Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə56/63
tarix05.10.2017
ölçüsü4,08 Kb.
#3314
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   63

 
 
173 
 
•   VII  fəsil  • 
İnsan sağlamlığına ətraf mühitin
 
təsiri 
• 

Qıcığa qarşı müqavimət göstərilməsi mərhələsində orqanizm müqavimət  göstə-
rir və nəticədə bilavasitə baş verən təhlükə  zəifləyir. Bu zaman streslərin təsirini dəf 
etmək üçün yüksək dərəcədə  uyğunlaşma qabiliyyəti əldə edilir. 
Orqanizmin zəifləməsi mərhələsində orqanizmin stressə qarşı müqaviməti azalır. 
Proses  stress uzun  müddət  davam  etdikdə  baş  verir.  Bu  mərhələdə  əsəbilik,  aydın 
olmayan həyəcan, tezyorulma, qıcıqlılıq, ruh düşkünlüyü, yuxusuzluq, başağrısı və bu 
kimi hallar müşahidə edilir. Lakin streslər heç də həmişə orqanizmə ziyan vurmur. 
Məsələn,  orta  dərəcəli  streslər  orqanizmin  daha  effektiv  fəaliyyətini  təmin  edir  və 
insan bədənini zəiflətmədən lazım olan məqsədə çatır. Zərərli streslər orqanizmin mü-
qavimətini zəiflədir, əhvalını pisləşdirir və xəstəliklərin inkişafına səbəb olur. Əgər 
orqanizmin dəyişən funksiyası öz əvvəlki səviyyəsinə tez qayıdırsa, stress hətta faydalı 
olur. Faydalı streslər orqanizmin imkanlarını səfərbər  edir, onun müxtəlif xəstəliklərə 
qarşı müqavimətini və mühitin dəyişən vəziyyətinə uyğunlaşmasını artırır.  
 
 
Uyğunluğu müəyyən edin:  
– Sizin xasiyyətinizin hansı xüsusiyyətləri var? 
 
 
 
Streslə  mübarizə.  İnsan  stress  vəziyyətinə  düşməməsi  üçün  münaqişələrdən 
uzaq durmalı, təmiz havada gəzməli, yaxın insanlarla ünsiyyətdə olmalıdır. Bununla 
yanaşı,  o,  düzgün  qidalanmalı,  idmanla  məşğul  olmalı  və  aktiv  fəaliyyəti  üçün  
faydalı olan stresləri optimal səviyyədə saxlamağı bacarmalıdır.  
 
 
 
A. Münaqişəyə sövq 
edir 
 
B. Münaqişəni 
yaranmağa qoymur
Xasiyyətin əlamətləri: 
1. Səbirli olmaq 
2. Tez əsəbiləşmək 
3. Təvazökarlıq  
4. Sadəlövhlük 
5. Özünə tənqidi yanaşmaq 
6. Özünə nəzarət 
7. Şübhəlilik 
8. Küsəyənlik 
9. Tez özündən çıxmaq 
10. Bağışlaya bilmək 
11. Xeyirxahlıq 
12. Kobudluq 
13. Lovğalıq 
14. Hövsələsizlik 
15. Mədənilik
 
2
Fəaliyyət
 


 
 
174 
 
 
 
1. Müvafiq anlayışlardan istifadə edərək sxemi tamamlayın: 
1. Soyuq  
2. Münaqişəli vəziyyət  
3. Çoxlu dərman qəbul etmək  
4. Yorğunluq  
5. Ətraf mühitin çirklənməsi  
6. Zərərli vərdişlər   
7. Güclü fiziki yük  
8. İsti  
9. 
Qorxu
 
 
 
2. Stressin mərhələlərini xarakterizə edən ifadələri ardıcıllıqla düzün və mərhələləri 
adlandırın.  
a)  Orqanizm stressə səbəb olan mühitin mənfi və güclü amilinə qarşı davam gətirir. 
Lakin bu zaman orqanizmin digər mənfi amillərə qarşı dözümlülüyü və immuni-
teti aşağı düşür.  
b)  Orqanizm bu amilə qarşı dura bilmir və müxtəlif xəstəliklər meydana çıxır.   
c)  Stress amilinə qarşı mübarizə aparmaq üçün orqanizm bütün qüvvələrini səfərbər 
edir. 
1  ? 
 
2  ? 
 
3  ? 
 
 
3. Aşağıda təklif olunan formaların birində öz biliklərinizdən, müşahidələrinizdən 
və əlavə mənbələrdən istifadə edərək… 
 
  “Stresdən necə qorunmalı?” mövzusunda radioverilişin ssenarisini hazırlayın. 
  “Şagird stress vəziyyətindən  necə qorunsun?” mövzusunda yeniyetmələr üçün   
jurnala məqalə hazırlayın. 
  “Stresdən müdafiə” mövzusunda reklam çarxı üçün ssenari yazın. 
 
 
 
 
Orqanizmin gərginliyinə səbəb olan amillər
Psixoloji: ...
Fiziki:
...
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN


 
 
175 
 
•   VII  fəsil  • 
İnsan sağlamlığına ətraf mühitin
 
təsiri 
• 

 İ
NSAN İRSİYYƏTİ VƏ ONUN FORMALAŞMASINDA  
MÜHİTİN ROLU 
 
 
 
İrsiyyət və dəyişkənlik. “İrsiyyət” anlayışı hələ qədim dövrlərdən insanlara mə-
lum  idi.  Lakin  əlamətlərin  irsən  keçməsinin  əsas  qanunauyğunluqları  ilk  dəfə 
Avstriya alimi  Qreqor Mendel tərəfindən XIX əsrdə kəşf edildi və genetika elminin 
əsası qoyuldu.  
İrsiyyət – orqanizmin öz əlamət və inkişaf xüsusiyyətlərini saxlamaq və irsən nəs-
lə ötürmək qabiliyyətidir.  
Orqanizmin yeni əlamətlər qazanmaq xüsusiyyəti və ya fərdlər arasında fərqin 
yaranması  prosesi  dəyişkənlik  adlanır.  İrsiyyət  və  dəyişkənliyin  qanunauyğunluq-
larını genetika elmi öyrənir . 
İrsiyyətin maddi əsası. Hər hansı bir əlamətin mey-
dana  çıxmasına  cavabdeh  olan  genlər  xromosomlarda 
yerləşir.  Bunlar  irsiyyətin  maddi  əsasını  təşkil  edirlər. 
Normal  halda  insanın  genləri  46  xromosomda  yerləşir. 
Bir  nüvədə olan  xromosom  sayı  kariotip  adlanır.  İnsan 
kariotipində  olan  46  xromosomdan  22  cütü  autosom 
(qeyri-cinsi),  1  cütü  isə  cinsi  xromosomdur.  Autosom 
xromosomlar  kişi  və  qadında  bir-birindən  fərqlənməsə 
də, bir cüt cinsiyyət  xromosomları fərqlənir. 
İnsanın  xromosom  yığımında  hər  bir  xromosomun 
özünə  oxşar  homoloji  cütü  olur.  Homoloji  xromosom-
ların  eyni  sahəsində  bir  əlaməti  tənzimləyən  alternativ 
(bir-birinə  əks  olan) gen cütləri olur ki, bunlar da allel 
genlər adlanır.  
Yalnız cinsiyyət xromosomları istisnalıq təşkil edərək 
homoloji  cütlər  yaratmır.  Homoloji  cütlər  yaratmayan 
belə xromosomlar X və Y xromosomları adlanır.  
Genotip  və  fenotip.  Orqanizmin  bütün  genlərinin 
cəmi genotip adlanır. Məsələn, müəyyən edilmişdir ki, insanın genotipində 60 minə 
qədər gen mövcuddur. 
Genotipdə  olan  genlər  mühitin  təsirindən  müxtəlif  əlamətlərin  yaranmasında 
iştirak edir. Əlamət orqanizmin təzahür olunan müəyyən xüsusiyyətidir. Orqanizmin 
zahirən  görünən  əlamətlərinin  cəmi  fenotip  adlanır.  İnsanda  fenotip  əlamətlərinə 
saçın rəngi, boyun uzunluğu, burunun forması və s. əlamətlər aiddir. 
Dominant və resessiv əlamətlər. İnsanda (həmçinin məməlilərdə) mayalanma 
zamanı erkək fərdin spermatozoidi dişi fərdin yumurta-hüceyrəsi ilə birləşir və ziqot 
əmələ gəlir. Bu zaman xromosomlarda olan genlərin təsadüfi birləşməsindən müx-
təlif genetik kombinasiyalı əlamətlər meydana çıxır.    
46 
– Gen nədir? 
– Genin funksiyaları nədən ibarətdir?  
 
 
Allel genlərin homoloji 
xromosomda yerləşməsi 


Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə