Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün


    4.  Düzgün variantı müəyyən edin



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə55/63
tarix05.10.2017
ölçüsü4,08 Kb.
#3314
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   63

 
 
170 
 
4.  Düzgün variantı müəyyən edin:  
  Suyun kimyəvi çirklənməsinin əsas mənbəyi insandır/bitkilərin çürüməsidir.                 
  Kiçik çayların dayazlaşmasının  səbəbi meşələrin qırılmasıdır/yolların tikilməsidir.             
  İri şəhərlərdə havanın çirklənməsinin əsas mənbəyi neft kimyası 
müəssisələridir/avtomobil nəqliyyatıdır. 
 
 
 
  Ekoloji təmiz enerji mənbəyi günəş batareyalarıdır/atom- elektrik stansiyalarıdır.  
  İstixana effektinin yaranmasına səbəb Yerin atmosferində karbon qazının/kükürd 
qazının miqdarının artmasıdır. 
  Su hövzələrində neftin dağılması nəticəsində balıqların kütləvi məhvi suda karbon 
qazının/oksigenin miqdarının azalmasıdır. 
 
5. Suallara cavab verin: 
  Ekoloji problemləri həll etmək üçün beynəlxalq həmrəylik niyə zəruridir? 
  Nə üçün Dünya okeanı sularının neft və neft məhsulları ilə çirklənməsi təhlükəlidir?   
 
 


 
 
171 
 
•   VII  fəsil  • 
İnsan sağlamlığına ətraf mühitin
 
təsiri 
• 

 
 
 
 
 
 İ
NSAN ORQANİZMİNƏ ƏTRAF AMİLLƏRİN TƏSİRİ. STRESS 
 
 
 
İnsan daim ətraf mühit amillərinin təsirinə məruz qalır. Belə ki, insana fiziki (isti, 
soyuq) və ya psixi (təhlükə, konflikt) amillər təsir edir. Bu amillərin təsirinin aradan 
qaldırılması  üçün  onda  birtipli  biokimyəvi  dəyişikliklər  baş  verir.  Orqanizmin 
müxtəlif  mühit  amillərinin  təsirinə  qarşı  ümumi  neyrohumoral  reaksiyası,  onun 
əlverişli vəziyyətindən kənara çıxması halları stress  adlanır.  
 
 
“Mənim stress səviyyəm” 
Suallara cavab verərək qarşısında (+ və – ) işarələrini qoyun.  
Son aylarda sən:  
1.  Məktəbdə yoxlama işi yazmısan. 
2.  Kiminləsə bərk mübahisə etmiş və yaxud 
dalaşmısan. 
3.  Dərslərə və yaxud başqa yerlərə gecikmisən. 
4.  Səni həyəcanlandıran nəsə baş vermişdir. 
5.  Özünü tənha hiss etmisən, qəmlənmisən. 
6.  Sinif qarşısında çıxış etmisən. 
7.  Yeni gördüyün adamla qarşılaşmısan. 
8.  Valideynlərinlə münasibətlərində problemlər 
yaşamısan. 
9.  Yarışlarda var qüvvənlə qalib gəlməyə 
çalışmısan. 
10.  İşlərin hədsiz çox olmuşdur. 
11.  Dərslərinə hazırlaşanda problemlər olmuşdur. 
12.  Üzərinə düşən vəzifələri yerinə yetirə 
bilməmisən. 
13.  Hər hansı bir işdə birinci olmalı idin. 
14.  Böyük bir tədbirin təşkilinə kömək etmisən. 
15.  Özünü itirmisən. 
– Daha hansı amillər stressə gətirib çıxara bilər?
 
 
1
Fəaliyyət
 
Test
 
45 
– Hansı amillər insanın sağlamlığına mənfi təsir göstərir? 
– Bu amilləri necə sistemləşdirmək olar? 
– Bu amillərin təsiri nəyə səbəb olur? 
 
 
Müsbət cavabların sayı: 
• 0 – 5 arası olarsa, stress 
səviyyəsi aşağıdır; 
• 6-dan 10-a qədər orta 
səviyyədir; 
• 11-dən 15-ə kimi stress 
səviyyəsi çox yüksəkdir.
 
VII fəsil 
İNSAN SAĞLAMLIĞINA 
ƏTRAF MÜHİTİN TƏSİRİ 


 
 
172 
 
Stress.  Stress (ing.  “stress” – təzyiq, gərginlik) anlayışı 
Kanada alimi Hans Selye tərəfindən irəli sürülmüşdür. 
O, stressi hər hansı qeyri-əlverişli amilin təsirinə qarşı 
orqanizmdə yaranan müdafiə refleksləri kimi müəyyən 
etmişdir. Stress – güclü qıcıqların təsirindən insanda yaranan gərginlik vəziyyətidir 
və bu gərginlik daha çox emosional qıcıqlara qarşı yaranır. İnsanın psixikasına edilən 
istənilən  təsir  cavab  stressi  yaradır,  yəni  stress  orqanizmin  qıcıqlandırıcı  amillərə 
qarşı cavabıdır. Bu zaman orqanizmdə müəyyən fizioloji dəyişikliklər baş verir.  
Stress yaradan amillər. Həyatda baş verən dəyişikliklər, emosional münaqişə-
lər,  qorxu,  yorğunluq,  fiziki  zədələnmələr,  havanın  temperaturunun  kəskin  dəyiş-
məsi, səs-küy, xəstəliklər və  s. stress yaradan amillərdir. Bu amillərə qarşı cavab 
insanın fiziki və psixoloji vəziyyətindən, həmçinin onun bu qıcıqlara hazırlıq dərə-
cəsindən asılıdır. Emosional streslər həyat ritminin kəskin dəyişməsindən və müna-
qişələrdən yaranır. İnsanda intensivliyinə görə oxşar streslər həm ciddi təhlükədən, 
həm də yaradıcı müvəffəqiyyətdən baş verə bilər.  
 
 
 
Stressin mərhələləri. Güclü stressin sağlamlığa təsiri. Stressin 3 mərhələsini 
ayırırlar: orqanizmin səfərbər edilməsi (həyəcan mərhələsi), qıcığa qarşı 
müqavimət
 
göstərilməsi (uyğunlaşma mərhələsi) və orqanizmin zəifləməsi (zəifləmə 
mərhələsi
).  
Orqanizmin səfərbər edilməsi mərhələsində insanda ürək döyüntüsü sürətlənir, 
qan təzyiqi yüksəlir, qanda adrenalinin miqdarı artır, əzələlərə çoxlu qan gəlir, həzm 
prosesi  zəifləyir.  İnsan  fövqəladə  vəziyyətlərdə  öz  həyat  və  sağlamlığını  xilas  et-
məyə hazır olur. Nəticədə stress amilinin təsirinə qarşı həyəcan yaranır. Bu reaksiya 
orqanizmı müdafiəyə səfərbər edir. 
 
 
 
•  Statistik  məlumatlara  görə,  ABŞ  (bu  ölkə  ilk  dəfə  stress  problemini 
müəyyən  etmişdir)  əhalisi  arasında  90%-i  güclü  stress  keçirir.  Onların 
60%-i həftədə 1–2 dəfə, 30%-i isə hər gün stress vəziyyətinə düşür.  
• 
stress 
A ç a r   s ö z 


Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə