Xəzərin bioloji müxtəlifliyi üzrə müəllimlər üçün tədris posterlərinin istifadəsinə aid metodik-informasiya vəsaiti



Yüklə 0,75 Mb.
səhifə3/5
tarix10.11.2017
ölçüsü0,75 Mb.
#9574
1   2   3   4   5

4.Biomüxtəlifliyin əhəmiyyəti nədir? - Biomüxtəlifliyin və bioloji ehtiyatlar.

Məqsəd-uşaqlara onların həyatının təbii ehtiyatlardan yüksək dərəcədə asılı olduğunu anlamaqdan ibarətdir. Ekosistemlər və biomüxtəliflik praktiki olaraq bizi həyat üçün zəruri olan bütün nemətlərlə təmin edir. Təbiət olmasaydı biz məhv olardıq!

Şagirdləri qruplara ayıraraq tapşırıq verin ki, posterdə təsvir olunan ailə naharının fotoşəkilini nəzərdən keçirsinlər. Uşaqlar şəkildə gördükləri və təbiətin verdiyi nemətlərin tam siyahısını tərtib etməlidirlər. Bu görə biləcəyimiz nemətlər olmalıdır.

Bu çalışmanı maraqlı olması üçün yarış formasında da keçirə bilərsiniz. Əgər siz fotodan istifadə etmək istəmirsinizsə, uşaqlardan xahiş edin ki, bir-irinini, sinif otağını (bir neçə əşya, su, və dərmanlar və s. otağa əlavə gətirmək olar) nəzərdən keçirsinlər.


5. Biomüxtəlifliyin əhəmiyyəti nədir-biomüxtəliflik

və ekosistemlərin xidməti

Məqsəd-biomüxtəliflik eksosistemlərin əvvəlki çalışmada göstərildiyi kimi nemətlər verməkdən əlavə bizə xidmət etdiyini şagirdlərə başa salmaqdır.

Bu uşaqlar üçün çətin konsepsiyadır, lakin mürəkkəb deyildir! Təbiət bizi su (məhsul və ya ehtiyat) ilə təmin edir, lakin o bizi həm də təmiz su ilə (xidmət) təmin edir. Problem ondan ibarətdir ki, bizim müasir həyat tərzimiz həm onu, həm də digərini dağıdır!

Şagirdlərə tapşırıq verin ki, A, B və C. şəkillərini nəzərdən keçirsinlər. Onlar ekosistemin suyu necə təmizlədiyini nümayiş etdirir, bu ekosistemin xidmətinə yaxşı misaldır. Uşaqlara tapşırın ki, aşağıdakı diaqramı tamamlasınlar və şəkillərin izah etsinlər.

Soruşun: bataqlılaşmış ərazilərin suyu qurudulsa insanların reaksiyası nə cür ola bilər. Mümkün cavab belədir ki, bataqlılaşmış ərazilər suyun təmizlənməsində iştirak etdiyinə görə, insanlar suyun təmizlənməsi üçün bahalı su təmizləyici qurğular quraşdırmaq məcburiyyətində qalacaqlar. Bu bataqlılaşmış ərazilərdən daha baha başa gəlir.

Uşaqlara tapşıra bilərsiniz ki, quşların miqrasiya yollarını (nəzərdən keçirsinlər və izah edin və ya soruşun) ki, Xəzər insanları təkcə təbii ehtiyatlarla və xidmətlərlə təmin etdiyinə görə əhəmiyyətli deyildir. O həm də heyvanların yaşaması üçün zəruridir.
6. Biomüxtəlifliyi nəyə görə qoruyub saxlamalıyıq?

Məqsəd-məktəblilərə biomüxtəlifliyin dəyərli olduğunu nümayiş etdirməkdən ibarətdir. Sİz lövhədə bir neçə söz yazıb şagirdlərdən onları dəftərə köçürüb tamamlığı xahiş edin. Məktəblilər bu çalışmanı qruplarda yerinə yetirə bilərlər. Əgər kiçik yaşlı məktəblilərlə

işləyirsinizsə, cümlənin həm əvvəlini, həm də axırını yazaraq onları düzgün yazmağı tapşırın. Cavabı posterdən də tapa bilərsiniz.

Biomüxtəlifliyi müxtəlif səbəblərə görə qorumaq lazımdır:


  • Yadda saxlamaq lazımdır ki, hər bir növün və hər bir ekosistemin……hüququ

vardır.

  • Bir çox növlərin həyatı digərlərindən aslıdır-bir növün tükənməsi…...səbəb ola

bilər.

  • İnsan bioloji növ kimi ….. olan tələbatına, görə digər növlərdən asılıdır, həm də

....... kimi ekoloji xidmətlərdən asılıdır.

  • Nəhayət, hər bir növ və hər bir ekosistem bizim ətrafımızda dünyanın gözəlliyini və

bolluğu yaradır.
7. Quşlar və Xəzər

Posterdə siz quşların miqrasiya yollarını görürsünüz-bu onların köçmə marşrutlarıdır. Xəritəyə baxın və Xəzər regionundan keçən miqrasiya yollarının sayını müəyyən edin. Quşlar Xəzərin üzərindən uçarkən onun ehtiyatlarından necə istifadə edirlər?

Bu onu göstərir ki, Xəzərin biomüxtəlifliyi regiondan uzaqda yaşayan canlıların biomüxtəlifliyindən asılıdır. Bütün dünya əlaqəlidir.
8. Din və biomüxtəliflik

Posterdə dini kitablardan 2 sitata diqqət yetirin. Bir çox insanlar inanırlar ki, Yer və biomüxtəliflik Allah tərəfindən yaradılıb. Digərləri belə hesab edirlər ki, biomüxtəliflik təkamül prosesində yaranmışdır. Siz uşaqların bu mövzuda fikirlərini öyrənə bilərsiniz. Həm də uşaqlardan soruşa bilərsiniz ki, bu 2 fikirdən hansı daha çox biomüxtəlifliyin qorunmasına yaxındır. Bəs biz nə üçün biomüxtəlifliyi yaxşı qoruya bilmirik?


9. Yekun çalışma

Məqsəd uşaqlarda mübahisə və öz fikrini müdafiə etməyə həvəs yaratmaqdır. Poster 2 üzrə çalışmaları yekunlaşdırmaq üçün bu çalışma yaxşı imkandır.

Şagirdləri qruplara bölüb, aşağıdakı mətni oxuyun.

Bu məktub qəzetə göndərilmişdir. Uşaqlara tapşırın ki, bu məktuba cavab hazırlasınlar. Uşaqların cavabları da qəzetdə dərc olunacaqdır. Onlar nə yazırlar?

«Hörmətli cənab! Öz məktubumda mən bildirmək istəyirəm ki, ekoloji qrupların Xəzər regionunda hazırkı fəaliyyəti dayandırılmalıdır. Onlar Xəzərin biomüxtəlifliyinin azalması əleyhinə çıxış edirlər.

Bu bəlkə də həqiqətdir, lakin bu vacibdirmi? Məs: planetdə milyonlarla həşarat növü vardır, onlardan birinin və ikisinin itməsinin nə əhəmiyyəti var. Eyni sözü quşlar haqqında da demək olar. Onların minlərlə növü var. Əgər biz bir neçəsini itirsək, mən burada heç bir problem görmürəm-hələ çoxu qalacaq!».


Məktəb proqramı ilə əlaqə.

Məktəb proqramı üzrə biologiya və coğrafiya fənlərində «Xəzərin biomüxtəlifliyi» kursu üzrə posterlərin istifadəsi.


Ümumtəhsil məktəblərinin V - XI sinif şagirdlərinin təbiətşünaslıq, botanika, zoologiya, ümumi biologiya və coğrafiya fənlərini öyrənərkən «Xəzərin biomüxtəlifliyi» üzrə posterlərin tətbiq olunması nəzəri biliklərin daha dərindən mənimsənilməsinə kömək edir.

Təbiətşünaslıq fənni üzrə (V sinif) «Heyvanların su mühitinə uyğunlaşması» mövzusunu tədrisində Poster 2 istifadə edərək dərsi izah etmək olar. Hava və su fəslini keçərkən 1 və 3 N°-li Posterlərdən istifadə edilir. «Respublikanın çay və gölləri» mövzusu Poster-4 üzərində izah edilə bilər. «Ölkəmizdə su mənbələrinin çirklənməsi ona qarşı mübarizə» mövzusu

tədrisində Poster 3 təsvir edilə bilən diaqramlardan istifadə edilir. «Zoologiya» fənni üzrə «Azərbaycanın vətəgə balıqları» (§48), mövzusunu tədris edərkən Poster 2-dən istifadə edərək Xəzərdə balıq ehtiyatlarının azalması səbəbləri izah edilir. Eyni zamanda balıq ehtiyatlarının artırılması yolları barədə məlumat verilir. «Pərayaqlılar dəstəsi» mövzusunun tədrisi zamanı Poster 3 üzərində Xəzər suitisinin azalması səbəbləri göstərilir.

«Botanika» fənni üzrə (VII) «Dəniz yosunları» mövzusunun (§78) tədrisində Poster 3-dən istifadə etməklə dəniz yosunları, plankton haqqında məlumat vermək mümkündür.

«Azərbaycan Respublikasının fiziki coğrafiyası» fənni üzrə (VIII sinif) « Daxili sular» fəslinin (III fəsil) tədrisi zamanı əsas çay sistemləri onların hidrobioloji xüsusiyyətləri» (§18) mövzusunun tədrisində Poster 4-dən istifadə etməklə Xəzər dənizinə tökülən çayların çirklənmə mənbələri və səbəbləri haqqında məlumat verilir. «Xəzər dənizi» (§ 21) mövzusunu keçərkən Poster 1-dən istifadə edərək Xəzərin biomüxtəlifliyi və Xəzərsahili ekosistemlər barədə məlumat verilir.

«Xəzər dənizinin problemləri» (§22) mövzusunun tədrisində Poster 4-dən istifadə edərək bu problemlərin yaranmasına təsir edən təbii, antropogen amillər haqqında məlumat verilir. «Xəzərin canlılar aləmi» (§23) mövzusunun tədrisində Poster 2-dən istifadə edərək şagirdləri Xəzərin flora və faunası ilə tanış etmək olar.

Ümumi biologiya fənni üzrə (XI) «Ekologiyanın əsasları» mövzusunu tədris edərkən Poster 1,3,4-dən istifadə etmək olar.

Poster 2

Biomüxtəliflik necə işləyir?

Posterin məzmunu.

Bu posterdə Xəzərin ərazisi sahil xəttindən başlayaraq dərinlik sularına qədər nümayiş etdirilir. Nəzərə alın ki, bitkilər və heyvanlar bir-birinə nisbətən real miqyasda təsvir olunmayıb. Lakin şəkillər dəqiqdir. Posterin ümumi məqsədi bitki və heyvanlar arasında əlaqəni-biomüxtəlifliyin necə fəaliyyət göstərdiyini əks etdirməkdir. Posterdən mühüm ekoloji konsepsiyaların o cümlədən, qida zənciri, populyasiya piramidası, həyat dövrəli, təsnifat və s tədrisində istifadə etmək olar.



Çalışmalar.

1.Xəzər ekosistemində nələri görmək olar?

Məqsəd-ekosistemi təşkil edən bitki və heyvan növləri ilə tanış olmaqdır.

Şagirdlər qruplara bölündükdən sonra, posterdə gördükləri bütün canlı orqanizmlərin siyahısını yazmağı tapşırın. Sonra uşaqlar yazdıqlarını təsnifatlaşdırmalıdırlar. Yaşdan asılı olaraq siz tapşırığın yerinə yetirilməsi üçün müxtəlif yollar təklif edə bilərsiniz. Sadə üsulla-uşaqlar siyahıda olan bitki və heyvanları ayırırlar. Daha mürəkkəb üsulla ekoloji konsepsiyalardan istifadə etməklə otyeyənlər, ətyeyənlər və s.

2.Heyvanlar harada yaşayırlar?

Məqsəd-heyvanların yaşayış yerlərinin müxtəlifliyi və yaşayış mühitinə uyğunlaşması ilə tanışlıqdır.

Şagirdlərə tapşırın ki, heyvanların harada yaşadığını, yaşayış mühitini və bu mühitə uyğunlaşmasını nəzərdən keçirsinlər. Siz posterdəki heyvanları seçib şagirdlərə onların yaşayış yerlərini təsvir etməyi tapşıra bilərsiniz. Siz uşaqlardan soruşa bilərsiniz ki, heyvanın yaşayış mühiti ilə əlaqəsi necədir. Fikirləşin: “nə üçün bəzi heyvanlar məhz məskunlaşdıqları yerdə yaşayırlar”. Şagirdlərə aşağıdakı cədvəli tamamlamağı tapşırın.


Heyvanın adı

Harada yaşayır

Nə üçün heyvan məhz

orada yaşayır?

İlan

Sıx hündür otlu yerdə

Müdafiə olunmaq üçün, bəlkə də, qidalanmaq üçün


3.Nə nəyi yeyir?

Çalışmanın məqsədi-qida zənciri konsepsiyasını təsvir etmək və qida zəncirinin ekosistemdə və ekoloji əlaqələrdə enerji axını üçün əhəmiyyət barədə məlumat verməkdir. Uşaqlar dərk edirlər ki, təbiətdə hər şey tarazlıqdadır.

(a) Sinif üçün çalışma uşaqlardan xahiş edin ki, posterdə bitki və heyvanlarla qidalanan heyvanları tapıb göstərsinlər. Sonra uşaqlara posterin ağ-qara variantını paylayın və qruplarda işi təşkil edin. Qrupda olan şagirdlər poster üzərində ox işarəsi ilə hansı heyvanın nə ilə qidalandığını göstərirlər. 10 dəqiqəlik çalışmadan sonra şagirdləri posterin ətrafında toplayıb çalışmanı yekunlaşdırın və ehtiyac varsa, qida zəncirində buraxılan səhvlərə düzəliş edin.

Siz uşaqlara deyə bilərsiniz ki, hər bir canlı sistemin yaşaması üçün enerji lazımdır (sual verin; «onlar həyat üçün enerjini haradan alırlar?»

-əlbət ki, məhsullardan!) Ekosistemin enerjini haradan aldığını soruşun (günəş) sonra siz qida zəncirində enerjinin hərəkətini nümayiş etdirin (günəşdən-bitkilərə-bitkilərdən-heyvanlara-heyvanlardan -digər heyvanlara-heyvanlar tələf olduqdan sonra-enerji torpağa qayıdır)

(b) «Qida zənciri» oyunu-qida zəncirinin fəal nümayişidir. Çalışmanı yerinə yetirmək üçün sap yumağı, nişanlar, posterdə təsvir olunan əsas növlərin iki növ quş, iki növ balıq, iki növ bitki, iki növ həşərat və iki növ məməli heyvan adı yazılmış nişanlar tərtib edilir. Çalışmadan əvvəl şagirdlərə ev tapşırığı olaraq hərəyə bir növün adı yazılmış nişanları hazırlamağı tapşıra bilərsiniz.

Uşaqlardan xahiş edin ki, dairədə dursunlar-uşaqlardan biri günəş olur. «Günəş» sap yumağını əlində saxlayır. Sual verin ki, günəşin enerjisində birbaşa nə istifadə edir (cavab bitkidir). «Günəş» sapın ucundan tutaraq yumağı bitkilərə ötürür. Növbəti sual belədir: «Bitkilərlə nə qidalanır?» Yenə sap vasitəsilə bitkilər balıqlarla birləşir. Beləliklə, oyunda iştirak edən uşaqlar rolunu ifa etdiyi canlıların nə ilə qidalandığını və özləri də hansı canlının qida mənbəyi olduğunu sap vasitəsilə taparaq birləşdirib qurtarana qədər oyun davam edir. Bundan sonra siz uşaqlara ekosistemlərdəki əlaqəni və tarazlığı nümayiş etdirmək üçün suallar verə bilərsiniz. Məs; həddindən artıq balıq ovlanması və balıq ehtiyatının tükənməsi nəticəsində nə baş verə bilər? Belə olduqda digər heyvanların qidası azaldığından onlar da məhv ola bilər. Əgər siz bunu əyani şəkildə göstərmək istəsəniz sapı qayçı ilə kəsin. Uşaqlar isə heyvanların ölüb yerə yıxıldıqlarını kiçik səhnəcik şəklində göstərə bilərlər. Uşaqlar soruşun ki, ekosistemdəki əlaqələri daha nələr poza bilər?

(c) Qida zəncirinə aid daha bir çalışma vasitəsilə şagirdlərdə zənciri, «qida piramidası», «yırtıcı- qurban» «produsent-konsument» anlayışlarını möhkəmləndirə bilərsiniz.

Sinifdəki şagirdlərin sayına görə, eyni uzunluqda 2-3 qida zəncirinin halqalarının müxtəlif rəngli təsvirlərini (adlarını) hazırlayın. İmkan daxilində bu oyun posterlə əlaqələndirməlidir.

Qida zəncirinin fraqmentlərinin təsvir edən vərəqələri şagirdlərin arxasına sancın, lakin onlara göstərməyin. Şagird sadə suallar vasitəsilə hansı bitki və heyvanı təmsil etdiyini tapmalıdır. Cavab yalnız «hə» və ya «yox» ola bilər.

İştirakçı öz kartını təyin etdikdən sonra onun vəzifəsi qida zəncirinin digər halqalarını tapmaqdır. (eyni rəngli kartları). Piramidanı birinci olaraq quran və produsent-konsument və yaxud yırtıcı qurban əlaqəsini düzgün göstərən qrup qalib gəlir.

Sonda uşaqlardan soruşun ki, əgər qida zəncirinin hər hansı bir halqası həddindən artıq çoxalsa və ya itsə nə baş verər.


4. Heyvanların həyat dövrü.

Məqsəd-uşaqlarda heyvanların həyat dövrü haqqında anlayışı yaratmaqdır.

Şagirdləri qruplara bölüb hər bir qrupa S2 təsvirinin surətini verin. Bu şəkil bir heyvanın həyat dövrünü göstərir, lakin onun mərhələləri dolaşıq göstərilib. Uşaqlar hər mərhələni ardıcıl yerləşdirib heyvanı posterdə tapmalıdırlar. Posterdə həyat dövrünü bir

nümunəsi təsvir olunmuşdur. İkinci çalışma posterdə S2 təsvirinin digər şəkillər və heyvanlarla əlaqəsini göstərməkdir. Uşaqlar hissə-hissə bu əlaqəni tapacaqlar, lakin bu başlanğıc olacaqdır.


5.Ekosisteminlərin möcüzəsi

Məqsəd-uşaqlarda ekosistemlərə və təbiətə qarşı gözəllik hissini formalaşdırmaqdır.

(a) Siz uşaqlardan soruşa bilərsiniz ki, biz ekosistemlərdən nəyisə öyrənə bilərikmi? Şagirdlərə daha mürəkkəb suallar verin: “Bu ekosistemdə tullantılarla nə baş verir?” İnsanlar yeganə canlılardır ki, düşünmədən enerji sərf edirlər. Uşaqlardan soruşun ki, biz ekosistemlərin surətini yarada bilərikmi? Məs, tullantılardan qida kimi istifadə etmək ideyasını müzakirə edin.

(b) Uşaqlara sual verin: «Bu şəkil onların xoşuna gəlirmi? Şəkilə baxanda siz nə hiss edirsiniz? Fotoşəkildə nə çatmır?» Əlbəttə, bəzi uşaqlar deyə bilərlər ki, bu ekosistemdə adamlar yoxdur. Soruşun ki, insanlar nə cür təsir göstərə bilər?


6. Xəzər dənizi sizin yaşadığınız yerdədir.

Məqsəd-ətraf mühitdə və ekosistemlərdə baş verən hadisələri müşahidə edib qeydə almaqda uşaqlara kömək etməkdir.

Məs; Xəzərin ekosistemi haqqında şəkillərə baxmaq nə qədər maraqlı olsa da, canlı ekosistemi müşahidə etmək daha maraqlıdır. Sizi uşaqlarla birlikdə təbiətə çıxmağa dəvət edirik. S3 təsvirindən istifadə edərək siz Xəzərdən və məktəbinizdən uzaqda olmayan ərazidə gəzinti təşkil edə bilərsiniz. Uşaqlar posterdə təsvir olunanlara oxşar əşyaları bacardıqca daha çox tapıb göstərməlidirlər. Əlbəttə balığı və bəzi heyvanları tapmaq çətindir. Müəyyən bir anda uşaqları dayandırıb Xəzərin planını çəkməyi tapşıra bilərsiniz.
Uşaqlar üçün resurslar:

Resurs S1-posterin rəngsiz surətindən uşaqlar müxtəlif stikerləri yapışdırmaq üçün istifadə edə bilərlər.

Resurs S2-bir növün həyat dövrünü və müxtəlif heyvanların həyat dövrlərinin müxtəlif mərhələlərini nümayiş etdirən rəngsiz şəkillər komplekti.

S3-posterin heyvan adları qeyd edilmiş rəngsiz surəti.

Bu resurslar sizə kömək edə bilər.
Poster 3.

Xəzərin biomüxtəlifliyinin vəziyyəti.

Giriş.

Posterin məzmunu.

Bu posterdə müxtəlif məlumat növləri təsvir olunur; bütün bunlar eyni bir ideyanı əks etdirir - Xəzərin biomüxtəlifliyi tükənir. Heyvanların sayı və növlərin sayı azalır. Bu problemin səbəbləri və həlli çox mürəkkəb olduğuna və uzun müddət müzakirə edilə biləcəyinə baxmayaraq biomüxtəlifliyin azalması faktı şübhə doğurmur.

Xəzər dənizində nərə balıqlarının dünyada ən böyük populyasiyası (dünyada olan növlərin 80%-i) yaşayır. Xəzər həmçinin Xəzər suitisi, qızıl qaz, qutan və digər nadir növlərin yaşayış yeridir. Hər il milyonlarla köçəri quş Afrika və Asiyadan Rusiyanın şimalına doğru miqrasiya yolunda Xəzər dənizindən dayanacaq kimi istifadə edir. Buna görə də Xəzərin sahilində beynəlxalq səviyyəli 5 qorunan ərazi vardır. Bu ərazilər bataqlılaşmış ərazilər haqqında Beynəlxalq Ramsar Konvensiyasının mühafizəsi altındadır.

Xəzər dənizinin həm də əhəmiyyətli rekreasiya imkanları vardır; qumlu çimərliklər, gözəl landşaftlar, xoşagələn iqlim şəraiti və zəngin irs.



Çalışmalar.

1.«Bütün canlıların şurası»

Bu çalışma 11-14 yaşlı məktəblilər üçün nəzərdə tutulmuşdur. Məqsəd- şagirdləri Xəzəryanı regionun növ müxtəlifliyi ilə tanış etmək, onun müasir vəziyyətini öyrənmək; biomüxtəlifliyə qarşı müasir təhlükələri müəyyən etməkdir. Çalışmanın müddəti 90 dəqiqədir.

Çalışmanın yerinə yetirilməsi üçün sizə geniş yer lazımdır. Məs: parkda və ya çimərlikdə olar. Yəni elə bir yer lazımdır ki, uşaqların hamısı dairə şəklində düzülə bilsinlər. Məşğələ bir neçə mərhələdə keçirilir.

I-ci. mərhələ. «Şuraya hazırlıq».

Xəzəryanı regionun bitki və heyvanlarının siyahısını tərtib etməkdə şagirdlərə kömək edin. Bundan sonra sinifdəki şagirdlər heyvan və bitki rollarını öz aralarında bölürlər. Marağa görə, seçim uşaqlara bitki və ya heyvan rolunu dərindən dərk edib dərsə hazırlaşmağa kömək edir (vaxt məhdudiyyəti olduqda və mübahisələrə son qoymaq üçün uşaqlar arasında rolları püşk atmaqla da paylamaq olar). Əgər sinif böyükdürsə uşaqlara bitki və heyvanları «ailə» şəklində təsvir etməyi təklif edə bilərsiniz (dişi, erkək və bala, bir çəmənlikdə bitən eyni növlü bitkilər və s.).

Rollar paylandıqdan sonra şagirdlər bu tapşırıqları alırlar:

«Şura»nın üzvləri üçün rolunu ifa etdiyi növün geyim dəstini yaratmaq. Şagirdlərdən bəziləri öz rolu üçün səhnə geyimi hazırlayıb, digərləri isə növün fotoşəkilini yaxasına sancıb və yaxud əlində hər hansı bir əşyanı tutmaqla növü təsvir edə bilərlər.

- Rolunu ifa etdikləri növ haqqında məlumat toplamaq (yaşayış yeri, qidası, sayı, təhlükələr və s.)

- Bitki və ya heyvanın adından çıxış-nitq hazırlamaq (1-2 dəqiqə.)


2-ci mərhələ. «Bütün canlıların şurası»nın toplantısı.

Müəllim aparıcı rolunda çıxış edir.

Aparıcı: Çevrilmə baş tutdu. Sizin şüurunuz bitki və heyvanlar aləminə nüfuz edirmi? Yüngüllüklə nəfəs alın və başqa həyat formasında olmağın mənasını hiss etməyə çalışın. Sizin ölçüləriniz nə qədərdir? Siz nə qədər yer tutursunuz? Dəriniz nə cürdür və bədənizin səthi nəyə bənzəyir? Ətrafınızda baş verənlərə siz necə reaksiya verirsiniz? Siz necə hərəkət edirsiniz və ya sizi nə hərəkətə gətirir? Siz nə cür səs çıxarırsınız? Səsi yamsılamağa çalışın.

Sonra aparıcı Şuranın bütün üzvlərini salamlayır, toplantının hazırda Yer üzərində baş verənlərə və onların həyatındakı dəyişikliklərə həsr olunduğunu bildirir. Hamıya özlərini təqdim etməyi təklif edir. Hər bir canlı növbə ilə özünü təqdim edir: «Mən suitiyəm və bütün suitilərin adından danışıram» və ya «Mən qızıl qazam və köçəri quşların adından çıxış edirəm». Bu təqdimatın daha geniş və mütəfəssəl olması vacib şərtdir.

Bundan sonra hər bir canlı istəyinə görə öz əhvalatını danışır. Əhvalatın birinci hissəsi-növ haqqında (görünüşü, yaşadığı yer, qidalanması), ikinci hissəsi-onun rastlaşdığı problemlər haqqında olmalıdır.

Məsələn: «Mən qızıl qaz kimi Şuraya söyləmək istəyirəm ki, bataqlılaşmış ərazilər qurudulduğuna görə mənim uzaq məsafəyə uçuşların indi çətinləşmişdir. Yumurtaların qabığı o qədər kövrəkləşmişdir ki, cücələrim çıxana qədər çatlayıb sınır. Qorxuram ki, sümüklərində də xeyli zəhərli maddə yığılmışdır».

Şuranın üzvləri xorla deyirlər: «Biz səni eşidirik, qızıl qaz».

Şuranın hər bir yığıncağı müxtəlif cür bitir. Bəzən düşündürücü sakitlik çökür. Bəzən quşların qışqırtısı, ilanın fısıltısı, yarpaq xışıltısı və s. təbiət səsləri səsləndirilə bilər.

Yekunda şuranın toplantısının bitdiyi elan edilir və təşəkkür bildirilir. İştirakçılar rolu tərk etməmişdən əvvəl çıxış etmək üçün verilmiş imkana görə öz obrazlarına təşəkkür edirlər.
2. Məlumatların təhlili.

(a) Şagirdlərə posterdə göstərilən diaqramları öyrənməyi tapşırın. Onlar elə təsəvvür etməlidirlər ki, hər bir diaqram üçün qəzetə qısa məlumat yazmalıdırlar. Məlumatın məqsədi-Xəzərin biomüxtəlifliyi haqqında hər bir diaqramın nədən bəhs etdiyini açıqlamaqdır.

(b) Şagirdlərə fotoşəkilləri nəzərdən keçirməyi və hər bir fotoşəkilin əsas ideyasını əks etdirən qısa başlıqlar yazmağı təklif edin. Siz onlardan şəkillərə baxarkən nə hiss etdiklərini də soruşa bilərsiniz. Onlar bu barədə bir neçə cümlə yaza bilərlər: «Mən bu şəklə baxanda-hiss edirəm ki, ____________ çünki___________»

Şagirdlərdən xahiş edin ki, qəzetə yazılmış məqaləni oxusunlar və müəllifin biomüxtəlifliyi qorunmasına tərəfdar olduğunu və ya bunu o qədər vacib hesab etmədiyini müzakirə edin. Məqalə tamamlanmamışdır-şagirdlər onu necə bitirə bilərlər?

(d) Uşaqlardan rollu oyunda iştirak etməyi xahiş edin: bir şagird alim rolunda elmi məlumatları tədqiq edir, digər şagird isə müxbir rolunu yerinə yetirir.
3. Biz təhlükə qarşısındayıqmı?

Posterin aşağı hissəsindəki şəkil ideyanı ifadə etmək üçün çəkilmişdir. Şagirdlərdən soruşun ki, onların fikrincə bu hansı ideyadır.


4. Yaşadığımız ərazidə Xəzər dənizinin vəziyyətini öyrənmək üçün zamanlara ekspedisiya.

Çalışmanın bir neçə mərhələsi vardır, Xəzərə səyahətə çıxmaq üçün sizin bütün təxəyyülünüz lazım olacaqdır.

(a) Uşaqlara deyin ki, onlar zamanda səyahətə çıxırlar: Məşhur bir tədqiqatçının şəklini göstərin və deyin ki, bütün tədqiqatçılar öz səyahətlərinin gündəliyini yazmışlar. Səyahətin birinci hissəsi Xəzərin sahili boyunca və yaxud sahilyanı ərazidə məs; bataqlılaşmış sahələrdə gedir. Uşaqlara tapşırın ki, «Ekspedisiya gündəliyinin birinci hissəsində aşağıdakı qeydiyyatlar aparmalıdırlar:

-«Yaradıcılıq səhifə» - dənizin və sahilyanı ərazilər, bitkilər, heyvanlar, sənaye müəssisələri və ya yaşayış massivlərinin rəsmləri ya fotoşəkilləri.

-«Xəbərlər səhifəsi» - son ayda Xəzər dənizi haqqında yayılan xəbərlər (qəzetlər, radio, televiziya, internet.)

- «Təəssüratlar səhifəsi»-nə görmüsünüz, yeni nə öyrənmişsiniz, nə kədərləndirir, nə sevindirir.

(b) Ekspedisiyanın ikinci hissəsində uşaqlar özlərini keçmişdə təsəvvür edirlər.

Təsəvvür edin ki, 10,50 və ya 100 il bundan əvvəl bu ərazilər necə olmuşlar!

(c) Şagirdlərə təklif edin ki, Xəzərin sahilində uzun müddət yaşamış qocaman insanlarla söhbət etsinlər.

Əgər mümkünsə, qocaman insanla (təqaüdçü biologiya müəllimi) birlikdə kitabxanaya, yerli diyarşünaslıq və ya tarix muzeyinə məktəblilərin ekskursiyasını təşkil edin. Yəqin ki, uşaqlar Xəzərin neçə illər əvvəl hansı vəziyyətdə olması barədə xeyli informasiya toplaya bilərlər. Hətta Xəzərin 50-80-ci illərdəki fotoşəkillərini görə bilərsiniz.


5. Dünyada biomüxtəlifliyin ümumi itkiləri

Məqsəd-bütün dünyada ekosistemlərin dağılması prosesini öyrənmək və səbəblərin müəyyən etməkdir. Posterdə ekosistemlərin dağılması prosesinin ildən-ilə sürətlənməsi prosesi təsvir edilir. Dünyanın digər hissələrində vəziyyət necədir? Uşaqlardan xahiş edin ki, xəritəni nəzərdən keçirərək aşağıdakı ölkələri ekosistemlərin dağılma səviyyəsinə uyğun olaraq ardıcıllıqla yazsınlar:

Avstraliya

İran


Qazaxıstan

Rusiya


Türkmənistan

Qərbi Avropa ölkələri

ABŞ

Uşaqlardan xahiş edin ki, aşağıdakı suallara cavab versinlər:



1. Sizin fikrinizcə, hər bir ölkədə baş verən belə dağıntıların və ya dəyişiklərin səbəbi nədir? Hər bir ölkə üçün sənayenin inkişaf qrafikini tərtib etmək daha maraqlı olardı.

2. Eksositemlərin ciddi dəyişikliklərə məruz qalmadığı ölkələrdəki vəziyyəti siz necə xarakterizə edərsiniz?

3. Siz nə üçün belə hesab edirsiniz ki, ekosistemlərin pis vəziyyətinə baxmayaraq həyatın səviyyəsi yüksək olaraq qalır?

(bax: resurs 2).

Həyatın keyfiyyəti-insanların maddi və mənəvi tələbatının ödənilməsinin keyfiyyətidir, yəni ərzaq məhsullarının, geyimin, yaşayış yerinin rahatlığı, təhsilin, səhiyyənin infrastrukturun keyfiyyətidir.

Həyatın keyfiyyətini ölçmək üçün aşağıdakı göstəricilər əsas götürülür: həyatın orta uzunluğu, əhalinin adambaşına düşən gəlir, təhsilin səviyyəsi. Hər bir ölkə üçün biz bu göstəricilərin orta qiymətini hesablayaraq bir yekun rəqəm ala bilərik. Bu rəqəm insan inkişafı indeksi adlanır. (İ.İ.İ). Hər il BMT tərəfindən hər bir ölkə üçün bu indeks hesablanır və dünya üzrə həyatın keyfiyyəti müqayisə edilir. Ən yüksək göstərici -1.0, ən aşağı isə- 0-dır!

Ölkələrdə həyatın keyfiyyəti

Avstraliya 0.957

İran 0.746

Qazaxıstan 0.774

Rusiya 0.797

Türkmənistan 0.724

Qərbi Avropa ölkələri 0,9+

ABŞ 0,948

Afrika 0,3-0,4


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə