language 

 

Lerik şivəsi Azərbaycan dialektləri içində ən çox iki dil təsiri altında inkişaf 

etmiş  şivələrdəndir.  Həm  talış,  həm  də  Azərbaycan  türk  dilininin  təsiri  altında 

əsrlərlə inkişaf edən Lerik şivəsi şəkksiz ki, öz leksikasında həm də hər iki xalqın 

kültur yaddaşını əks etdirir.  

Belə ki, qohumluq və digər etnoqrafik cəhətdən maraq kəsb edən leksik qatın 

təhlili bir çox qədim tayfa elementlərini üzə çıxmasına səbəb olur. Bəzi qohumluq 

terminləri  etnoqrafik  cəhətdən  böyük  maraq  kəsb  edir.  Belə  ki,  bəzi  adətlərin 

qorunub  saxlanılması,  lakin  həmin  adəti  bildirən  sözün  ümumilikdə  Azərbaycan 

səviyyəsində işləklikdən çıxması başqa bir qohumluq termininin semantik cəhətdən 

dəyişərək  həmin  vəzifədə  çıxış  etməsinə  səbəb  olmuşdur.  Bəzi  şivələrdə  belə 

sözlərin ilkin semantik mənasında çıxış etməsinin şahidi oluruq. Misal üçün, yengə 

termini.  Əksər  Azərbaycan  dialekt  və  şivələrində  gəlini  müşayiət  edən  qadını 

bildirir. Lakin Gədəbəy və bəzi başqa qərb şivələrində söz ilkin mənasında, yəni evin 

gəlini, böyük qardaşın arvadı mənasında işlənir. Qeyd edək ki, söz oğuz dil qrupunda 

aktiv  fonda  daxildir.  Lakin  qıpçaq  dil  qrupunda  artıq  arxaikləşir.  Söz  bütün  əldə 

olunan qədim yazılı abidələrdə məhz qardaş arvadı mənasında istifadə olunubdur. 

Azərbaycan  dilinin bəzi  dialekt  və  şivələrində  sözün ilkin  mənasında çıxış  etməsi 

həmin areal üçün oğuz dil elementlərinin güclü təsirindən xəbər verir. Lakin qeyd 

etdiyimiz kimi, etnosun kültürunun onun dilində əks olunması mütləqdir. Azərbay-

canda  möhkəm  qorunub  saxlanan  adət  həmin  sözün  yaranan  boşluğu  doldurması 

üçün əsas olmuşdur.  

Maraqlı cəhətlərdən biri kimi məhz külturu əks etdirən leksik vahidlər milli 

kimlik rolunda çıxış etməsidir. Misal üçün, müəyyən sənət növləri var ki, bu sənət 

növləri  eyni  ərazidə inkişaf  edir  və  bu  ərazidə  yaşayan  bütün  xalqların həyatında 

böyük rol oynayır. Lakin bu sənət növünü ifadə edən leksika mənşə etibarı ilə yalnız 

bir etnosun dil üstünlüyü ilə seçilir. Bu əlbəttə dilin etnosun tarixi ilə sıx bağlılığını 

bir  daha  təsdiq  edir.  Etnik  cəhətdən  rəngarəng  bölgələrdə  şivələrimizdə  təsadüf 

olunan yad mənşəli leksik vahidlər, statistik hesablamalara görə, qədim türk leksik 

qatını  üstələyə  bilmir.  Lənkəran–Lerik  şivələrində  rast  gəlinən  qohumluq  və  xal-

çaçılıq  terminləri,  habelə  maldarlıqla  bağlı  dialekt  faktları  bilavasitə  türk  leksik 

qatına aiddir.  

Xalçaçılıq  ən  qədim  zamanlardan  Azərbaycan  ərazisində  ən  çox  yayılmış  və 

rəngarəngliyi ilə seçilən sənət növüdür. Bu sənət növünün yaranmasının başlanğıc dövrü 

elmə tam məlum deyil. Lakin sösüz ki, yunu yaxşı bilən türklər yaxşı keyfiyyətli xalça 

istehsalı ilə məşğul ola bilərdilər. Daha doğrusu, olmuşlar. İpək ticarətini yüzilliklərlə 




 

əllərində saxlayan qədim türklərin ipək saplardan keyfiyyətli xalça toxumaları məntiqli 



görünür. Biz xalçalarda əks olunan naxışların etno mənsubiyyətinə toxunmuruq. Belə ki, 

mövzumuzun  həddində  deyil.  Lakin  dialektizmdə  əks  olunan  xalçaçılıq  terminləri 

etnolinqvistik təhlil edilmişdir.  

Xalçaçılığın bir sənət kimi müxtəlif məktəblərə bölünməsi, daha doğrusu, ərazi 

prinsipinə  görə  təsriflənməsi  məhz  dialektlərin  təsriflənməsi  ilə  üst-üstə  düşür.  Xal-

çaçılıq haqda məlumatlarda aşağıdakılar nəzərimizi cəlb etdi: 

Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont 

və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Sasanilər dövründə (III-VII əsrlər) 

Azərbaycanda xalça sənəti daha da inkişaf etdi, ipəkdən, qızıl-gümüş saplardan nəfis 

xalçalar toxundu. Alban tarixçisi Musa Kalankatlı (VII əsr) 

Binnətova,  G.  (2007).  Azərbaycan  dilinin  Lerik  rayon  şivələrinin  leksikası. 

Bakı: Nurlan.  

Dəmirçizadə. (1979). Azərbaycan ədəbi dil tarixi. Bakı: Maarif.  

Hacıyev, V. (1983). Azərbaycan dili tarixi. Bakı: Maarif.  

İnstitutu,  A.  M.  (2003).  Azərbaycan  Dialektoloji  lüğəti.  Ankara:  Türk  Dil 

Kurumu Yayınları.  

Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII 

əsrlərdə ənənəvi xarakter almışdır. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz 

xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı  və  Bərdə şəhərləri idi. Baha başa 

gəldiyindən  əsasən  feodallar  üçün  toxunulan  bu  cür  xalçalar  "zərbaf"  adlanırdı.  XVI 

əsrdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın 

yay  iqamətgahındakı  qızıl-gümüş  saplarla  toxunmuş  xalça  haqqında  məlumat  verir. 

XVII əsr Holland səyyahı  Yan  Streyts Şamaxı hakiminin atının üstünə salınan çulun 

qızıl saplarla toxunub mirvari və qiymətli qaş-daşlarla bəzədildiyini xəbər verir.  

Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta 

əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. X əsrə aid "Hüdud əl-

aləm" ("Dünyanın sərhədləri") əsərində naməlum  müəllif Muğanda toxunan palaz 

və  çullardan,  Naxçıvanın  zili  toxunuşlu  xalılarından  məlumat  verir,  “Kitabi-Dədə 

Qorqud”  dastanında  Azərbaycanın  ipək  xalçaları,  Əbül  Üla  Gəncəvi,  Nizami, 

Xaqaninin (XII əsr) əsərlərində xovlu və xovsuz xalçalar tərənnüm olunur.  

XVIII  əsrin  II  yarısında  Azərbaycanın  Şimalı  kiçik  feodal  -  Şəki,  Bakı,  Quba, 

Qarabağ, İrəvan, Gəncə, Naxçıvan, Şirvan, Təbriz, Ərdəbil və s. xanlıqlara bölünməyə 

başladı. Xanlıqlar dövründə xalça istehsalı xeyli genişlənmiş, hər xanlığın özünün xal-

çaçılıq karxanası olmuşdur. Xanlıqlar dövründə xalçaçılıq sənətinin inkişafı gələcəkdə 

xalçaçılıq məktəblərinin adının yaranmasına zəmin yaratdı.  

Bu məktəblərin birini təmsil edən Lerik şivəsində aşağıdakı xalçaçılıq terminləri 

qeydə  alınmışdır:  palaz,  kilim,  xəlçə,  üzəçalmə,  cecim,  fərş  mərfəş-yundan  toxunan 

xalça-palaz yığmaq üçün istifadə edilir. Alətlər – cəhrə, kirkiz, əlgi, xamə, çuvalduz, 

düyçə, beşbarməg, ig, pər, quləğ, qol, gəlüncü, top, qıç, ox, əlcim - bir əl tutumu qədər 

daranmamış yun. Naxış adları - çeşni bağəcənəği, igədərmə, qayığ, malgözüş qabırğə, 

cülmə, dişdəmə (14, 124).  

Bildiyimiz  kimi,  Lerik  etno  rəngarəngliyi  ilə  seçilən  rayonlarımızdadır.  Lakin 

verilən  nümunələri  araşdırarkən  maraqlı  nəticələrə  gəlinir.  Əlgi,  çuvalduz,  düyçə, 



Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə