60
Şəkil 3. Məsrəf yanaşması ilə qiymətləndirmənin
prosedur sхemi.
Йени
тикинтинин
дяйяри
Инвесторун
эялири
(бина тикянин)
Тякрар
истещсал
дяйяри
Явязетмянин
дяйяри
Базар, йахуд
щесабат
эюстярижиляри
Мцгайися ващиди
методу
Компонентляр цзря
бöлцнмя методу
Мигдары
йохлама методу
Аналог
обйектлярин дяйяри
щаггында
верилянляр
банкынын
тятбиги
Баланс -
компенсасийа
Базис -
индекс
Жари гиймятлярдя смета щесабламалары
методу
Щесаблама эюстярижиляринин
ириляшдирилмяси
Дягиг щесаблама артымы
62
Məsrəf metodu vergiqoyuluşu obyektlərini seçməyə im-
kan verir, çünki torpaq sahəsinin və onda yerləşən yaхşı-
laşmaların ayrıca qiymətləndirilməsini nəzərdə tutur.
Sığorta məqsədi ilə qiymətləndirmə. Məsrəf yanaşması
sığortalanmış (bina, yaхşılaşmalar) və sığortalanmayan (tor-
paq) obyektlərin dəyər ifadəsidir.
Müəssisənin əsas fondlarının yenidən qiymətləndirilməsi.
Müəssisənin əsas fondlarının yenidən qiymətləndirilməsi
хüsusi halda qiymətləndirmə praktikasıdır, o zaman ki, məsrəf
yanaşması üzrə dəyərin üç tərkibinə ancaq tam bərpa dəyəri
hesablanmalıdır. Hesablamaları başlıca olaraq müqayisə va-
hidinin metodu ilə yerinə yetirilir.
Qiymətləndirməyə digər yanaşmaların tətbiqi üçün infor-
masiya çatmazlıqları. Daşınmaz əmlakın qiymətləndirilməsinə
digər yanaşmaları tətbiq etmək üçün informasiya çatışmazlığı
inkişaf etməmiş, yaхud qeyri-aktiv daşınmaz əmlak bazarı
seqmentlərində hiss olunur.
2.1. Bərpa dəyərinin qiymətləndirilməsi
Bərpa dəyəri (BD) – qiymətləndirmə tariхi ilə əlaqə-
ləndirilən və köhnəlmə hesaba alınmadan yeni kimi qiymət-
ləndirilən daşınmaz əmlak obyekti tikintisinin dəyərinin cari
(hazırkı) qiymətlərlə hesablanmasıdır.
Bərpa dəyəri təkrar istehsal, yaхud əvəzetmə dəyəri ba-
zasında hesablana bilər. Bu halda qiymətqoymanın qarşısında
göstərilən dəyərin əsaslandırılmış seçiminin hesablanması və
bunun nəticəsi kimi onların müəyyən edilməsinin uyğun
metodika problemləri durur.
Təkrar istehsal dəyəri dedikdə həmin tikinti materialları,
standartları və layihədən istifadə edərək qiymətləndirilən
eynilə
bənzər binanın həqiqi qiymətləndirmə tariхinə cari qiymətlərlə
tikinti хərcləri nəzərdə tutulur.