Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə49/63
tarix05.10.2017
ölçüsü4,08 Kb.
#3314
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   63

 
 
151 
 
•   VI  fəsil  •  
Canlılar və ətraf mühit
  
• 

Ekoloji  sistem.  Yaşayış  mühiti  ilə  birgə  götürül-
müş canlıların  istənilən təbii birlikləri (biosenozları) 
ekoloji sistemləri (biogeosenozları) əmələ gətirir. Eko-
loji sistemlərdə maddələr və enerji dövranı baş verir. 
Maddələr  dövranı  zamanı  qeyri-üzvi  maddələr  –  su, 
karbon qazı, azot birləşmələri canlılar tərəfindən  tutu-
laraq istifadə edilir və onlar öləndən sonra isə yenidən 
torpağa qaytarılır.  
İstənilən  ekosistemə  daim  enerji  daxil  olmalıdır. 
Yer üzərində əsas enerji mənbəyi günəşdir. Lakin gü-
nəş  enerjisini  yalnız  avtotroflar  istifadə  edə  bilir.  Avtotroflara  fotosintezedici  bit-
kilər, sianobakteriyalar aiddir ki, bunlar da produsentlər adlanır. Digər orqanizmlər 
hazır  üzvi  maddələrlə  qidalanan  heterotroflara  aid  edilirlər.  Heterotroflar  pro-
dusentlər tərəfindən sintez olunmuş üzvi birləşmələri mənimsəyir, digər maddələrə 
çevirir və minerallaşdırır. Heterotrof orqanizmlər üzvi maddələrin istehlakçıları olan 
konsumentlərə  və  üzvi  maddələri  minerallaşdıran  redusentlərə  bölünürlər.  Kon-
sumentlərə bir çox heyvanlar və həmçinin bəzi göbələklər aiddir.  
Produsent və konsumentlər məhv olduqdan sonra onların üzvi maddələri redu-
sentlərin (əsasən, bakteriyalar və göbələklər) iştirakı ilə qeyri-üzvi maddələrə qədər 
parçalanması nəticəsində maddələr təbiətə qaytarılaraq bitkilər tərəfindən yenidən 
istifadə olunur, yəni maddələr dövranı baş verir.  
Qida zənciri. Ekoloji sistemdə orqanizmlərdən biri digərinin qidasını təşkil edir 
və  nəticədə  qidada  olan  enerji  bir  orqanizmdən  digərinə  ötürülür.  Beləliklə,  qida 
zənciri  yaranır.  Qida  zəncirinə  daxil  olan  ilkin  həlqə  produsentlərdən  ibarət  olur. 
Produsentlər birincidərəcəli konsumentlərin, bunlar isə, öz növbəsində, ikincidərə-
cəli  konsumentlərin  və  s.-nin  qidasını  təşkil  edir.  Qida  zəncirinin  hər  bir  sonrakı 
həlqəsində qidada olan enerjinin 80–95%-i istilik şəklində ətraf mühitə yayılır. Bu-
nun nəticəsində enerji itkisi baş verdiyindən qida zənciri  4–5 həlqədən çox olmur.   
 
 
 
Ekoloji sistemdə 
qida zənciri 
• 
təbii birlik
• 
biosenoz 
• 
biogeosenoz 
• 
yarus 
• 
ekoloji sistem 
• 
produsent 
• 
konsument 
• 
redusent 
• 
biosfer 
A ç a r   s ö z lə r  


 
 
152 
 
Süni biogeosenozlar. Biogeosenozlar insanlar tərəfindən də süni surətdə yaradıla 
bilir.  Süni  biogeosenozlara  tarlalar,  bağlar,  bostanlar  və  s.  aiddir.  Süni  biogeo-
senozlar insanların qayğısı olmadan yaşaya bilmir. Təbii biogeosenozlar isə davamlı 
olub bir çox illər ərzində, demək olar ki, dəyişmir.  
 
İnsan tərəfindən yaradılan süni biogeosenozlar 
 
 
Bağça 
Park
 
Biosfer. Bütün təbii ekosistemlər bir-biri ilə qarşılıqlı əlaqədədir və onların ha-
mısı birlikdə Yerin canlı təbəqəsini əmələ gətirir. Bu səbəbdən Yer üzərində yaşayan 
canlı aləmə daha iri ekosistem kimi baxmaq olar ki, bu da biosfer adlandırılır. 
 
 
 
 
1. Düzgün ifadələri müəyyən edin: 
A. Bitkilərin yaruslarda yerləşməsi onlara ətraf mühitin imkanlarından (resurslarından) 
daha çox istifadə etməyə imkan verir. 
B. Sürüdə canavarların qarşılıqlı münasibətləri növlərarası rəqabətə misaldır  . 
C. Yırtıcıların fəaliyyəti, adətən, şikarların populyasiyası üçün faydalı olur. 
D. Parazitləri redusentlərə aid edirlər. 
E. Meşə ekosistemlərində  biokütlənin əsas hissəsini ağaclar əmələ gətirir. 
F. Əksər ekoloji sistemlərdə  produsentlər olur. 
G. İstənilən biosenoz ekosistemdir. 
H. Bitkilərin əksəriyyəti produsentdir. 
 
2. Akvariumu təbii su hövzəsi ilə müqayisə edin.  
Bu ekosistemlər arasında ümumi və fərqli cəhətləri Venn diaqramında qeyd edin.  
 
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
Təbii su hövzəsi 
Akvarium 


 
 
153 
 
•   VI  fəsil  •  
Canlılar və ətraf mühit
  
• 

3. Qida zəncirinə diqqətlə baxın. Cədvəldə verilən hansı sıralar:  
A – ot bitkisinə;  B – dovşana;  C – canavara aid edilə bilər? 
 
   
№ 
Avtotrof 
Heterotrof 
Produsent 
Birincidərəcəli 
konsument 
İkincidərəcəli 
konsument 

Yox 
Bəli 
Yox 
Bəli 
Yox 

Bəli 
Yox 
Bəli 
Yox 
Bəli 

Yox 
Bəli 
Yox 
Yox 
Bəli 

Bəli 
Yox 
Bəli 
Yox 
Yox 
 
 
 
 
 
 


 
 
154 
 
 B
İOLOJİ RİTMLƏR 
 
 
 
 
 
Müxtəlif tədqiqatların nəticələrini əks etdirən qrafikləri nəzərdən keçirin. Hər birini 
şifahi şərh edin.  
 
  
  Qrafikləri hansı ümumi xüsusiyyət birləşdirir?  
  Qrafiklərdən hansı nəticə çıxarmaq olar? 
 
Alınan nəticələrdən harada və necə istifadə etmək olar?
 
 
Bioloji proseslərin intensivliyinin dövri olaraq dəyişməsi bioloji ritmlər adlanır. 
Bioloji ritmlər. Yer üzündə yaşayan bütün canlılar bioloji ritmə uyğunlaşmışlar. 
Bioloji ritmlər Yerin öz oxu və Günəş ətrafında fırlanmasından asılı olaraq işıqlanma 
və  temperaturun  dəyişməsi  nəticəsində  yaranmışdır.  Bu  amillər  sutka,  il  ərzində  
dövri olaraq  dəyişir. Bu səbəbdən canlı orqanizmlərdə sutkalıq, fəsil, illik və bu kimi 
a) 
Qum siçanının 
müxtəlif aylarda 
sutkalıq fəallığı
 
c) 
Məktəblilərin həftə ərzində 
zehni iş qabiliyyəti 
 
Fəaliyyət
42 
 Abiotik amillər nədir? 
 Onlar canlı orqanizmlərə necə təsir göstərir? 
 
 
b) İnsanın sutka ərzində zehni iş qabiliyyəti 


Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə