Yadelli işğalçılara qarşı mübarizəsi t a r I x I n d ə N



Yüklə 431,94 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix18.06.2018
ölçüsü431,94 Kb.
#49712
1   ...   8   9   10   11   12   13   14   15   16

q ü v v əb r  m ayor Lisaneviçə  deyiblər ki,  Ibrahim  xanın  Qı- 

zdbaşlarla  gizli  damşıqları var,  onlar hazırdırlar Xəzaninin 

bu sözlərini belə bir fakt da təsdiq edir ki, milliyətcə ermə- 

ni  olan  M əlik  Cəm şid  mayor Lisaneviçə  gizlicə bildirmiş- 

dir  ki,  guya  xan Fətəli  şahla  gizli  əlaqə  saxlayır və bu ba- 

xımdan  da şah Qarabağı tutmaq üçün qoşun göndərmişdir. 



(Azərbaycan tarixi.  4-ciicild.  Bakı.2000 səh.26)

Həsən İxfa Əlizadə özünün «Şuşa şəhərinin tarixi»  adlı 

əsərində  baş  vermiş  hadisəni  belə  təsvir etmişdir:  -Fitnəkar- 

larm  aravurması  nəticəsində  gecə  mayor  Lisaneviç  Şuşa- 

dan çıxıb xam n düşərgəsinə hücum etdi.  Xan çadırdan ma- 

yoru  gördü.  «Gecənin  bu  vaxtında  nə  hadisə  baş  vermiş- 

dir»  -deyə  sual verdi,  lalcin nahaq  qan tökməyə  adət  etmiş 

Lisaneviç  atəş  açmaq  üçün  əmr  etdi.  Həmin  gecə  çadırda 

olanlardan  17  nəfər  öldürüldü.  Ölənlər  içərisində  İbrahim 

xan,  arvadı  Tuba  xanım,  qızı  Səltənətbəyim,  12  yaşlı  bir 

oğlu,  həm çinin  Kəbirli  Abbasqulu  ağa və  başqaları  da var 

idi.


Törədilən  qətl  o  dərəcədə  böyük  amansızlıqla  həyata 

keçirilmişdir  ki,  o  nəinki  Qarabağda,  hətta  qonşu  ərazilər- 

də belə  əhalinin dərin hiddətinə səbəb olmuşdur.  Çox təəs- 

sü f ki,  İbrahim xanın sağ qalan oğlu Mehdiqulu xan və nə- 

vəsi  Çəfərqulu  ağa  yaranmış  vəziyyətdən  rus  qoşunlarını 

Qarabağdan  qovub  çıxarmaq  üçün  heç  bir  iş  görmədilər. 

Onlar bunun  tam  əksinə  hərəkət  edərək,  guya  heç  bir  şey 

olmamış  kimi,  rus  ordusu  iiçün  taxd  və  ərzaq  toplamağa 

başladdar.

62

İbrahim xan və onun ailə üzvlərinin vəhşicəsinə qətlə 



yetirilməsi  barədə  tarixşünaslıqda  m üxtəlif  mülahizələr 

mövcuddur.  Çoxları  bu  hadisəni  yalnız  Lisaneviçin  düşü- 

nülməmiş, cinayətkar hərəkətinin nəticəsi sayırlar.

Bəzi  tarixçilərin  mülahizələrinə  görə  gen.  Sisianov 

İbrahim  xana  qarşı  yalnız  sözdə  səmimi  olmuşdur  ki,  bu 

ailədə  onun  gizli  göstərişi  ilə xanm və  ailəsinin müqədda- 

ratmı həll  etmişdir. Bunun bir sıra səbəbləri vardı:

-  


Ə w əla,  İbrahimxəlil  xan  Rusiya təbəəliyini  dərhal 

qəbul  etməyə  razı  olmamışdır.  İkinci  o,  qeyri-xristian  idi. 

Bundan  əlavə  xanın  qacarlar  tərəfınə  keçməsi  istisna  de- 

yildi  və  bu  təhlükə  gözlənilə  bilərdi.  Rusiyanm  casusları 

olan  erməni  millətçilərinin  generala verdiyi  məlumata  gö- 

rə xan gizli  surətdə Fətəli şahdan məktublar alır və bir-biri 

ilə  əlaqə  yaradır.  Sisianov  hələ  1805-ci  il  tarixli  mək- 

tublarından  birisində  xanı  “sədaqətsizlikdə”  təqsirlən- 

dirmişdir.  General,  Xarici  İşlər Naziri  A.  Çoortorskiyə  23 

iyul  1805-ci  il  tarixli  məktubunda isə  İbrahim xamn  səda- 

qətinə  şübhə  etdiyiini,  xanm  Qarabağlıları  ruslara  qarşı 

qaldıran iranpərəst xainlərlə əhatə olunduğunu yazırdı.

Beləliklə  İbrahim  xanm  və  onun  ailə  üzvlərinin  qət- 

lində  günahkar olan  Lisaneviç və  Corayev cəzalandırdma- 

ddar.  Onların  yalnız  yerləri  dəyişdirildi.  General  Sisiano- 

vu  Qafqazdakı  rus  qoşunlarmm  baş  komandanı  vəzifəsin- 

də  əvəz  etmiş  gen.  Qudoviç hərbi-quru  qoşunları  nazirinə 

21  avqust  1806-cı  il  tarixli  məktubunda yazırdı: -  İndi  ay- 

dınlaşır  ki,  Lisaneviç  və  Corayev  heç  bir  səbəb  olmadan

63



fitnəkarlarm  sözü  ilə  yanmda  silahlı  adamlar  olmayan,  35 

qadm  və  kişi  xidmətçi,  larvadı,  3  azyaşlı  uşağı  olan 

İbrahimxəlil  xanı  qətlə  yetirmişlər.  Xanın  öldürülməsin- 

clən  və  bununla  əlaqədər  Qarabağ  xalqmın  narazılığmdan 

qorxuya  düşən  rus  komandanlığı  əlavə  təhlükəsizlik  təd- 

birləri görməyə başladılar.

A z  sonra,  yəni  1806-cı  ilin  sentyabrında  Qafqazdakı 

rus  qoşunlarının  baş  Komandanı  təyin  edilmiş,  general  -  

feldmarşal  İ.V.Qudoviç  İbrahimxəlil  xanın  oğlu  Meh- 

diqulu xanı Qarabağ xanı təyin etdi.

Qudoviç  Tiflisə  varid  olandan  sonra  M ehdiqulu  xan 

öz  əyanları  və  bir  sıra  bəylərlə  gəlib  təzim  edərək  Rusiya 

İmperiyasma sədaqət andı içdi.

Lakin,  onun  xanlığı  dövründə  əhalinin  vəziyyətinin 

pisləşməsi  ruslara  qarşı  mübarizənin  getdikcə  güclənməsi- 

nə  səbəb  olurdu.  Belə  ki,  müharibə  dövrü  Qarabağdan 

əhalinin  İrana  köçürülməsi  və  qaçması  kütləvi  xarakter 

almışdı.


Hesablamalara  görə,  Qarabağ  xanlığı  1805-ci  ildə 

Rusiyanm  hakimiyyəti  altına  keçdiyi  vaxt  burada  10  min 

ailə yaşayırdısa,  1812-ci  il məlumatına görə bunlardan 977 

ailə  İrana köçürülmüşdii.  2628  ailə  isə  öz yaşayış  yerlərin- 

dən  qaçaraq  başqa  yerlərə  getmiş  və  ya  dağlarda  gizlən- 

mişdilər.  Demək  olar ki,  bölgədə  cəmi  3  mindən  artıq ailə 

qalmışdır.

1813-cü  ildə  Azərbaycan  xalqı  üçün  böyük  bəlalar 

törətmiş  Rus-İran  müharibəsi  Rusiyanm  qələbəsi  ilə  başa

64

çatdı.  Həmin  il  Qarabağın  Gülüstan  kəndində  bağlanan 



müqaviləyə  görə  Qacar  sarayı  özünün  Şimali  Azərbaycan 

torpaqlarına,  o  cümlədən  Qarabağ  xanlığına  olan  iddiala- 

rından  imtina  elədi.  Bununla  da  Azərbaycanın  törpaqla- 

nnın  Rusiya  və  İran  arasında  bölüşdürülməsinin  birinci 

mərhələsi başa çatdı.

Gülüstan  müqaviləsi  imzalandıqdan  sonra  cənubi 

Qafqazda  öz  mövqelərini  xeyli  möhkəmləndirən  Rusiya 

tədricən  öz  daxili  müstəqilliyini  saxlamış  Azərbaycan 

xanlıqlarım  ləğv  etmək  siyasəti  yeritməyə  başladı.  1818- 

1820-ci  illərdə  Şəki  və  Şamaxı  xanlıqları  ləğv  edildi. 

1817-ci  ildə  Qafqazda rus  qoşunlarımn baş  komandanı  tə- 

yin  edilən  gen.  Yermalovun  təbiri  ilə  Qarabağa  gələn, 

mənşəcə  erməni  olan  Mədətov  faktiki  olaraq  Qarabağda 

idarəçiliyi  öz  əlinə  aldı.  Mehdiqulu xam  getdikcə m üxtəlif 

üsullarla  sıxışdırıb  hakimiyyətdən  uzaqlaşdırmaq  üçün 

tədbirlər  görülürdü.  Vəziyyətin  getdikcə  ağırlaşdığım  gö- 

rən Mehdiqulu xan Mədətovun  əmisi Petrosu yanma çağı- 

rıb  bildirmişdi  ki,  “bütün  əmlakımı  verməyə  hazıram,  yal- 

nız  ömrünün  sonunu vətəndə  keçirməyə  imkan  versinlər”. 

Pctros  isə  M ehdiqulu  xana  bildirdmişdir  ki,  o,  artıq  xan- 

lıqdan  məhrum  edilmişdir,  burada  qalsa  həbs  olunacaqdı. 

Onu  da  demək  lazımdır  ki,  artıq  xanın  əmlakı  siyahıya 

almmış və  onun yaxın  adamlanndan bir çoxu da həbs  edil- 

mişdir.  M ehdiqulu  xanı  İrana qaçmağa m əcbur  edildikdən 

sonra  gen.  A.  Yermolov  bəyannamə  yaydı,  xanın  qaçma- 

sım  «xəyanət»  kimi  qiymətləndirdi,  xanlıq  üsul-idarəsi-

65



Yüklə 431,94 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə