Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə48/63
tarix05.10.2017
ölçüsü4,08 Kb.
#3314
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   63

 
 
147 
 
•   VI  fəsil  •  
Canlılar və ətraf mühit
  
• 

İşıq  spektrinin  görünən  şüaları  atmosfer  tərəfindən,  demək  olar  ki,  tutulmur. 
Görünən şüalar fotosintez üçün böyük əhəmiyyətə malikdir. Heyvanların əksəriyyəti 
bu işığı görür. 
İnfraqırmızı şüalar insan gözü  tərəfindən qəbul edilmir. Onlar istilik mənbəyidir.  
 
Mühitin abiotik amilləri 
 
 
 
Temperatur. Əksər orqanizmlər üçün temperaturun yuxarı həddi +40–45°C  olur. 
İstiqanlı  heyvanlardan  başqa,  əksər  canlıların  0°C  temperaturda  isə  həyat  fəaliy-
yətləri zəifləyir. Bədən temperaturu sabit olmayan orqanizmlər üçün mühitin tempe-
raturunun  müəyyən  həddə  qədər  yüksəlməsi  onlarda  maddələr  mübadiləsinin, 
böyümə və inkişafın sürətlənməsinə səbəb olur. 
Rütubət. Orqanizmlərin rütubətə tələbatı ilin fəsil-
lərindən  və  yaşayış  yerindən  asılıdır.  Onlarda  təka-
mülcə bədəndə suyun miqdarının sabit səviyyədə sax-
lanılması  üçün  fizioloji  uyğunlaşmalar  yaranmışdır. 
Rütubətin  çatışmaması  onların  həyat  fəaliyyətini  və 
coğrafi yayılmasını məhdudlaşdırır. 
 
 
 
 
1. Açar sözlərdən istifadə edərək cümlələri tamamlayın: 
ekoloji amil, biotik amil, abiotik amil, antropogen amil, məhdudlaşdırıcı amil, optimum, 
dözümlülük həddi 
1.  Orqanizmə və yaşadığı mühitə təsir edən cansız təbiətin fiziki və kimyəvi 
amillərinin cəmi ... adlanır. 
2.  Amilin həyat üçün əlverişli intensivliyi ... adlanır. 
3.  ... amilin kritik həddə yaxın olan təsir sahəsi orqanizmin normal həyat fəaliyyətinə 
mane olur.   
4.  Təbii mühitin orqanizmin, populyasiyaların, təbii birliklərin vəziyyətinə təsir edən 
bütün komponentlərini ... adlandırırlar. 
5.  Bitkilərin həşəratlarla tozlanması ... aiddir. 
6.  Amilin orqanizm üçün yaşama sərhədi ... adlanır. 
7.  Torpağın radioaktiv çirkləndirilməsi ... aiddir.   
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
• 
ekoloji amillər 
• 
optimal intensivlik 
• 
dözümlülük həddi 
• 
məhdudlaşdırıcı amil 
A ç a r   s ö z lə r  


 
 
148 
 
2. Uyğunluğu müəyyən edin: 
 
3. Сədvəli tamamlayın. 
İşıq şüaları 
Xüsusiyyətləri 
Əhəmiyyəti 
ultrabənövşəyi 
 
 
görünən 
 
 
infraqırmızı 
 
 
 
4. Bitki və heyvanlarda rütubətin çatışmazlığına olan uyğunlaşmalara misal göstərin 
(4–5 misaldan az olmamaq şərti ilə).  
 
 
 
 
1) torpağa üzvi gübrələrin verilməsi 
2) su hövzələrində dərinə getdikcə işıqlanmanın azalması 
3) yağıntıların düşməsi 
4) vulkanik fəaliyyətin dayanması 
5) pomidor şitillərinin seyrəkləşdirilməsi  
6) meşələrin qırılması nəticəsində çayların dayazlaşması 
7) havanın temperaturunun aşağı düşməsi 
8) paxlalı bitkilərin yumrucuq bakteriyaları ilə simbiozu  
9) moruğun ayılar tərəfindən yeyilməsi 
10) insanın vəba vibrionu ilə yoluxması 
11) zərərli maddələrin atmosferə buraxılması. 
A. Abiotik amil 
B. Biotik amil 
C. Antropogen amil 


 
 
149 
 
•   VI  fəsil  •  
Canlılar və ətraf mühit
  
• 

 T
ƏBİİ  BİRLİKLƏR VƏ EKOLOJİ SİSTEMLƏR  
 
 
 
Təbiətdə ayrı-ayrı növlərə aid olan fərdlər  tək-tək deyil, qruplar şəklində yaşa-
yırlar.  Uzun  müddət  ərzində  müəyyən  ərazidə  birgə  yaşayan  belə  qruplar    təbii 
birliklər və ya biosenozlar adlanır. Biosenozlara – bataqlıq, çəmənlik, enliyarpaqlı 
meşə və bu kimi təbii birlikləri misal göstərmək olar.  
Biosenozun strukturu. Birgə yaşayış sayəsində biosenozu təşkil edən ayrı-ayrı 
növlərə  məxsus  populyasiyalar  arasında  müəyyən  münasibətlər  (rəqabət,  yırtıcı–
şikar, parazit – sahib, simbioz və s.) formalaşır.  
 
 
 
Bir çox təbii birliklərin əsasını bitkilər təşkil edir. Bitkilər bəzən mərtəbələrlə, 
yəni yaruslarla yerləşir. Məsələn,  meşədə olan ağac, kol və otlar fəzada  müxtəlif 
sahə tutur. Belə ki, üst yarusu ağaclar, orta yarusu kollar, aşağı yarusları isə otlar 
tutur. Bunlarla sıx bağlı olan heyvanlar da yaruslar üzrə paylanırlar. Yuxarı yarusda 
sincab, quşlar, aşağı yarusda dovşanlar, kirpilər, tülkülər, qarışqalar və digər buğum-
ayaqlılar yaşayırlar.  
41 
– Ekoloji amil nədir? 
– Hansı ekoloji amillər var? 
– Təbiətin canlı və cansız amilləri arasında hansı qarşılıqlı əlaqələr 
mövcuddur? 
 
 
I  yarus
 
Meşə biosenozunda yaruslar
II  yarus
 
III  yarus
 
IV  yarus
 
V  yarus
 


 
 
150 
 
Təbii birliklərin üzvləri  özləri müəyyən mühit yarada bilir; məsələn, meşədə iri 
bitkilər küləyin gücünü zəiflədir, meşə döşənəyinin əmələ gəlməsində iştirak edir, 
mikroiqlimi  dəyişir,  kölgə  və  nəmişlik  yaradır.  Nəticədə  xüsusi  mühit  formalaş-
dıraraq  digər  orqanizmlərin  burada  birlikdə  yaşamasını  təmin  edir.  Bunun  nə-
ticəsində növ populyasiyalarının yaşaması üçün şərait əlverişli istiqamətdə dəyişir.  
 
 
 
 
 
Akvariumun növ müxtəlifliyinin və qida zəncirlərinin öyrənilməsi.  
Təchizat:  içərisində canlı sakinləri olan akvarium. 
İşin gedişi: 
1. Akvariumda hansı su bitkiləri yaşayır? 
2. Onurğasızların hansı nümayəndələrini gördünüz (molyusklar, 
xərçəngkimilər)? 
3. Akvariumda hansı balıqlar yaşayır? Müşahidələrinizə əsasən 
cədvəli doldurun: 
Bitkilər
Heyvanlar
Yosunlar 
Örtülütoxumlular 
Molyusklar 
Xərçəngkimilər 
Balıqlar 
  
  
 
  
  
4. Akvariumda mümkün olan bütün qida zəncirlərini qurun.
  
 
Fəaliyyət
Praktik iş 
Təbii birliklər 
– Akvariumdan 
molyuskları 
çıxarsaq, nə 
baş verər?
 


Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə