Xx əsrin ikinci yarısında dünya iqtisadiyyatında gedən obyektiv iqtisadi proseslərin nəticəsi olaraq beynəlxalq iqtisadi münasibətlərin məzmununda və strukturunda əhəmiyyətli dəyişikliklər baş vermişdir



Yüklə 0,73 Mb.
səhifə6/7
tarix01.09.2018
ölçüsü0,73 Mb.
#66335
1   2   3   4   5   6   7

Mənbə: «2001 World Development lndicators». P. 304-307

Cədvəl 7


2000-ci ildə MDB və Baltikyanı ölkələrində verilmiş patent ərizələrinin

miqdarı (ədədlə)




Ölkələr

Rezidentlər

Qeyri-rezidentlər

Cərni




tərəfindən

tərəfindən




Azərbaycan

200

24008

24208

Ermənistan

63

25059

25122

Gürcüstan

265

26561

26826

Qazaxıstan

1171

24998

26169

Qırğızıstan

152

24951

25103

Özbəkistan

817

26490

27307

Türkmənistan

52

24584

24636

Tacikstan

23

24742

24765

Belarus

755

25280

26035

Ukrayna

4692

28036

32728

Rusiya Fedarasiyası

15277

32943

48220

Estoniya

18

26626

26644

Latviya

163

26860

27023

Litva

125

26673

26798

Moldova

295

25030

25325

Cəmi

23868

393141

417009

Dünya üzrə xüsusi

3,0

10,9

9,5

çəkisi (%-lə)









Mənbə: «2001 World Development lndicators». P. 304-307

ümumiyyətlə, hazırda dünya üzrə fəaliyyətdə olan patentlərin 30%-i ABŞ-dan, 30%-i Yaponiyadan 15%-i Almaniyadan olan patent sahiblərinə məxsusdur. ümumi patentlərin cəmi 10%-i İEOÖ-lərdə verilmişdir ki, bunun da 80%-ni xaricilər almışlar.

Potensial lisenziarlar və lisenziatlann informasiya tə minatlannın təkmilləşdiriiməsi. Dünyada yaradılan texniki həllərin hədsiz dərəcədə çoxluğu və müxtəlifliyi, onların işlənilmə səviyyəsi və tətbiqi şərtlərinin rəngarəngliyi, hər birinin individual xarakteri və hüququ mühafizəsinin təmin edilməsi zəruriliyi və s. bu kimi amiilər lisenziya ticarət obyektləri haqqında informasiya axtarışı və lisenziya müqaviləsi əsasında potensial partnyorlarla əlaqələrin yaradılmasının kifayət qədər çətinləşdirir. Bu cəhət lisenziya obyektləri haqqında informasiyalann toplanması və potensia! lisenziyalann axtarılması üzrə təkmil mexanizm və sistemin yaradılmasını zəruri edir.

Qeyd edək ki, son dövrlər bu istiqamətdə mühüm işlər görülmüşdür. Belə bir sistemin metodoloci cəhətdən işlənilməsi və praktiki olaraq reallaşdırıltnası ilk dəfə ABŞ-ın «Dvorkovits ənd assoşieyts» firması tərəfindən həyata keçirilmişdir. Hazırda bu kompaniyanın göstəricilər bankı müxtəlif təşkilatlar, firmalar və fərdi şəxslər tərəfindən təklif olunan 300 mindən çox lisenziya obyekti haqqında informasiya saxlayır. Bu bankın xidmətlərindən hazırda dünyanın 200-dən çox kompaniyası istifadə edir.

Bundan başqa ABŞ-ın «Kontrol deyta Korp» kompaniyası beynəixalq texnologiya mübadiləsinə xidmət edən «Texnotek» sistemini yaratmışdır. Sistemə dünyada mövcud olan və lisenziya obyekti kimi çıxış edən ən yeni texnologiyalar olan tələb və təkiif daxildir. Sistemin tərkibinə daxil olan gösəricilər bankı - «Texno-Bank» iki bölmədən ibarətdir: 1) «Texno - Stok»--burada satış üçün təklif olunan lisenziyalar toplanır; 2) «Texno - Kvest» -burada çoxsaylı müştərilərtərəfindən onları maraqlandıran iisenziya üzrə daxil olmuş tələbnamələr toplanır.

Beləliklə, beynəlxalq «lisenziya bankları» dünya lisenziya bazarında ticarət əməliyyatlarının təşkilinin, başqa sözlə, potensial üsenziat və lisenziarlar arasında əlaqələrin yaradılmasının ən vacib elementi kimi çıxış edir. Tipik iisenziya bankının yaradılması spesifikası şəkil 3-də göstərilmişdir.

Bütün bu sistemlər əlaqə kanalları vasitəsilə bir-birinə təsir imkanına malikdirlər və birlikdə lisenziya ticarəti üzrə dünya xidməti sistemini yaradırlar.

Lisenziya ticarəti üzrə informasiya təminatı sferasında əldə edilmiş bu uğurlara baxmayaraq hələ bu sahənin təkmilləşdirilməsi istiqamətində işlər çoxdur. Bunlardan ən mühümü informasiya axtarışı üzrə daha mükəmməl sistemin və mexanizmin yaradılması hesab olunur.



Beynəlxalq lisenziyya bazarlannda marketinq fəaiiyyətinin genişləndirilməsi və lisenziya obyektiərinin reklam işinin gücləndirilməsi. ETT-nin sürətlə inkişaf etdiyi müasir dövrdə lisenziya bazarlarında dinamik dəyişikliklər baş verməkdədir. Buna görə də, lisenziya mübadiləsinə qoşulmaq istəyən hər bir firma əvvəlcə lisenziya bazarında kompleks marketinq tədbirləri həyata keçirməlidir. Bu tədbirlərə lisenziya bazarının konyukturasının sistemli tədqiqi tələb və təklif olunan lisenziyaların qiymətləri, növləri, işlənilmə səviyyələri, mənəvi köhnəlmə müddətləri və s. bu kirni məsələlər öyrənilməsi aiddir.

Firmanın lisenziya bazarında həyata keçirdiyi marketinq fəaliyyətinin ən mühüm tərkib hissələrindən biri də onun satış üçün təklif etdiyi lisenziya obyektlərinin reklamının təşkil edilməsidir. Lakin bu zaman lisenziya obyektinin tam açıqlanmasına yol verilməlidir. Təcrübə göstərir ki, bir çox elmi-texniki tədqiqat nəticələrinin lisenziya əsasında satılmasının əsas səbəbi kimi onların potensial lisenziatlara məlum olmaması çıxış edir.

.Beynəlxalq lisenziya bazarlarında marketinq fəaiiyyətinin genişləndirilməsi və lisenziya obyektlərinin reklam işinin gücləndiridlməsinin hərn beynəlxalq lisenziya mübadüəsində iştirakın səmərəliiiyinin, həm də lisenziya ticarətinin təkmilləşdirilməsinin ən mühüm amillərindən hesab olunmalıdır.

Elmi-texniki nailiyyətiərin istehsal prosesinə tətbiq edilməsinin sürətləndirilməsi. Bunu zəruri edən ən mühüm amil kimi ETT-nin sürətli inkişafı ilə əlaqədar elmi-texniki nailiyyətlərin mənəvi köhnəlmə müddətinin xeyli qısalması çıxış edir. Belə ki, elmi-texniki yeniliyin istehsala tətbiqinin gecikdirilməsi bir tərəfdən onun bilavasitə elmi-texniki yenilik sahibinin özünün istehsal prosesinə tətbiq edilməsindən əldə oluna biləcək gəlirin həcminin azalmasına, digər tərəfdən isə onun xarici və ya daxili lisenziatlara satılması imkanlarının xeyli zəifləməsinə səbəb olur. Buna görə də, elmi-texniki yenilik əldə etmiş hər bir firma onun qısa bir vaxtda istehsal prosesinə tətbiqini (ya da .istehsalda, ya da lisenziya satmaqla lisenziatın istesalında) həyata keçirilməlidir.

Llisenziya qiymətinin müəyyən edilməsinin vahid metod və metologiyasının işlənilməsi. Qeyd etdiyimiz kimi beynəlxalq lisenziya ticarəti təcrübəsində lisenziya qiymətinin müəyyən edilməsi üçün müxtəlif metodlardan istifadə olunur. Təcrübə onu da göstərir ki, potensial lisenziat və lisenziarlar arasında danışıqlar zamanı ən çox mübahisə doğuran məsələ lisenziyanın qiymətinin razılaşdırılmasıdır. O da məlumdur ki, danışıqların lisenziya müqaviləsinə bağlanmaması ilə nəticələnməsinin əsas səbəbi kimi əksər hallarda məhz lisenziya qiymətinin razılaşdırıla bilməməsi çıxış edir. Bütün bunlar onu göstərir ki, lisenziya qiymətinin müəyyən edilməsinin vahid metodu və metodologiyasının işlənməsi beynəlxalq lisenziya ticarətinin təkmilləşdirilməsinin ən mühüm istiqaməti olmaqla, son nəticədə beynəlxalq lisenziya ticarətinin inkişəfını sürətləndirmiş olardı.

Lisenziya müqaviləsinin yerinə yetirilməsi üzərində nəzarətin həyata keçihlməsi mexanizminin təkmilləşdirilməsi. Lisenziya ticarətində ən mühüm problemlərdən biri də lisenziya müqaviləsinin yerinə yetirilməsi üzərində nəzarətin həyata keçirilməsidir. Bu nəzarət ayrı-ayrı lisenziya müqavilələrinə əsasən müxtəlif metodlarla həyata keçirilir. Təcrübə göstərir ki, mövcud metodlarla apanlan nəzarət prosesinin bir çox çatışmamazlıqları vardır, Belə ki, hər şeydən əvvəl lisenziar və lisenziat müxtəlif öikələrdə oluqda bu nəzarətin həyata keçirilməsi çətinləşir. Lisenziarın həyata keçirdiyi nəzarət daha ciddi olduqda isə, lisenziat bunu lisenziarın onun daxili işlərinə qarışması kimi qiymətləndirir. Lisenziya praktikası təcrübəsində bilavasitə nəzarət məsələsi ilə bağlı lisenziya müqavilələrinin vaxtından əvvəl fəaliyyətinin dayandırılması hallanna az rast gəlinmir.

Bütün bunlar lisenziya müqaviləsinin yerinə yetirməsi üzərində nəzarətin həyata keçirilməsi mexanizminin təkmiiləşdirilməsinin zəruriliyini şərtəndirməklə, onun beynəlxalq lisenziya ticarətinin inkişaf etdirilməsindəki əhəmiyyətini müəyyən edir.



İEOÖ-lərin beynəlxalq lisenziya ticarətində daha fəal iştirak etmələri üçün zəruri tədbirlərin həyata keçirilməsi. Hesab edilir ki, İEOÖ-lərin beynəlxalq lisenziya ticarətində daha fəa! iştirak etmələri üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:

- onların qabaqcıl texnologiya almalarının genişləndirilməsi. Belə ki, İEÖ-lərdə yaradılmış elmi-texniki nailiyyətlərin lisenziya əsasında idxalı birtərəfdən iqtisadi inkişafın sürətlənməsinə, digər tərəfdən isə əldə edilmiş texnologiyaların əsasında duran konstruktiv prinsipləri öyrənməklə İEOÖ-lərin maraqlı olduqları sahələrdə texnoloci tədqiqatların aparılmasınm gücləndirilməsinə imkan verir.

- bu ölkələrdə elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin gücləndirilməsi.

Bildiyimiz kimi İEOÖ-lərdə xüsusi sektor NlOKR-a böyük həcmli xərclər çəkmək iqtidannda deyildir. Bu səbəbdən də dövlət NİOKR-un həyata keçirilməsi ilə həm birbaşa, həm də dolayı yolla məşğul olmalıdır.

İEOÖ-lərdə NİOKR xərcləri orta hesabla üDM-un 0,5%-i həcmdədir. 9yd edək ki, bu göstərici İEÖ-lərdə 2,5%-dir. Halbuki, İEOÖ-lərdə NİOKR xərclərinin böyük hissəsi dövlətin payına düşür. əksər İEOÖ-lərdə tədqiqat hiyələrinin həyata keçirilməsi üçün ayrılan dövlət vəsaitlərindən qeyri-üəyyən sistemlə istifadə olunması və büdcədə tərəddüdlərin olması ilə aqədar bir çox hallarda bu lahiyələrin həyata keçirilməsi mümkün olmur.

Son dövrlər onlardan bir neçəsi elmi-tədqiqatların aparılması üzrə ıkmilləşdirilmiş sistemlərdən istifadə etməklə öz elmi-texniki potensiallarını 3yli artırmışlar.

Bütün bunlar onu göstərir ki, NİOKR-un gücləndiriiməsi İEOÖ-lərin itisadi inkişafının sürətlənməsinə və İEÖ-lərdən «patent - lisenziya» sılılığının zəifləməsinə xidmət etməlidir.

- İEÖ-lər və İEOÖ-lər arasında lisenziya müqavilələrinin bağlanması üzrə

parılan danışıqlar zamanı birincilərin diktəedici rolunun azaldılması.

ieynəlxalq lisenziya ticarəti təcrübəsi göstərir ki, hətta İEOÖ-lər lisenziya

•atıcısı kimi çıxış etdikləri hallarda İEÖ-lərlə lisenziya müqaviləsinin

jağlanması üzrə aparılan danışıqlarda İEÖ-lər həlledici şərtlərin müəyyən

idilməsində diqtəedici rola malikdirlər. Bu hər şeydən əvvəl onların yüksək

qtisadi inkişaf səviyyələri əsasən lisenziar qismində çıxış etmələri və İEOÖ-

ərdəki patentlərin əksəriyyətinin onlara məxsus olması ilə əlaqədardır. Bu

şərtlər İEOÖ-lərin bir çox hallarda olduqca baha qiytətə artıq mənəvi

köhnəlmiş elmi-texniki nailiyyətlər almalarını və çox perspektivli ixtira və

yenilikləri ucuz qiymətə satmalarını şərtləndirir. İEOÖ-lər lisenziya alarkən

İEÖ-lər tərəfindən lisenziya müqavilələrinə xammal, material və sairənin

alınması tələbinin daxil edilməsi, lisenziya əsasında istehsal ediləcək və

satılıcaq məhsula kəmiyyət və ərazi mədudiyyətlərinin qoyulması onu göstərir

ki, lisenziya müqavilələrinin bağlanması üzrə danışıqlarda İEÖ-lərin diqtəedici

rolunun azaldılması İEOÖ-lərin beynəlxalq lisenziya mübadiləsindən daha

sənriərəli istifadə etmələrinin təmin edilməsinin ən mühüm yollanndan biridir,

Beləliklə, bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, beynəlxalq lisenziya ticarətinin təkmilləşdirilməsi bütövlükdə dünya lisenziya

mübadiləsinin inkişaf etdirilməsinin ən mühüm yollarından biridir və onu həyata keçirilməsi üçün yuxarıda sadalanan istiqamətlər üzrə əhəmiyyətli işlər

§3.Azərbaycanda patent - lisenziya sisteminin müasir vəziyyəti və lisenziya

ticarətinin inkişaf etdirilməsi məsələiəri.

XX əsrin sonunda sosiializm sisteminin dağılması ilə əlaqədar bu vaxta qədər dünya ölkələrindən təcrid olunmuş keçmiş sosialist ölkələri dünya iqtisadiyyatına qovuşmaqla beynəlxalq iqtisadi münasibətlərin bərabərhüquqlu subyektlərinə çevrildilər. Həmin ölkələrin gücü iqtisadi potensiala malik olmaları beynəlxalq iqtisadi münasibətlərdə əhəmiyyətli kəmiyyət və keyfiyyət dəyişikliklərinin baş verməsini şərtləndirmişdir. Aydın məsələdir ki, analoci proseslər müvafiq olaraq beynəlxalq lisenziya ticarətində də baş vermişdir. Belə ki, bu ölkələrin lisenziya ticarəti sırf sosializm prinsiplərinə (planlaşdırma, mərkəzləşdirmə, dövlət inhisarı və s .) əsaslanmışdır. Onların daxili və xarici lisenziya ticarəti mərkəzləşdirilmiş səviyyədə bilavasitə dövlət orqanları tərəfindən həyata keçirilirdi. Xarici lisenziya ticarəti bir qayda olaraq digər sosialist ölkələri ilə həyata keçirilirdi.

Sadaladığımız bu cəhətlərin hamısı keç. SSRİ-yə və 70 il onun tərkibində olmuş Azərbaycana da aid edilir. Bu dövr ərzində Azərbaycanın lisenziya ticarəti vahid sovet dövlətinin lisenziya ticarətinin tərkib hissəsi olmuşdur. Azərbaycanın SSRİ-yə daxil olan digər respublikalarla lisenziya mübadiləsi planlaşdırma əsasıda mərkəzləşdirilmiş qaydada həyata keçirilirdi.

Keç. SSRİ-nin xarici lisenziya ticarəti həmişə inhisarında olmuşdur. Belə ki, respublikaların müəssisə və birlikləri xarici ölkələrin firmaları ilə elmi-texniki naliyyətlər üzrə lisenziya mübadiləsini bir qayda olaraq xüsusiləşdirilmiş xarici ticarət birliklərinin vasitəçiliyi ilə həyata keçirirdilər. Bunlardan ən mühümləri SSRİ Xarici Ticarət Nazirliyinin «Lisenziontorq» idarəsi və SSRİ Elm və Texnika Dövlət Komitəsinin «Xarici texniki» idarəsi idilər. Bu iki idarə ölkə üçün lazım olan xarici elmi-texniki nailiyyətlərin müəyyən edilməsi və lisenziya əsasında alınmasını, eləcə də xarici ölkələrə satıla biləcək elmi-texniki naliyyətlərin toplanması və liseziya əsasıda satılmasını həyata keçirirdilər.

80-ci illərin sonundan etibarən SSRİ Xarici İqtisadi əlaqələr Nazirliyində xarici iqtisadi əlaqələrin iştirakcısı qismindi qeydiyyatdan keçmiş bütün təşkilatlara və müəssisələrə ixtira və nou-hau lisenziyalan ilə xarici ticarət əməliyyatlan aparmaq üçün icazə verildi.

1 iyul 1991-ci ild qüvvəyə minən patent haqqında yeni qanunun müddəti respublikalar arasında nou-hau deyin, eləcə də ixtira üzrə lisenziya ticarətinin inkişaf etdirilsəmi yolunda mühüm addım oldu. 1Belə ki, bu qanuni ixtira, sənaye nümunəsi və əmtəə nişanları üzrə lisenziya münasibətlərində və sənaye mürkiyyətinin qorunması qaydalarında əsaslı dəyişikliklərin edilməsini nəzərdə tuturdu.

Əvvəllər SSRİ-də qüvvədə olan qanunlara əsasən ixtiralann 2 cür mürafiə növü var idi: müəllif, hüquq və patent. Müəllif hüquqi müvafıq dövət orqanı tərəfındən ixtiraya müəlliflik şəhadətnaməsinin verilməsini nəzərdə tuturdu. İxtiyari müəlliflik şəhadətnaməsi aldığı halda istənilən yerli dövlət, ictimai və kooperativ təşkilati və ya müəssısəsi müəllifə (və ya müəlliflərə) mükafat verməklə ondan ölkə daxilində əvəzsiz istifadə edə bilərdi. Bu mükafat ixtira üçün ödəniş olmayıb, stimullaşdırıcı xarakter daşıyır. Ödənilən mükafatın miqdannın heç bir hesablama metalogiyası yox idi və bilavasitə administrasiyadan asılı olurdu.

Patent müdafiəsi isə İEÖ-lərdəki patent müdafiə sistemindən demək olar ki, fərqlənirdi. Belə ki, əgər ixtiraya patent verilirdisə, patent sahibi ixtiradan sənaye və kommersiya istifadəsi üzrə müstəsna hüquq əldə etmiş olurdu və onun icazəsi olmadan heç kim ixtiradan istifadə edə bilməzdi.

İxtira sahibi olan əksər təşkilatlar, müəssisələr, fərdi şəxslər «kapitalist» patenti (o dövrdə sosializm prinsiplərinə uyğyn gəlmədiyi üçün patenti belə adlandırırdılar - Ş. B), ya ala bilmirdilər, ya da almaq istəmirdilər və buna görə də əsasən müəllif şəhadətnaməsi almaq üçün ərizə verirdilər. Patentləri isə faktiki olaraq xarici vətəndaşlar və fırmalar alırdılar.

1991-ci ildə «patent haqqında», «sənaye nümunələri haqqında» yə «əmtəə nişanları, xidmət nişanları və məhsulun coğrafi ünvanının adlandırılması haqqında» yeni qanunların qəbul edilməsi sənaye mülkiyyətinin qorunmasının vahid mexanizminin yaranmasını təmin etdi. Artıq bundan sonra ixtiraların müstəsna hüquq verən patentlərlə qorunması nəzərdə tutulurdu.

ümumiyyətlə, bu dövrdə elmi-texniki nailiyyətlərin yaradılması, hüququn müdafiəsi, lisenziya əsasında örtülməsi sahəsində, başqa sözlə patent -lisenziya münasibətlərinin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin SSRİ-nin dağılması və onım yerində müstəqil dövlətlərin yaranması bu tədbirlərin həyata keçirilməsinə imkan vermədi. Bütün respublikaoar kimi Azərbaycan da beynəlxalq lisenziya ticarətinin bərabərhüquqlu subyektinə çevrilmək imkanı əldə etmiş oldu. Lakin bunun üçün hər şeydən əvvəl Respudlikamızda çeviu fəaliyyəm mexanizminə malik təkmil patent - lisenziya sistemi yaradılmalıydı. Respublikada patent -lisenziya tənzimləyəcək qanunverici hüququ aktlann qəbul edilməsi zərurətə çevfilmişdir. Bir tərəfdən hüquqi və fiziki şəxslərin patent - lisenziya münasibətləri üzrə savadının və təcrübəsinin az oiması, digər tərəfdən isə Respublikada iqtisadiyyatın əksər sahələrində istehsal proseslərinin dayandıdrılması, eləcə də elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin əhəmiyyətli dərəcədə zəifləməsi birdən-birə yeni patent - lisenziya münasibətlərinə keçidi xeyli çətinləşdirirdi. Bu səbəbdən Respublikamızda patent - lisenziya sistemi üzrə qanunvericiliyin yaradıcılığı xeyli vaxt tələb edirdi. Buna görə də Azərbaycanda müvafiq münasibətlər hələ bir müddət keç. SSRİ dövründəki qanunvericiliklə tənzimləməli oldu.

Azərbaycandakı analoji problemlər keçmiş SSRİ-nin digər respublikalarında ad meydana gəlmişdir. Uzun müddət vahid dövlətin tərkib hissələri olduqları üçün bütün respublikalar eyni tipli problemlərlə qarşılaşmışdılar. Buna görə də, bu problemlərin birgə həlli üzrə respublikalann əməkdaşlığı daha səmərəli ola bilərdi. Təəssüf ki, Azərbaycan bu əməkdaşlığa bir qədər gec qoşuldu.

Patent - lisenziya sferasında meydana çıxan problemlərin həlü yolları 27 dekabr 1991-ci ildə Minskdə MDB-yə üzv olan respublikalar tərəfindən imzalanmış «Sənaye mülkiyyətinin qorunması haqqında sazişdə göstərilirdi. Görüşdə sənaye mülkiyyətinin qorunması haqqında hökumətlərarası Konveksiya imzalanması təklifi irəli sürülürdü. Sazişdə keçmtş SSRİ-nin «Sənaye mblkiyyətinin qorunması haqqında» qanunun lazımi əlavə və dəyişikliklər edilməklə MDB ölkələrində tətbiq edilməsi nəzərdə tutulurdu.

Respublika qarşılaşdıqları problem ixtiralannın patentləşdirilməsi ilə bağlı idi. Belə ki, respublikaların birində yaradılmış ixtiranın bütün keçmiş SSRİ-nin məkanında patentləşdirilməsi bçbn 15 ölkəyə 15 dildə patent ərizəsi verilməli, patentin alınması vc qüvvədə salanılması üçün 15 yerə rüsum ödənilməli idi. Bu probiei həll etmək üçün 12 mart 1993-cü il tarixdə 10 respublikanın (o cümlədən Azərbaycanın) patent orqanlarının rəhbərləri «Sənaye mülkiyyətiriin qorunması tədbirləri üzrə Hökumətlərarası Şuranın yaradılması haqqında» müqavtlə imzaladılar. Müvafiq olaraq Hökumətlərarası patent orqanı yaradılır ki, onun da tərkibinə Avrasiya Patent orqanı və İdarəedici Şura daxil idi.

Huquqi və fiziki şəxslər birbaşa Avrasiya Patent orqanlarına ərizə verməklə Avrasiya Patent Konvensiyasının iştirakçısı olan bütün ölkələrdə fəaliyyət göstərən vahid patent almaq imkanına maükdirlər.

ümiiyyətlə, MDB- yə üzv olan respublikaların razılığına əsasən keç. SSRİ tərəfindən verilmiş müstəsna hüquqi potentlər heç bir dəyişiklik edilmədən bu

ölkələrdə fəaliyyət göstərməkdə davam edir. Respublikalar arasında çoxtərəfli müqavilələrlə yanaşı , bir sıra ikitərəfli müqavilələr də imzalanmışdır. Belə ki, Azərbaycan müxtəlif vaxtlarda Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan Gürcüstan respublikaian ilə qarşılıqlı patentlərin verilməsi və tanınması üzrə ikitərəfli müqavilələri imzalamışdır.

.Bunlarla yanaşı Respublikanın sənaye mülkiyyətinin eləcə də intellektual mülkiyyətin qorunması üzrə bir sıra beynəlxalq müqavilələrə və təşkilatlara qoşulmuşdur. Belə ki, 25 dekabr 1995-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Paris konvensiyası, 1970-ci ildə Vaşinqtonda imzalanmış Patent Kooperasiyası müqaviləsi, 19-cu il Madrid sazişi eynivaxtda ramifaksiya edildilər. Elə həmin tarixdə Milli Məclis Azərbaycan Respublikasının ümumdünya İntellektual Mülkiyyət Təşkilatına (VOlS) üzv olması haqqında qərar qəbul etdL 1999-cu II iyun ayından etibarən isə Azərbaycan Bern İttifaqının üzvüdür.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə