Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə15/63
tarix05.10.2017
ölçüsü4,08 Kb.
#3314
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   63

 
ı 
45 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
 H
ÜCEYRƏ STRUKTURLARI VƏ ONLARIN FUNKSİYALARI 
 
 
 
Hüceyrə strukturlarının bir çoxu sitoplazmadan membranla (lat. “membran” –
dəri, örtük) ayrılırla. Membran  iki lipid cərgəsi və zülallardan təşkil  olunmuşdur. 
Membrana  malik  hüceyrə  strukturları  membranlı orqanoidlər  adlanır.  Bəzi  orqa-
noidlər isə sitoplazmadan membranla ayrılmırlar. Bunları membransız orqanoidlər 
adlandırırlar. 
Membranlı orqanoidlər. Belə orqanoidlər özləri də birmembranlı və ikimem-
branlı olmaqla iki qrupa ayrılırlar. Birmembranlı orqanoidlərə endoplazmatik şəbə-
kə, Holci kompleksi, lizosom, ikimembranlılara isə mitoxondri və plastidlər aiddir.  
Birmembranlı orqanoidlərEndoplazmatik şəbəkə membranla əhatələnmiş ka-
nal və boşluqlar sistemidir. Endoplazmatik şəbəkənin dənəvər və hamar tiplərini ayı-
rırlar. Dənəvər endoplazmatik şəbəkənin membranı üzərində ona “dənəvərlik” verən 
çoxlu ribosom yerləşir. Burada zülal sintez olunur. Hamar endoplazmatik şəbəkədə 
isə karbohidrat və lipidlər əmələ gəlir. Endoplazmatik şəbəkə təkcə maddələri sintez 
edərək kanal və boşluqlarında saxlamır, o həm də bu maddələrin hüceyrə daxilində 
daşınmasını təmin edir. 
Holci kompleksi hüceyrədə  müxtəlif  lövhəşəkilli  boşluqlardan,  kanalcıqlar  və  
qovuqcuqlardan təşkil olunmuşdur. Holci kompleksinin əsas funksiyası hüceyrədə 
yaranan  maddələri  toplamaq  və  onların  hüceyrədən  xaricə  daşınmasında  iştirak 
etməkdir. Bundan başqa, o, lizosomların formalaşmasında və plazmatik membranın 
təzələnməsində iştirak edir.  
Lizosomlar (yun. “lysis” – həll edirəm, “soma” – bədən) içərisində zülalları, kar-
bohidratları və lipidləri həll edən fermentlər olan qovuqcuqlardır. Əsas funksiyası 
hüceyrədaxili həzmdə iştirak etməkdir.  
İkimembranlı orqanoidlər. Bunlara mitoxondrilər və plastidlər aiddir. Mitoxon-
dri (yun. “mitos” – tel, “chondrion” – dən, dənəvər) oval formalı orqanoiddir. Mito-
xondri öz DNT-sinə malik olduğundan ikiyə bölünmə yolu ilə çoxala bilir. Hüceyrə 
tənəffüsündə iştirak edən mitoxondridə yaranan enerjinin müəyyən hissəsi kimyəvi 
birləşmələr enerjisi şəklində ehtiyat halında saxlaya bilir. Bu enerjidən hüceyrənin 
digər strukturları istifadə edirlər. 
Plastidlər (yun. “plastidis”, “plastos” – formalaşmış, düzəldilmiş) – əsasən, bitki 
hüceyrələrində  rast  gəlinən  orqanoidlərdir. 
Mitoxondri  kimi  öz  xüsusi  DNT-lərinə  malik 
olduqları üçün bölünmə yolu ilə çoxala bilirlər. 
Plastidlərin  3  növünü  ayırırlar:  xloroplastlar, 
leykoplastlar,  xromoplastlar.  Leykoplastlar 
11 
– Heyvan və bitki hüceyrələri üçün ümumi olan strukturlar 
hansılardır? 
– Bu hüceyrələrdə bir-birindən fərqlənən strukturların olması nə ilə 
əlaqədardır?  
 
 
• 
membran 
• 
membranlı orqanoidlər 
• 
membransız orqanoidlər 
A ç a r   s ö z lə r  


 
 
46 
 
rəngsizdir və onlar ehtiyat qida maddələri toplaya bilirlər. Xromoplastlarda bitkiyə 
müxtəlif rənglər verən piqmentlər olur.  Xloroplastlar  yaşıl  rəngdədir,  ona yaşıllıq 
verən xlorofil piqmentidir. Xlorofil günəş enerjisini udmaq qabiliyyətinə malikdir. 
İşıqda xloroplastlarda fotosintez gedir. Bu zaman günəş enerjisinin müəyyən hissəsi 
kimyəvi birləşmələr şəklində saxlanılır. 
 
 
Сədvəldə göstərilən orqanoidlərin adlarını müəyyənləşdirin. 
Membranlı orqanoidlər 

o
 
Müxtəlifölçülü kanallar sistemindən təşkil 
olunub. 
o
 
İki tipdə olur: dənəvər və hamar. 

 
o
 
Üst-üstə yığılmış yastı boşluqlardan 
ibarətdir. 
o
 
Üzərində qovuqcuqlar əmələ gəlir. 

 
o
 
Tərkibində həzm fermentləri olan 
membranla əhatə olunmuş dəyirmi və ya 
uzunsov cisimciklərdir. 

 
o
 
İkimembranlıdır. 
o
 
Hüceyrəni enerji ilə təmin edir. 

 
o
 
Üç növü var (leykoplastlar, xloroplastlar, 
xromoplastlar). 
 
 
Membran quruluşu olmayan orqanoidlər. Bunlara ribosomlar və hüceyrə mər-
kəzi aid edilir.  
Fəaliyyət


 
ı 
47 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
Ribosomlar (yun. “soma” – bədən) membran quruluşu olmayan orqanoiddir. Hər 
bir ribosom iki – böyük və kiçik hissədən ibarət olur. Ribosomların funksiyası zülal 
sintez  etməkdir.  Zülal  sintez  etmək  üçün  onlar,  adətən,  polisom  adlanan  qruplar 
şəklində birləşirlər. 
Hüceyrə  mərkəzi bir-birinə  perpendikulyar iki sentrioldan  ibarətdir. Sentriollar 
mikroborucuqlardan təşkil olunub. Hüceyrə mərkəzi hüceyrənin bölünməsi prose-
sində iştirak edir. Ali bitkilərin hüceyrələrində sentriollar olmur. 
 
 
 
1.  Sxemi tamamlayın. 
 
 
2.  Düzgün variantı seçin: 
  Fotosintez xloroplastlarda / leykoplastlarda baş verir.        
  Zülalları, yağları, karbohidratları parçalayan fermentlər ribosomlarda / 
lizosomlarda yerləşir.           
  Yağlar və karbohidratlar ribosomlarda / endoplazmatik şəbəkədə əmələ gəlir. 
  Zülallar, yağlar və karbohidratlar ehtiyat halında Holci kompleksində   / 
ribosomlarda toplanır.    
  Nüvəcik / Hüceyrə mərkəzi orqanoid deyil.    
 
3.  İfadələrin nömrəsini Venn diaqramının müvafiq hissələrində yerləşdirin. 
1.  DNT-yə malikdir. 
2.  Bəzi növləri ehtiyat qida maddələri toplaya bilir.  
3.  Bəzilərinin daxilində rəngli piqmentlər olur. 
4.  Bəzi növlərində fotosintez prosesi gedir. 
5.  İkimembranlı quruluşa malikdir.  
6.  Hüceyrə tənəffüsünü təmin edir.  
7.  Enerjini ehtiyat halında saxlaya bilir. 
8.  İkiyə bölünmə yolu ilə çoxala bilir. 
Mitoxondri       Plastidlər 
 
  
4.  Hansı hüceyrələrdə – prokariot, yoxsa eukariotlarda  “vəzifə  bölgüsü” problemi 
daha yüksək səviyyədə həll olunmuşdur? Cavabınızı əsaslandırın. 
 
 
Hüceyrə orqanoidləri
?
?
?
İkimembranlı
?
Membransız
?
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN


Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə