Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   57   58   59   60   61   62   63   64   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
107 
Bu maddə sivil dövlətlər tərəfindən tanınan ümumi hüquq prinsiplərinə uyğun olaraq törədildiyi zaman 
cinayət  əməli  olan  hər  hansı  hərəkət  və  ya  hərəkətsizliyin  törədilməsinə  görə  istənilən  Ģəxsin  mühakimə 
olunmasına və cəzalandırılmasına mane olmur.  
Bəzi  cinayətlərə  münasibətdə  belə  istisnalar  Ġkinci  Dünya  Müharibəsi  baĢa  çatdıqdan  sonra  istisna 
hallarda  tətbiq  edilirdi.  Bu  zaman  geriyə  qüvvəsi  olan  qanunlar  «hərbi  cinayətlərdə,  xəyanətdə  və  düĢmənlə 
kollaborasionizmdə təqsirkar Ģəxsləri cəzalandırmaq üçün tətbiq  olunurdu  və bu cinayətlərin  hər hansı  hüquqi 
və  mənəvi  məhkum  edilməsinə  yönəlməmiĢdi».  Burada  Almaniya retroaktivliyin tətbiqinin  qadağan  olunması 
haqqında  konstitusiya  müddəasına  istinad  edərək  qeyd-Ģərt  edir.  Lakin  təcrübədə  bu  hərbi  cinayətkarları 
müdafiə etmədi, çünki onların əməlləri nasizmə qədər mövcud olan qanunvericiliyə (Hitler rejiminin «qanunları 
qeyri-qanuni  elan  edildiyi  üçün)  görə  hüquqazidd  əməllər  kimi  tövsüf  olunmuĢdur  (D.Qomğen,  D.Xarris, 
L.Zevak. Evropeyskaə Konvenüiə o pravax çeloveka i Evropeyskaə Soüialğnaə Xartiə., M., 1998, s.268). 
Nürenberq  Tribunalında  baĢ  ittihamçılardan  biri  Xartli  ġoukross  öz  çıxıĢında  bildirir  ki,  «Tribunalın 
Nizamnaməsi  yalnız  cinayət  törətmiĢ  o  Ģəxslərin  məsuliyyətini  müəyyən  edir  ki,  hansılar  ki,  ümumi 
qanunvericilik baxımından aydın Ģəkildə belə  görünür. «Ġndi siz törədilən zaman  cinayət  olmayan əmələ  görə 
cəzalandırılacaqsınız» ifadəsi ilə «Siz indi törədilən zaman qanuna zidd olan və cinayət olan davranıĢa görə cəza 
çəkəcəksiniz»  ifadəsi  arasında  böyük  fərq  var.  …  Əgər  bu  qanunun  geriyə  qüvvəsidirsə,  biz  bəyan  edirik  ki, 
bütün  sivil  dövlətlərin  təcrübəsində  qanunun  geriyə  qüvvəsi  üçün  müəyyən  hədləri  müəyyən  edən  ali  ədalət 
normalarına  tamamilə  uyğundur  (Ġz  vıstupleniy  reçi  qlavnoqo  obvinitelə  ot  Velikobritanii  Xartli  ġoukrossa, 
proiznesennoy  na  zasedanii  Mejdunarodnoqo  Voennoqo  Tribunala  v  Nörnberqe  na  proüesse  po  delu  qlavnıx 
nemeükix voennıx prestupnikov 4 dekabrə 1945 q). 
Eyni müddəadan çıxıĢ edən 1966-cı il Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 15-ci maddəsinin 
2-ci hissəsində deyilir ki,  
«Bu  maddədə  heç  bir  Ģey  bütün  beynəlxalq  birlik  tərəfindən  tanınan  ümumi  hüquq  prinsiplərinə  görə 
törədilən zaman cinayət əməli olan hər hansı hərəkət və ya xətaya görə hər hansı Ģəxsi məhkəməyə verməyə və 
cəzalandırmağa mane ola bilməz». 
Beləliklə,  beynəlxalq  adət  hüququ  və  hüququn  ümumi  prinsipləri  ilə  cinayət  sayılan  əməlləri  törədən 
Ģəxslərə  qarĢı  məsuliyyət  təyin  edən  cinayət  hüquq  normalarının  geriyə  Ģamil  edilməsi  istisna  edilmir 
(Deystvuöhee mejdunarodnoe pravo v 3-x tomax/pod red. Ö.M.Kolosova i G.S.Krivçikovoy, M., 1999, tom 2). 
4. Genosid cinayəti ilə əlaqədar məsuliyyətə cəlb etmə müddəti 
Bundan əlavə, genosid cinayəti ilə əlaqədar məsuliyyətə cəlb etmə müddəti məsələsi qalıdırlarsa, qeyd 
edilməlidir  ki,  yalnız  Yuqoslaviya  və  Ruanda  üzrə  Tribunalların  Nizamnaməsində  və  Beynəlxalq  Cinayət 
Məhkəməsinin  Statusunda  genosidin  hərbi  və  insanlıq  əleyhinə  cinayətlərdən  fərqləndirildiyini  və  müstəqil 
beynəlxalq  cinayət  növü  kimi  müəyyən  olunduğunu  nəzərə  alsaq,  onda  «Hərbi  cinayətlərə  və  insanlığa  qarĢı 
cinayətlərə  görə  məsuliyyətə  cəlb  etmə  müddətinin  tətbiq  olunmaması  haqqında  1968-ci  il  BMT 
Konvensiyasında  genosidin  müstəqil  cinayət  kimi  göstərilməməsini  baĢa  düĢmək  olar.  1-ci  maddənin  b) 
bəndində  genosid  insanlıq  əleyhinə  cinayətin  tərkib  hissəsi  kimi  verilir.  Bu,  həm  də  genosidin  həm  insanlığa 
qarĢı, həm də hərbi cinayətlərin bəzi elementlərini özündə daĢıması ilə izah olunur.  
 
1968-ci  Konvensiyasına  görə  hərbi  cinayətlərə  və  insanlıq  əleyhinə  cinayətlərə  münasibətdə 
məsuliyyətə  cəlb  etmə  müddətinin  tətbiq  edilməməsi  prinsipi  təsbit  edilir  və  üzv  -  dövlətlərin  üzərinə  bu 
məqsədlə  daxili  qanunvericilik  və  ya  digər  tədbirlərin  görülməsi  öhdəliyi  qoyulur.  (Azərbaycan  bu 
Konvensiyaya 1996-cı il avqustun 16-da, Ermənistan isə 1993-cü il iyunun 23-də qoĢulmuĢdur). 
 
Regional səviyyə daĢıyan «Ġnsanlıq əleyhinə cinayətlərə və hərbi cinayətlərə  münasibətdə  məsuliyyətə 
cəlb  etmə  müddətinin  tətbiq  edilməməsi  haqqında»  1974-cü  il  Avropa  Konvensiyasının  (Azərbaycan  və 
Ermənistan bu Konvensiyanın üzvü deyil) 1-ci maddəsində «… Genosid Konvensiyasında sadalanan bəĢəriyyət 
əleyhinə cinayətlər»dən söhbət gedir.  
BaĢqa sözlə, bu cinayət məsuliyyətə cəlb etmə müddətini tanımadığından beynəlxalq və milli səviyyədə 
müvafiq tədbirlər görüldüyü zaman gözlənilən nəticələr doğura bilməsi ehtimal olunandır.  
II. Ratione personae məsələsi 
Genosid  haqqında  Konvensiyanın  IX  maddəsində  deyilir  ki,  «Bu  Konvensiyanın  təfsiri,  tətbiqi,  yaxud  yerinə 
yetirilməsi  məsələsində  Razılığa  gələn  Tərəflər  arasındakı  mübahisələr  –  genosiddə,  yaxud  3-cü  maddədə 
sadalanan əməllərdən birində bu və ya digər dövlətin məsuliyyəti barədə mübahisələr daxil olmaqla - mübahisə 
edən tərəflərdən hər hansı birinin tələbi ilə Beynəlxalq Məhkəməyə verilir»  
BaĢqa  sözlə,  Konvensiya  üzvləri  olan  ölkələr  avtomatik  olaraq  onun  təfsiri,  tətbiqi,  yaxud  yerinə 
yetirilməsi ilə bağlı digər üzv dövlətlərə qarĢı Ģikayətlə Beynəlxalq Məhkəməyə müraciət edə bilərlər.  


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
108 
Bosniya – Herseqovina Yuqoslaviyaya (Serbiya və Çernoqoriya) qarĢı iĢində 1993-cü ilin aprelində qəbul etdiyi 
qərardadında (Application de la convention pour la prévention et la répression du crime de génocide (Bosnie-
Herzégovine  c.  Yougoslavie  (Serbie  et  Monténégro)),  Ordonnance  de  la  Cour  indiquant  des  mesures 
conservatoires  ,  Comme  suite  au  communiqué  de  presse  93/9  du  8  avril  1993)  özünün  səlahiyyət  məsələsinə 
toxunan Beynəlxalq Məhkəmə xatırladır:  
O,  o  zaman  müvəqqəti  tədbirləri  müəyyən  edə  bilər  ki,  iddiaçının  istinad  etdiyi  və  ya  Statutda  olan 
müddəalar prima facie Məhkəmənin  öz səlahiyyətini  əsaslandıra biləcəyi bazanı təĢkil  etsin;  və bu  qeyd  daha 
çox ratione personae səlahiyyətinə tətbiq olunur, nəinki ratione materiae səlahiyyətinə. 
Məhkəmə daha sonra o fakta istinad edir ki, Bosniya və Herseqovina öz müraciətində göstərir ki, Yuqoslaviya 
və  BMT  üzvü  olan  keçmiĢ  Federativ  Sosialist  Respublikası  olan  Yuqoslaviya  arasında  «varislik»  beynəlxalq 
birlik  tərəfindən,  o  cümlədən  BMT  Təhlükəsizlik  ġurası  (777  saylı  Qətnamə),  eləcə  də  BaĢ  Assambleya 
(Qətnamə  47/1)  tərəfindən  mübahisələndirilmiĢdir.  Məhkəmə  Təhlükəsizlik  ġurasının  və  BaĢ  Assambleyanın 
qeyd  olunan  qətnamələrinə,  eləcə  də  BMT-nin  Hüquq  MüĢavirinin  BMT  yanında  Bosniya  –  Herseqovina  və 
Xorvatiyanın daimi nümayəndələrinə ünvanladığı məktubun mətninə istinad edir. Məktubda bildirilir ki, «BMT 
Katibliyinin  47/1  saylı  Qətnamənin  BMT  BaĢ  Assambleyası  tərəfindən  qəbulunun  praktik  nəticələri  ilə  bağlı 
mövqeyi  və  müvafiq  olaraq  qəbul  olunmuĢ  qətnamə  hazırkı  mərhələdə  Yuqoslaviyanın  BMT-nin  üzvü  olub-
olmaması  və  bu  keyfiyyətdə  Məhkəmənin  Nizamnaməsinə  Tərəf  olub-olmaması  sualı  ilə  bağlı  prosedur 
məsələsi  barədə  qəti  qərar  qəbul  etməmək  üçün  Məhkəməyə  hüquqi  çətinlik  yaratmır.  Nizamnamənin  35-ci 
maddəsi Məhkəmənin bu Nizamnamənin iĢtirakçılarına açıq olduğunu bildirir, daha sonra: 
«Digər  dövlətlərə  Məhkəmənin  açıq  olması  Ģərtləri  Təhlükəsizlik  ġurası  tərəfindən  qüvvədə  olan 
müqavilələrdə  nəzərdə  tutulan  xüsusi  müddəaların  yerinə  yetirilməsi  ilə  müəyyən  olunur,  bu  Ģərtlər  heç  bir 
halda tərəfləri Məhkəmə qarĢısında qeyri-bərabər vəziyyətə qoya bilməzlər»; 
nəticədə  Məhkəmə  hesab  etmiĢdir  ki,  bir  Dövlət  tərəfindən  qüvvədə  olan  müqavilənin  bu  cür  xüsusi 
müddəasının  iĢtirakçısı  olan digər dövlətə  qarĢı Nizamnaməyə üzv  olmadan belə  müvafiq qaydada iĢ qaldırıla 
bilər  və  bu  Təhlükəsizlik  ġurasının  tənzimlədiyi  Ģərtlərdən  müstəqildir;  nəinki  çoxtərəfli  konvensiyanın 
məhkəmə  baxıĢına  təqdim  etmək  Ģərti,  məsələn  Genosid  haqqında  Konvensiyanın  IX  maddəsi.  Nəzərdən 
keçirilən iĢdə Bosniya – Herseqovinanın istinad etdiyi IX maddə qüvvədə olan müqavilənin prima facie «xüsusi 
müddəası» kimi nəzərdən keçirilə bilər; nəticədə əgər Bosniya – Herseqovina və Yuqoslaviya Genosid haqqında 
Konvensiyanın  iki  üzvüdürsə,  barəsində  IX  maddə  tətbiq  olunan  mübahisə  bütün  hallarda  prima  facie 
Məhkəmənin ratione personae səlahiyyəti ilə bağlıdır. 
Məsələ ilə bağlı qeyd edilməlidir, nə Azərbaycanın, nə də Ermənistanın beynəlxalq hüquq subyektliyi mübahisə 
obyekti deyil. Hər ikisi BMT və onun üzvləri tərəfindən tanınmıĢ müstəqil dövlətlərdir. 
III. Konvensiyanın mahiyyəti üzrə məsələlər 
Genosid  cinayətinin  qarĢısının  alınması  və  ona  görə  cəzalandırma  haqqında  Konvensiyasının  tətbiqi 
(Bosniya  –  Heseqovina  Serbiya  və  Çernoqoriyaya  qarĢı)  üzrə  Beynəlxalq  Məhkəmənin  26  fevral  2007-ci  il 
tarixli qərarında deyilir:  
Bu  konkret  iĢdə  Məhkəmənin  səlahiyyəti  yalnız  genosid  haqqında  Konvensiyanın  IX  maddəsinə 
əsaslanır. Buradan belə nəticəyə gəlmək olar ki, Məhkəmə Genosid haqqında Konvensiyada müəyyən olunmuĢ 
genosiddən  fərqli  beynəlxalq  hüquqla  nəzərdə  tutulmuĢ  digər  öhdəliklərin  iddia  olunan  pozuntuları  ilə  bağlı 
qərar  çıxarmaq  səlahiyyətinə  malik  deyil.  Bu  vacibdir,  çünki  baxılan  iĢdə  Bosniya-Herseqovinada 
gözlənilmədən  aĢkar  edilən  faktlar  ilə  bağlı  Məhkəməyə  təqdim  olunan  zəngin  sübut  elementləri,  nəzərdən 
keçirilən aktlar hərbi cinayətlər və ya insanlıq əleyhinə cinayətlərdə də rast gəlinir (eynidir). Lakin Məhkəmənin 
bu aktlarla bağlı qərar vermək səlahiyyəti yoxdur 
Beynəlxalq Məhkəmənin sədri R.Higgins bildirir ki, biz yalnız genosid məsələsini nəzərdən keçirdik və 
genosidi  hüquqi termin  mənasında nəzərdən  keçirdik,  daha bəzi hallarda geniĢ  mənada istifadə  olunan termin 
kimi deyil.  
ĠĢin  faktiki  məlumatları  həddindən  artıq  çoxdur.  Hər  bir  tərəf  min  səhifədən  artıq  sənədli  sübutlar  təqdim 
etmiĢdir.  Qərarın  təxminən  üçdə  bir  hissəsi  sübutların  təhlilinə  həsr  olunmuĢdur.  Məhkəmə  iddia  olunan 
vəhĢiliklərin doğrudanmı törədildiyini və təsdiqləndiyi halda onun müəlliflərinin Məhkəmə tərəfindən Bosniya 
müsəlmanları kimi identifikasiya edilən qorunan qrupun bütövlükdə və ya bir hissəsini məhv etmək üçün xüsusi 
niyyətə malik olmaları ilə bağlı məsələlər üzrə öz nəticələrini təfsilatı ilə təqdim edir. Məhz xüsusi niyyət və ya 
dolus  specialis  (xüsusi  niyyət,  qəsd,  məqsəd)  genosidi  digər  cinayətlərdən  fərqləndirir.  Bu  halda  iddiaçının, 
məsələn, Bosniya müsəlmanlarına qarĢı qətlin özbaĢına, qanunsuz törədilməsini müəyyən etməsi kifayət deyil. 
Əlavə  element  tələb  olunur  –  qətllərin  qurbanlarının  məxsus  olduğu  qrupu  məhv  etmək  üçün  xüsusi  niyyətlə 
törədilməsi barədə sübut.  
Buradan belə  nəticəyə gəlmək  olar ki, Azərbaycan Xocalı soyqırım ilə bağlı  məsələni  qaldırarkən  ermənilərin 
(Ermənistan  silahlı  qüvvələrinin)  Xocalı  sakinlərini  öldürməkdə  xüsusi  niyyətlərinin  olması  barədə  sübutlar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə