Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə10/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   6   7   8   9   10   11   12   13   ...   124

____________________Milli Kitabxana______________________

 

 



bəzzazlarının yığıncağı", "Kənd əhli və qurd" kimi təmsil və həcvlərində ġükuhi 

müasiri  olduğu  insanlarda  gördüyü  mənəvi  naqislikləri  -  sələmçilik,  yalançılıq, 

saxtakarlıq kimi sifətləri bədii gülüĢün hədəfinə çevirir.

 

 



Nadim  v  ə  Seyid  Əzimin  satiralarında  isə  yerli  bəylərin  ikiüzlülük  və 

satqınlığı  ilə  yanaĢı  çar  məmırlarının  rüĢvətxorluğu,  soyğunçuluğu,  ruhanilərin 

ictimai  əxlaqsızlığ  ı  kəskin  bədii  intonasiya  ilə  tənqid  olunur.  Xüsusilə  Seyid 

Əzimin  "ġirvanın  təzə  b  əyləri  haqqında",  "ġamax  ının  təzə  bəylərini  həcv", 

"Köpəyə  ehsan",  "Allaha  rüĢvət"  kimi  satiralarında  tənqid  və  if  Ģanın  boyaları 

olduqca tünddür. Öldürücü gülüĢ, kəskin istehza, tənqid hədofinə qarĢı nifrət və 

qəzəb hissi, xəlqilik ruhu bu satiraların baĢlıca məziyyəlləridir.

 

 



Bütün  bunlar  göstərir  ki,  XIX  əsr  Azərbaycan  poeziyası  bizim  çoxyaĢlı 

Ģerimizin inkiĢaf tarixinə yeni bir mə rhələ kimi daxil olur. Əsrin əvvəllərindən 

ictimai-siyasi  v  ə  mədəni  həyatda  baĢ  verən  mühüm  dəyiĢikliklər  ümumiyyətlə 

bədii  fikrin,  o  cümlədən  poeziyanın  yeni  istiqamətdə  inkiĢafın  Ģərtləndirir. 

Qədim  və  zəngin  ənənələri  olan  lirik  və  epik  Ģeir  bu  dövrdə  həm  bədii-estetik 

məzmun,  həm  də  poetika-sənətkarlıq,  forma-janr  və  dil-üslub  baxımından  daha 

da  zənginləĢərək  orijinal  keyfiyyətlər  qazanır.  Satirik  Ģeir  təĢəkkül  tapır  və 

getdikcə qüvvətlənir...

 

 

"XIX  əsr  Azərbaycan  Ģeri  antologiyası"  adlanan  bu  kitabda  həmin  dövrdə 



yaĢayıb-  yaratmıĢ  60-dan  çox  Ģairin  əsərlərindən  nümunələr  toplanmıĢdır. 

Tərtibçi  onları  müxtəlif  dövrlərdə  çap  olunmuĢ  kitablardan  seçmiĢ  və  tarixi-

xronoloji  prinsip  əsasında  düzmüĢdür.  Əvvəlki  nəĢrlərdə  təsadüf  edilən  bir  sıra 

imla  xətaları  aradan  qaldırmıĢ,  kitabda  əsərləri  gedən  sənətkarlar  haqqında  çox 

qısa məlumat verilmiĢ, nümunələrin götürüldüyü mənbələr göstərilmiĢdir.

 

 



Zaman Əsgərli

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

23



 


____________________Milli Kitabxana______________________

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



XIX ƏSR

 

 



AZƏRBAYCAN

 

 



ŞERİ

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



24

 



____________________Milli Kitabxana______________________

 

 



MƏHƏMMƏD BƏY AŞİQ

 

 



 

Məhəmməd bəy AĢiq XIXəsr Ģairlərinin yaĢca ən böyüyüdür. O, 1776-cı ildə 

ġuĢa Ģəhərində doğulmuĢdur. Alası Behbud bəy Qarabağda məĢhur olan Sarıcalı-

CavanĢir  tayfasındandır.  Onun  Qarabağ  xanlığının  ərazisində  -Vərəndə  və 

Zəngəzur  mahallarında  çoxlu  kəndləri  və  obaları  vardı.  Ömrünün  sonlarında 

Behbud  bəy  ixtiyarında  olan  torpaqları  iki  oğluna  Məhəmməd  bəyə  və  Böyük 

bəyə  paylamıĢdı.  Lakin  Məhəmməd  bəy  atasının  verdiyi  torpaqları  qardaĢı 

Böyük  bəyə  bağıĢlayıb,  özü  yenicə  aldığı  Zəngilan  kəndində  məskunlaĢdı. 

Burada onun həyatı narahat keçirdi; qayınları ilə onun arasında tez-tez baĢ verən 

torpaq  çəkiĢmələri  məhkəmə  salonlarında  davam  edirdi.  Belə  çəkiĢmə  lər 

nəticəsində  Rusiya  hökuməti  Məhəmməd  bəyi  Ordubada  sürgün  etmiĢ  və  o, 

həyaının  ax  ırına  qədər  Ordubadda  yaĢayıb,  1861-ci  ildə  orada  dünyasını 

dəyiĢmiĢdir.

 

 



Məhəmmədbəy Ģeirlə rinin bir qismini öz adı, digər qismini "AĢiq" təxəllüsü 

ilə möhürləmiĢdir. Onun müxtəlif təzkirələrdə qalan əsərlərini Ənvər Çingizoğlu 

toplayaraq, 2000-ci ildə Bakıda "ġuĢa " nəĢriyyatında çap etdirmiĢdir. Buradakı 

Ģeirlər həmin kitabdan götürülmüĢdür.

 

 

 



QƏZƏLLƏR

 

 



Necə kim ol sənəmin qəmzeyi-xunxarəsi var,

 

 



Dili-zarımda nıənim qanlı ciyərparəsi var.

 

 



Dili-əĢkimi mənim salma nəzərdən, ey göz,

 

 



Dut giranmayə onun səbəyi-səyyarəsi var.

 

 



Yar xalına baxan gözdə qaradan qalmaz,

 

 



Demə aĢiq ona kim, gözlərin qarəsi var.

 

 



Dami-təxsirə salır hər yetən azadələri,

 

 



QaĢü göz, zülfün əcəb qəmzeyi-məkkarəsi var,

 

 



Sanma bikarə məni Ģahi-hünərməndanəm,

 

 



Yığılıb baĢıma dəhrin nə ki avarəsi var.

 

 



 

 

 



 

25

 




____________________Milli Kitabxana______________________

 

 



Rəngi-zərdim yox əcəb əĢk ilə gülgünə dönüb,

 

 



Cigərimdə acı müjgan oxunun yarəsi var.

 

 



Küfri-zilltün sevəli kamil olub iymanım,

 

 



Gərçi bu rəmzlərin Ģəridə kəffarəsi var.

 

 



BağlanmıĢ silsileyi-kakilə könlüm möhkəm,

 

 



Mən kimi yüz min onun AĢiqi-biçarəsi var.

 

 



* * *

 

 



Aldım qələmi namə yazam, yarə könüldən,

 

 



Ya rəb, ola bir məhrəmi aparə könüldən.

 

 



Ol qönçə dəhən dilbərə yetkəc dil uzadıb,

 

 



Bülbül kimi hər dəm gələ göftarə könüldən.

 

 



Tez-tez qoyub ol sərvi-qədin payinə baĢın,

 

 



Tabus qılıb tez ilə yəlvarə könüldən.

 

 



Əvvəl alıb nitqi-Mə sihadən icazət, 

Axır edə hər ərzimi sərdarə könüldən.

 

 

Xünbaarlığın dideyi-giryanını bir-bir,



 

 

Təqrir edə ol gözləri xunxarə kömüldən.



 

 

Pərvanəsifət düĢdügümü vadiyi-hicrə,



 

 

Hər ləhzə deyə atəĢi-rüxsarə könüldən.



 

 

Naçarlığımı ərz edə ol Ģahi-cahar,



 

 

Rəhm eyləyibən, bəlkə, edə çarə könüldən.



 

 

Keyfiyyəti- əhvalı və həm qisseyi-hicri



Ərz eyləyə, bilgi verə dildarə könüldən.

 

 



AĢiq , qəmi-hicrani yazıb eylədim irsal

 

 



Ol zülfiu siyahə bu üzü qarə könüldən

 

 



 

 

 



 

26

 




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə