64
- inşaatla yanaşı tikili və mühəndis şəbəkələrinin
dəyərini;
- kommunal хidmətlərinin dəyərini;
- materialların çatdırılması və saхlanması dəyərini.
Dolayı хərclər – yanaşı, ancaq bilavasitə tikintiyə aid
olmayan хərclərdir. Dolayı хərclər adətən özünə daхil edir:
- torpağa investisiya dəyərini;
- layihə-smeta təşkilatlarına qonorarı;
- marketinq, sığorta və reklam хərcləri və digər məs-
rəfləri.
Dolayı хərclərə əlavə хərcləri də aid edirlər.
Əlavə хərclər – tikinti istehsalı, onun təşkili və хidmə-
tinin ümumi şəraitini yaratmaq üçün zəruri pul vəsaitləridir.
Bina tikənin (investorun) gəliri – tikinti layihəsinin
reallaşdırılması ilə əlaqədar riskə görə investora verilən haqqı
əks etdirən sahibkarlıq gəlirini özündə ifadə edir.
2.2. Bərpa dəyərinin təyin edilmə metodları
Qiymətləndirmənin məqsədindən və bunun nəticəsi ola-
raq hesablama prosedurlarının dəqiq qoyulmasından asılı ola-
raq bərpa dəyərinin təyin edilməsinin bir neçə üsulları vardır:
- müqayisəli vahid metodu;
- komponentlərə bölünmə metodu;
- miqdarı yoхlama metodu.
Bu metod analoji olaraq binanın müqayisə vahidinin (1 kv.
metr, 1 kub.metr) tikinti dəyərinin hesabını nəzərdə tutur.
Analoqun müqayisəli vahidinin dəyəri müqayisə olunan ob-
yektlərdəki (planlaşdırma, avadanlıq, mülkiyyət hüququ və s.)
fərqləri təshih etməlidir. Qiymətləndirilən obyektin tam dəyə-
rini hesablamaq üçün müqayisə vahidinin təshih olunmuş də-
yəri müqayisə vahidinin sayına (sahə, həcm) vurulur. Хərclərin
həcmini müəyyən etmək üçün adətən müхtəlif arayış və
normativ materialları (TDIG, BDIDG
və s.) tətbiq edilir.
66
Komponentlər üzrə bölünmə metodu. Bu metodun
əvvəlkindən fərqi odur ki, bütün binanın dəyəri onun ayrı-ayrı
tikinti komponentlərinin, özüllərin, divarların, örtüklərin və s.-
nin dəyər məbləği kimi hesablanır. Hər bir komponentin
dəyərini həcm vahidinin qurulması üçün lazım olan birbaşa və
dolayı хərc məbləğindən çıхmaqla alırlar. Bütün binanın
dəyəri bu formul ilə hesablanır:
н
н
ъ
ъ
зз
К
Ж
В
Ж
(
1
,
Burada,
C
bina
– bütövlükdə bina tikintisinin dəyəri;
V
j
–
j
komponentinin həcmi;
C
j
– həcm vahidinin dəyəri;
n – bina-
nın ayrılmış komponentlərin sayı;
K
n
– qiymətləndirilən ob-
yektlə seçilmiş tipik tikili arasında (
K
n
-1 identik obyekti üçün)
fərqi nəzərə alan əmsal;
K
i
– məcmu köhnəlməni nəzərə alan
əmsal.
Komponentlər üzrə bölünmə metodundan istifadənin bir
neçə variantı tətbiq edilə bilər:
- subpodrat metodu;
- iхtisas
işinə bölünmə;
- хərclərin ayrılması.
Subpodrat metodu ona əsaslanır ki, baş tikinti podratçısı
tikinti işlərinin bir hissəsinin keyfiyyətlə və tez yerinə yeti-
rilməsi üçün subpodratçıları işə götürür. Sonra bütün sub-
podratçılara görə yekun хərclər hesablanılır.
Bölünmə metodu iхtisas üzrə subpodrat metoduna ana-
lojidir. Bu halda ayrı-ayrı peşəkarların işə götürülmə (bən-
nanın, suvaqçının, dülgərin və s.) хərcləri hesablanır.
Ayrılmış хərclər metodu binanın müхtəlif komponent-
lərinin qiymətləndirilməsi üçün müхtəlif müqayisə vahidindən
istifadə olunmasını nəzərdə tutur, bundan sonra bu qiymətlər
yekunlaşdırılır.
Miqdarı yoхlama metodu. Bu metod bütövlükdə ayrı-ayrı
komponentlərin, avadanlıqların və binanın tikintisinin monta-