XəZƏr universiteti erciyes universiteti



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə5/222
tarix15.03.2018
ölçüsü4,93 Mb.
#31889
1   2   3   4   5   6   7   8   9   ...   222

12 

 

ruslaşdırma siyasətinə xidmət edən saxta sovet beynəlmiləlçiliyi “Dəli Kür”ün sima-



sında Azərbaycan milli-mənəvi varlığının özünütəsdiq iradəsi ilə üzbəüz qalmışdı. 

Az qala hər səhifəsi, hər sətri ilə torpaq, yurd, el qeyrəti, igid şərəf və namusu, yenil-

məzlik, əyilməzlik düşüncəsi, özünütanıma təlqin edən bu möhtəşəm əsər Cahandar 

ağa kimi qeyri-adi milli xarakter yetirən bir xalqın rus əsarəti və işğalı altında yaşa-

masının mümkünsüz və yolveilməz olduğunu gizli və sətiraltı bir manifest şəklində 

irəli sürürdü. Cahandar ağa türk milli xarakterini ifadə edən rəmzi, ümumiləşdirici 

bir obrazdır. Bu obrazın davranış və xasiyyəti əsil azərbayanlı-turk kişisinin mental 

keyfiyyətlərini özündə cəmləşdirir: mərddir, qeyrətlidir, igiddir, sərt və sözübütöv-

dür. Ər kimi, ata kimi, qardaş kimi qürurlu və ağır təbiətlidir. Şərəf və heysiyyat hissi 

onda  çox  güclüdür.  Bunlar  azərbaycanlı-türk  kişisi  üçün  tarix  boyunca  səciyyəvi 

cizgilərdir. Bu səbəbdən də İ. Şıxlının yaratdığı obraz öz genetik başlanğıcını milli-

mənəvi  varlığımızın dərin qatlarından götürməklə bərabər, həm də gerçək həyatın 

özündən gəlir. Başqa sözlə, yazıçı Cahandar ağa obrazını yaradarkən özünün uzun-

müddətli həyati müşahidələrini böyük ustalıqla ümumiləşdirmiş və milli xarakterlə 

bağlı etnik-mənəvi yaddaşın, şübhəsiz ki, ilk növbədə folklorun tarixi təcrübə kimi 

təqdim etdiyi obrazların, dastan qəhrəmanlarının səciyyəvi keyfiyyətlərindən yara-

dıcı şəkildə bəhrələnmişdir.  

“Dəli Kür” romanının epik kontekstində əzəmətli milli xarakter kimi ucalan 

Cahandr ağanın bir elat-tayfa başçısı kimi hərəkət və dünyabaxış sistemi oğuz elinin 

başçısı Qazan xanın(“Kitabi-Dədəm Qorqud”)hərəkət və davranış parametrlərinə bir 

çox cəhətdən uyğun gəlir. Hətta bir sıra aparıcı istiqamətlərdə onların hadisələrə və 

proseslərə münasibətləri, demək olar ki, üst-üstə düşür. Cahana ağa ailə və cəmiy-

yətlə bağlı hər bir taleyüklü məsələdə, xüsusən də milli-mənəvi dəyərlərin, tarixi-

etnik  yaddaşın  qorunması  və  mühafizəsində  əsgi  oğuz  tayfa  qayda-qanunlarının 

diktəsi altında hərəkət edir, hətta bəzən sərt addımlar da atır. Yal-quyruğu qırxılmış 

atının alnına tərəddüd etmədən qurşun sıxır, namusunu təmizə çıxartmaq, içini qurd 

kimi  gəmirən  şübhələrdən  qurtulmaq  üçün  canından  əziz  bildiyi  bacısı  Şahnigarı 

güllələyir, ata sözündən çıxmış oğluna da az qala həmin cəzanı tətbiq etmək istəyir. 

Bu  sərt  mövqe  Cahandar  ağanın  tarixi  ənənədən  qəbul  etdiyi  və  yaşatdığı  milli 

heysiyyat normasıdır. Onun qeyd-çərtsiz qəbul etdiyi və mühafizəkarlıqla daşıdığı 

bu tarixi-milli norma daşlaşmış şəkildədir, onu dəyişdirmək, yumşaltmaq imkansız-

dır. Elə buna görə də sanki bu obraz on doqquzuncu yüzilliyin ortalarında Rusiya 

imperatorluğunun  bir  əyalətində  deyil,  əsgi  çağların  qədim  oğuz  cəmiyyətində 

yaşayır.  Mərd  igidin  namərd  düşmən  əlinə  keçməsinin  yolverilməzliyi  əxlaqını 

meyar götürən yenilməzlik, əyilməzlik düşüncəsi və inamı ilə yaşayan milli-mənəvi 

dəyərlər  dünyasının  cənğavəri  Cahandar  ağa  ətrafını  sarmış  silahlı  kazaklara  öz 

qüdrətini göstərdikdən sonra(o, təkbaşına döyüşdə üzbəüz qaldığı kazaklardan beş-

altısını güllə ilə vurub, yerə sərir-D. V) at belində əvsanəvi şəkildə qeyb olur. Dəli 

Kür  xasiyyətcə  özünə  oxşayan  dəli,  igid  bahadırı  əbədi  olaraq  öz  qoynuna  alır. 

Cahandar ağanın bu seçimi təbii və qanunauyğun görünür:məkrli, namırd düşmənə 

tabe olmaqdansa, qürurlu, qüdrətli, dəli-dolu Kürə qovuşubqeyb olmaq türk bahadı-

rının əxlaq qanunlarına daha uyğun bir seçimdir. Əslində Kürdə qərq olmaq səhnəsi 




13 

 

Cahandar ağanın özünün özünə qovuşmasıdır. Yazəçə burada rəmzi-məcazi manera-



dan boyuk ustalıqla istifadə etmişdir. Dəli Kür Cahandar ağanı, Cahandar ağa Dəli 

Kürü  simvollaşdırır.  Bu  simvolun  daşıyıcısı  olan  qoşa  obraz  isə  bütov  kontekst 

halında Azərbaycan milli arakterinin bədii təcəssümüdür.  

Cahandar  ağanın  davranış  və  taleyində  Qazan  xanın  taleyi  ilə  səsləşən  iki 

məqam da diqqəti çəkir. Birinci məqam ata-oğul tarix-ənənvi münasibətlə bağlıdır. 

”Kitabi –Dədəm Qorqud” dan bəlli olduğu kimi, hadisələrin başlanğıcında Qazan 

xan oğlu Uruzun igidlik göstəricilərindən razı deyildir. O, öz oğlundan daha yüksək-

Qazan xanın adına layiq keyfiyyətlər umur, onu özünün davamçısı yerində görmək 

istəyir. Bunları görmədikcə özünün, ulusunun gələcəyindən nigaran qalır, oğlundan 

gileyli, narazı gəib dolaşır. “Qazan aydır: 

 

Bəri gəlgil, qulunum oğul! 



Sağım ələ bağdüğumda 

Qartaşım Qaragünəyi gördüm,  

Baş kəsibdir, qan tökübdür,  

Çöndü alubdır, ad qazanubdır.  

Solum ələ bağduğumda 

Tayım Aruzu gördüm, - 

Baş kəsibdir, qan tökübdür,  

Çöndü alubdır, ad qazanubdır.  

Qarşım ələ bağduğumda səni gördüm, - 

On altı yaş yaşladın,  

Bir gün ola, düşəm oləm, sən qalasan, - 

Yay çəkmədin, ox atmadın,  

Baş kəsmədin, qan dökmədin,  

Qanlı oğuz içində çöndi almadın.  

 

Yarınkı gün zəman dönüb, bən ölüb sən qalcaq tacım-taxtım sana veməyələr, 



deyü sonumu andım, ağladım, oğul!-dedi. ”(3:68-69) 

Ancaq həlledici situasiyada vəziyyət dəyişir. Eposun “Salur Qazan tutsaq olub 

oğlu Uruz çıardığı boyu bəyan edər” boyunda düşmən əsirliyində olan atanı həmin 

oğul-Uruz böyük şücaət göstərərək, xilas edir, ölümdən qurarır. ( 3: 116-122) “Dəli 

Kür” romanında da Cahandar ağa ilə oğlu Şamxal arasındakı münasibət təqribən bu 

cürdür. Qazan xan kimi Cahndar ağa da oğlunu atasına layiq bir igid görmək istəyir. 

Şamxalın hərəkət və davranışları çəx zaman atanın urəyincə olmur, onu narahat və 

nigaran buraxır. Qazan xan-Uruz münasibətlərində olduğu kimi, burada da ən son 

anda-ən  ağır  məqamda  Şamxal  Cahnadar  ağaya  layiq  bir  oğul  olduğunu  sübuta 

yetirərək, bəraət ala bilir. Şamxal sularda qerq olmuş atasını axtarmaq üçün özünü 

Kürə  atır,  yorulub  usanmadan  dörd  bir  yaı  arayır,  nəhayət  kiçik  bir  adada  ujğun 

kollarının arasında son nəfəsdə olan Cahandar ağanı tapa bilir”Atın baldırı sınmışdı, 

kişinin isə hələ nəfsəri vardı. Dili söz tutmasa da gözlərindən ürəyindən keçənləri 

oxumaq olurdu. Şamxal atasının son anda onu görəndə əvvəlcə diksindiyini, sonra 

isə arxayınlıqla gülümsəməyə çalışdığını indi də unuda bilmir. Elə bil kişi demək 



Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə