Yanvar january miras



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə26/31
tarix19.07.2018
ölçüsü4,2 Mb.
#56524
1   ...   23   24   25   26   27   28   29   30   31

54 



MİRAS   YANVAR   JANUARY

XƏBƏR   NEWs

Khalil Rza Uluturk is one of well-known representatives of 20th century 

Azerbaijan literature famous as independent poet. Pompous holding of 

his jubilee events is obvious case of being of Azerbaijan really indepen-

dent. These thoughts were sounded during the jubilee co-organized on 

20 October, 2012 by MIRAS Social Organization in Support of Study-

ing of Cultural Heritage and Ismayilly regional Executive Power. Head 

scientific worker of NASA Institute of Literature named after Nizami, 

Doctor of Philological Sciences  Professor Alizada Asgerli talked about 

the poet’s creative activity and life of which could be a sample for next 

generation.  

Senior  lecturer  of  Azerbaijan  Teachers  Institute  Nazile  Abdullazade 

who later made a speech at the seminar on “Azerbaijani cultural heri-

tage in creativity of Khalil Rza Uluturk” estimated Khalil Rza poetry 

as our national and moral value. 

Chief of Bayburt Tourism and Culture Department, Adnan Okumush 

who was on a trip in Azerbaijan within the delegation expressed his 

delight of being familarized with Khalil Rza creation and estimated 

visiting the poet’s grave as important event. Adnan Okumush informed 

guests also on  Dede Qorqud City – Bayburt. 

Reports of teacher of Ismayilly town secondary school No. 3, Chingiz 

Muradli, young members of MIRAS Organizaton, Nigar Gaybaliyeva 

and Ahmad Sarkarli on creative activity of Khalil Rza, as well as poems 

of the poet by Zibeyda Bayramova and Intigam Hasanli were heard.  

The jubilee continued with a concert program of MIRAS Music Group 

and Music GRI Group from Bayburt.

In the end deputy head of Ismayilly regional executive power on hu-

manities,  Aziza  Vahabova;  chairman  of  Miras  Social  Organization 

Fariz Khailli, chief of the region culture and tourism department, Azer 

Ismayilly;  chairman of Turkey’s BEKDER Organization, functioned in 

Bayburt City, Mete Emir spoke and expressed satisfaction of the event.

It is known that President Ilham Aliyev signed an Order on marking 

80th anniversary of Khalil Rza Uluturk. 

Xəlil  Rza  Ulutürk  XX  əsr  Azərbaycan  ədəbiyyatının  istiqlal  şairi 

kimi  tanınmış  görkəmli  nümayəndələrindən  biridir.  Onun  yu-

bileyinin  təntənə  ilə  keçirilməsi  Azərbaycanın  həqiqətən  də 

müstəqil olmasının bariz nümunəsidir. Bu fikirlər oktyabrın 20-də 

MİRAS İctimai Birliyi və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə 

təşkilatçılığı ilə keçirilən yubiley tədbirində səsləndi. Tədbirdə çıxış 

edən  AMEA  Nizami  adına  Ədəbiyyat  İnstitunun  baş  elmi  işçisi, 

filologiya  elmləri  doktoru,  professor  Əlizadə  Əsgərli  şairin  gənc 

nəsilə örnək ola biləcək yaradıcılığından və həyatından söhbət açdı. 

Tədbirdə  daha  sonra  çıxış  edən  Azərbaycan  Müəllimlər 

İnstitutunun  dosenti  Nazilə  Abdullazadə  Xəlil  Rza  poeziyasını 

maddi-mənəvi dəyərimiz kimi qiymətləndirdi. 

Türkiyənin  Bayburt  şəhərinin  Azərbaycanda  səfərdə  olan 

nümayəndə  heyətinin  üzvü,  Bayburt  Mədəniyyət  və  Turizm 

şöbəsinin müdiri Adnan Okumuş da Xəlil Rza yaradıcılığı ilə tanış 

olduqlarına görə şad olduqlarını ifadə etdi və şairin məzarını ziyarət 

etmələrini  səfərin  önəmli  hadisəsi  kimi  dəyərləndirdi.  Adnan 

Okumuş tədbir iştirakçılarına həm də Dədə Qorqud şəhəri – Bay-

burt haqqında məlumat verdi. 

İsmayıllı  şəhər  3  saylı  tam  orta  məktəbinin  müəllimi  Çingiz 

Muradlının, MİRASın gənc üzvləri Nigar Qaybalıyeva və Əhməd 

Sərkərlinin    Xəlil  Rza  yaradıcılığına  həsr  olunmuş  məruzələri, 

Zibeydə  Bayramovanın  və  İntiqam  Həsənlinin  ifalarında  şairin 

şerləri dinlənildi. 

Yubiley  tədbiri  MİRAS  musiqi  qrupunun  və  Bayburtdan  gəlmiş 

Qrup Qri-nin konsert proqramı ilə davam etdi.

Tədbirin sonunda İsmayıllı rayon İcra hakimiyyəti başçısının Hu-

manitar məsələlər üzrə müavini Əzizə Vahabova, Miras İB-nin sədri 

Fariz Xəlilli, Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Azər 

İsmayıllı,  Bayburt  şəhərində  fəaliyyət  göstərən  Bilim,  Eğitim  və 

Kültür Dərnəyinin rəhbəri Mete Emir çıxış edərək düşüncələrini 

paylaşdılar.

Məlum olduğu  kimi, prezident İlham Əliyev Xəlil Rza Ulutürkün 

anadan  olmasının  80  illiyinin  qeyd  olunması  haqqında  xüsusi 

sərəncam imzalamışdır. 



XƏLİL RzA ULUTÜRKÜN 

YUBİLeYİ İSMAYILLIDA KeÇİRİLDİ

  

  

KHALIL RzA ULUTURK JUBILee HeLD IN ISMAYILLY




BAŞLIQ   HEADER

 YANVAR   JANUARY    MİRAS

 

| 



55


56 



MİRAS   YANVAR   JANUARY

XƏBƏR   NEWs

The  event  arranged  by  MIRAS  Social  Organization  at  Boarding 

House for Disabled War in the settlement of Shagan on 4 Decem-

ber 2012 was devoted to 3 December – International Day of People 

with Disability. 

The director of the house, Abulfaz Gasimov opened the event with 

introductory speech and spoke about former soldiers treated there, 

the created condition and the community’s attention. 

Chairman  of  MIRAS  Social  Organization,  PhD  Fariz  Khalilli 

made  a  report  on  “Archaeological  explorations  in  medieval  Agsu 

town” and gave information on rich cultural heritage of Azerbaijan 

and the done work in this field. The speaker making a short excur-

sion to archaeological excavations conducted for 3 years in medieval 

Agsu town, invited the settlers of the house to the mentioned town. 

The report was followed with questions and discussions. 

The participants were later informed on the art of ebru. The employ-

ee of the MIRAS Organization, the ebru expert Vusal Garagashly 

taught those interested the secrets of painting over the water. The for-

mer soldiers, as well as the director of the boarding-school, Abulfaz 

Gasimov also tried to make ebru.

The event continued with concert of MIRAS mugham music group.  

Dekabrın 4-də  Şağan qəsəbəsində yerləşən Müharibə Əlilləri 

və  Veteranları  Pansionatında  MİRAS  İctimai  Birliyinin  təşkil 

etdiyi tədbir 3 dekabr Beynəlxalq Əlillər gününə həsr olunub.

Pansionatın  direktoru  Əbülfəz  Qasımov  tədbiri  giriş  sözü  ilə 

açdı,  pansionat,  orada  müalicə  olunan  keçmiş  döyüşçülər, 

yaradılmış şərait, ictimaiyyətin diqqəti haqqında məlumat verdi.

MİRAS  İctimai  Birliyinin  sədri,  tarix  üzrə  fəlsəfə  doktoru 

Fariz  Xəlilli  “Orta  əsr  Ağsu  şəhərində  arxeoloji  tədqiqatlar” 

mövzusunda məruzə edərək Azərbaycanın zəngin mədəni irsi, 

MİRASın bu sahədə gördüyü işlər barədə məlumat verdi. Orta 

əsr  Ağsu  şəhərində  3  il  ərzində  aparılan  arxeoloji  qazıntılara 

qısa ekskurs edən məruzəçi pansionat sakinlərini Orta əsr Ağsu 

şəhərinə dəvət edib. Çıxış sual və müzakirələrlə davam etdirilib.

Daha sonra tədbir iştirakçılarına Ebru sənəti haqqında  məlumat 

verilib.  MİRAS  İB-nin  əməkdaşı,  Ebru  mütəxəssisi  Vüsal 

Qaraqaşlı maraqlananlara su üzərində rəsm çəkməyin sirlərini 

öyrədib.  Keçmiş  döyüşçülər,  eləcə  də    pansionatın  direktoru 

Əbulfəz Qasımov bu sahədə özlərini sınayıblar.

Tədbir Miras Muğam musiqi qrupunun konserti ilə davam et-

dirilib.  

MİRAs üzVlƏRİ 



KEÇMİŞ DÖYÜŞÇÜLƏRİN YANINDA

  

MIRAS SOCIAL ORGANIzATION TOGeTHeR wITH FORMeR SOLDIeRS




Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə