XəZƏr universiteti erciyes universiteti



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə35/179
tarix23.01.2018
ölçüsü3,79 Kb.
#22108
1   ...   31   32   33   34   35   36   37   38   ...   179

78 
 
yüksəliş  anını  gözləyən  bir  sıra  xırda  tayfa  birlikləri də  mövcud  idi.  1308-ci  ildə 
Anadolu Səlcuq dövlətinin süqutu nəticəsində siyasi xaos yarandı. Bu vəziyyət bir 
sıra tayfaların yeni dövlət qurmasına, bəzilərinin isə qurduğu dövlətin güclənməsinə 
şərait yaratdı. Güclənmiş dövlətlər içərisində Osmanlı dövləti də vardı” [Roemer, 
2003:177]. H. R. Römer bu zaman digər tayfa birlikləri dedikdə çox güman ki, Qara-
qoyunlu  və  Ağqoyunluları  nəzərdə  tutur.  Yeni  dövlətlər  yaradan  tayfaların  onlar 
olması şübhə doğurmur.  
Qaraqoyunlu eləcə də, Ağqoyunlu dövlətlərini təşkil edən tayfa və boyların 
bu əraziyə Mərkəzi Asiyadan gəlməsini Səlcuqların Yaxın Şərqə köçməsi ilə bağ-
layırlar. H. R. Römerin də yazdığından aydın olur ki, onların Azərbaycana və Qərbi 
İrana köçməsini daha erkən dövrə (VIII-IX əsrlərə) aid etməyə müəyyən əsasımız 
vardır.  Ehtimal  etmək  olar  ki,  həmin etnik  qruplar  monqol  işğalı  dövründə  Azər-
baycan və İrandan qərbə doğru hərəkət etməyə məcbur olmuş, Kiçik Asiya, İraq və 
Suriyada məskunlaşmışdılar.  
Prof.  Dr.  Mehmet  Şəkər  “Anadolunun  türkləşməsi  və  islamlaşması  zamanı 
Maraş bölgəsi və bölgəyə yerləşən türk boyları” adlı məqaləsində köç edən tayfaların 
Türküstan adı verilən, Asiya ərazisindən keçərək Xorasan və Mavəraünnəhrin geniş 
ərazilərində özlərinə məskən axtaran, Oğuz boylarından olan türkmanlar olduğunu 
yazır [Şeker, 2009:437]. Məqalədə o da vurğulanır ki, “köçdən sonra müsəlmanlığı 
qəbul edən türklər və Oğuzlar tədricən türkman adlanmağa başlanmışdır. Bu dönəm-
dən  başlayaraq,  islam  dünyasına  köç  edən  Oğuzlara  türkmanlar  deyilir  [Şeker, 
2009:438].  
İslamı qəbul edən tayfaların türkman adlandırlmasının təsdiqinə T. Nəcəflinin 
“Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətlərinin  tarixi  müasir  türk  tarixşünasliğinda” 
əsərində də rast gəlirik: “Tədqiqatçıların fikrinə görə, X əsrdə oğuzlar islam dinini 
qəbul etdikdən sonra onlara "türkmən/türkman" deyilmişdir. V. V. Baritold yazır:"... 
müsəlman  -  oğuzlar  həmçinin  “türkman"  (türkmənlər)  adlandırılmağa  başlandılar 
[Nəcəcfli, 2000:10].  
Z. M. Bünyadov və O. Ə. Əfəndiyev bu barədə yazırlar ki, XIV-XV əsrlərdə 
"qaraqoyunlu"  və  "ağqoyunlu"  adlarını  almış  tayfalar  və  qəbilələr  özlərini  vahid 
türkman xalqının hissələri hesab edirdilər. Onlar özlərini Kiçik Asiyanın (Osmanlı, 
Rumlu) və Orta Asiyanın (Cığatay) türkmənlərindən fərqləndirirdilər. Həmin dövrdə 
Azərbaycan  türkmanları  Orta  Asiyadan  köçmüş  uzaq  əcdadlarından  dilinə,  mədə-
niyyətinə görə güclü şəkildə fərqlənirdilər və yerli əhali ilə qaynayıb-qarışmışdılar” 
[Nəcəcfli,  2009:10].  “Azərbaycan  tarixi”  kitabında  isə  bu  haqda  belə  yazılmışdır: 
“Qaraqoyunluların mərkəzi vilayəti Van gölünün şimalındakı Ərciş, Ağqoyunluların 
cəmləşdiyi bölgə isə Diyarbəkr idi. Hər iki tayfa birləşməsi "türkman" adlanan eyni 
etnik qrupa mənsub olub, ünsiyyət vasitələri Azərbaycan dilinin cənub ləhcəsi idi” 
[Azərbaycan  tarixi,  2007:71].  Beləliklə  Azərbaycan  ərazisində  yaranmış  bu  iki 
dövlətin banilərinin niyə türkman adlandırıldığını aydınlaşdırmış olduq.  
H. R. Römer kitabında digər müəlliflərdən fərqli olaraq qeyd olunan tayfaların 
Ön Asiya köçünə qədər həmin ərazilərdə, konkret olaraq Azərbaycanda tarixi kökləri 
daha qədim dövrlərə gedib çıxan türk mədəniyyətinin olduğunu göstərmir. Tədqi-
qatçı yazır: “Bu tayfalar arasında ikisi, Osmanlılarla yaxın əlaqələrinə görə önəmli 


79 
 
sayılır.  Bunlar  qaraqoyunlu  və  ağqoyunlu  tayfa  birlikləridir,  çox  güman  ki,  onlar 
əvvəllər bir tayfa olmuş, sonradan ayrılmışdırlar. Ancaq bu tayfa dövlətləri İran ta-
rixi  üçün  sadəcə,  mədəni  baxımdan  deyil,  siyasi,  sülalə  və  dini  səbəblərdən  əhə-
miyyət kəsb edirlər. Bu tayfa birlikləri Osmanlılarla sıx əlaqədə olsa da, farslarla o 
qədər yaxındılar ki, İran tarixini onlarsız təsəvvür etmək qeyri mümkündür. Müxtəlif 
dövrlərdə  bu tayfaların  nümayəndələri  İran  ərazisinin  müəyyən  bir  hissəsini işğal 
etmiş və uzun müddət öz hakimiyyəti altında saxlamışdır. Bu dövrdə mövcud olmuş 
kiçik tayfa dövlətləri demək olar ki, tez bir zamanda dağılmış  və Osmanlı mədə-
niyyətində  əldə  edə  bilmədiklərini  İran  mədəniyyətindən  mənimsəmişdilər”  [Roe-
mer, 2003:177].  
Römer Qaraqoyunlu və Ağqoyunlu tayfalarının türkmənşəli olduğunu qeyd 
etsə də, yaratdıqları dövləti İran dövləti adlandıraraq, tarixi yanlışlığa yol verir. Di-
gər tərəfdən, H. R. Römer bu tayfalara Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər döv-
lətini adi edərək, onların tez dağıldığını vurğulayır.  
Rəmzi  Kılıç  “Fatih  dövrü  (1451-1481)  Osmanlı-Ağqoyunlu  münasibətləri” 
məqaləsində  Ağqoyunlu  dövləti  haqqında  yazırdı:  “Ağqoyunluları  dövlət  halında 
Qara Yuluq Osman bəy birləşdirmişdir. 1423-cü ildə Əli bəyin oğlu olaraq dünyaya 
gələn  Uzun  Həsən  babası  Qara  Yuluq  Osman  bəyin  ölümündən  sonra  yaranmış 
şahzadələr arasındakı mübarizələrdə böyümüş, özünü erkən yaşlarından göstərərək 
1453-cü ildə Ağqoyunlu dövlətinin hökmdarı olmuşdur” [Kiliç, 2003:97]. Burdan 
da  göründüyü  kimi  türk  müəllifləri  H.  R.  Römerin  əksinə  olaraq,  Ağqoyunlu  və 
yaxud da Qaraqoyunlu dövlətini heç də İran, fars dövləti hesab etmirlər.  
Türk  tarixçisi  Əhməd  Toksoy  “Kitab-i  Diyarbəkriyyədə  bayındırlılar  (Qara 
Yuluq Osman Bəyə qədər)” adlı məqaləsində isə bu tayfa birliklərinin məhz Azər-
baycan ərazisində məskunlaşması və dövlət qurması haqqında dəqiq məlumat verir. 
“Ağqoyunların Anadolu ərazisinə nə vaxt gəlməsi hələ də mübahisə mövzusudur. C. 
Vudsun fikrincə, “Ağqoyunlular, Diyarbəkr və ətraf ərazilərə monqolların işğalları 
nəticəsində yaranmış böyük köç zamanı, yəni XIII əsrdə gəlməsi haqqında məlumat 
verir[Toksoy, 2008:807]. Z. V. Tolqan isə “Ağqoyunluların bir qisminin Azərbaycan 
ərazisində çox öncədən məskunlaşmış olduğunu, əsas hissəsinin isə Elxanilər döv-
ründə Türküstandan Anadoluya gəlib yerləşdiyini göstərir” [Toksoy, 2008: 807].  
H. R. Römer Osmanlı dövləti ilə bu iki “İran” dövlətinin münasibətlərinə də 
toxunaraq yazır: “XV əsr Qərb səyyahlarının fikrincə, bu tayfalar hətta Osmanlı im-
periyasının Şərq sərhədləri boyunca onlara əsas rəqib sayılırdılar. Bəzi mənbələrdən 
isə belə məlum olur ki, Avropa dövlətləri müxtəlif dövrlərdə onlarla müqavilə bağ-
layaraq ittifaq qurmuşdular. Sonralar onların hakimiyyəti altında şiə təriqəti yayılmış 
və  genişlənərək  uzun  müddət  öz  müstəqilliyini  qoruyub  saxlamışdır”  [Roemer, 
2003: 178]. Tarixdən də bildiyimiz kimi qərb diplomatiyasının səyləri nəticəsində 
Osmanlı  dövləti  ilə  Azərbaycan  ərazisində  müxtəlif  dövrlərdə  hökmranlıq  etmiş 
milli dövlətlərin münasibətləri müəyyən vaxtlarda kəskinləşmişdir.  
Rəmzi Kılıç Osmanlı Ağqoyunlu münasibətlərinə Qərb dövlətlərinin təsiri ilə 
bağlı yazır: “... Ağqoyunlular Osmanlılara qarşı Venesiya Rsepublikası, Trabzon-
Rum İmperiyası, Qaramanoğulları dövləti, Papalıq, İsfəndiyaroğulları və s. kimi bir-


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə