Xx əsrin ikinci yarısında dünya iqtisadiyyatında gedən obyektiv iqtisadi proseslərin nəticəsi olaraq beynəlxalq iqtisadi münasibətlərin məzmununda və strukturunda əhəmiyyətli dəyişikliklər baş vermişdir



Yüklə 0,73 Mb.
səhifə7/7
tarix01.09.2018
ölçüsü0,73 Mb.
#66335
1   2   3   4   5   6   7

Bütün bunlar Azərbaycanın milli patent - lisenziya sisteminin və bu sistemin fəaliyyətini tənzimləyəcək patent- lisenziya qanunvericiliyinin yaradılması üçün əlverişli imkanlaryaratdı.

.Nəticədə 10 iyun 1997-ci il tarixdə «Patent haqqında» Azərbaycan Respublikasının Qanununu qəbul edildi. Bu qanun Azərbaycan Respublikası ərazisində ixtiraların, faydalı modellərin və sənaye nümunələrinin yaradılması, hüquqi mühafizə və istifadəsi ilə yaranan əmlak münasibətlərini və onlaral bağlı şəxsi qeyri-əmlak münasibətlərini tənziməyir.1

Qanuna əsasən sənaye mülkiyyəti obyektlərinə hüquqlar dövlət tərəfindən qorunur və təsdiq edilir. Qanuna əsasən aşağıdakılır ixtira sayılır: qurğu, üsul, maddə, mikroorqanizm ştammı və s. Aşağıdakılar isə ixtira sayılmır: elmi nəzəriyyələr, riyazi metodlar, informasiyanın təqdimi üsulları, kompyuter alqoritmləri və proqramları və s.

Azərbaycanda patent qüvvədə olma müddəti aşağıdakı kimidir: 20 il, fadalı model üçün 10 il, sənaye nümunələri üçün - 10 il.

jstənilən hüquqi və ya fiziki şəxs sənayn mülkiyyəti obyektindən yalnız patent sahibinin razılığı ilə, lisenziya müqaviləsi əsasında istifadə edə bilər.

Azərbaycanda bağlanılan lisenziya müqavilələri müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmalıdır. Qanuna əsasən, patent sahibi patentin verildiyi tarixdən etibarən 3 il müddətində sənaye mülkiyyəti obyektindən üzürsüz səbəbdən istifadə etmədikdə və bu müddət qurtardıqdan sonra lisenziya veməkdən imtina etdikdə, istənilən hüquqi və ya fiziki şəxs sənaye mülkiyyəti obyektindən istifadə üçün məcburi lisenziya verilməsi barədə məhkəməyə iddia ilə müraciət edə bilər,

Patent almaq istəyən hər bir hüquqi və ya fiziki şəx müvafiq icra hakimiyyətı orqanına iddia sənədi ilə müraciəi etməlidir. Azərbacanda bu funksiyanı Elm və Texnika Dövlət Komitəsi yerinə yetirir, Komitə iddia sənədinin daxil olduğu tarixdən etibarən 1 ay ərzində onun ekspertizasını həyata keçirməlidir. Komitə ixtira və faydalı model barəsində iddia sənədinin aldığı tarixdən ən geci 12 ay keçənədək sənaye nümunəsi barəsində iddia sənədinin aldığı tarixdən ən geci 6 ay keçənədək iddia sənədlərinə dair məlumatı özünün rəsmi bülletenində dərc edir. əgər patent verilməsində imtina qərarı qəbul edilirsə bülletendə iddia sənədinə dair məlumat dərc olunmur. Dərc olunandan 6 ay sonra 2 ay ərzində sənaye mülkiyyətinin obyektiini qeydiyyatı patentin verilməsi və dərc olunması üçün rüsumun ödənilməsi şərti ilə, müvafiq Dövlət reestrində sənaye mülkiyyətini qeydə alır və iddiaçı şəxsə patent verir.

«Patent haqqında» qanuna əsasən xarici hüquqi və fiziki şəxslər bu qanunla nəzərdə tutulmuş hüquqlardan Azərbacan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələr və ya qarşılıqlı yardım prinsipinə əsasən Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər istifadə edə bilər.

«Patent haqqında» qanunun qəbul olunması digər müvafiq qanunların da qəbul olunmasını zəruri etdi. Nəticədə 19 avqust 1998-ci il tarixdə Milli Məclis «əmtəə nişanları və coğrafi göstəriciləri haqqında» Qanununu qəbul etdi. Bu Qanun Azərbaycan Respublikasında əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydə alınması və istifadə ilə bağlı münasibətləəri tənzimləyir. Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanı Elm və Texnika Dövlət Komitəsi tərəfindən qeydə alınan əmtəə nişanlarının hüquqi mühafizasi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatlarına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlər və müqavilələrə uyğun olaraq həyata keçirilir. İddia ərizəsi müvafiq orqanda ekspertizadan keçirilməli, 1 il ərzində qeydə alınmalı və qeyd alınmış əmtəə nişanına dair Azərbaycan Respublikası ərazisində qüvvədə oian qeydiyyat şəhadətnaməsi verilməlidir. Azərbaycan Respublikasında əmtəə nişanlarının fəaliyyət müddəti 10 ildir. Bu müddət nişan sahibinin ərizəsinə əsasən dövlət rüsumu ödənilməklə hər dəfə 10 il uzadıla bilər.

.Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin müəyyənləşdirilmiş qaydada əmtəə nişanını xarici dövlətlərdə qeydə aldırmaq və ya onun beynəlxalq qeydiyyatını həyata keçirmək hüququ vardır. Əmtəə nişanının beynəlxalq qeydiyyatına diar iddia sənədi müvafıq icra hakimiyyəti tərəfindən verilir.

əmtəə nişanmın sahibi əmtəə nişanından istifadə hüququnun lisenziya müqaviləsi əsasında başqa şəxsə verə bilər və bu müqavilə dövlət rüsumu ödənilmək şərti ilə müvafiq icra hakimiyyəti orqanında (Elm və Texnika Dövlət Komitəsi - ŞB) qeydə alınmalıdır.

Azərbaycan Respublikasında qeydə alınmış əmtəə nişanı qeydə alındığı tarixdən 5 il ərzində istifadə olunmadıqda və qanunda müəyyən olunmuş digə hallarda nişanın fəaliyyətinə xitam verilə bilər. Qanuna əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətləraraası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, xarici hüquqi və fiziki şəxxlər əmtəə nişanlanna dair Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə bərabər hüquqa malikdirlər.

Hələ yeni patent - lisenziya qanunvericiliyi yaradılmasından əvvəl Azərbaycanda ke. SSRİ dövründə möcud olmuş patent orqanının bazası əsasında tamamilə yeni mexanizmə malik patent orqanı yaradıldı. Artıq qeyd etdiyimiz kimi bu orqan Azərbaycan Respublikası Elm və Texnika Dövlət Komitəsidir. Komitənin tərkibində ayrıca olaraq patent - lisenzıya şöbəsi vardır. Bu şöbə bilavasitə ixtiralara, sənaye nümunələrinə paientlərin verilməsini və əmtəə nişanlannın qediyyatını həyata keçirir.

Son dövrlər komitədə patentlərin verilməsi, əmtəə nişanlarının və lisenziya müqavilələrinin qeydiyyatı sahəsində xeyli iş görülmüşdür. Komitənin fəaliyyətinin anaiizi Azərbaycanda paient - lisenziya vəziyyəti haqqında fikir söyləməyə imkan verir.

Məlum olur ki, son dövrlərdə müxtəlif tipli ixtiralar üçün patent verilmişdir. Bunların içərisində neft, neft - kimya, fizika, səhiyyə və s. sahələrə aid olan ixtiralar üstünlük təşkil edir. Onlardan aşağıdakılan göstərmək olar: neft mənşəli sürtkü yağlan üçün özülü aşqarın alınması üsulu; neftin buxärlanımadan qorunması üçün hermetikləşdirici tərkib; neft yataqlarının işlənməsi üsulu; külək mühərriki; fotoelektron cihazı; damarlann kəskin trombozunun müalicə üsulu; müalicəvi-dietik turş süd məhsulunun alınması üsulu və s.

Bundan əlavə, Elm və Texnika Dövlət Komitəsi son dövrlərdə əmtəə və xidmət nişanlarının qeydiyyatı sahəsində də fəaüyyətini genişləndirilmişdir. Qeyd edək ki, qeydiyyata alınmış əmtəə və xidmət nişanlarının böyük əksəriyyəti xaricı firmalara məxsusdur.

Təəssüf ki, respublikamızda ixtira, əmtəə və xidmət nişanlarından istifadə hüququnun ötürülsəsi, başqa sözlə, lisenziya mübadiləsi çox zəif inkişaf edib.

Belə ki, 1999-cu ildə Komitədə cəmi 42 lisenziya müqaviləsi qeydiyyata alınıb. bunların da əsas hissəsi xarici firmalar əsasında imzalanmışdır. Rezidentlər arasında bağlanmış lisenziya müqavilələrinin təhlili göstərir ki, bir qayda olaraq lisenziar qismində fərdi şəxslər və elmi-tədqiqat institutlan, lisenziat qismində isə əsasən neft sənayesinə xidmət edən müəssisələr çıxış edirlər.

Bir sözlə Azərbaycanda yaradılan ixtiralar əksər hallarda mövcud sistemin tələblərinə cavab vermir. Onu da qeyd edək ki, yaradılan ixtiralardan da lazımi səviyyədə istifadə olunmur. Təhlil göstərir ki, Respublikamızda yaradılan ixtiralann cəmi 10%-i təsərüffat prosesində tətbiq edilir. Özü də bu ixtiralar təsərüffat prosesində olduqca gec tətbiq edilir. Təcrübə göstərir ki, respublikamızda yaradılan hər bir ixtira əsasən 5-7 i! ərzində tətbiq edilir.

Vacib problemlərdən biri də yaradılan ixtiraların (əmtəə nişanlarının) xarici ölkələrdə patentləşdirilməsi (qeydiyyatdan keçirilməsi) hesab olunur. Çünki bu zaman ən mühüm şərtlərdən biri əksər xarici ölkələrdə ixtiralar üçün irəli sürülən patent qabiliyyəti şərtlərinin ödənilməsidir. əsas məsələlərdən biri də lisenziya idxalının genişləndirilməsidir. Sözsüz ki, iqtisadiyyatın bütün sahələrinin yenidən qurulmasını həyata keçirmək yolu tutmuş Respublikamız bu işdə aparıcı ölkələrin qabaqcıl texnika və texnologiyasından istifadə etmək niyyətindədir.

Belə nəticəyə gəlirik ki, Azərbaycanın daxili və xarici lisenziya ticarətinin inkişaf etdirilməsi və Respublikada patent - lisenziya sisteminin təkmilləşdirilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:

ixtiraların və digər elmi-texniki nəiliyyətlərin yaradılmasırfın stimullaşdınlması;

- sənaye mülkiyyəti obyektlərinin hüquqi müafizəsinin gücləndirilməsi;



  • yaradılan ixtiraların təsərüffat prseslərində tətbiqinin sürətləndirilməsi
    və genişlənlirilməsi;

  • respublikada patent fondunun yaradılması;

  • xarici ölkələrdə patentləşdirmənin və əmtəə nişanlarının qeydiyyatının
    genişləndirilməsi;

- respublikada tətbiqi mümkün olmayan ixtiralar üzrə lisenziya ixracının sürələndirilməsi;

- ən zəruri sahələr üzrə lisenziya idxalının gücləndirilməsi;



  • patent tədqiqatlannın genişləndirilməsi;

  • lisenziya mübadiləsinin çevik mexanizminin yaradılması və s.

ümid edirəm ki, sadaladığımız tədbirlərin həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə respublıkamızda daxili və xarici lisenziya ticarətinin inkişaf etdirilməsinə nail ola biləcəyik və bu respublikamızın iqtisadi inkişafının sürətlənməsini şərtləndirən ən mühüm amillərdən biri olacaqdır.

Nəticə və təkliflər.

Beləliklə, beynəlxalq iqtisadi münasibətlərin ən mühüm formalarından birinə çevriimiş beynəlxalq lisenziyi ticarətinin mahiyyəti, onun təşkili xüsusiyyətləri, müasir vəziyyəti və təkmilləşdirilməsi məsələləri ilə yaxından tanış olduq.

Belə nəticəyə gəlirik ki, 20-ci əsrin ortalarından etibarən geniş surətdə yayılmağa başlayan beynəlxalq lisenziya ticarəti hazırda olduqca yüksək templə inkişaf etməkdədir. Hesab edirik ki, bu dünya iqtisadiyyatında gedən obyektiv iqtisadi proseslə əlaqədardır.

Aydın olur ki, beynəlxalq lisenziya ticarəti yeni elmi-texniki nailiyyətlərinin və qabaqcıl texnologiyalannın bir ölkədən başqa ölkəyə lisenziya şərtləri əsasında ötürülməsini nəzərdə tutur. Daha dəqiq desək, lisenziya mübadiləsi bir tərəfin (lisenziarın) mlik olduğu ixtira, əmtəə nişanı, nou-hau, sənaye nümunəsi və onlardan istifadə hüququnu müəyyən mükafat müqabilində və konkret şərtlər daxilində başqa şəxsin (lisenziatın) istifadəsinə verməsidir.

Hesab edirəm ki,beynəlxalq iisenziya ticarəti qabaqcıl xarici texnika və texnologiya əldə etməyin ən səmərəli vasitəsidir. Lisenziya ticarəti təcürübəsi göstərir ki, bir qayda olaraq lisenziya ödənişlərinin həcmi lisenziyanın əsasında elmi-texniki nailiyəttlərinin yaradılması üçün çəkilmiş xərclərin 15-30% həcmində olur. İlk baxışda bu qədər inandırıcı görünmür. Lakin sonradan məlum olur ki, texika və texnologiyi lisenziya əsasında satılan qədər artıq öz dəyərini bir neçə dəfə ödəmiş olur. Onun sahibi lisenziya satmaqla sadəcə olaraq əlavə gəlir götürmüş olur.

İşdə belə məlum olur ki, beynəlxalq lisenziya ticarətinin aparıcı mərkəzləri ilə dünya iqtisadiyyatının aparıcı mərkəzləri üst-üstə düşür. Həm lisenziya ixracının, həm də lisenziya idxalının böyük hissəsinin bilavasitə İEÖ-lərin payına düşməsi beynəlxalq lisenziya ticarətinin əsasəe onların öz aralarında aparılmasındant xəbər verir. Bu isə beynəlxalq lisenziya bazarında kəskin rəqabət şəraitinin yaranmasının zəruri etmişdir.

Belə məlum olur ki, beynəlxalq lisenziya ticarətinin inkişafına mane olan bir çox problemlər mövcuddur. Bunlara misal olaraq bir çox ölkələrin lisenziya idxalına və lisenziya ödənişlərinə əhəmiyyətli məhdudiyyətlər qoyulmasını, sənaye mülkiyyəti obyektlərinin beynəlxalq hüquqi mühafizəsinin lazımi səviyyədə təmin edilməsinin dünya ölkələrinin patent - lisenziya qanunvericiliyinə ziddiyətlərin hələ də qalmasını və s. göstərə bilərik.

Bütün fikirləri ümumiləşdirərək belə nəticəyə gəlirik ki, düzgün daxili və xarici lisenziya siyasəti həyata keçirən hər bir ölkə qısa bir vaxt ərzində öz iqtisadi inkişaf səviyyəsini xeyli qaldıra bilər. Hesab edirəm ki, iqtisadiyyatın əksər sahələri tənəzzülə uğramış, istehsalın səviyyəsi çox az olan, birtərəfli olaraq neft hbasilatı və emalı üzrə ixtisaslaşmış Respublikamızda sürətli iqtisadi inkişafa (iqtisadiyyatın möcud sahələrinin dirçəldilməsi və yeni sahələrin yaradılması vasitəsilə nail olmağın ən sadə və səmərəli yollarından biri fəal surətdə beynəlxalq lisenziya ticarətinə qoşulmaqdır. Təəssüf ki, bu gün Azərbaycanın xarici lisenziya ticarəti sıfır səviyyəsindədir.

•Bütün bu deyilənlərdən irəli gələrək həm beynəlxalq lisenziya ticarətinin, həm də Azərbaycanın daxili və xarici lisenziya ticarətinin inkişaf etdirilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsini təklif edirəm:



  • benəlxalq lisenziya ticarətini tənzimləyəcək vahid konvensiyasının və
    bunun ardınca vahid beynəlxaiq təşkilatın yaradılması;

  • vahid lisenziya ticarəti müqaviləsi firmasının işlənib hazırlanması və
    tədricən dünya ölkələrinin patent - lisenziya qanunvericiiiklərinin unifikasiya
    edilməsi;

  • Republikamızda dünya standartlarına cavab verə biləcək və yüksək
    rəqabət qabiliyyətli məhsul istehsalına imkan verən ixtiraların yaradılmasına
    dövlət tərəfindən tənzimlənməsi;

- paient - lisenziya qanunvericiliyinin tam şəkildə işlənməsi və çevik fəaliyyətin mexanizminin təmin olunması;

  • xarici və hüquqi və fiziki şəxslərlə lisenziya alqı - satqı prosesndə yerli
    hüquqi və fiziki şəxslərin tam sərbəstliyinin təmin edilməsi;

  • düzgün daxili və xarici patent - lisenziya siyasətinin həyata keçirilməsi
    və s.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə