Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə59/63
tarix05.10.2017
ölçüsü4,08 Kb.
#3314
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   63

 
 
183 
 
•   VII  fəsil  • 
İnsan sağlamlığına ətraf mühitin
 
təsiri 
• 

nəticəsində baş verir. Yaşlı ananın uşaq dünyaya gətirməsi ilə əlaqədar bu xəstəliyin 
meydana çıxması riski daha da artır. 
 
 
Xromosomlarla əlaqədar xəstəliklər – 
Daun sindromu 
 
 
 
 
 
 
 
 
 
 
 
Talassemiya. İrsi qan xəstəliyi olan talassemiyaya Azərbaycanda geniş təsadüf 
olunur.  Xəstəlik  resessiv  olub  autosom  xromosomlardakı  bir  gendə  baş  verən 
dəyişiklik zamanı meydana çıxır. Nəticədə qanda hemoqlobinin sintezi pozulur. 
 
 
(b) 
• Sifətə yayılmış burun, 
yuxarıya doğru dartılmış 
büküşlü qapaqlara malik 
gözlər. 
• Eyni büküşlü ovuclar 
(“meymun ovcu”), 
qısa görünüşlü 
beşinci barmaq. 
Digər barmaqlardan 
uzaqda yerləşən 
baş barmaq və 
dabanların inkişaf 
etmiş büküşləri.  
•  İnsanlarda 
araxnodaktiliya
  (“hörümçək  barmaqlar”  –  barmaqlar  çox 
nazik  və  uzun  olur)  adlanan  irsi  xəstəliyə  rast  gəlinir.  Bu  xəstəliyi 
müəyyən edən gen birləşdirici toxumanın normal formalaşmasını pozur 
və əl barmaqlarının quruluşu ilə yanaşı, gözdə büllurun quruluşuna təsir 
edir,  həmçinin  ürək-damar  sistemində  anomaliyalara  gətirib  çıxarır. 
Məşhur  skripkaçı  Nikolo  Paqanini,  ABŞ-ın  mərhum  prezidenti  Avraam 
Linkoln, Fransanın sabiq prezidenti Şarl de Qolda da bu xəstəlik olmuş-
dur.  
Nüvə 
Hüceyrə 
Xromosomlar
• 21-ci cütdə artıq  
xromosomun olması. 


 
 
184 
 
 
Talassemiya  xəstəliyinin  iki  forması  var. 
Bunlardan  birincisi  talassemiya daşıyıcılığıdır
Belə  insanlar  zahirən  tamamilə  sağlam  olsalar 
da, özlərində xəstə geni daşıyır və onları irsən öz 
uşaqlarına  ötürə  bilirlər.  Talassemiya  genini 
yalnız bir valideyndən alan uşaq talassemiyanın daşıyıcısına çevrilir. Belə uşaqlarda 
yüngül  formada  qanazlığı  olsa  da,  onlarda  ciddi  müalicə  tələb  olunmur  və  qanda 
dəmirin miqdarı, adətən, normada olur. 
Talassemiyanın ikinci ən ağır forması böyük talassemiya adlanır. Böyük talas-
semiyaya bu xəstəlik genini hər iki valideyndən alan uşaqda rast gəlinir. Bu, erkən 
uşaqlıq dövründə  inkişaf  edən  ağır irsi qan  xəstəliyi hesab  edilir. Talassemiya  ilə 
doğulmuş uşaqlarda xəstəlik müəyyən müddət ərzində gizli keçir və 4 aylığına kimi 
onda heç bir xəstəlik  halı müşahidə  edilmir.  Bu aylardan etibarən xəstə  uşaqların 
qanında  hemoqlobinin  miqdarı  azalmağa  başlayır.  Nəticədə  qanda  oksigen  çatış-
mazlığı səbəbindən onlar tez yorulur, rəngləri solur, iştahları və yuxuları pozulur. 
İllər  ötdükcə  belə  uşaqlar  fiziki  inkişafına  görə  həmyaşıdlarından  geri  qalırlar. 
Onların qaraciyər, dalaq, ürək və s. daxili orqanlarında və sümüklərində dəyişikliklər 
baş  verir.  Böyük  talassemiya  xəstəliyi  olan  uşaqları  müalicə  etmək  üçün  onlara 
ömürboyu hər ay qan köçürmək lazımdır. Ancaq bu özü də sonda xəstə uşaqda digər 
problemlərin yaranmasına gətirib çıxarır. Belə müalicə alan uşaqların orqanizmində 
dəmirin miqdarı artır. Artıq dəmir xəstələrin daxili orqanlarında yığılır, bu isə, öz 
növbəsində, daxili orqanların fəaliyyətini pozur. Bunun nəticəsində xəstələrdə ürək-
damar  çatışmazlığı,  qaraciyər  xəstəliyi  və  endokrin  pozğunluqlar  meydana  gəlir. 
Buna görə də xəstələrin bədənində olan artıq dəmiri orqanizmdən xaric etmək üçün 
xüsusi preparatlardan istifadə edilir. 
Azərbaycanda talassemiya xəstəliyinin geniş yayılmasının başlıca səbəblərindən 
biri qohum nikahlarıdır. Xəstəlik, əsasən, bu nikahlardan törənən övladlarda üzə çıxa 
bilir.
  
 
 
 
  
1.  Məntiqə əsasən sual işarəsinin yerinə uyğun olan anlayışı müəyyən edin:  
  Genlərdə baş verən çatışmazlıqlar – albinizm 
? – Daun sindromu 
  Əlamətin dominant və ya resessiv olması – genealoji üsul 
Mühitin genotipə təsirinin müəyyən edilməsi – ? 
Daun xəstəliyi – ? 
Hemofiliya (qanın laxtalanmaması) – cinsi xromosomlar 
  Biokimyəvi tədqiqat – şəkərli diabet  
? – “Toyuq korluğu” 
  Sağlam insan – 46 
Daun sindromu – ? 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
• 
talassemiya
• 
albinizm 
A ç a r   s ö z lə r  


 
 
185 
 
•   VII  fəsil  • 
İnsan sağlamlığına ətraf mühitin
 
təsiri 
• 

2. Sxemi dəftərinizdə çəkin. İrsi xəstəliklərin yaranması riskini artıran amillərin  
nömrələrini sxemin müvafiq xanalarında yerləşdirin.
  
 
1. ionlaşdırıcı şüalanmanın müxtəlif formaları  
2.  çiçək virusu  
3. bəzi dərman preparatları  
4. alkoqol  
5. qrip virusu  
6. ultrabənövşəyi şüalanma  
7. narkotiklər  
8. vərəm çöpü 
 
3. İki eyni yumurta əkizi (A və B) müxtəlif uşaq evlərində böyümüşlər. C və D eyni 
yumurta əkizləri isə bir ailədə yaşamışlar. Bu əkizlərin müayinəsi nəticəsində növbəti 
nəticələr alınmışdır: 
 
Göstəriciləri analiz və müqayisə edərək nəticə çıxarın: 
– Fikrinizcə, hansı əlamətlər irsidir və genotipdən asılıdır? 
 
4Talassemiya resessiv olsa da, nəsildə irsən özünü fenotipcə büruzə verə bilir. Bunun 
səbəbini genetik nöqteyi-nəzərdən izah etməyə çalışın. 
 
 
Amillər
Fiziki amillər: ...
Kimyəvi amillər: ...
Bioloji amillər: ...
ƏLAMƏTLƏR 
ƏKİZLƏR 
Müxtəlif şəraitdə tərbiyə 
almışlar 
Eyni şəraitdə tərbiyə almışlar 




1. Boy (sm) 
150 
152 
160 
161,6 
2. Çəki 
50 
51 
54 
56 
3. Əyripəncəlilik 

– 
– 
– 
4. Oxumağa meyillilik 
– 



5. Riyazi təfəkkür 
– 



6. Əqli inkişaf 
orta 
yüksək 
orta 
orta 


Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə