XəZƏr universiteti erciyes universiteti



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə4/222
tarix15.03.2018
ölçüsü4,93 Mb.
#31889
1   2   3   4   5   6   7   8   9   ...   222

10 

 

beşbarməgig, quləğ, qol, gəlüncü, top, qıç, ox, əlcim kimi alət adlarını bildirən lek-

semlər  türk  mənşəlidir.  Çünki  xalçaçılıq  üçün  lazım  olan  alətlərin  yaranması  türk 

etnosuna aiddir. Xalçaların adları zamana  və dəbə  görə dəyişə  bilərdi. Bir çox leksik 

qatları araşdırakən rastlaşdığımız situasiya ilə  yenə də  rastlaşırıq. Zadəganlar dövrün 

dəbinə uygun olaraq adlandırmada fars mənşəli sözlərdən istifadə etmişlər. Lakin bu əsas 

qatda  türk  mənşəli  leksikanın  pozulmasına  təsir  edə  bilməmişdir.  Dərin  qat  daha 

mühafizəkar olub, burada türk leksik fondunun qorunmasına nail olmuşdur.  

 

Ədəbiyyat siyahısı 

1.

 



Binnətova, G. (2007). Azərbaycan dilinin Lerik rayon şivələrinin leksikası. Bakı: 

Nurlan.  

2.

 

Dəmirçizadə. (1979). Azərbaycan ədəbi dil tarixi. Bakı: Maarif.  



3.

 

Hacıyev, V. (1983). Azərbaycan dili tarixi. Bakı: Maarif.  



4.

 

İnstitutu, A. M. (2003). Azərbaycan Dialektoloji lüğəti. Ankara: Türk Dil Kurumu 



Yayınları.  

5.

 



Dəmirçizadə. (1960). Kitabi Dədə Qorqud dastanlarının dili. Baku: Maarif.  

6.

 



İnstitutu, A. D. (2009). Azərbaycan dilinin Dərbənd dialekti. Baku: Elm.  

7.

 



Kurtene, B. D. (2014). Ümumi Dilçilik üzrə əsərləri. Baku: Prestij çap evi.  

8.

 



Артамонов. (1962). История Хазар. Ленинград: Государственный Эрмитаж.  

9.

 



Винаградов. (1970). Сингамонизм и фонология слова. Фрунзе: Илим.  

10.


 

Дмитриев. (1940). Граматика кумыкского языка. Москва-Лениниград: Наука.  

11.

 

Кубра, К. (2007). Древнетюркский пласт Кубинско_Дербентского диалекта. 



Баку: Нурлан.  

12.


 

Реформатский. (1970). Сингармонизм как проблема фонологии и общей 

лингвистики. Фрунзе: Илим.  

13.


 

Севортян. (1966). Аффиксы именного словообразования в азербайджанском 

языке. Москва: Наука.  

14.


 

Сепир, Э. (1934). Язык. Москва Ленинград: Госурарственное Социально-

Экономическое Издательство.  

15.


 

Соссюр, Ф. д. (1999). Курс общей лингвистики. Екатеринбург: Издательство 

Уральского Университета.  

16.


 

 Ширалиев. (1983). Диалекты и говоры азербайджанского языка. Баку: Элм.  

 

Xülasə 

 

Məqalədə ilk dəfə Azərbaycan dilçiliyində dil faktları, xüsusən də dialekt lek-

sikası etnolinqvistik cəhətdən təhlil edilmişdir. Bir çox leksik laylar müqayisəli şə-

kildə taraxi, statistik metoda əsasən tədqiqata cəlb olunmuşdur. Xalçaçılıq termin-

lərinin  statistik  təhlili  etnik  cəhətdən  rəngarıng  olan  Lerik  bölgəsində  türkmənşəli 

terminologiyanın qədim zamanlardan inkişaf etməsindən xəbər verir. Zənnimizcə, 

etnik  cəhətdən  qarışıq  bölgələrdə  dil  faktlarının  təhlili  bir  çox  mübahisəli  tarixi 

məsələlərə aydınlıq gətirə bilər.  



 

 


11 

 

İ. ŞIXLI YARADICLIĞINDA MİLLİ XARAKTER KONSEPSİYASI.  



 

Dilbər Zeynalova 

Xəzər Universiteti 



 

Çağdaş dünyada gedən qloballaşma və inteqrasiya proseslərinin, elmi-texniki 

inkişaf və nailiyyətlərin bəşər cəmiyyətinin həyatını köklü şəkildə dəyişdirməsi özü 

ilə müsbət keyfiyyətlərlə yanaşı, qayğılandırıcı, narahatlıq doğuran əlamətlər gətir-

məkdədir. ”İndi hətta şəxsi ailə mühitinə dünyanın hər yerindən çarpazlaşmış şəkildə 

güclü ədəbi-mədəni, milli, elmi və s. məlumatlar daxil olur. Bu labüd təsirlər insanın 

dünyagörüşünü genişləndirir, daxili aləmini zənginləşdirir, mədəni səviyyəsini yük-

səldir. Lakin bununla bərabər, insanın müəyyən qədər itirdiyi mənəvi-əxlaqi keyfiy-

yətlər də göz qabağındadır.” (6: 27-28). Texnoloji sıçrayışlar, gündən-günə daha bö-

yük miqyasla həyatımıza nüfuz edən inteqrasiya və qloballaşma proseslərindən əlavə, 

sovet rejiminin uzun illər yeitdiyi siyasət nəticəsində milli mənəvi-əxlaqi dəyərlərimizi 

itirmək  təhlükəsi  getdikcə  acıq-aydın  hiss  olunur.  Rus  şovinizminin  türk-müsəlman 

xalqlarının milli mövcudluğunu yox etmək cəhdləri, millətlər arasında gizli üsullarla 

təfriqə salaraq özünün üstün mövqeyini qorumaq siyasətini “heç şübhəsiz, torpağına, 

xalqına  mənəvi  sərvətlərinə  bağlı  olan  ziyalılar,  o  cümlədən,  yazıçılar  həssaslıqla 

duyur  və  milli  tarixlərinə,  ədəbi-mədəni  sərvətlərinə  müraciət  edib  yeni  dünyanın 

verdiklərini milli zəmin üzərində qurmağa səy göstərirlər. ”(yenə orada) 

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan İsmayıl Şıxlı 

(1919-1995)  xalq  ruhunu,  milli-mənəvi  dəyərlər  sistemini  dərindən  bilən,  onun 

incəliklərini  həssaslıqla  duyan  və  qeyri-adi  bir  məharətlə  bədiiləşdirməyi  bacaran 

qüdrətli sənətkardır. İ. Şıxlı yaxşı başa düşürdü ki, beynəlmiləlçilik pərdəsi altında 

xalqlari milli yaddaşdan, soykökdən uzaqlaşdırma Moskvadan yeridilən rus şovinist 

siyasətinin-məkrli  ruslaşdırma  əməliyyatının  tərkib  hissəsidir.  İŞıxlı sinfi-partiyalı 

dəyərlərin  ədəbiyyatda  hegemon  olduğu  bir  dövrdə  böyük  sənətkarlıq  manerası 

işlədərək, milli-mənəvi dəyərləri ön plana çəkdi. Üzərində kifayət qədər uzunmüd-

dətli  yaradıcılıq  axtarışları  apardığı  “Dəli  Kür”romanının(1957-1967)  həm  bütöv 

epik mənzərəsi ilə, həm də təqdim etdiyi yeni tipli baş qəhrəmanı-Cahandar ağa ob-

razı ilə sovet ədəbiyyatı ənənələrinin ədəbi-estetik kriteriyalarından cəsarətlə uzaq-

laşan İ. Şıxlı saxta və qondarma “beynəlmiləl abstraksiyanı”(Y. Qarayev) milli yad-

daşla əvəzləndirdi. Onilliklər boyu Moskvanın göstərişi ilə xalqı milli-tarixi yadda-

şından,  mənəvi  dəyərlərindən,  soykökündən  qoparmaq  üçün  hər  cür  fitnə-fəsada, 

ədəbi-mədəni təbliğ formalarına əl atılmasına baxmayaraq, ”Dəli Kür”ün zühuru ilə 

sovet ədəbi maşınının carxları boşalmağa və zəifləməyə başladı. Beynəlmiləl sovet 

həyat tərzi ideyasının hegemeon olduğu bir dövrdə bu ideyanın estetik qayə və prin-

siplərinə alternativ bir mövqenin-milli kimlik və milli xarakter probleminin ortaya 

çıxarılması  yazıçının  özünün  mövcud  ideloji  sistemə,  quruluşun  yeritdiyi  milli 

siyasətə qarşı inamsızlığı dolayı etirazı idi.  

“Dəli  Kür”  romanında  İŞıxlı  sovet  xarakteri  əvəzinə  milli  xarakter,  sovet 

həyat  tərzi  əvəzinə  etnoqrafik  həyat  tərzi,  sosialist-beynəlmiləlçi  əxlaq  kodeksi 

yerinə milli əxlaq və davranış anlayışlarını önə çəkmişdir. Bu mənada mahiyyətcə 




Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə