Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə57/63
tarix05.10.2017
ölçüsü4,08 Kb.
#3314
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   63

 
 
176 
 
Uşaqda  bu  əlamətlərin  formalaşmasında  dominant  (güclü)  və  resessiv  (zəif) 
genlər  iştirak  edir.  Məsələn,  qarasaç  valideynlə  sarısaç  valideynlərin  nikahından 
əksər hallarda qarasaç uşaqlar dünyaya gəlir. Nəsildə üzə çıxan bu əlamət dominant
özünü büruzə verməyən “sarısaç” əlamət isə resessiv adlanır. İnsanda irsən keçən 
dominant və resessiv əlamətlərə aşağıdakılar aiddir. 
 
Dominant əlamətlər 
Qara saç 
Qıvrım saç 
Qara göz 
Dərinin tünd rəngi 
Sifətdə çillərin olması 
İri burun 
Qanın normal laxtalanması 
Resessiv əlamətlər 
Sarı saç 
Düz saç 
Mavi göz 
Açıqrəngli dəri 
Sifətdə çillərin olmaması 
Kiçik burun 
Qanın laxtalanmaması (hemofiliya) 
 
Dominant və resessiv genlər həmçinin bu və ya digər xəstəliklərə meyilliliyə də  
cavabdehdir. 
 
 
 
 
İnsan irsiyyətinin formalaşmasında mühitin rolu. İnsanın  xarakteri, tempe-
ramenti kimi xüsusiyyətlər irsi amillərə əsaslanır.  İnsanda irsən keçən əlamətlərə 
həmçinin intellekt səviyyəsi, bu və ya digər elmlərə, musiqiyə, rəqsə, idmana, riyazi 
təfəkkürə meyillilik və bu kimi  xüsusiyyətlər daxildir.  
 
Fəaliyyət
Şəklə diqqətlə baxın. 
– İnsanın gözünün tünd və ya açıq rəngdə olması əlamətinin irsən ötürülməsində hansı 
qanunauyğunluqlar müşahidə edilir? 
– Bunu necə izah etmək olar?    


 
 
177 
 
•   VII  fəsil  • 
İnsan sağlamlığına ətraf mühitin
 
təsiri 
• 

 
 
Lakin  bununla  yanaşı,  insan  irsiyyətinə  digər 
amilləri  də  müəyyən  təsir  göstərir.  Belə  ki,  uşağın 
xarakteri  təkcə  irsiyyətdən  deyil,  təlim-tərbiyədən, 
onu  əhatə  edən  mühitdən,    sosial  vəziyyətdən  və           
s.-dən  asılı  olur.  Uşaqlar  bəzi  xarakterik  cəhətləri 
valideynlərlə ünsiyyət zamanı götürürlər. Bu səbəb-
dən valideynlər bunu nəzərə alaraq öz davranışları ilə 
uşaqlara nümunə olmalıdırlar.    
 
 
 
 
1. Düzgün cavabı müəyyən edin:  
1.  Orqanizmin zahirən görünən əlamətlərinin cəmi fenotip/genotip adlanır.  
2.  Orqanizmin yeni əlamətlər qazanmaq xüsusiyyəti irsiyyət/dəyişkənlik adlanır. 
3.  İrsiyyətin və dəyişkənliyin qanunauyğunluqlarını öyrənən elm sitologiya/genetika 
adlanır. 
4.  İnsan kariotipində 22/23 cüt  xromosom var.  
5.  Kişi və qadının bütün autosom xromosomlar bir-birindən fərqlənir/fərqlənmir
6.  Nəsildə üzə çıxan güclü əlamət dominant/resessiv adlanır.  
7.  Fərdin bütün irsi xassələrinin cəmi fenotip/genotip adlanır. 
 
2. Anlayışları izah edin  və onların arasında olan əlaqələri sxemlərlə təqdim edin.  
 
 
3. Əlavə məlumat mənbələrindən istifadə edərək heyvan və bitkilərin  dominant və 
resessiv əlamətlərinə dair təqdimat hazırlayın.
 
 
• Bəzi əlamətlər – məsələn, 
qan qrup-
ları 
  bəzi 
irsi  xəstəliklər 
–  ətraf 
mühitin  təsiri  ilə  deyil,  yalnız  geno-
tiplə müəyyən olunur. Digər əlamət-
lərin  təzahürü  isə  həm  genotipdən, 
həm  də  ətraf  mühitin  təsirindən 
asılıdır.  Məsələn,  insanın  boyunun 
hündürlüyü genotipdən asılıdır. Eyni 
zamanda bu həm də ətraf mühitdən 
–  böyümə  dövründə  qidalanmadan 
da asılıdır.  
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
G e n 
F eno tip
G e no tip
Əlamət 
Ə t raf  mühi t  amill əri
 
• 
irsiyyət
• 
dəyişkənlik 
• 
autosom 
• 
kariotip 
• 
genotip 
• 
fenotip 
• 
dominant 
• 
resessiv 
A ç a r   s ö z lə r  


 
 
178 
 
 İ
NSAN İRSİYYƏTİNİN ÖYRƏNİLMƏSİ ÜSULLARI 
 
Digər orqanizmlərdə rast gəlinən irsiyyət qanunauyğunluqları insan üçün  də sə-
ciyyəvidir.  Lakin  bu  orqanizmlərlə  müqayisədə  insanda  irsiyyət  və  dəyişkənliyin 
qanunauyğunluqlarının öyrənilməsi çətinlik törədir.  
İlk növbədə, insan üzərində birbaşa təcrübələr aparmaq mümkün deyil. Bundan 
başqa, insan gec çoxalır, az nəsil verir. Ona görə də insan irsiyyətini və onda baş 
verən dəyişikliyin öyrənilməsi üçün xüsusi üsullar işlənib hazırlanmışdır. 
Genealoji üsul  nəsil ağacının (şəcərəsinin) öyrənilməsinə əsaslanır. Bu zaman 
xüsusi  simvollardan  istifadə  etməklə  və  qo-
humluq  dərəcələrini  göstərməklə  öyrəniləcək 
əlamət qrafik təsvir olunur. Bununla nəsil ağacı 
tərtib edilir, öyrəniləcək əlamət qohum qruplar-
da  azı  3  nəsildə  izlənilir.    Bununla  əlamətin 
dominant  və  ya resessiv keçməsi  müəy-
yənləşdirilir. 
 
 
  
Əkizlik üsulu. Genealoji üsulla əlamətin dominant və ya resessiv olduğu müəy-
yənləşdirilsə də, mühitin bu əlamətlərə necə təsir göstərdiyini öyrənmək mümkün 
olmur. Mühitin genotipə təsirinin müəyyən edilməsi üçün əkizlik üsulundan istifadə 
olunur. Bu təsirlər bir və ya müxtəlif yumurta əkizləri üzərində öyrənilir və sonra 
nəticələr analiz edilir. Əkizlik üsulu ilə sifətdə çilliliyin, barmaq izlərinin keçməsi, 
infeksion xəstəliklərə meyillilik və bu kimi əlamətlər öyrənilmişdir.  
47 
– İnsan hansı xromosom yığımına malikdir?
 
– Qadının və kişinin xromosom yığımı necə fərqlənir?
 
– Uşağın cinsiyyəti nə zaman və necə müəyyən olunur? 
 
 
Fəaliyyət
Məsələni həll edin: 
•  Ailənin irsiyyətində saçın bir hissəsinin ağ rəngli olması (“ağ çəng”) dominant əlamətinə 
rast gəlinir (sxemə bax). Valideynlərin hansında “ağ çəng” olur? Uşaqların neçə faizində 
bu əlamətə rast gəlinir. Niyə 5 və 7-ci fərdlərdə “ağ çəng” əlaməti olmur? 
Saçın “ağ çəng” xüsusiyyətinin irsən ötürülməsi 
Kişi           Qadın         Öyrənilən əlamət                  Nikah
 Uşaqlar
 
Nəsil ağacı tərtib edərkən 
aşağıdakı qaydalara əməl edin: 
a) nəsil ağacının tərtib edilməsi 
öyrənilən insandan başlanılır;  
b) qardaş və bacılar anadanolma 
ardıcıllığı ilə soldan-sağa  
doğru yerləşdirilir;  
c) hər nəslin nümayəndələri bir 
sırada yerləşdirilir. 
!


Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə