Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə58/63
tarix05.10.2017
ölçüsü4,08 Kb.
#3314
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   63

 
 
179 
 
•   VII  fəsil  • 
İnsan sağlamlığına ətraf mühitin
 
təsiri 
• 

Əkizlik üsulu 
 
 
Sitogenetik üsul. Bu üsul xromosomların miqdarının, quruluşunun öyrənilmə-
sinə əsaslanır. İnsanın xromosom xəstəliklərinin əsas səbəbi xromosomda müəyyən 
sahələrin itməsi, onun quruluşunda baş verən dəyişikliklər, xromosom yığımında  ar-
tıq xromosomların olması və ya itməsidir. Xromosomlarda olan çatışmazlıqlar həm 
autosom,  həm  də  cinsiyyət  xromosomlarında  baş  verə  bilir.  Autosom  xromosom-
larda baş verən çatışmazlıqlara misal kimi Daun sindromunu göstərmək olar.  
 
 
 
Sitogenetik üsul.  
İnsanın normal kariotipi 
Kişidə 
Qadında 
• Mayalanmada 
əkizin sayından 
asılı olmayaraq bir 
yumurta-hüceyrə və
bir spermatozoid 
iştirak edir.
 
Müxtəlif yumurta 
əkizləri 
Bir yumurta 
əkizləri 
• Əkizlər, adətən,
eyni ciftə malik 
olurlar. 
 
• Mayalanmada 
doğulan uşaqların 
sayından asılı 
olaraq iki və daha 
artıq yumurta-
hüceyrə və sper-
matozoid iştirak 
edir. 
• Əkizlərin hər 
birinin öz cifti 
olur. 
 


 
 
180 
 
Biokimyəvi üsul insan orqanizmində gedən maddələr mübadiləsində baş verən 
çatışmazlıqların  səbəblərini  öyrənmək  üçün  tətbiq  edilir.  İnsanda  baş  verən  çatış-
mazlıqlar  bəzən  maddələr  mübadiləsində  irsi  amillərlə  müəyyən  edilən  patoloji 
pozuntularla  əlaqədar  ola  bilir;  məsələn,  insandakı  şəkərli  diabet  bu  cür  xəstəlik-
lərdəndir.    
 
 
İnsanın genetik müxtəlifliyi. İnsanın xarici görünüşü, fiziki və əqli imkanları, 
xarakteri, xəstəliklərə meyilliliyi və ya dözümlülüyü, ömrünün təbii uzunluğu və s.  
valideynlərdən aldığı genlərdən asılıdır. Bu, genetik müxtəlifliyi yaradır.  
Genetik müxtəliflik dedikdə növ daxilində baş verən müxtəlif dəyişikliklər başa 
düşülür. Belə müxtəliflik sayəsində orqanizmdə xarici mühitin müxtəlif təsirlərinə 
qarşı  dözümlülük  yaranır.  Məsələn,  bəzi  insanlar  ətraf 
mühitin  çirklənməsinə  dözə bilsə  də,  digər gen yığımına 
malik  olanlarda  buna  qarşı  bədən  müqaviməti  zəifləyir, 
hətta  ölüm  halları  baş  verir.  Bu  səbəbdən  insanın  gene-
tikasını  öyrənərkən  bir  çox  əlamətlərin  irsən  keçməsi  və 
onlara ətraf mühitin təsiri ciddi tədqiq edilir. 
 
 
 
 
1. Şərti işarələri müvafiq anlayışların qarşısında qeyd edin. 
G – genealoji üsul 
Ə – əkizlik üsulu 
S – sitogenetik üsul 
B – biokimyəvi üsul 

 
Xromosomların miqdarı və quruluş xüsusiyyətlərinə əsaslanan 
insan irsiyyətinin öyrənilməsi üsulu. 

 
Uşağın inkişafına genotipin və mühitin təsirini öyrənən üsul. 

 
İnsanlarda əlamətlərin irsən ötürülməsinin qanunauyğunluqlarını 
öyrənən üsul. 

 
Bu üsul vasitəsilə xromosomların artıq və ya əskik olması ilə 
əlaqədar xəstəliklər öyrənilmişdir.    

 
İnsanın irsiyyətinin öyrənilməsinə əsaslanan üsul.  

 
Sağlam və xəstə adamların xromosom yığımını tədqiq edən üsul. 

 
Maddələr mübadiləsindəki pozğunluqları öyrənən üsul. 
Biokimyəvi üsul
Oraqşəkilli hüceyrə anemiyası 
(qanazlığı) 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

 genealoji üsul

 əkizlik üsulu  

 sitogenetik üsul  

 biokimyəvi üsul 
A ç a r   s ö z lə r  


 
 
181 
 
•   VII  fəsil  • 
İnsan sağlamlığına ətraf mühitin
 
təsiri 
• 

2. Dərslikdəki mətndən və əlavə mənbələrdən istifadə edərək  “İnsan irsiyyətinin və 
onda baş verən dəyişkənliyin öyrənilməsi üçün istifadə olunan üsullar” cədvəlini 
tamamlayın. 
 
3. Yaponiyanın qanunlarına görə, ata ailə quran qızına torpaq sahəsi bağışlamalıdır. 
Ailə  torpaqlarının  dağılmaması  üçün  çox  zaman  qızları  üçün  nişanlını  qohum 
ailələrdən seçirlər. Lakin belə ailələrdə irsi xəstəliklərin rastgəmə tezliyi yüksək olur. 
Bunu necə izah edə bilərsiniz?  
 
 
 
 
Üsullar 
Üsulun mahiyyəti 
İstifadə nümunələri 
Genealoji 
 
 
Əkizlik 
 
 
Sitogenetik 
 
 
Biokimyəvi 
 
 


 
 
182 
 
 İ
RSİ XƏSTƏLİKLƏR 
 
 
 
İnsanda normal əlamətlərlə yanaşı, müxtəlif patoloji əlamətlər də irsən keçə bilir. 
Bu cür xəstəliklərin meydana çıxması, adətən, insanların genlərində və ya xromo-
somlarında baş verən dəyişikliklərlə əlaqədar olur. 
 
 
Öyrənilən bir əlamətə görə 
ailənin nəsil ağacının 
sxemini araşdırın.  
Həkimə müraciət edən ailə 
üzvü (proband) ox ilə 
işarələnmişdir. 
 
Suallara cavab verin: 
1. Sxemdə neçə nəsil göstərilmişdir? 
2. Probandın ata tərəfdən nənəsinin və babasının neçə uşağı olmuşdur? 
3. Probandın cinsi nədir? 
4. Öyrənilən əlamət probandda varmı? 
5. Probandda olan əlamət daha neçə ailə üzvündə var? 
6. Öyrənilən əlamət dominant, yoxsa resessivdir?
 
 
Genlərdə baş verən dəyişilmələr. Belə dəyişilmələr müxtəlif  gen xəstəlikləri-
nin yaranması  ilə nəticələnir. 
 İnsanlarda bəzi genlərin iştirakı ilə müəyyən aminturşu bədənin rəngini təmin 
edən  melanin  piqmentinə  çevrilir.  Bu  genlərdə  baş  verən  çatışmazlıqlar  zamanı 
insanda piqmentlər yaranmır və nəticədə albinizm meydana çıxır. Albinizmə malik 
insanların  saçında,  gözlərində,  kirpik  və  qaşlarında,  həmçinin  dərisində  piqment 
olmur  (a).  Genlərdə  baş  verən  dəyişikliklərlə  əlaqədar  olan  xəstəliklərə  həmçinin 
“toyuq korluğu”, bir çox maddələr mübadiləsi xəstəlikləri də aiddir. Hazırda, ümu-
miyyətlə, 4000-ə yaxın gen xəstəliyi müəyyən edilmişdir.  
Xromosomlarla  əlaqədar  xəstəliklər.  Belə  xəstəliklər  şüalanma,  müxtəlif 
dərman  preparatlarının  qəbulu,  narkotik  maddələrdən 
istifadə  və  digər  səbəblərdən  xromosomların  quru-
luşunda,  miqdarında  yaranan  dəyişikliklərlə  əlaqədar 
olur. Xromosom xəstəlikləri zamanı insanlarda əqli çatış-
mazlıq, bədən qüsurları müşahidə edilir. Xromosom xəs-
təliyinə Daun sindromunu misal göstərmək olar (b). Bu 
xəstəlik hüceyrənin bölünməsi zamanı autosom xromo-
somların  21-ci  cütündə  artıq  xromosomun  olması 
 
Fəaliyyət
48 
– İnsanda irsən ötürülən hansı xəstəlikləri tanıyırsınız? 
– İnsanda genetik pozğunluqları hansı üsullarla öyrənmək olar? 
 
 
(a) 


Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə