Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün


    2.  Cədvəli dəftərinizə köçürün və verilmiş anlayışları uyğun xanalara yazın



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə52/63
tarix05.10.2017
ölçüsü4,08 Kb.
#3314
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   63

 
 
160 
 
2.  Cədvəli dəftərinizə köçürün və verilmiş anlayışları uyğun xanalara yazın.  
Alkoqol, konflikt, vibrasiyalar, sənayenin zəhərli tullantıları, müxtəlif təbiətli şüa-
lanmalar, zəhərli kimyəvi maddələr, müharibə, səs-küylər, gübrələr, siqaret, 
narkotiklər, stress. 
ANTROPOGEN AMİLLƏR 
Fiziki amillər 
Kimyəvi amillər 
Sosial amillər 
 
 
 
 
3.  Cədvəldə insanın istifadə etdikdən sonra tulladığı əşyaların siyahısı verilib. 
Onlardan təkrar istifadə üsullarını fikirləşin və qarşısındakı xanada qeyd edin.  
Tullantı 
Təkrar istifadə 
Boş dəmir konserv bankaları 
 
Qida qalıqları 
 
Polietilen torbalar 
 
Köhnə jurnal və qəzetlər 
 
Geyilmış paltar 
 
Qırılmış qab-qacaq 
 
Plastmas butulkalar 
 
 
 
 


 
 
161 
 
•   VI  fəsil  •  
Canlılar və ətraf mühit
  
• 

 B
İOLOJİ MÜXTƏLİFLİYİN SAXLANILMASI.                   
AZƏRBAYCANDA EKOLOJİ PROBLEMLƏR 
 
 
 
Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı ilə əlaqədar insan 
fəaliyyətinin  ətraf  mühitə  mənfi  təsiri  artmış  və  təbii  sərvətlər  həddindən  artıq 
istismar olunmuşdur. 
Ekoloji standartlar. İnsan fəaliyyəti nəticəsində təbiətə güclü mənfi təsir gös-
tərilir. Belə ki, hər bir istehasal növü müəyyən tullantılarla bağlıdır. Bunlara sənaye 
və avtonəqliyyatın xaric etdiyi tullantılar aiddir.  
Təbiətin  mühafizəsi  istiqamətində  əsas  tənzimləyici  normativ  sənədlər  ekoloji 
standartlar (ekoloji normalar) qəbul olunmuşdur. Ətraf mühitin vəziyyətini qiymət-
ləndirmək və müxtəlif tullantıların insan orqanizminə göstərə biləcək təsirini müəy-
yən  etmək  üçün  Ümumdünya  Səhiyyə  Təşkilatı  hər  bir  çirkləndirici  maddənin 
yolverilən qatılıq həddini müəyyən etmişdir. Bu hədd maddələrin insan orqanizminə 
mənfi təsir göstərməyən maksimal konsentrasiyalarıdır. Əgər hər hansı bir maddənin 
miqdarı yolverilən konsentrasiya həddini aşarsa, bu zaman o, insan orqanizmi üçün 
təhlükə mənbəyinə çevirilir.  
 
 
 
Otaqda 0,5 m
3
  havanın tərkibində 0,05 q ammonyak müəyyən olunmuşdursa, obyektin ekoloji 
vəziyyətini  qiymətləndirin.  Ammonyakın  yolverilən  qatılıq  həddi  (YQH)  0,2  mq/m
3
-ə 
bərabərdir. Qazın otaqdakı tərkibini YQH ilə müqayisə edərək hesablama aparmaqla 
cavabınızı təsdiqləyin  (düzgün cavabı seçin):  
 
а) ekoloji cəhətdən təhlükəsizdir (ammonyakın havada tərkibi YQH-yə uyğundur);    
b) ekoloji cəhətdən təhlükəsizdir (ammonyakın havada tərkibi YQH-dən 2 dəfə çoxdur);    
с) ekoloji cəhətdən təhlükəlidir (ammonyakın havada tərkibi YQH-dən 100 dəfə çoxdur);    
d) ekoloji cəhətdən təhlükəlidir (ammonyakın havada tərkibi YQH-dən 500 dəfə çoxdur).
    
 
Bütün dünya ölkələri kimi Azərbaycan da müxtəlif xarakterli ətraf mühit prob-
lemləri ilə üzləşir.
 
Bu baxımdan ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin 
sağlamlaşdırılması sahəsində müsbət nəticə əldə etmək məqsədilə respublikamızda 
dünya qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qə-
bul  olunmuş,  normativ-hüquqi  sənədlər,  dövlət  proqramları  hazırlanmış  və  təsdiq 
edilmişdir.  Respublika  üçün  aktual  olan  ekoloji  problemlərin  dayanıqlı  inkişaf 
prinsipləri əsasında həll edilməsi məqsədilə müvafiq dövlət proqramları çərçivəsində 
tədbirlər görülür. 
 
Fəaliyyət
44 
– İnsan biomüxtəlifliyin qorunması üçün hansı vasitələrdən 
istifadə edir? 
 
 


 
 
162 
 
Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemləri təkcə iqtisadi keçid 
dövründə  olan  Azərbaycan  Respublikasının  daxili  imkanları  hesabına  həll  etmək 
mümkün deyildir. 
Azərbaycan Respublikasının əsas ekoloji problemləri aşağıdakılardan ibarətdir: 
–  su ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsi, o cümlədən transsərhəd 
çirklənməyə məruz qalması; 
–  yaşayış məntəqələrinin keyfiyyətli su ilə təminatının aşağı səviyyədə olması, 
şirin suların tələbat yerlərinə çatdırılana qədər itkiyə yol verilməsi, kanali-
zasiya xətlərinin azlığı; 
–  sənaye  müəssisələri  və  nəqliyyat  vasitələri  tərəfindən  atmosfer  havasının 
çirklənməsi; 
–  münbit torpaqların deqradasiyaya uğraması (eroziya, şoranlaşma və s.); 
–  bərk sənaye və məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb 
olunan səviyyədə idarə olunmaması; 
–  meşə ehtiyatlarının, faunanın, o cümlədən balıq ehtiyatlarının azalması; 
–  biomüxtəlifliyin azalması. 
  
 
Bioloji müxtəlifliyin qorunmasıBioloji müxtəliflik dedikdə, adətən, növ müx-
təlifliyi başa düşülür. Lakin bioloji müxtəliflik bir-birindən fərqlənən 3 anlayışdan – 
genetiknöv və ekosistem müxtəlifliyindən ibarətdir. Bioloji müxtəliflik ekosistem-
lərin yaranmasını və onlarda ekoloji tarazlığın formalaşmasını təmin edir. Bu olma-
dıqda maddələr və enerji mübadiləsi kəsilir, nəticədə ekoloji tarazlıq pozulur. Bioloji 
müxtəlifliyin qorunması üçün, ilk növbədə, nəsli kəsilməkdə  olan və sayı azalan 
növlər müəyyən edilərək “Qırmızı kitab”a salınır.  
Azərbaycan Respublikasının “Qırmızı kitab”ı. Azərbaycanın “Qırmızı kitab”ı 
nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin və-
ziyyəti haqqında rəsmi dövlət sənədidir. O, respublikanın bütün ərazisində, o cüm-
lədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan 
və bitki növlərinin vəziyyəti, yayılması, mühafizə tədbirləri haqqında məlumatları 
özündə əks etdirir. 
Mövcud  “Qırmızı  kitab”  6  hissədən  ibarətdir,  özündə  nadir  və  nəsli  kəsilmək 
təhlükəsi olan 42 – məməli, 71 – quş, 5 – balıq, 16 – amfibi, 14 –  reptili, 40 – həşərat 
və 140 bitki növləri haqda məlumatı özündə birləşdirir. 
Respublikanın “Qırmızı kitab”ına bitki və heyvan növləri 2 kateqoriya üzrə daxil 
edilib: yoxa çıxmaq təhlükəsi olan növlər və nadir növlər. 
Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri (fərdlərin tələf olması və ya-
şadığı  yerlərin  dağıdılması)  nəticəsində  sayı  azalan  və  arealı  kəskin  dərəcədə  ki-
çilərək böhran səviyyəsinə çatan növlər daxildir. İkinci kateqoriyaya isə sayı azal-
mağa doğru meyil edən və kiçik ərazilərdə rast gəlinən növlər, həmçinin təbiətdə 
sayı və ehtiyatları haqqında lazımi məlumat olmayan, az öyrənilmiş, mühafizəsinin 
təşkili işində müəyyən çətinliklər olan heyvan və bitki növləri də daxildir. 
Nəsli kəsilməkdə olan növlərin qorunub saxlanılması. Azərbaycan Respubli-
kasında nadir, nəsli kəsilməkdə olan növlərin qorunub saxlanılması məqsədilə milli 
parklar, qoruq və yasaqlıqlar yaradılır. Burada qorunan bitki və heyvan növlərinin 


Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə