Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   28   29   30   31   32   33   34   35   ...   107

16
keçdilər. Götür-qoy etdikdən sonra 1406-cı ilin iyulunda Şirvan qoşunları
Təbrizi tərk etdilər, beləliklə Azərbaycanı birləşdirmək uğrunda I İbrahimin
etdiyi ilk cəhd uğursuz oldu.
İkinci belə cəhd 1410-cu ildə edildi. Belə ki, həmin ilin 1-ci yarısında
Azərbaycanın cənub ərazilərində rəsmi hökmdar olan Cəlairi Sultan Əhməd,
Qara Yusifin Qara Osmanla döyüşə getməsindən yararlanıb Təbrizə qoşun
yeritdi və Şirvanşah I İbrahimdən kömək istədi. Lavkin Kəyumərsin başçılığı ilə
köməyə gedən Şirvan qoşunu gəlib çatmamış 1430-cu il 30 avqustda Şənbi
Qazan yaxınlığında sultan Əhmədlə Qara Yusif arasında baş vermiş döyüşdə
Cəlairilər uduzdu. Beləliklə, Şirvanşah I İbrahimin Cənubi Azərbaycan
vilayətlərini Şirvana birləşdirmək üçün etdiyi ikinci cəhdin də səmərəsi olmadı.
Həm Qara Yusif, həm də  Şirvanşah I İbrahim toqquşmanın labüd
olduğunu dərk edərək müharibəyə hazırlaşırdı. Qara Yusif soyurqal formasında
torpaqlar paylamaqla Cənubi Azərbaycanın köçəri əyanlarını öz tərəfinə çəkə
bildi.
Beləliklə, 1412-ci ilin noyabr-dekabr aylarında Kür çayının sahilində
Qaraqoyunlu və  Şirvan qoşunları arasında böyük döyüş baş verdi. Qarabağ,
Muğan və Naxçıvanın silahlı dəstələri Qara Yusifin tərəfində vuruşurdu. I
İbrahim və onun m üttəfiqləri məğlub oldu. I İbrahim onun yeddi oğlu, qardaşı
Bəhlul, məşhur sərkərdələri habelə Gürcü çarı III Konstantin 300 aznaurlu
(hərbçi) birgə Əsir alındı. O, tezliklə öldürüldü. I İbrahim Təbrizə gətirildi. Qara
Yusifin tələb etdiyi 1200 İraq Tümənini Şirvanşahın Təbrizdəki tərəfdarları Əxi
Qəssabın başçılığı ilə toplayıb verərək, onu azad etdilər. Qara Yusif onu azad
etdikdən sonra, ziyafət təşkil edib, İbrahimi yanında oturdu, badəsinə  şəraib
süzüb içməyi tələb etdi. Şirvanşah Qara Yusifə itaət etmək şərtilə  Şirvanı idarə
etmək hüququ aldı, 1413-cü ilin aprelində Şirvana qayıtdı. Qara Yusifin qoşunu
Şirvanı tərk etdi.
Azərbaycan-Rusiya münasibətlərinə gəlincə, Şirvanşahlar dövləti ilə
Moskva knyazlığı arasında geniş  əlaqə yaranmışdır. Şirvanşah Fərrux Yasarın


17
(1462-1500) elçisi Həsən bəy 1465-ci ildə Moskvaya getmiş, III İvanla
danışıqlar aparmışdır. Moskva knyazı isə 1466-cı ildə Vasili Papinin başçılığı ilə
Azərbaycana xüsusi səfirlik göndərilmişdir.
Səyyah Afanasii Nikitinin gündəliyindən məlum olur ki, rus tacirləri
yolda tatarlar tərəfindən qarət olunmuş, sonra isə Qaytaq hakimi tərəfindən əsir
alınan rus tacirlərini Fərrux Yasar azad etmiş, qayıtmaq vəsaiti olmayan rus
tacirləri Şamaxıda qalmışdır. 1499-cu ildə digər Azərbaycan diplomatı – Şirvan
elçisi Şəhabəddin Moskvaya getdi və III İvanla danışıqlar nəticəsində  Şirvan-
Moskva arasında əlaqələri genişləndirdi.
Qızıl Ordalılara qarşı ittifaq yaratmaq məqsədilə III İvan Təbrizə, Uzun
Həsənin sarayına elçi göndərmişdir. Lakin o zaman Osmanlı dövləti ilə
müharibədə məğlubiyyətə uğramış, daxili iğtişaşları yatırmaqla məşğul olan
U.Həsən Moskva knyazlığına hərbi yardım göstərə bilmədi.
Eyni zamanda Qızıl Orda xanı Əhməd xan (1459-1481) da 200 nəfərlik
Elçi heyətini Təbrizə göndərmiş ölkəsinin cənub sərhədlərini pozmayacağı
haqqında təminat almışdır. XV əsrin ortalarında Avropa ilə Asiyanın, Qara
dənizlə Aralıq dənizini əlaqələndirən karvan və su yollarının qovşağında
möhkəmlənən Osmanlı imperiyası aqressiv gömrük siyasəti yeritməklə
(əmtəənin dəyərinin 4-5 faizi) Avrasiya ticarətində vasitəçiliyi ələ keçirmək
üçün ipəyin vətəni olan Azərbaycanı, ümumiyyətlə cənubi Qafqazı, habelə  İran
ərazisini Osmanlı dövlətinə ilhaq etmək istəyirdi. Bu isə Avropa və Asiya
dövlətləri arasında yaxınlaşmaya səbəb oldu. Beləliklə, Osmanlı dövləti əleyhinə
koalisiya yaradılması məqsədilə Azərbaycanın Qərb ölkələri ilə  əsrlərdən bəri
davam etmiş ənənəvi tiacər əlaqələri XV əsrin ortalarından etibarən hərbi-siyasi
xarakter almağa başladı.
O zaman Ağqoyunlu Avropa əlaqələrinə yunan mənşəli Trabzon
Respublikası vasitəçilik edirdi.
XV əsrin 60-cı illərində Ağqoyunlu diplomatları olan Məhəmməd
(1464) və Həsən Əzəm  (1465) İtaliyaya getmiş, Venetsiya hakimləri ilə


18
danışıqlar aparmışdır. Venetsiya səfirləri olmun Katerino Zeno, İosafat Barbaro
(1474-1478) Ambrocco Kontarini (1474-1475) və b. müxtəlif diplomatik
tapşırıqlarla Azərbaycana göndərilmişdir.
Beləliklə, XV əsrin 70-ci illərində Osmanlı dövləti əleyhinə Ağqoyunlu
dövləti, venetsiya respublikası, Neapol Krallığı, Papalıq, Macarıstan, Rodos,
Kipr, Burqundiya və Qaraman bəyliyindən ibarət kolalisiya yarandı.
Lakin Ağqoyunlu diplomatı Hacı Məhəmməd vasitəsilə müttəfiqlər
tərəfindən Uzun Həsənə göndərilən silah yüklənmiş gəmi və 200 nəfər artilleriya
mütəxəssisi 1 il Kipr sahillərində qalıb mənzil başına çatmadı.
Siyasi quruluş, İdarə sistemi, Hərbi qüvvələr.
Hər üç dövlətin quruluşu əsaslı fərqlənirdi. Fərq orasında idi ki,
Qaraqoyunlu və Ağqoyunlu dövlət aparatında Azərbaycan tayfalarının hərbi
feodal əyanları baharlı və Bayanduri tayfaları, Şirvanda isə dövlət hakimiyyəti
əhalinin feodal əyanlarına mənsub idi. Hər iki sülalənin dövlət başçıları padşah,
Ağqoyunlu padşahları isə Osmanlılara mesac olaraq «Sultan» titulu daşıyırdılar.
Şirvanda isə dövlət başçıları «Şirvanşah» adlanırdı.
Baş sərkərdə – Əmir ül-Ümarə adını daşıyırdı. O hökmdardan sonra
dövlətdə mühüm mövqe tutur, orduya başçılıq edirdi.
Dövlət aparatında ikinci şəxsiyyət – Sədr-Əzəm (Baş sədr) dayanır,
mövlanə (ağa) ləqəbini daşıyırdı. Vəqf əmlakı, onların gəliri, mədrəsələr və
xeyriyyə idarələri onun ixtiyarında idi.
Mərkəzi idarə aparatında sonrakı yeri dövlət gəlirləri və maliyyə
sistemini idarə edən Baş Vəzir tuturdu. O, həmçinin xarici əlaqələri
nizamlayırdı. O, həmçinin Divana rəhbərlik edir və buna görə də sahibi-Divan
adlanırdı.
Dövlətin müharibə, sülh, taxta varislik və s. mühüm siyasi məsələlərini
sülalə üzvləri və əmirlərin – Kənqaş adlanan qapalı müşavirəsi həll edirdi.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə