XəZƏr universiteti erciyes universiteti



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə34/179
tarix23.01.2018
ölçüsü3,79 Kb.
#22108
1   ...   30   31   32   33   34   35   36   37   ...   179

75 
 
Mədəniyyət  və  Turizm  Nazirliyində  2002-ci  ildən  qeydiyyatda  olan  bu  abidədə 
aparılan  arxeoloji  qazıntılar  zamanı  Qafqaz  Albaniyasının  antik  dövrünə  aid  yeni 
abidələr aşkar edilmişdir.  
Qeyd etdiyimiz arxeoloji abidələrin tədqiqi sübut edir ki, Şəki rayonu və onun 
ətraf əraziləri qədim türk tayfalarının məskəni olmuş, yerli tayfalar bir sıra xarici 
ölkələrlə mədəni əlaqələrdə bulunmuşlar.  
Fikrimizcə,  aşağıdakı  təkliflər  bölgədə  arxeoturizmin  inkişafına  səbəb  ola 
bilər: 
-  Regiondakı  arxeoloji  abidələrin  və  maddi  mədəniyyət  tapıntılarının  əks 
olunduğu internet-saytın yaradılması; 
- turistlərin qarşılanaraq (fərdi və ya qrup şəklində) müvafiq nəqliyyat vasi-
təsilə ərazidəki arxeoloji abidələrə (qazıntı yerlərinə) yaxın evlərdə yerləşdirilməsi, 
onların yerli mətbəx mədəniyyəti, adət-ənənələrlə tanışlığı və s. ;  
-  müxtəlif dövrlərə (qədim, antik, ilk orta və orta əsrlər) aid arxeoloji-tarixi 
abidələrə  (qədim  yaşayış  yerlərinə,  ziyarətgahlara,  mağaralara  və  s.),  yerli  tarix-
diyarşünaslıq muzeyinə və arxeoloji abidələrə ekskursiyaların təşkili; 
- Azərbaycan arxeoloqlarının həmin vaxt ərazidə apardığı qazıntılarda turist-
lərin iştirakı.  
Bütün bunlar arxeoturistə tarixin sirrlərinə toxunma imkanı verəcək, maraqlı 
insanlarla təmas yaratmaq və beynəlxalq miqyasda tanınmağımıza yardımçı olacaq-
dır. Şəki rayonunda arxeoturizmin inkişafı yeniliyə səbəb olmaqla yanaşı, həm də 
ərazinin iqtisadi yüksəlişinə, əhalinin məşğulluq probleminin həllinə, turist axınının 
sürətlənməsinə imkan yaradacaqdır.  
Müasir dövrdə belə abidələrin, eynilə digər Azərbaycan abidələri kimi, arxeo-
turizm məqsədilə istifadəsi ölkə iqtisadiyyatı üçün zəruri və əlverişlidir.  
 
Ədəbiyyat: 
1. Əbədi sükut dünyası – labirint // belediyye. io. ua 
2. Eyvazova Y. Muzey işi - mədəni quruculuğun mühüm amili// Xalq qəzeti, 17. 07. 2011
 
 
 
NEW ARCHEOLOGICAL FINDINGS IN SHAKI REGION - AS MEANS 
OF ARCHEO-TOURISM DEVELOPMENT 
 
Mammadova Badirjahan  
 
Due  to  the  participation  and  assistance  of  the  archeologists  of  ANAS  Institute  of 
Archaeology  and  Ethnography  in  various  archeological  expeditions,  recently  have  been 
investigated and revealed many little-studied issues regarding Azerbaijan history, and above-
mentioned  circumstances  created  the  potential  for  development  of  country’s  tourism.  In 
consequence  of  that,  the  monuments  which  have  been  found  by  archeologists  of 
archeological expeditions Shaki-Qakh-Oghuz are of particular interest.  
According  to  the  report  of  archeologists  of  expedition  in  2013,  as  a  result  of 
archeological excavations was discovered a grave in the upper part of necropolis including 
the territory of 4 hectares of ancient settlement located in Shaki region on the territory called 


76 
 
“Dzhuyurlu mashasi”.  
As a result of archeological excavation the archeologists succeeded in specifying the 
age of these findings concerning to the early millennium B. C.  
Identical  to  the  Khodjaly-Gedabey  culture  this  monument  found  as  a  result  of 
archeological  excavations  in  four  graves  where  had  been  discovered  numerous  human 
remains and animal bones as well as household utensils representing material and cultural 
value and reveals the life of the ancient inhabitants of Azerbaijan.  
During archeological excavations of the monument at a depth of 70 meters of cultural 
layer which made it possible to specify the age of monument concerning to the Late Bronze 
and Early Iron Age.  
Archeologists of the expeditions on the base of other information have found another 
ancient settlement and necropolis in the territory of 5-6 hectares, called “Yonchaly” near the 
village of Fazil.  
During archeological excavations in the territory of the found monument which has 
been included in the list of the Ministry of Culture and Tourism of the Azerbaijan Republic 
since  2002,  have  been  found  new  archeological  sites  concerning  to  the  ancient  period  of 
Caucasian Albania.  
Research of the above-mentioned archeological sites, testifying to the fact that Shaki 
region and neighboring  lands had been inhabited by ancient Turkic tribes, and these  local 
tribes established cultural ties with a number of foreign countries.  
Nowadays, these monuments as well as other monuments of Azerbaijan, in order to 
promote archeological tourism are very important and profitable.  
Key  words:  archeology,  archeo-tourism,  bronze,  expedition,  necropolis,  clay, 
findings, monument 
 
 
 
 
 


77 
 
QARAQOYUNLU VƏ AĞQOYUNLU TAYFALARININ ETNİK KİMLİYİ   
MƏSƏLƏSİ ALMAN TARİXŞÜNASLIĞINDA 
Gülbəniz Əlövsət Cavadova 
 
Azərbaycan xalqının təşəkkülündə qədim türk tayfalarından olan Qaraqoyun-
lu  və  Ağqoyunlu  tayfaları  da  iştirak  etmişlər.  Bu  tayfaların  mənşəyi,  Azərbaycan 
mədəniyyətinin inkişafında və zənginləşməsində, ümumilikdə Ön Asiyada orta əsr-
lərdə cərəyan edən proseslərdə iştirakları ilə bağlı məqamlar bu gün də elmi maraq 
doğurur.  
Qeyd  olunan  tayfaların  etnik  mənşəyi  Avropanın  bəzi  tədqiqatçılarının  da 
diqqətini cəlb etmişdir. Bu baxımdan H. R. Römerin, G. Dörferin, B. fon Palombi-
ninin, V. Hinsin, V. Popperin, R. fon Ştrömerin və başqalarının əsərləri diqqətəla-
yiqdir.  
Almaniyada türkologiya haqqında ilk araşdırmalar XIX əsrə təsadüf edir. Bu 
dövrdə Gottingen Universitetində əldə olunmuş materiallar və araşdırmalar ilə Tür-
kologiyaya giriş kafedrası yaradılır. Türkologiyanın öyrənilməsi və bu sahə ilə məş-
ğul olan alimlər hələ ki, formalaşmadığından şərqşünasların bu sahədə əldə etdikləri 
ilə kifayətlənməli olurdular. 1903 –cü ildə Berlinli iranşünas Fridrix Karl Andreas 
Gottinge  Universitetində  Şərqşünaslıq  kafedrasında  fəaliyyətə  başladıqdan  sonra, 
Turanşümaslıq  elminin  yaranmasında  yaxından  iştirak  edir.  Onunla  Türkologiya 
sahəsi “təsisatlanmış forma” alır [uni-goettingen. de].  
1982-ci ildən başlayaraq “Türkologiya və Altayşünaslıq” kafedrası fəaliyyət 
göstərir. Onunla eyni vaxtda fəaliyyət göstərən və bugün də öz işinə davam etdirən 
“Türkologiya  və  Mərkəziasiyaşünaslıq  üzrə  seminar”  anlayışı  yaranır.  Dörferin 
fəaliyyəti dövründə Almaniyada Türkologiya və Altayşünaslıq öz yüksək zirvəsinə 
çatır. Dörferin fəaliyyəti dövründə İrana üç dəfə (1968, 1969 və 1973) elmi səfərlər 
təşkil  olunur.  Səfər  zamanı  bugünə  qədər  məlum  olmayan  iki  türk  dili  –xalac  və 
Xorasan türkcəsinın mövcudluğu rəsmən sənədləşdirlir. Həmçinin İran ərazisi tarixi 
baxımdan da araşdırılır [uni-goettingen. de].  
Daha  sonra  isə  Barabara  Plombini  “1453  -1600-cü  illərdə  İran  uğrunda 
qurulmuş Avropa birlikləri” kitabında yenidən bu məsələyə toxunur. Kitabda Av-
ropalı diplomatların İran ərazisinə etdikləri siyasi səfərləri haqqında geniş məlumat 
verilir.  Ağqoyunlu  Uzun  Həsənlə,  əsasən  də  Osmalı  imperiyasına  qarşı  aparılan 
danışıqlar haqqında ətraflı izah verilmişdir [Palombini, 1968:8].  
XV əsrdə Azərbaycan ərazisində yaranmış dövlətlər arasında Qaraqoyunlu və 
Ağqoyunlular önəmli yer tuturdu. Qaraqoyunlu və Ağqoyunlu adlanan Oğuz mənşəli 
tayfa  birləşmələri  XIII  əsrdən  etibarən  Anadoluda  yarımköçəri  həyat  sürürdülər. 
Alman müəllifi H. R. Römer “Farslar yeni dövrə gedən yolda. 1350-1750-ci illərdə 
İranın  tarixi”  kitabında  yazırdı  ki,  Orta  Asiyadan  çıxmış  türk  tayfaları  XI  əsrdən 
başlayaraq Qərb istiqamətində köç etməyə başlayır. Daha sonra müəllif yazır: “Ön 
Asiyanın türkman tayfaları arasında Oğuz türkləri əsasən də, Səlcuqlar daha önəmli 
idi. Onların Anadoluda, paytaxtı Konya olan qədim dövləti yaratdığı da məlumdur. 
Kiçik Asiyada dövlət qurmuş Səlcuqlar yeganə tayfa deyildilər, onlarla yanaşı öz 


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə