XəZƏr universiteti erciyes universiteti



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə36/179
tarix23.01.2018
ölçüsü3,79 Kb.
#22108
1   ...   32   33   34   35   36   37   38   39   ...   179

80 
 
liklərlə ittifaqda idi” [Kiliç, 2003: 98]. Bu haqda digər bir fikir isə B. Dədəyevə məx-
susdur. O, “Azərbaycan-Osmanlı iqtisadi əlaqələri (1450 -1520)” məqaləsində ya-
zırdı: “Ticarət baxımından Avropalılar, Ağqoyunlu və Səfəvilər dövləti ilə həmçinin 
siyasi  münasibətlər  də  qururdu”  [Dedeyev,  2006:107].  Beləliklə  əksər  tarixçilər 
Osmanlı  –Ağqoyunlu  münasibətlərində  yaranmış  narazılıqdan  Qərbin  istifadə 
etdiyini təsdiq edir.  
H.  R.  Römer  öz  əsərində  Qaraqoyunlu  və  ağqoyunlu  tayfalarının  mənşəyi 
probleminə də toxunmuşdur. O, bu haqda yazırdı: “Köçəri tayfalarda ağ qoyun şək-
linin Ağqoyunlular, qara qoyun şəklinin isə Qaraqoyunluların rəmzi olması heç də 
qeyri-adi sayılmamalıdır. Bu bir totem də ola bilər, Fəzlullahın Rəşiddədinin məlu-
matına görə, qədim türklərdə totem sayılan heyvanın ətini yemək qadağan olunurdu. 
Onda bu ad onların bəslədikləri sürülərə bir işarə sayılmalıdır” [Roemer, 2003:179]. 
Belə görünür ki, bu tayfa adlarının totem sayılan qoyunların rəngi ilə əlaqədar olduğu 
ehtimal edilir. Həmin tayfalara məxsus olan qoç heykəlləri şəklində məzar daşlarının 
zəmanəmizədək çatdığı məlumdur [Azərbaycan tarixi, 2007:71].  
T. Nəcəfli “Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarix-
şünasliğinda” əsərində Qaraqoyunlu və Ağqoyunlu tayfa adlarının mənşəyi haqqında 
yazır: “Türk tarixçisi Faruq Sümərə görə, "Qaraqoyunlu tayfasının adı bu gün hakim 
olan ümumi qənaətə əsasən, totemlərinin qoyun olması ilə əlaqəli sayılsa da, qədim 
türklərdə digər tayfalarda olduğu kimi totem olan heyvanların ətinin yeyilməsi qəbul 
olunmadığına  görə  bu  adın  onlara  aid  sürülərinin  rəngi  ilə  bağlı  verilmiş  olması 
mümkündür".  Əbdülxaluq  Çay  Faruq  Sümerin  bu  fikrini  müdafiə  edir  və  başlıca 
məşğuliyyəti  heyvandarlıq  olan  Qaraqoyunlulara  bu  adın  bəslədikləri  heyvanların 
rənginə görə verildiyini əsaslandırmağa çalışır” [Nəcəcfli, 2000:11].  
Hər iki tayfa adınınyaranmasında həm onların totemlərinin, həm də saxladıq-
ları  qoyun  sürülərinin  rənginin  xüsusi  önəm  daşıdığı  ortaya  çıxır.  Bu  zaman  qo-
yunların rəng müxtəlifliyinin olması böyük əhəmiyyət kəsb edir. H. R. Römer məhz 
bununla bağlı yazırdı “Beləliklə, Ağqoyunlu və Qaraqoyunlu tayfa birliklərininmən-
şəyi  ilə  bağlı  məsələlər  bu  cürdür.  Hələ  dəqiq  qərar  verilməmişdir  ki,  bu  tayfalar 
əvvəldən bir kökə sahib olmuş, eyni birlik yaratmışdır yoxsa, sonradan parçalanaraq, 
xoşbəxtlikdən müstəqil dövlətlər yaratmağa nail olunmuşdurlar” [Roemer, 2003:180].  
H. R. Römer əsərində Qaraqoyunlu və Ağqoyunlu tayfalarının mənşəyi haq-
qında maraq kəsb edən məsələlərdən biri də tayfaların mənsubiyyəti məsələsidir. H. 
R. Römer yazır: “Monqol işğalından əvvəlki dövrlərdə Ağqoyunlu və Qaraqoyunlu 
tayfa adlarına rast gəlinmir. Yalnız müəyyən mənbələrdə hakim sülaləni təmsil edən 
Bayandır (Ağqoyunlu), Baharlu və ya Barani (Qaraqoyunlu) soyları haqqında mə-
lumatlara  təsadüf  olunur. Bayandırlar  haqqında  F.  Rəşiddədin  24  Oğuz  tayfasının 
adlarını əks etdirən cədvəlində rast gəlmək olur. Bununla yanaşı, “Dədə Qorqud” 
dastanında o, Oğuz elinin hökmdarı kimi təsvir olunub. Belə hesab olunur ki, Ağqo-
yunlular Bayandurların bir qoludur. Həmçinin mənbələrdə Bayandur, yaxud Bayan-
duriyyə Ağqoyunlunun simvolu kimi istifadəsinə də rast gəlinir. XIV əsrdə Bayan-
dur adına Kiçik Asiyada rast gəlinir. Səlcuq dönəminə qayıtdıqda görmək olur ki, 
Bayandrr  Səlcuqlara  Kiçik  Asiyanı  tutmaqda  yardım  etmişdir,  onlara  məxsus  yer 
adlarının bu ərazilərdəolması da bunu sübut edir. Ağqoyunluların süqutundan sonra 


81 
 
tayfa elementləri və ya Bayandurlar, Tripolidə, Hələbdə və Sivasın cənubunda qal-
maqda davam ediblər” [Roemer, 2003:181].  
Bu haqda tarixçi Əhməd Toksoy “Kitab-i Diyarbəkriyyədə bayındırlılar (Qara 
Yuluq Osman Bəyə qədər)” adlı məqaləsində belə yazır: “Qaraqoyunlu kimi, Şərqi 
Anadolunun  dağında,  daşında,  vadisində  və  çay  kənarlarında  özünəməxsus  izlər 
qoymuş Ağqoyunlular, 24 Oğuz boyundan biri olan Bayandurlara mənsubdur. Buna 
görə onlara “Bayandır xanın oğulları” və ya “Bayanduriyyə” olaraq adlandırılsalar 
da,  bir  müddət  “Tur  Əlilər”  də  çağrılmışdılar.  Bayandurun  daima  “nemətlə  dolu” 
(bol  məhsullu)  yer  olması  haqqında  məlumatlar  vardır”  [Toksoy,  2008:807,  810]. 
Elə həmin məqalədə Ağqoyunluların mənşəyi haqda da məlumat mövcuddur. “Ki-
tabı  Diyarbəkriyyədə”  göstərilir  ki,  Ağqoyunluların  54-cü  babası  Oğuz  xaqandır. 
Onun hakimiyyəti illərində İran, Suriya, Turan, Misir, Dəşti-Qıpçaq, Hind, Kəşmir 
və Türkistan dövlətin ərazisinə daxil idi. “Kitabi Dədə Qorqud”da adı çəkilən Ba-
yandur xan Oğuz xaqanın nəvəsi Ağqoyunluların ulu babasıdır”[Toksoy, 2008:806]. 
Ağqoyunlu tayfasının mənşəyi haqqındakı oxşar fikirlər T. Nəcəflinin “Qaraqoyunlu 
və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünasliğinda” əsərində də möv-
cuddur: “Ağqoyunlu tayfalarının mənşəyi ilə bağlı ən mühüm məlumatı Ağqoyunlu 
tarixçisi  Əbu  Bəkr  Tehrani  "Kitabi-Diyarbəkriyyə"  əsərində  verir.  Müəllif  "Uzun 
Həsənin ulu babası Ağqoyunlu dövlətinin qurucusu olmuş Qara Yuluq Osmanı bir-
bir  adlarını  saymaqla,  Bayandur  xan  vasitəsilə  52-ci  arxa  dönənindən  Oğuz  xana 
çıxararaq Ağqoyunluların Oğuz, yəni türkman elinin Bayandur boyundan bir sülalə 
olduğunu göstərir” [Nəcəcfli, 2000:16].  
  H. R. Römer Qaraqoyunluların mənşəyi haqqında yazır: “Qaraqoyunlu adını 
daşıdığı Baharlı “bahadur” ilə əlaqələndirilir. Bu ad güclü türkman ailələrinin yerləş-
diyi Ərbil, Marağa, Hilatda da rast gəlinən, Urmiya gölündən Van gölünə qədər olan 
ərazidən cənubda və şimalda, həmçinin Həmədandan şimala uzanan Bahar yaşayış 
məntəqəsi ilə eyniləşdirilirdi. Monqol hücumu nəticəsində onlar Van gölündən şi-
mala çəkilməli olur və burda Qaraqoyunlu dövləti yaradılır. Bu ad həmçinin İva və 
ya Yiva adının dəyişilmiş formalarındandır, güman olunur ki, qədim Oğuz tayfala-
rından  birinə  məxsusdur.  Qaraqoyunlu  və  Yivanın  əlaqəsi  onu  göstərir  ki,  Qara-
qoyunlu Yivadan gəlmədir” [Roemer, 2003:182].  
M. Şəkər öz məqaləsində Yiva tayfaları haqqında məlumat verərək yazır: “24 
oğuz  boyundan  biri  olan  Yıvələr  “dərəcəsi  üstün”  deməkdir,  günümüzdə  hər  nə 
qədər Yıvə adına rast gəlinməsə də, Osmanlı hakimiyyəti illərində bu adda türkman 
tayfa birliklərinin olduğu məlumdur” [Şeker, 2009:448].  
Qəribədir ki, Yıvə tayfalarının Qaraqoyunlularla əlaqəsinin olması haqqında 
məlumata T. Nəcəfli də təsdiq edir. O, yazır: “Şükrullahın bu qeydinə əsasən Qara-
qoyunlular Oğuz nəslindən Dəniz xanın oğulları olan İğdir, Büğduz, Yıvə və Kınık 
boylarından birinə mənsub olmuşdur. Bunlardan Yıvə boyu ilə Qaraqoyunlular ara-
sında nəsli qohumluq əlaqələrinin ola biləcəyinə dair bəzi izlər görünür. F. Sümer 
Yıvə türklərinin Səlcuq yürüşləri dövründən etibarən Azərbaycanda məskunlaşdıq-
larını və XII əsrin II yarısında Həmədan bölgəsində öz bəyliklərini yaradaraq onu 
Monqol  yürüşlərinə  qədər  qoruyub  saxladıqlarını  qeyd  edir.  Monqol  istilasından 
əvvəl  Bərçəm  adlı  bir  bəyin  rəhbərliyi  altında  olan  Yıvələrin  yaşadığı  Həmədan 


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə