Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə62/63
tarix05.10.2017
ölçüsü4,08 Kb.
#3314
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   63

 
 
193 
 
•   VII  fəsil  • 
İnsan sağlamlığına ətraf mühitin
 
təsiri 
• 

 R
EPRODUKTİV SAĞLAMLIQ  
 
 
 
Reproduktiv  sağlamlıq.  Ailə  qurmaq,  sağlam  uşaq  dünyaya  gətirmək,  tam 
keyfiyyətli  şəxsiyyət  tərbiyə  etmək  hər  iki  valideyndən  məsuliyyət  tələb  edir.  Bu 
səbəbdən  insanların  reproduktiv  sağlamlıq  problemlərinə  son  dövrlərdə  daha  çox 
diqqət yetirilir. Reproduktiv sağlamlıq insanın əlverişli fiziki, əqli və sosial rifahı 
şəraitində çoxalma orqanlarının sağlam olmasıdır. 
 
 
 
Cədvəli dəftərinizə çəkin, dölün inkişafına təsir edən amilləri qruplaşdırın və cədvəldə 
qeyd edin: 
mexaniki təsirlər, alkoqol, qida məhsullarında olan qidalı maddələr, 
viruslar, vibrasiya, nikotin, fiziki yük, havanın temperaturu, günəş şüaları, 
bakteriyalar, dərman preparatları. 
 
Fiziki 
Bioloji 
Kimyəvi 
 
 
 
 
– Sadalanan meyarlar insanın reproduktiv sisteminə və dölün inkişafına necə təsir edə 
bilər?
 
 
İnsanın fiziki və psixi sağlamlığının formalaşması hələ bətn daxilində ikən baş-
layır və müxtəlif amillərin təsiri altında ömürboyu davam edir. Belə amillərə düzgün 
qidalanma, gün rejiminə əməletmə, hərəkət aktivliyi və s. aiddir.  
Zərərli vərdişlərin  reproduktiv sağlamlığa təsiri. Reproduktiv sağlamlığa al-
koqol, nikotin və narkotik maddələr kimi zərərli vərdişlər mənfi təsir göstərir.  Zə-
rərli  vərdişlərə  aludə  olan  hamilə  qadınlarda  alkoqolun,  siqaretin  və  ya  narkotik 
maddələrin  tərkibindəki  zərərli  maddələr  dölün  orqanizmində  güclü  dəyişikliklər 
yaradır  və  nəticədə  onun  normal  inkişafı  ləngiyir.  Bu  zaman  sinir  hüceyrələrinin 
formalaşması  pozulduğundan  müxtəlif  çatışmazlıqlara  malik  fiziki  və  psixoloji 
inkişafdan geri qalan uşaqlar dünyaya gəlir. Məsələn, hamilə qadının siqaret çəkməsi 
zamanı qanın plasenta ilə axması zəifləyir. Nəticədə isə döl qida maddələri ilə az 
təmin olunur. Bu səbəbdən də doğulan uşaq cılız, zəif və çəkisi az olur. 
 
Reproduktiv sağlamlığa infeksiyaların təsiri. Reproduktiv sağlamlığa həm  də 
cinsiyyət orqanlarının xəstəlikləri təsir edə bilər. Cinsiyyət yolu ilə keçən xəstəliklər  
zöhrəvi xəstəliklər  adlandırılır.  Bu  xəstəliklərə  qarşı  insanda  immunitet  yaranmır. 
Bədənə daxil olan xəstəliyin törədiciləri, ilk növbədə, cinsiyyət orqanını zədələyir. 
Müalicənin vaxtında aparılmaması, adətən, sonsuzluqla nəticələnir.  
Fəaliyyət
51 
– Hansı faktorlar irsi materiala, hüceyrələrin formalaşmasına, dölün 
ikişafına təsir edə bilər?   
 
 


 
 
194 
 
Reproduktiv sağlamlığın və sağlam həyat tərzinin əsas şərtləri. Reproduktiv 
sağlamlığın və sağlam həyat tərzinin əsas şərtləri düzgün qidalanma, idman vərdiş-
ləri, əmək və istirahət rejiminin düzgün təşkil olunmasıdır. Qidalanma zamanı qida 
normalarına ciddi əməl olunmalıdır. Qida normaları dedikdə insanın normal halda 
qəbul etdiyi ümumi qidanın və ya onda olan komponentlərin miqdarı başa düşülür. 
Bu  normalar  insanın  yaşından,  cinsindən,    işin  növündən  asılı  olaraq  onun  bütün 
həyatı  boyu  dəyişir.  Qida  normalarına  əməl  olunmaması  insanda  müxtəlif 
xəstəliklərin meydana çıxmasına şərait yaradır. Məsələn, karbohidrat və yağlardan 
sui-istifadə  nəticəsində  insanda  ateroskleroz,  piylənmə,  şəkərli  diabet  və  s. 
xəstəliklər yarana bilər.  Bədənin sağlam olması üçün insan daim idmanla məşğul 
olmalıdır. İdmanla müntəzəm məşğul olduqda ürəyin fəaliyyəti güclənir, əzələlərə 
çoxlu qan gəlir, tənəffüs prosesi yaxşılaşır.  
Reproduktiv  sağlamlığın  qorunması  üçün  insan  sağlam  həyat  tərzi  keçirməli, 
gələcək nəslin sağlamlığının qayğısına qalmalıdır. 
 
 
 
 
1.  Aşağıdakı suallardan və əlavə məlumat mənbələrindən istifadə edərək sağlam həyat 
tərzinin əhəmiyyəti haqqında referat hazırlayın. 
  Hansı əsas meyarlar insanın sağlamlığına təsir göstərir? 
  İnsanın sağlamlığına təsir edən fiziki və kimyəvi amillərin əhəmiyyəti nədən 
ibarətdir?  
  İnsanın sağlamlığına təsir edən sosial amillərin əhəmiyyəti nədən ibarətdir?  
  Sadalanan amillər gələcək ananın (dölün, yeni doğulmuş uşağın) reproduktiv 
sağlamlığına necə təsir edə bilər?  
 
2.  Sağlam həyat tərzinə həsr olunmuş “yaddaş kitabçası” hazırlayın. Zərərli vərdişlər-
dən qurtulmaq və sağlamlığınızı qorumaq məqsədilə qaydalar tərtib edin, sonra isə 
bu istiqamətdə təbliğat aparın. 
 
3.  Ananın  qəbul  etdiyi  alkoqol,  narkotik  maddələr  dölün  inkişafını  zəiflədir  və  ana 
bətnində onun inkişafını pozur. Belə dölün inkişafı və böyüməsi gec gedir, baş beyinin 
həcmi kiçilir, “ağıldankəmlik”, “dovşandodaqlılıq”, “qurdağızlılıq” xəstəlikləri  üzə 
çıxa bilir.  
• Dölün inkişafında belə dəyişikliklərin səbəbini izah etməyə çalışın.  
 
 
 
 
 
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN


 
 
195 
 
•   VII  fəsil  • 
İnsan sağlamlığına ətraf mühitin
 
təsiri 
• 

 
 
 
 
1. Aşağıdakı  mövzulardan  biri  barədə  radioverilişdə  çıxış,  yeniyetmələr  üçün 
jurnalda məqalə, yaxud da reklam çarxı üçün ssenari hazırlayın: 
 Stress nədir?  
 Şagird stress vəziyyətindən necə qoruna bilər?  
 Stress canlılara necə təsir edir? 
 
2. “Zərərli vərdişlərin yaranmasının qarşısını almaq üçün tədbirlər siyahısını tərtib 
edin” (məktəbdə, dövlətdə, Yer kürəsində). 
3. Siqaret çəkməyə, alkoqollu içkilər qəbul etməyə qarşı reklam xarakterli plakat 
düzəldin. 
4. Hər hansı zərərli vərdişdən qurtulmağa çalışan insanlar üçün tövsiyələr siyahısı 
hazırlayın. 
5. İnternetdən aşağıdakı mövzuların biri haqqında məlumat toplayın və elektron 
təqdimat formasında tərtib edin. 
 Daun sindromlu uşaqların adaptasiyasının bioloji və sosial aspektləri. 
 Müxtəlif dünya xalqlarının albinoslara münasibəti. Dünyanın müxtəlif 
ölkələrində albinosların adaptasiyasının sosial aspektləri. 
 
6. “Ailəmin genealoji ağacı” 
Tapşırıq:  
1. Qohumlarınızla söhbət aparın, ailə şəkillərinə, sənədlərinə diqqət 
yetirin. 
2. Aldığınız məlumatları təhlil edin və sxem şəklində nəsil ağacınızı 
qurun. 
3. Qohumları birləşdirən xətlərin üzərində oxşar xarici əlamətləri, 
xasiyyətləri, qabiliyyətləri və ya sağlamlıq vəziyyətlərini qeyd edin. 
4. Bütün qohumlar üçün ümumi  (əgər varsa) əlamətləri müəyyən edin.  
Nəticələrinizi illüstrasiyalı referatlar, elektron təqdimat, plakatlar 
formasında təqdim edin. 
 
 
L a y i h ə
 
 


Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə