Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə54/63
tarix05.10.2017
ölçüsü4,08 Kb.
#3314
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   63

 
 
167 
 
•   VI  fəsil  •  
Canlılar və ətraf mühit
  
• 

 
 
 
 
 
 
 
 
 
 
“Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli  ilə bağlı 
proqramlar” (yaxud “Azərbaycanda həyata keçirilən ekoloji proqramlar”) 
Məqsəd:  
1.  Son 10 il ərzində Azərbaycanda həyata keçirilən dövlət ekoloji proqramlarının 
öyrənilməsi.  
2.  Dövlət tərəfindən həyata keçirilən və planlaşdırılmış tədbirlərin təsnifi,  
məlumatların sistemləşdirilməsi. 
Mənbələr: 
1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytı:  
http://www.eco.gov.az/anket4.php  
2. http://eco.preslib.az/  
3. Digər elektron və çap mənbələri  
İşin gedişi: 
1. 
Əlavə mənbələrdən istifadə edərək son 10 il ərzində Azərbaycanda həyata keçirilən 
ekoloji proqramlar haqqında məlumat toplayın.  
2. 
Dövlət tərəfindən həyata keçirilən və planlaşdırılmış tədbirləri təsnif edin, nəticələri 
cədvəl şəklində sistemləşdirin: 
 
 
Tarix 
Sənəd 
Görülən işlər 
Planlar 
Su ehtiyatları 
 
 
 
 
Atmosfer havasının 
mühafizəsi 
 
 
 
 
Torpaq ehtiyatlarının 
qorunması 
 
 
 
 
Meşə ehtiyatlarının 
mühafizəsi 
 
 
 
 
Sənaye və məişət 
tullantılarının idarə 
edilməsi 
 
 
 
 
Bioloji müxtəlifliyin 
qorunub saxlanılması 
 
 
 
 
Səhralaşmaya qarşı 
mübarizə 
 
 
 
 
 
3. 
Apardığınız iş barədə elektron təqdimat, buklet və ya fotoalbom formasında hesabat 
hazırlayın.   
 
 
L a y i h ə
 
3


 
 
168 
 
 
 
 
 
 
“Antropogen faktorların doğma diyarımızın ətraf mühitinə təsiri” 
1. Yaşadığınız ərazinin atmosferini çirkləndirən antropogen mənbələri müəyyən 
edin. 
2. Yaxınlıqda yerləşən su mənbələrində hansı tullantılara (kağız, şüşə, metal, 
polietilen paketlər və s.) tez-tez rast gəlindiyini aydınlaşdırın.  
3. Ərazidə torpağın əsas çirklənmə mənbələrini müəyyən edin.  
4. Qohumlarınız, qonşularınız, dostlarınız və tanış həkimlər arasında sosioloji 
sorğu vasitəsilə ərazidə yaşayan əhalinin orta insan ömrü, ən çox yayılmış 
xəstəliklər barədə məlumat toplayın. Bunun üçün yaxınlıqdakı poliklinikaya 
da müraciət etmək olar. 
5. Ərazinizdə yaşayan insanların sağlamlığının atmosfer, su və torpağın 
antropogen çirklənmə səviyyəsindən asılılığını müəyyən edin. 
6. Bu problemlərin həlli üçün öz təkliflərinizi hazırlayın. 
 
Nəticələrinizi elektron təqdimatlar, cədvəllər, qrafiklər, diaqramlar və s.  
formada təqdim edin
 
 
L a y i h ə
 
5
Bioloji modellər üzərində ekosistemlərdə baş verən dəyişikliklərin proqnozlaşdırılması 
haqqında internetdən məlumat toplayın. Məlumatı elektron təqdimat,  yaxud divar 
qəzeti formasında təqdim edin. 
 
 “Məişət tullantılarının təkrar istifadəsi”  
1. Yoldaşlarınız, qohumlarınız və qonşularınız arasında aşağıdakı suallar əsasında 
anket sorğusu keçirin: 
 Zibili çeşidlərinə görə ayırırsınızmı?  
 Məişət tullantıları hansı ekoloji problemlər yarada bilər? 
 Kağız, plastmas qablar, alüminium bankalar, polietilen paketlər, işlənmiş 
maşın təkərləri və köhnə qablardan təkrar necə istifadə etmək olar? 
 Sizə məişət tullantılarının hansı utilizasiya üsulları məlumdur? 
 Şəhərimizdə (rayonumuzda, yaxud kəndimizdə) ekoloji təmizliyi hansı 
üsullarla qorumaq olar?  
2. Anketləri təhlil edin, lazımsız əşyalardan təkrar istifadə və ya emal üsullarını 
təklif edin. 
3. Yaşadığınız ərazidə məişət tullantıları hansı fəsadlar törədir?  
4. Ətraf mühitin  qorunması üçün hansı tədbirlər təklif edə bilərsiniz? 
5. Nəticələrinizi əyani olaraq əşyalar, fotoşəkillər, rəsmlər, plakatlar, elektron 
təqdimat  formasında təqdim edin. 
 
 
L a y i h ə
 
4


 
 
169 
 
•   VI  fəsil  •  
Canlılar və ətraf mühit
  
• 

 
 
1. 
Uyğunluğu müəyyən edin: 
 
 
2. 
Rəqəmlərlə (1–5) ekoloji sistemin hansı komponentləri göstərilmişdir? 
 
 
 
3.  Bioloji ritmlərə aid nümunələri qruplaşdırın və hər qrupa ad verin. 
 
 
 
1)
 
Bağayarpağının yarpaqları gündüz şaquli vəziyyət alır, gecə isə çətir formasında 
yığılır.  
2)
 
Bəzi ot bitkiləri qışı yerüstü orqanları olmadan, şəklini dəyişmiş yeraltı zoğlar 
formasında  keçirir.  
3)
 
Heyvanların əksəriyyəti gecə yatır, az qismi isə yalnız bu vaxt fəal olur.  
4)
 
Payızda qurdlar torpağın dərin qatlarına keçir (torpağın donmadığı hissəyə). 
5)
 
Günəş işığının bol olduğu yerdə zəncirotunun çiçəkləri sarı və yumşaq, qaranlıqda 
isə ləçəklər bir-birinə sıx yaxınlaşmış vəziyyətdə olur. 
6)
 
Qışa yaxın məməlilərin bir çoxunda  tükləri sıx və uzun olur, dəri altında piy qatı 
əmələ gəlməyə başlayır.  
7)
 
Yayda adadovşanının rəngi tünd-qonur olur.  
 
Ü m u m i l ə ş d i r i c i   t a p ş ı r ı q l a r
 
a. suyun kimyəvi tərkibi 
b. malyariya parazitinin çoxalması 
c. rütubət, torpağın temperaturu 
d. paxlalı bitkilərin kökündə kök-yumrucuq bakteriyalarının olması 
e. su axınının sürəti 
f. torpağın şoranlığı  
1) Abiotik 
amillər 
 
2) Biotik 
amillər 
1...  
2... 
3... 
4... 
5... 

________________ 
№: 
______________ 
№: 


Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə