Xx əsrin ikinci yarısında dünya iqtisadiyyatında gedən obyektiv iqtisadi proseslərin nəticəsi olaraq beynəlxalq iqtisadi münasibətlərin məzmununda və strukturunda əhəmiyyətli dəyişikliklər baş vermişdir


§2. Beynəlxalq lisenziya ticarətinin təkmilləşdirilməsi məsələləri



Yüklə 0,73 Mb.
səhifə5/7
tarix01.09.2018
ölçüsü0,73 Mb.
#66335
1   2   3   4   5   6   7
§2. Beynəlxalq lisenziya ticarətinin təkmilləşdirilməsi məsələləri .

Beynəlxalq lisenziya ticarəti beynəlxalq iqtisadi münasibətlərin problemlərlə zəngin və daimi müxtəlif mübahisələrin meydana gəldiyi spesifik sahələrdən hesab olunur. Problemləin meydana gəslməsi bütövlükdə dünya iqtisadiyyatında gedən obyektiv iqtisadi proseslər və beynəlxalq iqtisadi münasibətlərin inkişaf meylləri ilə şərtlənir.

Beynəlxalq lisenziya ticarətində mövcud olan problemlərin meydana çıxan mübahisələrin həll edilməsi, məlum çatışmamazlıqlann aradan qaldırılması ölkələrarası lisenziya mübadiləsinin inkişaf etdirilməsinin və bu mübadilənin səmərəliliyinin artınlmasının ən mühün yolları hesab olunur. Onların həyata keçirilməsi ilə komplekt tədbirlərin yerinə yetirilməsi, başqa sözlə bütövlükdə beynəlxalq lisenziya ticarətinin əsaslı surətdə təkmilləşdirilməsini nəzərdə tutur.

ümumiyyətlə, beynəlxalq lisenziya ticarətinin təkmilləşdirilməsi həm nəzəri, həm də praktiki cəhətdən həyata keçirilməlidir. ən ümumi halda beynəlxalq lisenziya ticarətinin təkmilləşdirilməsi prosesi aşağıdakı istiqamətlərdə aparılmalıdır:



Beynəlxalq lisenziya ticarətinin nəzəri əsaslarının tam işiənməsi istiqamətində tədbirlərin gücləndirilməsi. Bunun zəruriliyi beynədxalq lisenziya ticarəti üzrə nəzəriyyə və konsepsiyaların az olması, mövcud olanların isə tam əhatəli olmaması və qeyri-müəyyən xarakterli olması ilə şərtlənir. Bu səbəbdən də beynəlxalq lisenziya ticarətinin mahiyyəti və məzmunu, eləcə də onunla bağlı bir sıra anlayışlar haqqında ziddiyətli fikirlər yaranmışdır. Məsələn, lisenziya ticarətinin məzmunu ilə bağlı aşağıdakı ziddiyətli fikirlər mövcuddur:1

  • bəzi nəzəriyyəçilər beynəlxalq lisenziya ticarətinin beynəlxalq iqtisadi
    münasibətlərin müstəqil birfirması olması fikrini irəli sürürlər;

  • bəziləri lisenziya mübadiləsi zamanı lisenziya müqaviləsi predmeti
    üzərində mülkiyyət hüququnun satıcıdan (lisenziardan) alıcıya (lisenziata)
    keçməsini və lisenziya obyektlərindən istifadə hüququnun müvəqqəti olaraq
    alıcıya ötürülməsini əsas tutaraq, lisenziya ticarətini icarənin spesifik bir növü
    hesab edirlər;

  • hazırda bağlanılan lisenziya müqavilələrinə çox vaxt «incipirinq» tipli
    texniki yardım xidmətlərin göstərilməsi də aid olduğundan bəzi müəlliflər
    lisenziya ticarətinin «incipirinq» xidmətinin bir növü olmasını iddia edirlər;

- TMK-lar lisenziya ticarətində yeni bazariarın əldə olunması, öz qız müə.ssisələri və firmalanna elmi-texniki nailiyyətlərin ötürülməsi xarici ölkələrdə öz mövqelərinin möhkəmləndirilməsi vasitəsi kimi istifadə etdiklərinə görə bəzi nəzəriyyəçilər lisenziya ticarətini kapital ixracının bir növü hesab edirlər

Analoci hala «lisenziya bazarı» anlayışının izahında rast gəlinir

Bütün bunlar beynəlxalq lisenziya ticarətinin nəzəri əsaslarının tam və hərtərəfli işlənilməsi istiqamətində tədbirlərin gücləndirilməsinin zəruriliyini və lisenziya ticarətinin təkmilləşdirilməsində böyük əhəmiyyət daşımasını bir daha təsdiqləmiş olur.

Beynəlxafq lisenziya ticarətinin obyekti kimi çıxış edən sənaye mülkiyyətininin beynəlxalq səviyyədə mühafizənin gücləndirilməsi bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qeyri-rezidentlərə patent verilməsi şərtlərinin təkmilləşdirilməçsi.

ETT-nin, beynəlmiləlləşmə proseslərinin, eləcə də, informasiya mübadiləsinin güclənməsi ixtiralann, sənaye nümunələrinin və əmtəə nişanların beynəlxalq hüquqi müdafiəsinin gücləndirilməsini zəruri etmişdir. Tarixə nəzər salsaq görərik ki, sənaye mülkiyyətinin ölkə daxilində hüquqi mühafizə problemi keçən əsrin əvvəllərindən yaranmağa başlamışdır. XIX əsrin 2-ci yarısında əksərölkəiərdə patent qanunlan meydana gəldi. 1836-cı ildə ABŞ, 1844-cü ildə Fransa, 1852-ci ildə İngiltərə, 1854-cü ildə Belçika, 1878-ci ildə İspaniya patent qanunları yaratmışdırlar.

İxtiralann hüquqi mühafizəsi üzrə ilk iki tərəfli beynəlxalq müqavilələr 1880-ci ildən sonra meydana çıxmağa başladı. İlk bu cür müqavilə 1881-ci il Avstriya - Almaniya müqaviləsi oldu.

1883-cü ildə 11 ölkə (Belçika, Braziliya, İspaniya, Fransa, Qvatemala, İtaliya, Niderland, Portuqaliya, Salvador, Serbiya, İsveçrə) tərəfindən Sənaye mülkivvətinin mühafizəsi üzrə Paris konvensiyası imzalandı. Konvensiya sənaye mülkiyyətinin mühafizəsi əsasında ilk və ən mühüm beynəlxalq hüquqi akt hesab olunur.

Bir əsrdən çox keçən dövrdə konvensiyaya yenidən baxılması və onun mətninə dəyişikliklər edilməsi üzrə müxtəlif konfranslar keçirilmişdir: Roma (1886), Brüssel (1900), Vaşinqton (1911), Bern (1920), Haaqa (1925), London (1934), Lissabon (1958), Sokholm (1967), Cenevrə (1980), Paris (1983).

Paris konvensiyası açıq tipli beynəlxalq müqavilədir (maddə 21). Konvensiyanı imzalayan hər bir ölkə konvensiyadan irəli gələn tələblərin yerinə yetirilməsi üçün lazımi tədbirlər görməlidir (maddə 25). Konvensiyaya görə hər bir üzv öikə sənaye mülkiyyəti üzrə xüsusi hökumət orqanı yaratmalıdır.

Konvensiyada üzv ölkələrin Sənaye mülkiyyətinin mühafizəsi Beynəlxaiq İttiifaq yaratmaları nəzərdə tutulmuşdur. Bu ittifaqın sturkturu belədir:


  1. İttifaqın Assambleyası - bütün üzv ölkələrin təmsil olunduğu ali orqan,
    2 ildə 1 dəfə çağırırlır və ittifaqın fəaliyyəti və inkişafı üzrə ən mühüm
    məsələləri həll edir.

  2. İcraedici komitə - üzv ölkələrin —i burada təmisil olunur və ildə bir
    dəfə iclas keçirir.

  3. Beynəlxalq Büro - təşkilatın katibliyi funksiyasını yerinə yetirir.

Paris konvensiyasının məqsədləri üzv ölkələrin patent qanunvericiliyinin unifikasiya edilməsi, vahid beynəlxalq patentin (sənaye nümunəsinin, əmtəə nişanının) yaradılması deyil, bir ölkədə meydana gələn müdafiə hüququnun digər üzvü ölkələrdə də təmin edilməsi, eləcə də qeyri-rezi dentlərə patent verilməsi şərtlərinin yaxşılaşdınlmasıdır.

Konvensiya patent fəaliyyətinin ərazi məhdudiyyətlərinə son qoymur. Bütün bunlar Paris konvensiyasının çatışmazlıqlara malik olduğunu və onun təkmilləşdirilməsinin vacibliyini göstərir.

Konvensiya ixtiralann, sənaye nümunələrinin, əmtəə nişanlarının, xidmət nişanlarının faydalı modellərin və s. mühafizəsi sayəsində beynəlxalq əməkdaşlığı tənzimləyən normalardan ibarətdir.

Paris konvensiyasının əsas prinsipi milli recim prinsipidir. Bu prinsipin mahiyyəti ondadır ki, hər hansı bir üzv ölkədə sənaye mülkiyyətinin mühafizəsi üzrə yerli vətəndaşlann istifadə etdiyi bütün hüquqlardan digər üzv ölkələrin vətəndaşları da istifadə edə bilərlər.

Konvensiyanın əsas şərtlərindən biri və də konvensiya prioriteti hüququdur. Bunun mahiyyəti ondadır ki, hər hansı bir konvensiya üzvü olan ölkədə ixtira üzrə patent almaq üçün ərizə vermiş şəxs bir il ərzində bütün üzv ölkələrdə analoci ixtiranı patentləşdirmək üçün prioritet hüquqa malik olur.

Konvensiyanın mühüm cəhətlərindən biri də patent müstəqilliyi qaydasıdır. Yəni üzv ölkələrdə alınmış istənilən patent başqa ölkələrdə həmin ixtira üzrə alınmış paientdən asılı deyildir. Patentin müstəqilliyi prinsipi onun fəaliyyət müddətinə də aid ediür. Bir ölkədə patentin fəaliyyət müddətinin bitməsi digər ölkədə eyni ixtira üzrə verilmiş patentin fəaliyyət müddətinə təsir etmir.

Konvensiya hər bir üzv ölkənin onun ərazisində keçirilən beynəlxalq sərgilər zamanı ixtiraların və sənaye nümunələrinin müvəqqəti hüquqi mühafizəsini təmin etmək öhdəliyində olmasını nəzərdə tutur.

Konvensiyanın əsas müddəalanndan biri də ixtiraların tətbiqi öhdəliyidir. Burada göstərilir ki, patent alınmış hər bir ixtira üzvü üzv ölkələrin milli qanunvericiliyi ilə müəyyən edilən vaxt ərzində istifadə edilməlidir. əks halda məcburi lisenziya verilməsi tətbiq edilir. Məcburi lisenziya verilməsi qaydası da milli qanunvericiliklə tənzimlənir.

Konvensiyada müxtəlif milli qanunvericilikdən istifadə olunmasının nəzərdə tutulması da konvensiyanın əsas çatışmazlıqlarından hesab olunur. üzv ölkələrin patent qanunvericiliyinin unifikasiyasının məqsəd kimi qoyulması və həyata keçirilməsi konvensiyasının, beləliklə də beynəlxalq lisenziya ticarətinin təkmilləşdirilməsinin ən mühüm istiqamətlərindəndir.

Paris konvensiyası iştirakçıları öz aralannda bir sıra müqavitələr imzalamışlar: əmtəə nişanlarının beynəlxalq qeydiyyatı haqqında Madrid müqaviləsi (1891); Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında Haaqa müqaviləsi (1925); Sənaye nümunələrinin beynəlxalq klassifıkasiyası haqqında Lokarno sazişi (1968); Patentlərin beynəlxalq klassifikasiyası haqqında Strasburq sazişi (1971) və s.

Eləcə də,: konvensiyadan irəli gələrək bir sıra regional müqavilələr də imzalanmışdır;


  1. Avropa üzrə - Patent alınması haqqında tələblər haqqında
    Konvensiya (1955), Patent hüququnun bəzi məsələlərinin unifikasiyası
    haqqında Konvensiya (1963), Vahid «avropa patenti»nin yaradılması
    haqqında Konvensiya (1972) və s.

  2. Afrika üzrə - Afro - Malaqasiya sənaye mülkiyyəti orqanının
    yaradılması haqqında Librevil sazişi (1962) və s.

  3. Amerika üzrə - Patentlərin müdafiəsi üzrə Montevideo müqaviləsi
    (1989) Patentlərin müdafiəsi üzrə Mexiko sazişi (1902) Rio-de-Canero
    müqaviləsi (1960) və s.

1970-ci ildə Vaşinqtonda patent kooperasiyası haqqında müqavilə imzalanmışdır. Bu müqavilə ixtiranı bir neçə ölkədə patentləşdirmək istədikdə milli patent orqanına beynəlxalq patent ərazisinin verilməsinin mümkünlüyü nəzərdə tutur.

Bunlardan əlavə sənaye mülkiyyətinin beynəlxalq səviyyədə mühafızəsi üçün bir sıra təşkilatlar da yaradılmışdır. Bunlardan ən mühümü 1967-ci ildə yaradılmış ümumdünya İntellektual Mülkiyyət Təşkilatı (VOİS) hesab olunur. VOİS-in yaradılmasının 3 əsas məqsədi olmuşdur: 1) Bir-birinin suvereniteti və bərabərliyinə hörmət əsasında ölkələrarası əməkdaşlığın genişləndirilməsi; 2) İntellektual mülkiyyətin bütün dünya üzrə mühafizəsinin gücləndirilməsi; 3) Sənaye mülkiyyətinin mühafizəsi üzrə muvcud ittifaqların idarə edilməsinin təkmilləşdirilməsi.

VOİS-in vəzifələri aşağıdakılar hesab olunur:

-bütün dünyada intellektual mülkiyyətin mühafizəsinin stimullaşdırılması və təkmilləşdirilməsi, eləcə də ayrı-ayrı ölkələrin müvafiq milli qanunvericiliklərinin təkmilləşdirilməsi və bu məqsədlə onlara hüquqi və texniki yardım göstərilməsi;

-intellektual mülkiyyətin mühafizəsi üzrə mövcud ittifaqlarla, eləcə də digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi;

-intellektual mülkiyyətin mühafizəsi ilə bağlı beynəlxalq müqavilələrin və konvensiyaların hazırlınması və qəbul edilməsi;

-intellektual mülkiyyət haqqında informasiyaların toplanması, təhlil və kəşf edilməsi, eləcə də bəzi intellektual mülkiyyət obyektlərinin beynəlxalq qediyyatının həyata keçirilməsi və s.

.ümumiyyələ, VOİS-in strukturu aşağıdakı kimidir:

-Baş Assamleya - burada hər hansı bir ittifaqın üzvü olan ölkələr təmsil olunur;

- Konfrans - burada bütün üzv ölkələr təmsil olunur;

-Koordinasiya komitəsi - Paris və Bern ittifaqlarının üzvlərindən ibarətdir;

-Beynəlxalq büro-təşkilatın katibliyi funksiyasını yerinə yetirir.

1974-cü il 17 dekabrda VOİS BMT-nin ixtisaslaşdırılmış orqanı statusu aldı. Bundan sonra VOİS-in beynəlxalq əhəmiyyət və praktiki fəaliyyəti daha da artdı. Bu vaxtdan etibarən VOİS-in fəaliyyətində İEOÖ-lərə daha çox yer ayrıldı. ümumiyyətlə, VOİS İEOÖ-lərdə elmi-texniki tədqiqat işlərinin gknişləndirilməsi, onların qabaqcıl texnologiya əldə etmələrinin sürətləndirilməsi, həmin ölkələrdə patent qanunvericikliklərinin işlənilməsi istiqamətində xeyli işlər görülmüşdür və hzırda görməkdədir.

VOİS-ə üzvlük BMT-nin üzvü olan istənilən ölkə üçün açıqdır. Hazırda 100-dən artıq üzvü olan VOİS BMT-nin ən mühüm orqanlanndan biri hesab olunur.

VOİS-dən başqa sənaye mülkiyyətinin mühafizəsi üzrə bir sıra digər beynəlxalq hökumətlərarası təşkilatlar da vardır:

Beynəlxalq patent institutu:

İnformasiya axtarışı sahəsində əməkdaşlıq üzrə patent orqanlarının benəlxalq komitəsi:

Afro - Malaaiva sənave mülkivvətinin təskilatı.

Bunlardan əlavə sənaye mülkiyyətinin mühafizəsi üzrə bir sıra qeyri-hökumət beynəlxalq təşkilatları da vardır: Sənaye mülkiyyətinin qorunması üzrə Beynəlxalq assosasiya, Amerika sənaye mülkiyyəti assosiyasiyası, Beynəlxaiq patent federasiyası, Beynəlxalq ticarət palatası və s.

Sənaye mülkiyyətinin beynəlxalq hüquqi mühafizəsi sayəsində BMT-nin də əhəmiyyətli rolu vardır Belə ki, BMT-nin bir çox oqanlan sənaye mülkiyyətinin mühafizəsi ilə bu və ya digər dərəcədə məşğul oiurlar.

Sənaye mülkiyyətinin mühafizəsi problemləri BMT Baş Assambleyasının XVI, XVIII, XX, XXI, XXIII sessiyalarının işində geniş müzakirə olunmuşdur. BMT-nin Sənaye inkişafı təşkilatının (YUNİDO) əsas vəzifələrindən biri də bu sahədə beynəlxalq recimi yaxşılaşdırmaq və patentlərdən stimullaşdırıcı vasitə kimi istifadə etmək yolu ilə İEOÖ-lərin elmi-texniki biliklər almasını gücləndirmək məqsədilə sənaye mülkiyyətinin mühafizəsi üzrə beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsidir. BMT-nin Ticarət İnkişaf Konfransının (YUNKTAD) 1964-cü ildə Cenevrə və 1968-ci ildə Dehli konfranslarında elmi-texniki biliklərin ötürülməsində patentlərin rolu, eləcə də beynəlxalq lisenziya ticarətinə dair bir çox məsələlərə baxılmışdır. 1964-cü ildə BMT-nin İqtisadi və Sosial Şurası tərəfindən «Texniki bilikləri zəif inkişaf etmiş ölkələrə ötürülməsində liseziyalann rolu» adlı qətnamə qəbul olunmuşdur.

Bütün bunlara baxmayaraq hələ də sənaye mülkiyyətinin benəlxalq mühafizəsi, patent verilməsi təcrübəsində əhəmiyyətli çatışmamazlıqlarvardır. Bunlardan ən mühümlərindən biri də həm də əksər ölkələr tərəfindən xarici vətəndaşlara patent verilməsində çox əngəllərin olmasıdır. Eləcə də sənaye mülkiyyətinin beynəlxalq hüquqi mühafizəsi ilə məşğul olan müxtəlif təşkilat və ittifaqların vahid bir qurumda birlşdirilməsi bu sahədə xeyli uğurlar əldə etməyə imkan vermiş olardı.

Beləliklə, belə nəticəyə gəlinir ki, beynəlxalq lisenziya ticarətinin obyekti kimi çıxış edən sənaye mülkiyyətinin beynəlxalq səviyyədə hüquqi müdafiəsinin gücləndirilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qeri-rezidentlərə patent verilməsi şərtlərinin təkmilləşdirilməsi istiqamətində hələ xeyli iş görülməlidir.



Milli patent sistemlərinin təkmilləşdirilməsi və dünya ölkələhnin patent -lisehziya qanunvericiliklərinin unifiksiyası. Beynəlxalq lisenziya ticarəti təcrübəsi göstərir ki, əksər ölkələrin milli patent sistemləri bir sıra çatışmamazlıqlara malikdir. Belə ki, dövlət patent orqanları tərəfindən ixtiraların patentləşdirilməsi qaydaları tam mükəmməl deyildir. Paient ərizələrinin qəbulu, onların analizi, patent ekspertizasnın aparılması, patentlərin verilməsi zamanı bir sıra problemlər meydana çıxır. Bütün bu çatışmamazlıqlar patent qanunvericiliklərinin və patent sistemlərinin fəaliyyət mexanizminin zəruriliyinin şərtləridir.

Beynəlxalq lisenziya ticarətinin sürətlə inkişaf etdiyi müasir şəraitdə ölkələrarası iisenziya mübadiləsində meydana çıxan əksər problemlərin əsas səbəbi kimi ayrı-ayrı ölkələrin patent liseziya qanunvericiliklərinin əhəmiyyətli dərəcədə fərqli olması çıxış edir. Bu fərqlər əsasən patent verilməsi şərtləri, patentlərin fəaliyyət müddətləri, patent ödənişləri və rüsumları, patentin fəaliyyətinin vaxtından əvvəl dayandırılması şərtləri, məcburi lisenziya verilməsi şərtləri və qaydası, lisenziya müqaviləsi üzərində nəzarətin həyata keçirilməsi qaydası və s. bu kimi mühüm məsələlərdə özünü büruzə verir. Aydı.n məsələdir ki, müxtəlif ölkələrin patensial lisenziarları və lisenziatlan lisenziyada lisenziyanın mübadiləsi üzrə əməkdaşlıq etdikləri zaman tərəflər müxtəlif patent - lisenziya qanunlan ilə fəaliyyət göstərdikləri üçün bir çox ziddiyətlər meydana çıxır. Bu cəhət beynəlxalq lisenziya mübadiləsini əngəlləyən ən mühüm amil hesab olunur. Elə buna görə də dünya ölkələrirrin patent - lisenziya qanunvericiliklərinin unifikasiya edilməsi beynəlxalq lisenziya ticarətinin inkişaf etdirüməsinin və təkmilləşdirilməsinin ən aparıcı istiqamətlərindən biri hesab edilməlidir.



Xaricdə patent alınmasmın genişiəndihlməsi. Bildiyimiz kimi ixtira nə qədər çox ölkədə patentləşdirilmiş olarsa, həmin ixtiranın beynəlxalq hüquqi mühafizəsi daha etibarlı olur və bu səbəbdən də, ixtiradan istifadə hüququnun lisenziya əsasında ötürülməsi daha böyük məbləğdə gəlir gətirmək imkanına malik olur. Bu onu göstərir ki, xaricdə patent alınmasının genişləndirilməsi ayn-ayn ölkələrin və bütövlükdə dünya lisenziya ticarətinin təkmilləşdirilməsinin aparıcı istiqamətlərindən biri hesab olunmalıdır.

Qeyd etmək lazımdır ki, son dövrlər İEÖ-lər həm digər İEÖ-lərdə, həm də İEOÖ-lərdə patent alınmasını xeyli artırmışlar. Xarici kompaniyalar ixtiraları İEOÖ-lərdə patentləşdirməklə həmin ölkələrə məhsul ixracında inhisar mövqe əldə etməyə çalışırlar. Maraqlıdır ki, hazırda dünyanın əksər ölkələrində qeyri-rezidentlər rezidentlərdən daha çox patent ərizəsi verilir. (Cədvəl 6, 7)



Cədvəl 6

2000-ci ildə dünyə ölkələrində verilmiş patent ərizələrinin miqdarı (ədədlə)

Ölkələr

Rezidentlər tərəfindən

Qeyri rezidentlər tərəfindən

Cəmi

ABŞ

125808

110884

236692

Yaponiya

351487

66487

417974

Almaniya

62052

113543

175595

İngiltərə

26591

121618

148209

Fransa

18669

93962

112631

İtaliya

2574

88836

91410

Rusiya

15277

32943

48220

Federasiyası










Kanada

4192

50254

54446

İsveç

7893

107107

115000

İsveçrə

5814

107038

112852

İspaniya

2856

110911

113767

Niderland

5227

85402

90629

Koreya

92798

37184

129982

Respublikası










Portuqaliya

92

106595

106687

Avstraliya

8937

39274

48211

Çin

12786

48596

61382

Finlandiya

4061

105376

109437

Braziliya

36

31947

31983

Meksika

429

35503

35932

Avstriya

2681

108543

111224

Türkiyə

233

27985

28218

İsrail

1796

28548

30344

İrlandiya

946

82484

83430

Digər ölkələr

753239

1741020

2494259

Dünya üzrə cəmi

798003

3602785

4400788

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə