Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   69   70   71   72   73   74   75   76   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
125 
SOYQIRIM  
insanlıq əleyhinə cinayətlərin ən təhlükəlisidir 
 
Şahin Rüstəmov, 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  
Aparat rəhbərinin əvəzi 3-cü dərəcə dövlət müşaviri 
 
1944-cü ilə  qədər  «soyqırım» anlayıĢı ictimaiyyətə bəlli olmamıĢdır. Bu xüsusi termin  hər hansı  insan 
qrupuna  qarĢı  onların  məhv  edilməsi  məqsədilə  törədilən  cinayət  əməllərini  ifadə  edir.  Ġlk  dəfə  1944-cü  ildə 
yəhudi  mənĢəli  polĢalı  hüquqĢünas  Rafael  Lemkin  Avropa  yəhudilərinin  faĢistlər  tərəfindən  kütləvi  məhv 
edilməsi  siyasətini  ifadə  edən  yeni  termin  iĢlətdi.  O,  yunan  dilində  genos  -  «nəsil,  kök,  soy»  sözü  ilə  latın 
dilindən caedo - «öldürürəm» sözlərinin birləĢməsindən «genosid» (soyqırımı) terminini təklif etdi. Bu termini 
təklif  edən  Lemkin  belə  əsaslandırırdı  ki,  soyqırımı  -  müəyyən  insan  qruplarının  mövcudluğunun  vacib 
əsaslarını məhv etməyə yönəlmiĢ müxtəlif cinayətkar hərəkətlərin koordinasiya olunmuĢ, planlı Ģəkildə həyata 
keçirilməsidir.  Bir  ildən  sonra  Nürnberq  beynəlxalq  hərbi  tribunalı  faĢist  liderlərini  «bəĢəriyyət  əleyhinə 
cinayətlərdə» ittiham etdi. Tribunalın ittiham aktında «soyqırım» anlayıĢı hüquqi termin kimi deyil, təsviri ifadə 
kimi iĢlədilmiĢdi. 
9 dekabr 1948-ci ildə BirləĢmiĢ Millətlər TəĢkilatı tərəfindən «Soyqırım cinayətinin qarĢısının alınması 
və  cəzalandırılması  haqqında»  Konvensiya  qəbul  edildi.  (Bu  Konvensiya  12  yanvar  1951-ci  ildə  qüvvəyə 
minmiĢdir). Bununla ilk dəfə olaraq beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə 
kütləvi  məhv  edilməsinə  yönələn  cinayətlər  soyqırım  adlandırılmaqla,  Konvensiyaya  qoĢulan  dövlətlərin 
üzərinə bu cinayətin qarĢısının alınması və bu cinayəti törədənlərin cəzalandırılması vəzifəsi qoyuldu. 
Bu Konvensiyaya görə (Maddə 2) soyqırım hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya 
bütövlükdə məhv edilməsi məqsədilə törədilən aĢağıdakı hərəkətlərdən biridir: 
a)
 
bu cür qrup üzvlərinin öldürülməsi; 
b)
 
bu  cür  qrup  üzvlərinə  ağır  bədən  xəsarətlərinin  və  yaxud  əqli  qabiliyyətinə  ciddi  zərər 
yetirilməsi; 
c)
 
qəsdən  hər  hansı  bir  qrupun  tam  və  ya  qismən  fiziki  məhvini  nəzərdə  tutan  həyat  Ģəraiti 
yaradılması; 
d)
 
bu cür qrup daxilində doğumun qarĢısını almağa yönəlmiĢ tədbirlərin həyata keçirilməsi; 
e)
 
bir insan qrupuna mənsub olan uĢaqların zorla baĢqa qrupa verilməsi. 
Konvensiyanın 3-cü maddəsinə görə aĢağıdakı əməllər cəzalandırılandır: 
a)
 
soyqırım; 
b)
 
soyqırım törətməyə yönəlmiĢ gizli sövdələĢmə; 
c)
 
soyqırım törətməyə birbaĢa və açıq təhrik; 
d)
 
soyqırım törətməyə yönəlmiĢ qəsd; 
e)
 
soyqırımda iĢtirak. 
Hazırkı dövrə qədər müxtəlif ölkələrdə bəĢəriyyət əleyhinə törədilmiĢ bir neçə cinayət beynəlxalq aləm 
tərəfindən  soyqırım  kimi  qəbul  edilib.  FaĢistlərin  Avropada  törətdiyi  məlum  əməllər  Nürnberq  Tribunalının 
hökmü  ilə  soyqırım  kimi  qiymətləndirilməsə  də  bəĢəriyyət  əleyhinə  cinayət  hesab  edilmiĢdir  (həmin  dövrdə 
«soyqırım»  hüquqi  termin  kimi  iĢlədilmirdi).  KeçmiĢ  Yuqoslaviyanın  ərazisində  olan  Bosniya  münaqiĢəsi 
zamanı  (1992-1995)  kiçik  Srebrenisa  Ģəhərciyində  serb  qoĢunları  tərəfindən  7800  bosniyalı  kiĢilərin  və  oğlan 
uĢaqlarının öldürülməsi bəĢəriyyət əleyhinə ağır hərbi cinayət olmaqla soyqırım kimi qiymətləndirildi. 1993-cü 
ildə  BMT  Təhlükəsizlik  ġurasının  827  saylı  qətnaməsi  ilə  Haaqada  keçmiĢ  Yuqoslaviya  üzrə  Beynəlxalq 
Tribunal  yaradıldı.  Tribunalın  yurisdiksiyası  keçmiĢ  Yuqoslaviyanın  ərazisi  ilə  məhdudlaĢırdı.  1994-cü  ilin 
oktyabr  ayında  BMT-nin  Təhlükəsizlik  ġurası  Ruandada  Tutsi  xalqının  800  min  əhalisinin  öldürülməsi  ilə 
(1994-cü  ilin  aprel-iyul  ayları  ərzində)  əlaqədar  Beynəlxalq  Tribunalın  yaradılmasına  qərar  verdi.  Hərbi 
Tribunal  Tanzaniyanın  AruĢa  Ģəhərində  yerləĢirdi.  2  sentyabr  1998-ci  ildə  tarixdə  ilk  dəfə  olaraq  soyqırım 
cinayəti  törətməkdə  ittiham  edilərək  Taba  kommunasının  meri  postunda  fəaliyyət  göstərmiĢ  Jan-Pol 
Akayesunun  barəsində  hökm  çıxarıldı.  Bu  tribunallar  və  Beynəlxalq  Cinayət  Məhkəməsinin  fəaliyyəti  ilə  öz 
yurisdiksiyaları  çərçivəsində  cinayətləri  araĢdırmasına  və  məhkəmə  presedenti  yaratmalarına  baxmayaraq, 
soyqırım cinayətinin müəyyən edilməsi və bu cinayəti törətmiĢ Ģəxsləri məhkum etmək praktiki cəhətdən hələ 
də  çətinliklərlə  qarĢılaĢır.  Bundan  da  mürəkkəb  məsələ  isə  soyqırım  cinayətinin  qarĢısının  alınmasıdır. 
Beynəlxalq aləmin səylərinə baxmayaraq, bu gün də soyqırım cinayətini törədən Ģəxslərin cəzalandırılması və 
soyqırımın qarĢısının alınması çətin və mürəkkəb bir prosesdir. 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
126 
Azərbaycan  Respublikasının  Milli  Məclisi  tərəfindən  qəbul  olunmuĢ  BMT-nin  «Soyqırım  cinayətinin 
qarĢısının  alınması  və  onun  cəzalandırılması  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu  31  may  1996-cı 
ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən imzalanmıĢdır. Qanun 25 iyun 1996-cı ildə «Azərbaycan» 
qəzetində dərc edilməklə qüvvəyə minmiĢdir. 
Konvensiyanın  müddəalarının  icra  edilməsi  üzrə  Azərbaycan  Respublikasının  öz  üzərinə  götürdüyü 
öhdəliklərin  həyata  keçirilməsi  istiqamətində  görülən  tədbir  kimi  Azərbaycan  Respublikasının  Cinayət 
Məcəlləsinə  «Soyqırım»  (Maddə  103),  «Soyqırımın  törədilməsinə  təhrik  etmə»  (Maddə  104)  maddələri  daxil 
edilmiĢdir. 
Bu gün böyük təəssüf hissi və ürək ağrısı ilə qeyd edirik ki, dünyanın soyqırıma məruz qalan az sayda 
xalqları  sırasında  Azərbaycan  xalqı  da  var.  XIX  əsrdən  baĢlayaraq,  Ģovinist  imperiyaların  himayəçiliyi  ilə 
ermənilər  tərəfindən  azərbaycanlılara  və  Azərbaycana  qarĢı  törədilən  hərəkətlər  məhz  soyqırım  kimi 
qiymətləndirilməlidir. Azərbaycanın və azərbaycanlıların üzləĢdiyi bu faciələr ilk dəfə Heydər Əliyev tərəfindən 
imzalanmıĢ  26  mart  1998-ci  il  tarixli  «Azərbaycanlıların  soyqırımı  haqqında»  Azərbaycan  Respublikası 
Prezidentinin Fərmanı ilə siyasi qiymətini aldı. Fərmanda qeyd olunur: «...Azərbaycanın XIX-XX əsrlərdə baĢ 
verən bütün faciələri torpaqlarının zəbti ilə müĢayiət olunaraq, ermənilərin azərbaycanlılara qarĢı düĢünülmüĢ, 
planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təĢkil etmiĢdir. Bu hadisələrin yalnız 
birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmiĢdir. Azərbaycan Xalq Cümhuriyyətinin 
varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı 
olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir...» 
Beləliklə,  ilk  dəfə  Heydər  Əliyevin  Fərmanı  ilə  31  mart  Azərbaycanlıların  Soyqırımı  Günü  elan 
edilmiĢdir. 
Azərbaycanlıların  ermənilər  tərəfindən  soyqırıma  məruz  qalmasını  təsdiqləyən  faktlardan  biri  də  26 
fevral 1992-ci ildə ermənilərin törətdiyi Xocalı faciəsidir. Həmin gün cəmi bir necə saat ərzində 613 nəfər dinc 
azərbaycanlı,  o  cümlədən  63  uĢaq,  106  qadın,  70  qoca  yalnız  azərbaycanlı  olduğuna  görə  qəddarcasına, 
dözülməz  iĢgəncə  verilməklə  öldürülmüĢ,  487  nəfərə  ağır  xəsarət  yetirilmiĢ,  1275  sakin  -  köməksiz  qocalar, 
uĢaqlar,  qadınlar  girov  götürülərək  ağlasığmaz  zülmə,  təhqirlərə  və  həqarətə  məruz  qoyulmuĢlar.  Erməni 
hərbçiləri öldürdükləri insanların baĢlarının dərisini soymuĢ, müxtəlif əzalarını kəsmiĢ, körpə uĢaqların gözlərini 
çıxarmıĢ, hamilə qadınların qarınlarını yarmıĢ, adamları diri-diri torpağa basdırmıĢ və ya yandırmıĢlar. 
Bu  faciənin  də  Azərbaycanlıların  soyqırımının  tərkib  hissəsi  olmaqla  acı  nəticələri,  illər  keçməsinə 
baxmayaraq, hələ də öz təsirini göstərir. Bütövlükdə isə, 1988-ci ildən ermənilərin Dağlıq Qarabağda baĢladığı 
növbəti avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaĢımız erməni qəsbkarları tərəfindən 
öz doğma yurd-yuvalarından didərgin salınmıĢ, ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən iĢğalı 
zamanı minlərlə vətəndaĢımız Ģəhid olmuĢ, xəsarət almıĢdır. 
Xalqımız ermənilərin azərbaycanlılara qarĢı əsrlər boyu davam etdirdiyi soyqırımı unutmur. Bu mənada 
Azərbaycan  Respublikasının  Prezidenti  Cənab  Ġlham  Əliyevin  azərbaycanlıların  soyqırımının  dünyada 
tanıdılmasına yönəlmiĢ tədbirlər həyata keçirməsi hər bir azərbaycanlı üçün nümunə olmalıdır. Hesab edirik ki, 
soyqırıma  qiymət verilməsi siyasi aksiya olmaqla yanaĢı, həm  də  hüquqi  məsələdir. Bu  mövzu hüquqĢünaslar 
tərəfindən araĢdırılmalı, hər bir hüquqĢünas ermənilərin azərbaycanlılara qarĢı törətdiyi soyqırımın beynəlxalq 
hüquqi qiymət almasına istiqamətlənmiĢ tədbirlərdə əlindən gələni əsirgəməməlidir. 
Bu  mənada  hazırkı  nəĢri  də  belə  tədbirlərdən  biri  kimi  əhəmiyyətli  Ģəkildə  qiymətləndirmək  olar. 
Azərbaycanlılara  qarĢı  soyqırımın  acı  nəticələrinin  dünya  ictimaiyyətinə  çatdırılması  istiqamətində  siyasi  və 
sosial  tədbirlərə  həm  də  hüquqi  dəstək  verilməsi  baxımından  bu  kitabın  nəĢri  və  yayılması  əhəmiyyətli 
addımdır.  Bu  nəĢrdə  soyqırıma  dair  beynəlxalq  sənədlər,  ölkədaxili  normativ  aktlar  və  digər  sənədlər 
toplanmıĢdır.  Ümid  edirik  ki,  bu  cür  təĢəbbüslər  hüquqĢünaslarımız  tərəfindən  dəstəklənəcək  və  davam 
etdiriləcəkdir.  Çünki  bu,  hər  bir  azərbaycanlını  düĢündürən  və  düĢündürməli  olan  ümummilli  məsələdir. 
Həmçinin, nəzərə almaq lazımdır ki, soyqırım  - hansı milli, etnik, irqi, dini insan qrupuna yönəlməsindən asılı 
olmayaraq,  insanlıq  əleyhinə  olan  cinayətdir.  Cinayətə  qarĢı  mübarizə  aparmaq  isə  hər  bir  bəĢər  övladının 
borcudur. 
 
“Soyqırım cinayəti (Beynəlxalq aktlar, müraciətlər və şərhlər toplusu).- Bakı: 2010.- S. 3-7.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə