Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   29   30   31   32   33   34   35   36   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
52 
Teatr meydanındakı çıxıĢında deyirdi: «Erməni təbliğatı Bakının diplomatik mərkəzlərində artıq özünə istənilən 
mövqeyi tutub...» (?) Bunun isə ətrafında düĢünmək lazım idi. 
Diplomatik  çıxıĢının  bir  yerində  isə  xatırladır  ki,  ermənilərlə  rusların  dostluğunun  sınmayan  sütunları 
var.  Diplomat  Ter-  Qriqoryan  deyirdi:  «...  Hələ  300  il  bundan  qabaq  ermənilər  I  Pyotrdan  xahiĢ  edirlər  ki, 
yadelli iĢğalçılara qarĢı vuruĢanda onlardan da istifadə etsinlər...» 
Əgər Moskvada (təkcə Ģəhərin özündə) 1959-cu ildə 18,4 min nəfər erməni var idisə, indi bu rəqəm 47 
min nəfərdir... RF-in xaricdəki diplomatik korpuslarında çalıĢan ermənilərin sayı 142 nəfərdir. Onların 59 nəfəri 
jurnalisti fəaliyyət göstərir... 
Sıravi əsgər Qriqori VoroĢilovun məlumatına görə, Xocalı ilə bağlı ermənilərin ruslarla əlaqələrinə dair 
sənədlərin  bir  qismi  1992-ci  il  mart  ayının  1-də  Zaqafqaziya  Hərbi  Dairəsinin  aviasiya  komandanı  general-
mayor S.LukaĢovun əmrilə yandırıldı. 
 
Polkovnik V.Savelyev xatırladır: 
...Ermənilər ruslara məxsus» 02-19-MM nömrəli «KAMAZ»la ərazidəki Azərbaycan meyitlərini yığıb 
Xocalıda tonqal  qurdular... Ġnsanın insana olan  nifrəti burada həddini aĢmıĢdı. Kim  yaratmıĢdı bunu, dərk  edə 
bilmirdim... Mən Sizə  ermənilərə qoĢularaq əsir alınmıĢ azərbaycanlıları sıraya düzərək tək-tək  məhv  edən  və 
bundan həzz alan rütbə sahiblərini tanıtmaq istəyirəm: 
l. Polkovnik B.Baymukov- arxa cəbhə üzrə polk komandirinin müavini. 
2. Polkovnik Ġ.V.Moiseyev- birinci batalyonun komandiri.  
3. Mayor S.Ġ.Ohanyan- ikinci batalyonun komandiri.  
4. Mayor E.A.Nabokix- üçüncü batalyonun komandiri.  
5. Mayor V.Ġ.Çitçiyan- birinci batalyonun qərargah rəisi  
6. Mayor V.Q.Hayriyan- polkun kəĢfiyyat rəisi.  
7. BaĢ leytenant O.V.Mirzaxayzarov- rota komandiri.  
8. BaĢ leytenant S.V.Xrinxua- kəĢfiyyat bölməsinin rəisi.  
9. BaĢ leytenant V.N.QarmaĢ- tank rotası komandiri.  
10. BaĢ leytenant N.T.Hakopyan- rota komandiri.  
11. BaĢ leytenant V.Ġ.Valilovski- rota komandiri.  
12. BaĢ leytenant A.B.Lısenko- bölmə komandiri. 
13. BaĢ leytenant V.A.Azarov- batereya komandiri.  
14. BaĢ leytenant Ġ.S.Abraimov- tank əleyhinə batereya komandiri. 
15. Leytenant O.V.Balezni- üçüncü tank rotasının komandiri.  
16. Leytenant A.V.Smakin- tank bölməsinin komandiri.  
17. Leytenant S.Ġ.Raçkovski- mühəndis-istehkam rotası komandiri. 
18. Leytenant V.Ġ.Bondaryev- kəĢfıyyat rəisinin müavini.  
19 Leytenant A.Ġ.Kulov- radio kimyəvi bölmənin rəisi (eləcə də 41 nəfər milliyətcə erməni olan kiçik 
rütbəli Ģəxslər)...»  
 
1992-ci  il  fevral  ayının 24-də saat 21
15
 dəqiqədə  general rütbəsi almıĢ  Y.Zarviqarov zabitlər önündə 
belə bir çıxıĢ  edir ki, regiondakı  müharibə torpaq  müharibəsi  yox, islamın xristianlığa qarĢı  müharibəsidir. O, 
çıxıĢında göstərirdi:  «... Dünyanın islam  ölkələrinin  nümayəndələri,  hərbi  müĢavirlər Bakıya(?)  yığıĢıblar ki, 
bizim  xaçı  necə  sındırıb,  əzsinlər...  Xristianlığa  qarĢı  bir  yürüĢ  var.  Bu  yürüĢdə  ya  dinimizi,  Ģərəfimizi 
qorumalıyıq, ya da Ģərəfsizliyi qəbul edib tabe olmalıyıq». 
Bütün  bunlar  V.Savelyevin  -  vicdanlı  rus  kəĢfiyyatçısının  «Məxfi  arayıĢı»  səriĢtəli,  haqsızlıqlarla 
barıĢmayan bir zabitin ən böyük etirafıdır. 
 
Nizami Zamanov, Rauf Əliyev, ġöhrət Səlimbəyli. Erməni terroru: Qarabağda müharibənin baĢlaması. 
Hadisələr...Faktlar...- Bakı: 2008, S. 337-350. 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
53 
 
Əsirlərin söylədikləri 
 
Səriyyə Müslümqızının "Xocalıya gedən  yol"  kitabında əsirlik  həyatı yaĢayanların bir qisminin baĢına 
gələn faciələr qələmə alınıb. Bu əsirlərin bəziləri erməni vəhĢiliklərindən danıĢa-danıĢa, psixoloji gərginliklərə 
dözməyərək həyatdan köçüblər. Kitabdan bəzi hissələri diqqətinizə çatdırırıq. 
 
"...O  müdhiĢ  gecə  Sədaqət  üç  azyaĢlı  övladını  itirdi.  Bacısı  Sara  və  üç  körpə  uĢağı  donub  öldülər. 
Sədaqətlə  Valeh  isə  yenicə  ailə  qurmuĢdular.  "Ağla,  qərənfil,  ağla"  Ģerini  söyləyən  Sədaqətin  o  gecə  əllərinə 
laxtalanmıĢ  qandan  xına  qoyuldu.  Və  qandallandı.  Valeh  isə  əsir  düĢdü.  Əsirlik  əzab-əziyyəti  gördü.  Valeh 
musiqiçi idi. Azərbaycan xalq mahnılarını çalar, biz isə tamaĢa edərdik. Valeh yanıqlı-yanıqlı danıĢır ki, əlimi 
qaz plitəsinə tutub yandırdılar ki, bir daha Qarabağ mahnısını çalmayım. 
 
"...ġərqiyə  xala  o  gecə  qızı  və  onun  azyaĢlı  uĢaqları  ilə  qaçıb  Cəfər  müəllimgilin  evində  gizlənib. 
Çarpayının  altına  girir  ki,  tapmasınlar.  Lakin  həyət  darvazası  sındırılır,  erməni  vəhĢiləri  evə  daxil  olur. 
Evdəkiləri  qabaqlarına  qatıb  Xankəndinə  aparıblar.  ġərqiyə  xala  deyir  ki,  yolda  iki  yaralı  əsgər  gördüm. 
BaĢlarından  və  üzlərindən  axan  qanla  palçıq  bir-birinə  qarıĢmıĢdı.  Erməni  vəhĢiləri  bizi  Xankəndindəki  əqli 
cəhətdən zəif  olan uĢaqların  məktəbində saxlayırdılar. 366-cı alayın  əsgərləri arasında zənci  və  ərəblər də  var 
idi". 
 
"...Ələsgər müəllim də bu əsirlərin sırasında idi. O qədər döyülmüĢdü  ki, tanınmaz hala düĢmüĢdü. O, axır 
dəqiqələrində belə həyat yoldaĢı ġəkibəni axtarırdı. "Görəsən, ġəkibə çıxa bildimi?" söyləyirdi". 
 
"...Müharibənin  od-alovundan  çıxan  əlil  Saleh  dayı,  oğulları  Novruz  və  Ziyadxan  və  nəvəsi  Mahir  Ģəhid 
oldular". 
"...Məleykə xala oğlu Mirzə və ElĢən əsir düĢdü. Mirzəyə qarĢı qəddarlıq edib, çox iĢgəncələr vermiĢdilər. 
ElĢən  söyləyir  ki,  fevralın  27-də  ermənilərdən  biri  məni  qaldırdı.  Dedi  ki,  Sumqayıtda  həlak  olanların  qəbri 
üstündə  baĢını  kəsəcəm.  Ölümcül  vəziyyətdə  olduğunu  görüb,  "sənin  kimisini  onların  qəbirləri  üstündə 
öldürməyə dəyməz. Elə ölü kimi bir Ģeysən" söylədi". 
 
"...Ziyadxan isə Xocalıda üç gün vuruĢub Ģəhid oldu". 
 
"...Ermənistandan  qovulan  Qəndab  ananın  ah-nalə  ilə  söylədiyinə  görə,  məhsəti  türkü  olan  polis  Əhmədi 
Xocalıya gələn magistral yolda "Ġsmayıl qurbanı kəsirik" deyib, baĢını bədənindən üzüblər. Bıçağın xırıltısı belə 
qulaqlarımdan getmir". 
 
"...Kərəm  dayı  Xocalıda  öldü.  Oğlu  Mehdi  ali  təhsilini  yarımçıq  qoyub.  doğma  ocağını  qorumağa 
qayıtmıĢdı. Mehdi də o dəhĢətli gecədə qətlə yetirildi". 
 
"...Övladları  öləndə  onları  kürəyinə  bağlayıb  gətirən  analar  da  oldu.  Bu  Nuridə  anadır.  Oğlu  Səxavətin 
meyitini gətirmiĢdi". 
 
Faciənin  qurbanları  çox  idi.  Əsir  düĢənlərdən  isə  bəziləri  beynəlxalq  hüquq  müdafiəçilərinin,  xarici  ölkə 
jurnalistlərinin  səyi  ilə  azad  olurdu.  Girovların  arasında  diri-diri  yandırılan,  baĢı  kəsilən,  gözü  çıxarılan,  əl-
qolunu itirənlər də var idi. Xocalı faciəsi oxĢarsız bir faciədir. 
 
Əsirlikdən azad  olunanların bir qismi  Azərbaycanın  hüquq  mühafizə  orqanlarına  verdikləri  izahatlarda bu 
vəhĢiliklərdən söhbət açırlar. 
 
"...Ələmdar Abbasov ifadəsinə bildirib ki, o və 150 nəfərə qədər Xocalı sakini mühasirədən çıxıb, Ağdama 
gedərkən pusquda duran  ermənilər onların bir hissəsini yerindəcə güllələyib, qalanlarını isə  həbs  edərək  girov 
götürüblər. Onu və Salahov Məhəmməd Əbdül  oğlunu dəyiĢdirmək adı  ilə Əsgəran rayonunun  milis Ģöbəsinə 
gətirib orada hər ikisini armaturla döyərək, iĢgəncələr verirdilər. ĠĢgəncələrdən Ələmdarın iki qabırğası və qolu 
sınıb. Salahov isə döyülməkdən, iĢgəncədən onun qolları üstündə ölmüĢdür". 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə