Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə6/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   2   3   4   5   6   7   8   9   ...   49

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
 
391 
məsi  ilə  emal  zamanı  tələb  olunan  gücün  hesablanması  və  uyğun 
mühərrikin  seçilməsi  məsələsi  qaldırılmışdır.  Digər  tərəfdən  tezkəsən 
alət poladının istehsalatda tətbiqi aparılan  elmi işlərin  istiqamətinə təsir 
etmişdir.  Bu  dövrdə  demək  olar  ki,  bütün  işlər  bu  kəsici  materialın 
effektiv tətbiqi üçün emal rejimlərinin təyininə yönəlmişdir. 
 
Kəsmə  ilə  mexaniki  emalda  üçüncü  tədqiqat  mərhələsi  Amerikada 
görülən işlərlə bağlıdır.  XIX əsrin ikinci yarısında Amerika sənayesində 
mexaniki  emal  texnologiyasının  qarşısında  duran  əsas  vəzifələrdən  biri 
hissələri  minimum  vaxtda  hazırlamaqdan  ibarət  idi.  Bu  tələb,  Avropa 
sənayesində 
böyük 
əhəmiyyətə  malik  olmadığı  halda,  onun 
Amerikadakı  əhəmiyyəti  maşınqayırmanın    tarixi  inkişaf  ənənəsi  ilə 
bağlı idi. 
 
Amerikada  kəsmə  üzrə  aparılan  elmi  tədqiqatlar  1870-ci  ilə,  dəmir 
yolu  tikintisinin  sürətli  inkişafı  dövrünə  təsadüf    edir.  Böyük  vaqon 
çarxlarının  emalı  üçün  ilk  dəfə  olaraq  böyük  dəzgahlardan  istifadə 
edilir.  1880-ci  ildən  etibarən  Teylor  kəsmə  üzrə  elmi  işlər  aparmağa 
başlayır,  onun  nəticələri  isə  yalnız  XX  əsrin  əvvəlində  mətbuatda  çap 
olunur [2.90].       
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
392 
 
2.6.4.2. Kəsmə prosesinin tədqiqi 
 
K
əsmə  prosesinin  eksperimental  tədqiqi  hələ  XVIII  əsrdə 
başlanmışdır. 
1700-cü 
ildə 
fransız 
mühəndisi 
Plumier 
torna 
əməliyyatının təsvirində səthdə yüksək dəqiqliyi əldə etmək üçün alətin 
əl  ilə  tutulması  zamanı  hansı  tələblərə  riayət  edilməsini  izah  etmişdir 
[2.77].  Buradan  görünür  ki,  hələ  o  zamanlarda  yüksək  keyfiyyətli  səth 
almaq  üçün  sərt  dəzgah,  yeyilməyə  davamlı  kəsici  materialla  təmin 
olunmuş  alətlər,  müəyyən  alət  bucaqları, alətin  soyudulması  və  düzgün 
mövqeləşdirilməsi, düzgün kəsmə sürətinin tətbiqi məlum idi. Plumer öz 
kitabında  kəsici  materialın  tablandırılması  üçün  də  təkliflər  verir.  O, 
ağac kömüründən istifadə edilməsini məsləhət görür, çünki daş kömürlə 
tablama  zamanı  kükürdün  təsirindən  alət  kövrək  olurdu  [2.77].  Bu 
dövrdə metalların emalında da ağac emalı üçün tətbiq olunan alətlərdən 
istifadə edilirdi. 
 
Pəstahın torna dəzgahında mərkəzləşdirilməsi də vacib məsələlərdən 
idi.  İplə  işlədilən  dəzgahlarda  pəstah  mərkəzlərdə  bərkidilirdi.  Buna 
görə  də,  onun  mərkəzləşdirilməsi  lazım  idi.  Mərkəzləşdirmənin 
keyfiyyətindən asılı olaraq yüksək forma dəqiqliyi əldə etmək  mümkün 
idi. Mərkəzləşdirmə əl ilə aparılırdı (şəkil 2.105). 
 
Alətin pəstaha nisbətən vəziyyəti də nəzərə alınmalı idi. O da məlum 
idi ki, kəskinin ucunun fırlanma oxundan aşağıda, və ya yuxarıda olması 
ilə  yonqarçıxarma  prosesi  müxtəlif  olur  və  prosesin  gedişinə  təsir  edir. 
Aləti  mərkəzdən  yuxarıda  yerləşdirməklə  qalın  yonqar  qatı  çıxarılır  və 
yaranan  kəsmə  qüvvəsinin  əlverişli  istiqaməti  nəticəsində  əl  gücünə  az 
ehtiyac yaranır.  
 
XIX  əsrdə  düzəldilən  torna  dəzgahları  sadə  quruluşa malik  olub,  iki 
konusformalı  mərkəzdən,  ip  ötürməsindən  və  aləti  qoymaq  üçün 
tutqacdan  ibarət  idi.  Prosesin  stabil  aparılması  fəhlə  tərəfindən  aləti 
hərəkət  etdirməklə  yoxlanaraq  yerinə  yetirilirdi.  Kəsmə  rejimlərinin 
araşdırılması  yalnız  Modslinin  supportla  işləyən  torna  dəzgahının 
ixtirasından sonra baş verir. Çünki, verilmiş  kəsmə parametrləri  alət və 


XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
 
393 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.105. 1700-ci illərdə kəsmə texnologiyasının obyektləri. 
 
pəstah arasında olan sabit kinematik münasibətə əsaslanır.  
 
Nasmif  o  dövrdə  edilən  bir  çox  ixtiraların  supportun  tətbiqi 
nəticəsində mümkün olduğunu soyləmişdir. Alətin supportla verilməsi  
nəticəsində  yüksək  dəqiqliklə  bərabər,  həm  də  böyük  hissələrin  emalı 
mümkün olmuşdur. Nasmif öz əsərində  texnoloji  sistemin  “əl-dəzgah”  


XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
394 
 
sisteminə  nisbətən  üstünlüyünü  təsvir  etmişdir  [2.96].  O  dövrdə 
dəzgahların mexanikləşdirilməsi istiqamətində böyük işlər aparılır. XIX 
əsrin  birinci  yarısında  İngiltərədə  özüsazlanan  dəzgahların  yaranması 
buna  dəlalət  edir.  Şəkil  2.106-da  avtomatik  veriş  alan  support  təsvir 
olunmuşdur.  
Kəsmə prosesinin ilk və əsas obyekti olan alətin həndəsəsinin tədqiqi 
1820-25-ci  illərə,  İngiltərədə  çoxlu  dəzgah  ixtiralarının  baş  verdiyi  bir 
dövrə  təsadüf  edir.  1841-ci  ildə  Nasmif  çap  etdirdiyi  işində  torna, 
üstyonuş  və  burğulama  əməliyyatları  üçün  alət  layihələndirilməsinin 
əsaslarını  verir.  O,  hər  şeydən  əvvəl  dal  bucağın  prosesin  gedişinə 
təsirini araşdırır (şəkil 2.107). 
 
Bu  şəkildə  göstərilmiş  iskənə  müxtəlif  həndəsəyə  malikdir.  I  alət 
kiçik  dal  bucağa  malik  olub,  yüksək  sərtlik  nümayiş  etdirir.  Ancaq, 
burada  yalnız  qaşıma  prosesi  baş  verir.  II  şəkildəki  alət  böyük  dal 
bucağa  və  bununla  bağlı  olaraq  aşağı  sərtliyə  malikdir.  Bunun 
nəticəsində yonqarçıxartma zəif gedir. III  alətin  malik  olduğu  həndəsə  
 
Şəkil 2.106. Özüsazlanan torna dəzgahı. 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə