XəZƏr universiteti erciyes universiteti



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə33/179
tarix23.01.2018
ölçüsü3,79 Kb.
#22108
1   ...   29   30   31   32   33   34   35   36   ...   179

73 
 
Burada  tapılmış  qablar  müasir  külqabı  formasında  olub,  kənarları  girintili-
çıxıntılı naxışlı, təkayaqlı, kiçik meyvə qablarına bənzəyir. Boz, sarı, ala, sarımtıl 
rəngli belə qablar narın qum və gil qarışığından bişirilmə üsulu ilə düzəldilmişdir. 
Bu tip qablar əsasən Yaloylutəpə mədəniyyətinə xas olsalar da, onlara tunc və ilk 
dəmir dövrünə aid abidələrdə də təsadüf edilir. Ekspedisiya üzvlərinim söylədiyinə 
görə, belə təkayaq qablar həm də yaxın  ərazidə yerləşən Daşüz, Küdürlü, Sarıca-
Minbərək kurqanlarında da aşkar edilmişdir. Qabların yüksək sənətkarlıqla, əllə ha-
zırlanmasına baxmayaraq heç də dulus çarxında hazırlanan qablardan geri qalmırlar.  
Adı çəkilən abidədə tapılmış qablara bənzər şüşə qabların oxşarları Azərbay-
canla  yanaşı  Gürcüstan,  Dağıstan  ərazilərində  aparılan  arxeoloji  qazıntılarda  da 
aşkar edilmişdir. Bu, ortaq mədəniyyətin izlərini büruzə verən faktlardandır.  
Tədqiqatımız  nəticəsində  məlum  oldu  ki,  tayqulplu  qabların  orta  hissəsinə 
üfüqi, dəlikli naxışlar həkk edilmiş, nəfis çıraqlar isə üçayaqlı formada olub, əsasən 
qara rəngdədir. Şəki rayonunun Kiş-Doxun nekropolundan da belə tapıntılara bənzər 
nümunələr aşkar edilmişdir. Arxeoloqların fikrincə, bu qabların qəbirə qoyulması 
dulusçuluğun yaranması ilə eyni dövrə aiddir və ilkin dini-mifoloji dünyagörüşünü 
ifadə edir.  
Abidədə aşkar edilən digər maraqlı qablar qısaayaqlı və ya ayaqsız formada 
olub, ətirlərin  və  ya  bitkilərin saxlanılması  üçün  hazırlanmışdır.  Qırmızımtıl,  boz, 
qara rəngli bu qabların oxşarlarına Qax rayonunun Sarıca-Minbərək kurqanlarında 
da rast gəlinir. Belə qabların skelet ətrafında müəyyən nizamla düzülməsi, onlardan 
dini rituallarda da istifadə edildiyini söyləməyə əsas verir.  
Muzeydəki  qəbirlərin  tədqiqi  müəyyən  təbəqəyə  mənsub  insanların  həyat 
tərzinin səviyyəsini, yaşadıqları reallığı büruzə verir.  
Qəbirlərdə  skeletlərin  bükülü  vəziyyətdə  qəbrə  qoyulması  həm  də  Tanrı 
qarşısında insanların təzimini əks etdirir.  
Bu abidədə həmçinin 4 büt aşkar edilmişdir. Bu bütlərin baş hissəsi zoomorf
bədən  hissəsi isə antropomorf, biləkləri  ovuca sıxılmış  formadadır.  Güman  etmək 
olar  ki,  belə  bütlər  müqəddəs  ailə  qoruyucuları  hesab  edilərək,  ata  və  ananı  ifadə 
edirdilər.  
Qəbirlərin bəzilərində xırda buynuzlu heyvan sümüklərinin, bişirilmiş yemək 
qalıntıları, ocaq külü aşkarlanması bu qəbirlərin ziyarətgah funksiyasını daşıdığını 
söyləməyə inkan verir.  
Arxeoloji tədqiqatlara əsasən belə nəticəyə gəlirik ki, Şəki rayonunun Fazıl - 
Təpəbaşı abidəsində aşkar edilən qəbir abidələri eneolit, tunc, antik dövr insanının 
dini  dünyagörüşünü,  ideologiyası,  məişət  həyatı,  mədəniyyəti  haqqında  məlumat 
toplamaq üçün faktiki əhəmiyyət daşıyır. Bu maddi mədəniyyət nümunələri bölgədə 
müxtəlif sənət sahələrinin qədim dövrlərdən başlayaraq zəmanəmizə qədər ardıcıl 
olaraq inkişafa uğradığını sübuta yetirir və dünya mədəniyyəti xəzinəsində özünə-
məxsus yer tuturlar.  
“Əbədi sükut dünyası - labirint” muzeyində qorunan tapıntılar arxeoloji qa-
zıntıların nəticələrinin əks etdirməklə yanaşı həm də orijinallığı ilə diqqəti cəlb edir.  
Müasir  dövrümüzdə  “Əbədi  sükut  dünyası  -  labirint”  muzeyi  tamaşaçıların 
diqqətini  cəlb  etməkdədir,  öz  növbəsində  Təpəbaşı  abidəsində  arxeoloji  qazıntılar 


74 
 
davam etdirilir.  
1991-ci  ildən  müstəqillik  əldə  edən  Azərbaycan  Respublikasında  turizmin 
beynəlxalq standartlar əsasında qurulması üçün geniş imkanlar yaradılıb, ölkə həya-
tının  bu  mühüm  sahəsinin  inkişafı  məqsədilə  bir  sıra  əsas  prioritetlər  müəyyən-
ləşdirilib.  
Azərbaycan  Respublikasının  tarixi-mədəni  irsinin  və  mədəni  potensialının 
qorunması, onların muzeylər vasitəsilə geniş miqyasda təbliği məqsədilə muzey işi 
sahəsində sistemli islahatlar aparılır, yeni təbliğat vasitələri yaradılır və tətbiq edilir, 
muzeylər və digər sahə təşkilatları - turizm, təhsil, KİV, sosial mühit, orta və kiçik 
sahibkarlıq və s. arasında əməkdaşlıq və kooperasiya sistemi yaradılır.  
Azərbaycan  Respublikası  Prezidenti  İlham  Əliyevin  2007-ci  ildə  Azərbay-
canda muzey işinin yaxşılaşdırılması haqqında xüsusi sərəncamına əsasən (2), res-
publikamızın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun 
təmirinə, yeni avadanlıqlar və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər 
planı hazırlanmış və bu sahədə bir sıra layihələr həyata keçirilmişdir.  
Son illər ərzində respublikada fəaliyyət göstərən muzeylərdə təmir-bərpa iş-
ləri aparılmaqla yanaşı həm də maddi-texniki baza gücləndirilir və dünya standart-
larına uyğun muzeylər inşa edilərək bir sıra muzeylər yeni binalarda yerləşdirilir.  
Azərbaycanın şimali-qərb regionlarında arxeoloji turizmin tətbiqi nəticəsində 
turistlərə  nəinki  qədim  yaşayış  məntəqələrinin  qazıntısında  iştirak  etmək,  həm  də 
bərpasında izləməyə imkan yaratmaq mümkündür.  
Bu  ərazi  turizmin  müxtəlif  növlərinin,  o  cümlədən  ekoloji  (dağ,  ovçuluq), 
arxeoloji və etnoqrafik turizmin inkişafı üçün  əlverişli olsa da, hazırda bu sahələr 
üzrə hələ xeyli iş görülməlidir. Bunu nəzərə alaraq arxeoloji turizm anlayışının bəzi 
məqamlarına diqqət yetirmək məqsədəuyğundur.  
Arxeoloji turizm turistləri müəyyən ərazidə aşkarlanmış qədim tarixi maddi-
mədəniyyət  nümunələri ilə  tanış  etməklə  yanaşı  ərazinin  tarixi  haqqında  məlumat 
verir, bu ərazi ilə digər ölkələr arasındakı oxşar və fərqli cəhətlərin araşdırılmasına 
və beləliklə yeni nəticələrin əldə olunmasına zəmin yaradır.  
“Əbədi sükut dünyası - labirint” elmi-praktiki muzeyindəki materiallar və Şə-
ki rayonunun zəngin mədəni irsi turistlərin cəlb edilməsi üçün əlverişlidir.  
Ekspedisiya  üzvlərinin  2013-cü  il  hesabatına  əsasən,  Şəki  rayonunun  “Cü-
yurlu meşəsi” adlı ərazisində arxeoloji kəşfiyyat işləri zamanı 4 ha ərazidə qədim 
yaşayış  məskəni,  nekropolun  yuxarı  hissəsində qəbiristanlıq  aşkarlanıb.  Arxeoloji 
təyinat tapıntını eramızdan əvvəl I minilliyin əvvəllərinə aid etməyə əsas verir. Xo-
calı-Gədəbəy  mədəniyyəti  ilə  oxşarlıq  təşkil  etdiyi  bu  abidədə  olan  dörd  qəbirdə 
aparılmış arxeoloji qazıntılar nəticəsində çoxsaylı insan və heyvan skeleti, mətbəx 
qabları qədim Azərbaycan insanlarının maddi məişət mədəniyyətini açıqlayan maddi 
dəlil olaraq təqdim edir.  
Abidənin mədəni qatının 70 sm dərinliyində aparılan arxeoloji araşdırmalar 
onu son tunc, ilk dəmir dövrünə aid olduğunu deməyə əsas verir.  
Ekspedisiya üzvlərinin digər məlumatına əsasən, ötən il həmçinin digər qədim 
yaşayış yeri və nekropol rayonun Fazıl kəndinin inzibati ərazisində, Yoncalı adlanan 
torpaq sahəsinin 5 - 6 hektarlıq hissəsində aşkarlanmışdır. Azərbaycan Respublikası 


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə