XəZƏr universiteti erciyes universiteti



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə6/222
tarix15.03.2018
ölçüsü4,93 Mb.
#31889
1   2   3   4   5   6   7   8   9   ...   222

14 

 

istəyirdi ki, sən kibu ağır günümdə məni axtarıb tapdın, bütün günahlarından keçi-



rəm.  Göründüyü  kimi,  ata  son  anda  öz  yerində  layiqli  davamçısınının  olduğunu 

görüb toxtayır.  

Cahandar ağa iləQazan xan taleyindəki ikinci səsləşmə məqamı isə onların hər 

ikisinin qara qayğılı yuxu gördükdən sonra eyni hadisə-ailə, yurd yağmalanması ilə 

üzəüz qalmalarıdır. ”Kirabi Dədə Qorqud” eposunun “Qazan xanın evinin yağma-

lanması” boyundan məlum olduğu kimi, başının dəstəsi ilə ova çıxmış Qazan xan 

yatıb  qara  qayğılı  yuxu  görür.  Yuxunun  əlamətləri  vahimələndirici  olduğundan 

Qazan  xan  geriyə,  yurduna  dönməyi  qıarlaşdırır.  Qonur  atına  minərək,  təlaş  və 

səksəkə içində üç günlük yolu bir gündə qət edir, gəlib görür ki, yurd yağmalanmış, 

var-dövlət dağılmış, qoca anası, arvad-uşağı əsir-yesir aparılmışdır. O, düşməninin 

üzərinı hücum çəkib, ailəsini, var-dövlətini xilas edir, yağıdan qisasını alır. Cahandar 

ağa  da  biçinçilərə  baş  çəkdiyi  zaman  yaylaqda  qoyub  gəldiyi  ailəsi,,  köç-külfəti 

barədə  qarışıq-dolaşıq  yuxu  görür.  Bacısı  Şahnigar  xanımın  yuxusuna  girməsi  və 

yuxuda ona xəbərdarlıq etməsi Cahandar ağanı daha da vahimələndirir. O, yuxudan 

ayılıb nigaran və pərişan halda at belində yaylağa, köç-külfətinin yanına üz tutur. 

Cahandar ağa üç günlük yolu bir günə gedən Qazan xan kimi geriyə qeyri-adi sürətlə 

dönür:  “Cahandar  ağa  bütün  gecəni  at  belində  yol  gəldi.  Qalın  meşələrdən  necə 

keçdiyini, körüklü çayları nə vaxt adladığını bilmədi..... O, mənzilə yaxınlaşdıqca 

daha  da  həyəcanlanırdı....  Yaylağa  yetişən  kimi  binədə  bədbəxt  bir  hadisə  ilə 

qarşılaşa biləcəyini xəyalına gətirdilcə, bədəni buz kimi soyuyur, alına tər gəlirdi. O, 

evdəkilərin birinin ölümünə, mal-qaranın oğurlanmasına dözə bilərdi. Ancaq arvad-

uşağın namusuna satşılmış olsaydı... Aman allah, sən belə bir rüsvayçılıq eləmə”(7: 

322). Cahandar ağanın yuxusu çin çıxır, onun ailəsinə basqın edilmiş, qızı qaçırılmış, 

ancaq  təsadüf  nəticəsində  dostu  Həsən  ağa  qızı  Salatını  Allahyarın  adamlarından 

xilas edib, geri gətirmişdir. Cahandar ağa baş verən əhvaltadan dərin sarsıntı keçirir 

və qəzəbindən üç gün ağzıüstə döşəli yatandan(Beyrəyin qara xəbərini alan Qazan 

xan da otağına çəkilib günlərlə üzüstə qapanır-D. Z.) sonra atını, silahını götürüb 

düşaməni Allahyrala haqq-hesab çürütməyə gedir və  ona lazım olan cəzanı verir. 

Göründüyü kimi, qara qayğılı yuxu, yuxunun çin çıxması, ailəyə basqın edilməsi, 

daha  sonra  isə  qəhrəmanın  düşmən  üzərinə  gedərək,  çərəfi  uğrunda  ğlüm-dirim 

savaşına girməsi Qazan xan və Cahandar ağa xarakter və talelərini qəribə şəkildə 

uzıaşdırır.  Cahandar  ağa  tarixi-mənəviyaddaş  müstəvisində  təkcə  Qazan  xanla 

uzlaşmır.  Onun  xarakterindəki  mühüm  cəhətlərdən  biri  də  təbiətində  müşahidə 

edilən koroğluluq keyfiyyətidir. Cahandar ağanın həm zahiri, fiziki götsənişindən, 

həm  də  hərəkətlərindən,  davranış  tərzindən,  söz-söhbətlərindən  özünəməxsus  bir 

koroğluluq boylaır: əzəətli boy-buxun, sözündən dönməmək, əyilməzlik, qorxmaz-

lıq,  mərd  və  sərt  baxış...  İsmayıl  Şıxlı  Cahandar  ağanın  təbiəti  etibarilə  Koroğlu 

obrazına  bağlılığına  romanda  birbaşa  işarələr  də  etmişdir.  Belə  ki,  çevrəsini 

haqsızlığın,  namərdliyin  bürüdüyünü  görən  Cahandar  ağa  rus  kazakları  ilə  haqq-

hesab çəkməzdən öncə mərdliyin, igidliyin, bahaırlığın dəyərdən düşməsini xəya-

lında  dolandırıb,  acı  təəssüf  hissi  keçirir:  “Deyəsən,  at  çapıb,  tüfəng  oynatmağın 

vaxtı keçir, axı?! Ay gidi dünya, gör axırın hara gəıib çıxdı. ”( 7: 266). Onun bu halı 

mərdlik,  igidlik  zamanının  arxada  qalmasına  köks  ötürən  Koroğlunun  qocalığını 



15 

 

xatırladır. Yazıçı məqsədyönlü şəkildə həmin psixoloji məqamı Koroğlunun qoca-



lıqda söylədiyi sözlərlə daha da təsirləndirir: “Ürəyində ağırlıq, beynində yorğunluq 

hiss etdi. Hər şeyi unudaraq Kürün sakit qıjıltısına qulaq asdı. Kimsə bu həmhanəg 

şəkildə astadan, ancaq yanıqlı-yanıqlı oxuyurdu: 

 

Titrəyir əllərim, tor görür gözüm,  



Mənmi qocalmışam, ya zəmanəmi? 

Dolaşmır dəhanda söhbətim, sözüm,  

Mənmi qocalmışam, ya zəmanəmi? 

Tutulur məclisdə igidin yası,  

Kar görmür qılıncı, polad tiyəsi,  

Gəlib bic əyyamı, namərd dünyası,  

Mənmi qocalmışam, ya zəmaəmi? 

 

Bu nisgil kədər dolu sözlər Cahandar ağanı ona görə özünə çəkir, ayaq sxla-



mağa vadar edir ki, onun üzbəüz qaldığı situasiya ilə Koroğlu qoşmasındakı əhval 

üst-üstə düşür. Bir yandan rusların gəlib onun dədə-baba yurdunda at oynatması, bir 

yandan da gədə-güdəliyin çoxalması və ruslarla əlbir olması Cahandar ağanı qəzəb 

dolu bir sarsıntı içinə alır. Bic əyyamı, namərd dünyası (molla sadıqların, allahyar-

ların, rus məmur və kazaklarının yaratdığı dünya-D. Z.)onu da min bir fitnə-fəsadla 

koroğluluq-mərdlik, igidlik, kişilik taxtından salmağa çalışır.  

Aralarında  yüzillərlə  ölçülən  böyük  zaman  məsafəsi  dayanmasına  baxma-

yaraq, Qazan xan, Koroğlu və Cahndar ağa obrazlarında oxşar mənəvi-ketfiyyətlər 

kimi təzahür edən xarakter cizgilərinin, əxlaq, davranış və hərəkət bənzərliklərinin 

müçahidə  olunması  qanunauyğun  bir  uzlaşmadır.  Bu  uzlaşmanın  əsas  həlledici 

səbəbi isə həmin obrazların eyni milli genlərdən gəlməsi, eyni mənəvi-əxlaqi dəyər-

lər sistemi üzərində pervəriş tapmasıdır. Göründüyü kimi, Cahandar ağa obrazının 

simasında cəmləşən milli xarakter keyfiyyətləri oz genetik kodları etibarilə etnosun 

mənəvi-tarixi yaddaşına, folklor və etnoqrafiya qaynaqlarına baglıdır. İ. Şıxlı milli 

mədəniyyət  tariximizin,  xalq  ruhunun  dərin  bilicisi  olduğu  üçün  xalqın  əsil 

Azərbaycan-türk kişisi ilə bağlı etnik təsəvvür və gücünü bi qeyri-adi obrazda-milli 

xarakterin Cahandar ağa örnəyində böyük sənətkarlıqla canlandıra bilmişdir. Bəlkə 

də elə buna görədir ki, ”Dəli Kür” romanı istedadlı yazıçı qələminin məhsulu olan 

qüdrətli bir nəsr əsərindən başqa, həm də möhtəşəm bir xalq eposuna bəzəyir.  

İ.  Şıxlı  "Dəli  Kür"  dən  sonra  da  bu  romandakı  ideya-estetik  xətti  davam 

etdirdi. 70-90-cı illərdə qələmə aldığı tarixi-etnoqrafik səciyyəli hekayələrdə- "Na-

mərd gülləsi", "Namus qacağı", "Qətl", "Ölüləri qəbirstanda basdırın", "Əfsanə və 

rəvayətlər" silsiləsində və nəhayət ömür və yaradıcılıq yolunun yekunu olan "Ölən 

dünyam" romanında milli kimlik və milli xarakter konsepsiyası yenidən boy göstərir. 

"Ölən  dünyam"  ronanında  Cahandar  ağa  xarakterinin  mənəvi  şəcərəsinə  mənsub 

olan(Kabı Kəsəmənli, Ömər koxa, Çapıq Əmrah) maraqlı obrazlar yaradılmışdır. Bu 

sıradan Çapıq Əmrah obrazını xüsusi qeyd etmək lazım gəlir. Çapıq Əmrah müsavat 

zabitidir, o, vətənin azadlığı, müstəqilliyi uğrundakı qanlı döyüşlərin iştirakçısıdır. 




Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə