Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə23/63
tarix05.10.2017
ölçüsü4,08 Kb.
#3314
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   63

 
 
70 
 
 H
ÜCEYRƏNİN  BÖLÜNMƏSİ. MEYOZ  
 
 
Əksər  orqanizmlərin  bədən  hüceyrələri,  adətən,  mitoz  bölünmə  yolu  ilə  meydana 
gəlir. Belə hüceyrələrin nüvələrində ikiqat (diploid 2n) xromosom yığımı olur.  Lakin 
cinsiyyət hüceyrələrinin yaranması çox vaxt meyoz bölünmə yolu ilə gedir. Bu yolla 
yaranan hüceyrələrin nüvələrində xromosom yığımı, adətən, birqat (haploid  n) olur. 
Meyoz bölünmə bir-birini əvəz edən iki mərhələdən ibarətdir. Hər bir mərhələ 
mitozdakı  kimi  4  fazadan  –  profaza, metafaza, anafaza və  telofazadan  ibarətdir. 
Meyoz  bölünmədə  də  hüceyrə  əvvəl  interfaza  mərhələsini  keçirir.  İnterfazada 
hüceyrənin ölçüləri böyüyür, xromosomların DNT-si ikiləşir. 
I profaza. İlkin bölünmə (I meyoz) I profaza ilə başlayır. Bu fazada ikixromatidli 
xromosomlar spirallaşaraq yoğunlaşır və işıq mikroskopunda aydın görünür. Homo-
loji xromosomlar bir-birinə yaxınlaşaraq uzunluqları boyu sıx söykənir. Buna kon-
yuqasiya deyilir. Onlar müəyyən hissələrində bir-birinə birləşən cütlər əmələ gətirir. 
Belə cütlər əmələ gətirən homoloji xromosomların bir-birinə yapışmış müəyyən his-
sələrinin DNT sapları arasında sahə mübadiləsi gedir. Nəticədə homoloji xromosom 
cütlərinin hər birində yeni gen kombinasiyaları yaranır.  
 
 
Bu proses xromosom çarpazlaşması və ya krossinqover (ing. “crossinq-over” – 
çarpazlaşma) adlanır. Bunun nəticəsində valideyn xromosomlarında olmayan kom-
binativ əlamətlər meydana gəlir. Mitozda olduğu kimi, burada da ikiləşmiş sentriol-
lar qütblərə çəkilir və bölünmə vətərləri əmələ gəlir. Profazanın sonunda nüvə pər-
dəsi və nüvəcik itir və xromosomlar sərbəst halda sitoplazmada yerləşir. 
19 
– Heyvanların cinsiyyət hüceyrələri hansı quruluşa malikdir? 
– Niyə uşaqlar valideynlərinə bənzəsələr də, onların dəqiq surəti 
olmurlar?  
 
 
Meyoz bölünmə 
Profaza I
İnterfaza 
Metafaza I
Anafaza I 
Telofaza I 
Profaza II
Metafaza II
Anafaza II
Telofaza II


 
ı 
71 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
I metafazada xromosom cütləri hüceyrənin mərkəzində – ekvatorunda yerləşir. 
Sonra  I anafazada  bölünmə  vətərlərinin  köməyi  ilə  hüceyrənin  homoloji  xro-
mosomları bir-birindən ayrılaraq tam şəkildə hüceyrənin əks qütblərinə çəkilir.
 
 
I telofazada  meyozun ilkin  bölünmə  mərhələsi sona çatır və  nəticədə  haploid 
xromosom yığımlı iki hüceyrə yaranır. Burada hər bir xromosom ikixromatidli olur. 
Xromosom yığımı ikiqat azaldığı üçün bu bölünmə reduksion bölünmə də adlanır. 
I bölünmə mərhələsindən sonra yenə interfaza baş verir. Bu mərhələ çox qısa olur 
və burada xromosomların DNT-si ikiləşmir. 
Meyoz bölünmənin ikinci mərhələsi II profaza ilə başlayır. I telofazada yaranan 
qız hüceyrələr mitozun profazasındakı kimi dəyişilmələrə məruz qalır. Onlarda da 
profazanın sonunda nüvə pərdəsi  ilə  nüvəcik itir və bölünmə  vətərləri  yaranmağa 
başlayır. II metafazada da  xromosomlar  hüceyrənin ekvatoru boyunca düzülür. II 
anafazada mitozdakı kimi hər iki qız hüceyrənin qütblərinə xromatidlər çəkilir. Bu 
səbəbdən  II  anafazada  xromosom  yığımı  artır.  II  telofazada  qütblərə  çəkilən  xro-
mosomların spiralları açılır və onlar  nüvə pərdəsi ilə əhatə olunur. Nüvəcik əmələ 
gəlir. Sonra hüceyrələrin sitoplazmaları bölünür 
və  nəticədə  xromosom  yığımı  haploid  olan  4 
ədəd qız hüceyrə yaranır ki, bunlardan da  cin-
siyyət hüceyrələri formalaşır. Beləliklə, meyoz 
bölünmə zamanı bir diploid hüceyrədən 4 hap-
loid hüceyrə yaranır. 
 
 
Mitoz və meyoz proseslərini müqayisə edin.  
Göstəricilər 
Mitoz 
Meyoz 
1. Prosesin baş verdiyi yer  
 
 
2. Bölünmələrin sayı 
 
 
3. Hansı hüceyrələr əmələ gəlir  
 
 
4. Əmələ gələn hüceyrələrin sayı 
 
 
5. Krossinqoverin baş verməsi 
 
 
6. Qız hüceyrələrdə xromosomların sayı 
 
 
 
– Haploid cinsiyyət hüceyrələrinin yaranmasının nə əhəmiyyəti var? 
 
Meyozun bioloji  əhəmiyyəti. Meyoz prosesində xromosomların miqdarı ikiqat 
azaldığı üçün qametlərin birləşməsi zamanı bu miqdar sonrakı nəsillərdə sabit qalır. 
Bundan başqa, ata və ana xromosomlarının ziqotda birləşməsi zamanı xromosomla-
rın yeni kombinasiyaları meydana gəlir ki, bu da yeni əlamətlərin yaranması ilə nəti-
cələnir.  
 
Fəaliyyət
 
• 
konyuqasiya
• 
krossinqover 
• 
reduksion bölünmə 
A ç a r   s ö z lə r  


 
 
72 
 
 
 
1.  Şəklə diqqətlə baxın. Şəkillərin hansının mitoza və hansının meyoza aid olduğunu 
müəyyənləşdirin. Onları hansı əlamətlərinə görə fərqləndirdiyinizi izah edin.  
Rəqəmləri prosesin baş verdiyi ardıcıllıqla cədvəldə qeyd edin.  
 
2. Düzgün cavabları seçin: 
  Meyoz nəticəsində bir diploid hüceyrədən dörd diploid/haploid xromosom yığımlı 
hüceyrə əmələ gəlir.  
  Heyvan hüceyrələrində krossinqover mitoz/meyoz prosesində baş verir.  
  Xromosom çarpazlaşması meyoz/transkripsiya prosesində baş verir.  
  Meyoz nəticəsində nüvədə xromosomların sayı iki dəfə çoxalır/azalır. 
  Meyoz nəticəsində heyvan orqanizmində əzələ/cinsiyyət hüceyrələri yaranır. 
  Meyoz bölünmədə krossinqoverin mahiyyəti homoloji sahələrlə 
mübadilədir/xromosomların sərbəst ayrılmasıdır. 
  Meyoz bölünmənin birinci metafazasında hər xromosomun tərkibinə bir/iki xromatid daxil olur.  
  Hüceyrənin bölünməyə hazırlıq mərhələsi anafaza/interfaza adlanır.  
 
3. Meyoz bölünmə zamanı hər fazaya uyğun prosesləri müəyyən edin.
  
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
Mitoz  Meyoz 
 
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
 
MEYOZUN FAZALARI  
 
А) I profaza  
B) I anafaza  
C) I telofaza  
D) II metafaza 
E) II anafaza  
PROSESLƏR 
1) Xromatidlərin ayrılması və qütblərə çəkilməsi.  
2) Homoloji xromosomlar arasında konyuqasiya prosesinin baş 
verməsi.  
3) Homoloji xromosomların əks qütblərə çəkilməsi. 
4) Haploid yığımlı ikiləşmiş xromosomları olan hüceyrələrin 
yaranması.  
5) Hüceyrədə xromosomların ekvatorda yerləşməsi. 


Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə