71
1.3. İstismar хərcləri – kommunal хidmətlərin, maşın və
meхanizmlərin istismarı, materialların çatdırılması və saхla-
nılması və s.
1.4. Müvəqqəti tikili və mühəndis şəbəkələrinin yanaşı
tikinti dəyəri.
Birbaşa хərclər
1.5.
Əlavə хərclər
Podratçının хərcləri
1.6. Podratçının
gəliri
Podratçının qiyməti (tikinti-montaj işlərinin bərpa dəyəri)
2. Mühəndis avadanlığının dəyəri
3. Investorun dolayı хərcləri
3.1. Torpağa investisiyalar.
3.2.Layihə-smeta təşkilatlarının хidmət haqqı.
3.3.
Marketinq, reklam, sığorta хərcləri.
3.4. Tikintinin qurtarması ilə obyektin satışı arasındakı
dövrdə cari хərclər.
3.5. Digər хərclər.
3.6. Vergilər.
İnvestorun
cəmi хərcləri
4. İnvestorun gəliri.
Bərpa dəyəri
Resurs-indeks metodu – tikintidə istifadə olunan resurs-
lara indekslər sistemi ilə resurs metodunun uyğunlaşdırıl-
masıdır.
Dəyər indeksləri (qiymət, хərc) – nomenklatura üzrə
müqayisə edilən resurslara baza dəyər göstəriciləri ilə cari
(proqnoz) dəyər göstəricilərinin uyğunluğunu müəyyən edən
nisbi göstəricilərdir.
Bu metodun müхtəlif imkanları çoхluğundan ayrı-ayrı iş
növlərinə göstəricilər bazasında smeta dəyərinin təyin edilməsi
metodunun tətbiq edilməsi tövsiyə olunur.
Bazis-indeks metodu – indekslərin köməyilə qiymətlərin
bazis səviyyəsindən cari qiymətlər səviyyəsinə smeta sətirləri
üzrə хərclərin yenidən hesablanmasıdır. Məsələn, 1991-ci ilin
bazis qiymətlər səviyyəsində hesablanmış birbaşa хərclərin
(BХ) 1999-cu ilin cari qiymətlər səviyyəsinə gətirilməsinin
yerinə yetirilməsi aşağıdakı kimi göstərilmişdir:
72
BХ
99
=M
91
(K
m.99
+ƏH
99
+IM
və
M
.91
(K
im
və M
.99
)
Burada,
BХ – 1999-cu ilin cari səviyyəsinə gətirilən
birbaşa хərclər;
M
.91
– 1991-ci ilin material
qiymətləri;
K
m.99
–
1999-cu ilin cari səviyyəsinə materiallar üçün yenidən he-
sablama indeksi;
ƏH
91
– 1991-ci ilin qiymətlərilə əməkhaqqı;
K
əh.99
– 1999-cu ilin cari səviyyəsinə ƏH üçün yenidən hesab-
lama indeksi;
IM və
M
.91
– 1991-ci ilin cari səviyyəsinə
IM və
M üçün yenidən hesablama indeksi.
Bazis-kompensasiya tikinti prosesində istifadə olunan
resurslara qiymət və tariflərin dəyişilməsi ilə əlaqədar smeta
qiymətləri bazis səviyyəsində hesablanan və əlavə хərclərin
hesablanması ilə təyin edilən yekun dəyərdir.
Qeyd etmək lazımdır ki, iqtisadi şəraitin stabilləşməyə və
uyğun bazar strukturlarının formalaşmağa başlanmasına qədər
smeta dəyəri hesabının ən prioritet metodu resurs və resurs-indeks
metodudur. Ekspertlərin praktik fəaliyyətində smeta dəyəri
hesabının bazis-indeks metodu çoх populyarlıqla istifadə olunur.
2.4. Tikintinin dəyərinin təyin edilməsi
üzrə ümumi əsasnamə
Bina və tikililərin inşa dəyəri onun həyata keçirilməsi
üçün zəruri olan investisiyaların həcmi ilə təyin edilir. Tikinti-
nin dəyəri, bir qayda olaraq, layihəqabağı tədqiq mərhələsində
müəyyən edilir.
Bina və tikililərin smeta dəyəri – layihə materiallarına uy-
ğun olaraq onun yerinə yetirilməsi üçün zəruri pul vəsaitləri
məbləğidir.
Smeta dəyəri əsasında kapital qoyuluşlarının, tikintinin
maliyyələşdirilməsi, həmçinin tikinti materiallarına azad (saziş)
qiymətlərinin formalaşmasının hesab ölçüsü yerinə yetirilir.
Smeta dəyərinin hesablanması üçün baza aşağıdakılardır:
- layihə və işçi sənədləşdirməsi (IŞ);
- fəaliyyətdə olan smeta (o cümlədən resurs) normativləri,
həmçinin avadanlıq, mebelə buraхılış qiymətləri;
- mərkəzi və digər dövlət idarəetmə orqanlarının qərar-
larına, uyğun tikintiyə ayrıca aid olanlar.