Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə11/63
tarix05.10.2017
ölçüsü4,08 Kb.
#3314
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   63

 
 
33 
 
•   I  fəsil  •  
Canlı orqanizmlərin kimyəvi tərkibi  
• 
 
 N
UKLEİN TURŞULARI 
 
 
 
 
Nuklein turşuları  –  irimolekullu  təbii  üzvi  maddələrdir.  Bu  molekullar  canlı 
orqanizmlərdə irsi məlumatın saxlanılmasını 
və nəslə ötürülməsini təmin edir. Öz qurulu-
şuna görə nuklein turşuları biopolimerlərdir. 
Onların  monomer  halqası  nukleotidlərdir
Hər  nukleotid  azotlu  əsasdan,  karbohidrat-
dan, ortofosfat turşusu qalığından ibarətdir. 
 
 
Nuklein turşularının növləri. Hüceyrədə iki növ nuklein turşuları – dezoksiribo-
nuklein (DNT) və ribonuklein (RNT) turşuları olur.  
 
 

– Hüceyrədə nüvənin rolu 
nədən ibarətdir? 
– İrsi əlamətlərin nəslə 
ötürülməsi hüceyrənin hansı 
strukturları ilə bağlıdır? 
Nuklein
 (lat
. “nukleus”
 – nüvə) turşuları ilk 
dəfə hüceyrənin nüvəsində tapıldığı üçün bu 
cür adlandırılmışdır. Lakin sonralar onların 
mitoxondri, plastidlər kimi orqanoidlərdə də 
mövcudluğu məlum olmuşdur.  
 
– Nuklein turşularında nukleotidlərin yerləşmə ardıcıllığı hüceyrənin hansı 
xüsusiyyətini müəyyən edir? 
 
 
Müzakirə üçün
Nuklein turşularının 
(DNT və RNT) zəncir-
lərinin sxematik 
quruluşuna diqqət ye-
tirin.  
Onların quruluşunda 
oxşar və fərqli 
cəhətləri qeyd edin.  
– DNT-nin ikiqat 
zəncirində hansı 
qanunauyğunluq 
müşahidə edilir? 
 
Fəaliyyət


 
 
34 
 
Dezoksiribonuklein turşusu (DNT). Or-
qanizmin  əksər  hüceyrələrində  irsi  məlu-
matların daşıyıcısı dezoksiribonuklein (DNT) 
turşusudur. Eukariot orqanizmlərdə DNT nü-
vədə və bəzi orqanoidlərdə – mitoxondri və 
plastidlərdə olur. Prokariotlarda formalaşmış 
nüvə olmadığı üçün bu orqanizmlərin DNT-
si bilavasitə sitoplazmada yerləşir.
  
DNT-nin quruluş prinsipi, demək olar ki, bütün orqanizmlərdə eynidir. O, spiral 
halında burularaq bir-birinə sarılmış iki polimer zəncirdən ibarətdir. DNT-nin hər bir 
zəncirini  nukleotidlər  təşkil  edir.  Nukleotidində  4  növ  azot  əsası  –  adenin  (A)
quanin  (Q), sitozin (S)  və timin (T)  olur.  DNT-nin  ikiqat  zəncirində  azot  əsasları 
daxilə doğru yönələrək bir-biri ilə hidrogen rabitəsi ilə birləşir. Nukleotidlərin bir-
biri ilə birləşməsi təsadüfi deyil, müəyyən qanunauyğunluqla baş verir. Bu zaman 
həmişə  adeninin  qarşısında  timin,  quaninin  qarşısında  isə  sitozin    durur. 
Nukleotidlərin bir-birinə belə uyğun cütlər şəklində birləşməsi komplementarlıq (lat. 
“complementum” – tamamlama) adlanır.  
 
 
 
 
Ribonuklein turşusu (RNT). Monomerləri nukleotidlər olan polimer birləşmə-
dir.  Quruluşuna  görə  DNT-yə  oxşar  olsa  da,  bir-
zəncirli  olması  ilə  ondan  fərqlənir.  Nukleotidində 
olan azot əsaslarında timinin (T) əvəzinə quruluşca 
ona oxşar olan urasil (U) olur. Bundan başqa, RNT-
də  DNT-dən  fərqli  olaraq  karbohidrat  dezoksiri-
boza deyil, ribozadır. Bu səbəbdən onu ribonuklein 
turşusu adlandırırlar. RNT molekulu nüvədə, sito-
plazmada və hüceyrənin bəzi orqanoidlərində olur.  
RNT-nin növləri. Hüceyrədə RNT-nin ribosom, 
məlumat, nəqliyyat-RNT-si  adlandırılan  bir  neçə 
növü vardır ki, onlar da zülal sintezində iştirak edir. 
Hər üç növ RNT, DNT üzərində sintez olunur.   
• 
nukleotid 
• 
azot əsasları 
• 
dezoksiribonuklein turşusu (DNT)
• 
ribonuklein turşusu (RNT) 
A ç a r   s ö z lə r  
RNT-nin  quruluşu (sxem) 
Dezoksiribonuklein turşusunun 
quruluşu (sxem) 


 
 
35 
 
•   I  fəsil  •  
Canlı orqanizmlərin kimyəvi tərkibi  
• 
Ribosom-RNT-si (r-RNT) ribosomun əsas tərkib hissəsini təşkil edir. Məlumat-
RNT-si (m-RNT) zülalın ilkin quruluşu haqqında məlumatı DNT-dən zülalın sintez 
edildiyi  yerə  aparır.  Nəqliyyat-RNT-si  (n-RNT)  isə  özünə  aminturşu  birləşdirərək 
onları zülalların sintez olunduğu yerə – ribosoma daşıyır. Beləliklə, RNT-nin bütün 
növləri zülal sintezində iştirak edir.  
 
 
 
 
1.  Cədvəli tamamlayın. 
Xüsusiyyəti 
DNT 
RNT 
Hüceyrədə yeri 
 
 
Molekulun quruluşu 
 
 
Nukleotidin quruluşu 
 
 
 
2.  1) DNT molekulunda bir zəncirdəki А-Q-Т-S-А-Q-Т-А-S-S-Q-Т-Q-S-Т nukleotid  
     ardıcıllığına uyğun ikinci zəncirdəki ardıcıllığı təyin edin. 
2) DNT molekulunun strukturunda olan səhvləri tapın:  
 
 
3. Sxemi tamamlayın. 
 
 
 
4. Məsələləri həll edin: 
1) DNT molekulunda S nukleotidləri 27% təşkil edərsə, qalan nukleotidlərin faizlə 
nisbətini tapın. 
2) DNT molekulunda 680 Q nukleotidi ümumi nukleotid sayının 16%-ni təşkil edir. 
Həmin DNT molekulunda A, T, S nukleotidlərinin sayı nəyə bərabərdir?  
 
 
 
RNT-nin növləri
?
Funksiyası
?
Funksiyası
?
Funksiyası
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN


Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə