Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   54   55   56   57   58   59   60   61   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
102 
Nüfuzlu  beynəlxalq  qurumların,  dünya  birliyi  ölkələrinin  ikili  standartlardan  yanaĢmalarının  nəticəsidir 
ki, bu dəhĢətli faciə - Xocalı soyqırımı ilə əlaqədar heç kəs məsuliyyətə cəlb edilməmiĢ, cinayətkarlar hələ də 
cəzasız qalmıĢlar.  
 
Firudin CÜMġÜDLÜ 
ADPU-nun Azərbaycan tarixi kafedrasının dosenti,  
tarix elmləri namizədi 
 
“Səs”.-2010.-23 fevral.-N.33.-S.4. 
 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
103 
 
Xocalı soyqırımı Beynəlxalq Ədalət Məhkəməsi perspektivində 
 
Dağlıq  Qarabağ  münaqiĢəsinin  dövlətlərin  ərazi  bütövlüyü  və  xalqların  öz  müqəddəratını 
təyinetmə  prinsipləri  kontekstində  beynəlxalq  hüquqi  təhlilin  və  beynəlxalq  ədalət  mühakiməsinin 
predmeti ola bilməsi perspektivi ilə bağlı çox saylı araĢdırmalar aparılmıĢdır.  
 
Lakin  Xocalı  soyqırımının  beynəlxalq  ədalət  mühakiməsinin  predmet  ola  bilməsi  imkanları  ilə  bağlı 
təhlillər azdır. Bu baxımdan Xocalı soyqırımının beynəlxalq məhkəmə perspektivini nəzərdən keçirmək maraqlı 
olardı. 
Genosid nədir” 
«Genosid» termini yunanca «genos» (irq, tayfa) və latınca «cide» (qətl) sözlərindən ibarətdir. Bu termin 
1944-cü  ildə  polyak  hüquqĢünası  və  Nürenberq  prosesində  Amerikanın  gələcək  prokuroru  Rafael  Lemkin 
tərəfindən  nasist  Almaniyasının  yəhudilərə  münasibətdə  Barbar  hərəkətlərin  tövsüfü  üçün  daxil  edilmiĢdir. 
1933-cü  ildə  məhz  R.  Lemkin  ilk  dəfə  olaraq  milli,  dini  və  ya  etnik  qruplara  qarĢı  aqressiv  hərəkətləri 
beynəlxalq cinayət elan edən müqavilənin iĢlənib hazırlanmasını təklif etmiĢdi.  
  
Nürenberq tribunalının qərarında genosid haqqında heç nə deyilməsə də, ittiham aktında qeyd olunurdu 
ki, təqsirləndirilən Ģəxslər «genosid» həyata keçirmiĢlər, yəni irqi, dini qrupları məhv etmiĢlər, müəyyən xalqları 
və  sinifləri,  milli,  etnik  və  dini  qrupları  məhv  etmək  məqsədilə  iĢğal  olunmuĢ  ərazilərin  bir  hissəsinin  mülki 
əhalisini məhv etmiĢlər…..» 
1946-cı il dekabrın 11-də BMT BaĢ Assambleyası birinci sessiyada qətnamə qəbul edərək bəyan edir ki, 
«genosid  bütöv  insan  qruplarının  yaĢamaq  hüququnun  inkar  edilməsidir,  yaĢamaq  hüququnun  belə  inkar 
edilməsi insan düĢüncəsini dəhĢətə gətirir, bütövlükdə bəĢəriyyətin böyük itkilərinə, bu qrupların mədəniyyət və 
digər sferalarına verdiklərinin itirilməsinə gətirib çıxarır, BMT-nin mənəvi normalarına, ruhuna və məqsədlərinə 
ziddiyyət təĢkil edir». … 
BaĢ  Assambleyanın  tapĢırığı  ilə  BMT-nin  Ġqtisadi  və  Sosial  ġurası  genosid  haqqında  konvensiya 
layihəsi  üzərində  iĢləyir.  1948-ci  ildə  qəbul  olunan  və  1951-ci  ildə  qüvvəyə  minən  Genosid  cinayətinin 
qarĢısının alınması və ona görə cəzalandırma haqqında Konvensiya «genosid cinayətinin leqal anlayıĢını verir.  
Konvensiyanın II maddəsinə görə  
 
«genosid»  dedikdə,  hər  hansı  milli,  etnik,  irqi,  yaxud  dini  qrupu  tam  və  ya  qismən  məhv  etmək  məqsədilə 
törədilən aĢağıdakı hərəkətlər baĢa düĢülür:  
a) hər cür qrupun üzvlərinin öldürülməsi; 
b) bu cür qrupun üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli xətər yetirilməsi; 
c)  hər  hansı  qrup  üçün  qəsdən  onun  tam,  yaxud  qismən  fiziki  məhvini  nəzərdə  tutan  həyat  Ģəraiti 
yaradılması; 
d) bu cür qrupda doğumun qarĢısını almağa yönəldilmiĢ tədbirlərin görülməsi; 
e) uĢaqların zorla bir insan qrupundan alınıb baĢqasına verilməsi»  
Genosidin bu anlayıĢı «genosid» sözünün etimoloji mənası ilə ziddiyyət təĢkil edir, çünki birinci yalnız 
qətl deyil, digər hərəkətləri  də əhatə  edir, lakin  II  maddədə sadalan hərəkətləri əhatə  edən  daha uğurlu termin 
hələ tapılmamıĢdır. 
Konvensiyanın  II  maddəsində  verilən  anlayıĢ  sonradan  1996-c  il  tarixli  «Sülh  və  bəĢəriyyətin 
təhlükəsizliyinə qarĢı cinayətlər Məcəlləsi» layihəsinin 17-ci maddəsində, keçmiĢ Yuqoslaviya və Ruanda üzrə 
Tribunalların  Nizamnaməsində  və  Beynəlxalq  Cinayət  Məhkəməsinin  Statutunda  öz  əksini  tapır.  Sonuncular 
genosidi  hərbi  və  insanlıq  əleyhinə  cinayətlərdən  fərqləndirərək  müstəqil  beynəlxalq  cinayət  kimi  müəyyən 
etmiĢlər. 
I.Ratione temporis məsələsi 
Sovet  Ġttifaqı  Genosid  cinayətinin  qarĢısının  alınması  və  ona  görə  cəzalandırma  haqqında      
Konvensiyanı 1949-cu ildə imzalamıĢ, 1954-cü il mayın 3-də ratifikasiya qramotasını BMT-yə təqdim etmiĢdir. 
Lakin milli qanunvericilikdə genosidə görə məsuliyyət ilk dəfə 2000-ci ildə müəyyən olunmuĢdur. Azərbaycan 
bu konvensiyaya 1996-cı il  mayın 31-də qoĢulmuĢ avqustun 16-da isə  qoĢulma barədə sənədi  BMT-yə təqdim 
etmiĢdir. Ermənistan isə 1993-cü il iyunun 23-də qoĢulmuĢdur. Digər tərəfdən Xocalı soyqırımı 1992-ci il fevral 
ayının 26-da baĢ vermiĢ, Azərbaycan və Ermənistan isə BMT-yə 1992-ci il martın 2-də üzv olaraq Beynəlxalq 
Məhkəmənin Statutuna qoĢulmuĢlar.  


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
104 
Burada belə bir sual yaranır. Xocalı soyqırımı ilə əlaqədar Genosid  haqqında Konvensiya Azərbaycan 
üçün Sovet Ġttifaqı dağılan andan, yəni 1991-ci ilin 8-21 dekabrından 1996-cı ilin avqustun 16-dək, Ermənistan 
üçün isə Sovet Ġttifaqı dağılan andan 1993-cü ilin iyunun 23-nə qədər qüvvədə olmuĢdurmu? 
1. Müqavilələrə münasibətdə dövlətlərin hüquq varisliyi. 
Beynəlxalq hüquq  varisliyi beynəlxalq  hüququn son zamanlar məcəllələĢdirilən sahələrindən  olmasına 
baxmayaraq  BMT-nin  Beynəlxalq  hüquq  üzrə  Komissiyası  bəzi  müqavilə  layihələri  hazırlamıĢdır.  Belə  ki, 
görülən iĢin nəticəsi kimi Vyana diplomatik konfransında 1978-ci il avqustun 23-də qəbul olunan Müqavilələrə 
münasibətdə  dövlətlərin  hüquq  varisliyi  haqqında  Konvensiya,  1983-cü  il  aprelin  8-də  Dövlət  mülkiyyətinə, 
dövlət  arxivlərinə  və  dövlət  borclarına  münasibətdə  dövlətlərin  hüquq  varisliyi  haqqında  Konvensiya  qəbul 
olunur. 
Bu  konvensiyalar  mahiyyətcə  beynəlxalq  hüquq  varisliyi  sahəsində  yeganə  universal  beynəlxalq 
müqavilələr olmaqda davam edir. Analoji münasibətləri tənzim edən digər beynəlxalq müqavilələr regional və 
ya ikitərəfli xarakter daĢıyır. Bir qayda olaraq, belə müqavilələrin bağlanmasına səbəb ərazi dəyiĢikləri (SSRĠ-
nin,  Yuqoslaviyanın,  Çexoslavakiyanın  dağılması,  ġimali  və  Cənubi  Yəmənin,  AFR  və  ADR-in  birləĢməsi) 
olur.  Buna  misal  olaraq  «QarĢılıqlı  maraq  kəsb  edən  keçmiĢ  SSRĠ  müqavilələrinə  münasibətdə  qarĢılıqlı 
anlaĢma  barədə»  1992-ci  il  6  iyun  tarixli  Memorandumu  (Ermənistan  imzalasa  da,  Azərbaycan  imzalamayıb) 
göstərmək  olar.  Memorandum  SSRĠ  müqavilələrinə  ümumi  yanaĢmanı  müəyyən  edir  (Memorandum  Soveta 
qlav qosudarstv Sodrujestva Nezavisimıx Qosudarstv ot 6 iölə 1992 q.  \"Memorandum o vzaimoponimanii po 
voprosu  pravopreemstva  v  otnoĢenii  doqovorov  bıvĢeqo  Soöza  SSR,  predstavləöhiy  vzaimnıy  interes\").  1-ci 
bənddə qeyd qeyd olunur ki,  
Praktiki olaraq keçmiĢ SSR Ġttifaqının bütün çoxtərəfli beynəlxalq saziĢləri Birliyin iĢtirakçı-dövlətləri 
üçün ümumi maraq kəsb edir. Bununla yanaĢı, həmin müqavilələr MDB iĢtirakçı-dövlətlərinin hər hansı birgə 
qərar və ya hərəkətlərini tələb etmir. Bu müqavilələrdə iĢtirak məsələsi beynəlxalq hüquq prinsip və normalarına 
uyğun olaraq hər bir iĢtirakçı dövlət tərəfindən müstəqil Ģəkildə  konkret halın xüsusiyyətindən, bu və ya digər 
müqavilənin xarakter və məzmunundan asılı olaraq həll olunur. 
Lakin  Azərbaycan  və  Ermənistan  1978  və  1983-cü  il  Vyana  Konvensiyalarına  qoĢulmamıĢdır.  Buna 
baxmayaraq 1978 və 1983-cü il Vyana konvensiyalarının bir sıra müddəaları heç Ģübhəsiz adət xarakteri daĢıyır 
və  bu  mövcud  beynəlxalq  təcrübə  ilə  təsdiq  olunur.  Məsələn,  bu  1978-ci  il  Konvensiyasının  «dövlətlər 
birləĢərkən  sələf  dövlətin  beynəlxalq  müqavilələri  varis  dövlət  üçün  qüvvədə  qalmaqda  davam  edir,  əgər 
birləĢmə  haqqında  beynəlxalq  müqavilədə  baĢqa  Ģey  nəzərdə  tutulmayıbsa»  (maddə  31.1)  norması  üçün 
xarakterikdir.  
Və ya bu Konvensiyanın 34-cü maddəsinə görə  
«1. Dövlətin bir hissəsi və ya hissələri ayrılarkən və bir və ya daha artıq dövlət yaranarkən sələf dövlətin 
mövcud olub olmamasından asılı olmayaraq  
a)  dövlətlərin  hüquq  varisliyi  (qəbulluğu)  zamanı  sələf  dövlətin  bütün  ərazisinə  münasibətdə  qüvvədə 
olan istənilən müqavilə beləliklə hər bir yaranmıĢ varis dövlətə münasibətdə qüvvədə qalmaqda davam edir;…  
2. 1-ci bənd tətbiq olunmur, əgər: 
a) müvafiq dövlətlər baĢqa razılığa gəlmiĢlərsə, və ya  
b) müqavilədən aydındır ki, və ya baĢqa cür müəyyən olunmuĢdur ki, bu varis dövlətə münasibətdə bu 
müqavilənin  tətbiqi  bu  müqavilənin  obyekt  və  məqsədlərinə  uyğun  deyil  və  ya  onun  qüvvədə  olma  Ģərtlərini 
köklü surətdə dəyiĢdirə bilər.». 
«QarĢılıqlı maraq kəsb edən keçmiĢ SSRĠ müqavilələrinə münasibətdə qarĢılıqlı anlaĢma barədə» 1992-
ci il 6 iyun tarixli Memorandum bu boĢluğu doldurmağa çalıĢsa da, təcrübədə özünü SSRĠ-nin müqavilələri üzrə 
varisi  elan  edən  Rusiya  Federasiyası  istisna  olmaqla,  keçmiĢ  SSRĠ  respublikalarının  əksəriyyəti,  o  cümlədən 
Ermənistan  və  Azərbaycan  beynəlxalq  müqavilələrə  münasibətdə  «continuitet»  (bütün  mövcud  müqavilələr 
qüvvədə qalır) deyil, «tabula rasa» (yeni dövlət sələf dövlətin beynəlxalq müqavilələri ilə bağlı deyil) prinsipini 
tətbiq etməyə baĢlayır. 
Deməli,  bu  kontekstdə  Xocalı  soyqırımı  ilə  əlaqədar  Genosid  haqqında  Konvensiyanın  Azərbaycan 
üçün Sovet Ġttifaqı dağılan andan 1996-cı ilin avqustun 16-dək, Ermənistan üçün isə Sovet Ġttifaqı dağılan andan 
1993-cü ilin iyunun 23- nə qədər qüvvədə qalma məsələsi açıq qalır.  
 
Bosniya  –  Herseqovina  Yuqoslaviyaya  (Serbiya  və  Çernoqoriya)  qarĢı  iĢində  1993-cü  ilin  aprelində 
qəbul etdiyi qərardadında (Application de la convention pour la prévention et la répression du crime de génocide 
(Bosnie-Herzégovine  c.  Yougoslavie  (Serbie  et  Monténégro)),  Ordonnance  de  la  Cour  indiquant  des  mesures 
conservatoires , Comme suite au communiqué de presse 93/9 du 8 avril 1993) Beynəlxalq Məhkəmə Genosid 
haqqında Konvensiyanın IX maddəsinin mənasında özünün ratione materiae səlahiyyətini nəzərdən keçirir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə